Siyasət » ANS KANAL

“Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır.” Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 2017-ci ilin 21 fevral tarixində Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın Birinci vitse-prezidenti kimi təqdim edilərkən onu da bildirmişdi ki, rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz fəaliyyətini humanizm prinsipləri əsasında qurub. Bu illər ərzində bir çox irimiqyaslı layihələr icra etmişik. Biz Azərbaycanın ictimai və siyasi həyatında fəal iştirak edirik. Biz infrastruktur layihələri icra edirik. Eyni zamanda, ayrı-ayrı insanların problemlərinə heç zaman biganə qalmamışıq. İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək və eşitmək, köməyə ehtiyacı olana kömək etmək, mənəvi dəstək vermək Heydər Əliyev Fondunun hər bir əməkdaşının birbaşa vəzifəsidir. Bu, dövlət qurumlarında çalışan bütün insanların əsas borcu və vəzifəsidir. Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar.

Peşəkar, bilikli, təcrübəli, prinsipial, xeyirxah…

Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilərək Onun Heydər Əliyev Fondunun prezidenti kimi gördüyü işlər xüsusi qeyd edildi. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bu əminliyi də ifadə etmişdir ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır. Bu gün Mehribanın həyatında yeni dövr başlayır. Əminəm ki, o, bundan sonra da ölkəmizin inkişafına öz dəyərli töhfəsini verəcəkdir.

Dövlətimizin başçısı İlham Əliyev həmin təqdimatında Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinə bütün sahələrdə yanaşaraq bu mühüm məqamı da xüsusi vurğuladı ki, Azərbaycanı dünyada tanıtmaq üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirilmişdir. Çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanımağa, öyrənməyə, görməyə başlamışdır ki, Azərbaycan müasir, dinamik inkişaf edən ölkədir. Eyni zamanda, Azərbaycan xalqı öz tarixi köklərinə çox bağlı olan xalqdır.

Xalqın böyük sevgisinin ünvanı

Ümumilikdə Mehriban xanım Əliyeva müsahibələrində öz həyat kredosunun formulunu “Kimsənsə, elə də olmalısan... Çünki sən də, dünyada yerin də yeganə və bənzərsizdir” fikirləri ilə bildirmiş və hər kəsin də öz formulunu müəyyən etməyi arzulamışdır. O, sadəliyi, nəcibliyi, müdrikliyi, mərhəməti, xeyirxahlığı, fədakarlığı, işgüzarlığı, gərgin əməyi ilə, eyni zamanda, təəssübkeşliyi, xeyir-duası ilə həyata keçirdiyi layihələrlə qısa zaman kəsiyində Azərbaycan xalqının böyük sevgisini və inamını qazandı. Bunun səbəbi təkcə tutduğu yüksək vəzifə və mövqe ilə bağlı deyil. O, köməyə və qayğıya ehtiyacı olan insanların yanındadır.  Vətənpərvərlik, dövlətinə, xalqına bağlılıq, sevgi, müasir Azərbaycanın inkişafında, sosial məsələlərin həllində fəallıq, milli-mənəvi dəyərlərə sadiqlik, sərhəd tanımayan xeyirxahlıq, mərhəmət və şəfqət Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın həyat fəlsəfəsinin əsas qayəsini təşkil edir. O, ictimai-siyasi həyatda fəal iştirakı, vətənpərvərliyi və xeyirxahlığı ilə milyonların sevimlisinə çevrilib.  Azərbaycan humanizminin simvolu kimi dəyərləndirilməsi özündə bütün məqamları ehtiva edir. Vətən müharibəsi zamanı ordumuza verdiyi mənəvi dəstək, milli həmrəyliyə xidmət edən çağırışları daim minnətdarlıq duyğuları ilə xatırlanır.

Xalqımızın sosial rifahına hesablanan bir çox layihələrin müəllifi olan Mehriban Əliyeva birinci xanım adını şərəflə daşıyır, dünyaya müasir Azərbaycan qadınının qürur doğuran obrazını təqdim edir.  Azərbaycanda qadın hərəkatının yeni mərhələsindən bəhs edərkən ilk olaraq Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti göz önünə gəlir. Onun şəxsiyyətində Azərbaycan qadını üçün səciyyəvi olan yüksək humanizm və qayğıkeşlik kimi keyfiyyətlər parlaq təcəssümünü tapıb. Mehriban xanım Əliyevanın müasir dünyamıza bəxş etdiyi ən böyük dəyər - onun Sara Xatun, Tomris, Aləmşahbəyim, Natəvan,  Nabat xanım kimi Azərbaycan tarixi və mədəniyyətinin görkəmli xanımlarının müstəsna keyfiyyətlərini özündə birləşdirməsi və yeni, daha mükəmməl  şəkildə beynəlxalq miqyasda nümayiş etdirməsidir. Bu, dünyanı zərif çiyinlərində daşımaq qüdrətində olan bir xanımın azərbaycançılıq məfkurəsi uğrunda yorulmaz təbliğatı və dövlətçiliyimizin möhkəmlənməsi yolunda mübarizliyinin bariz nümunəsidir. Onun yerinə yetirdiyi ictimai, siyasi və mədəni missiya tarixi fenomendir.

Mərhəmət Onun ali həyat kredosudur

O, hər zaman xalqımızın mövqeyindən çıxış edərək Azərbaycan üçün çox böyük işlər görüb və bu işlərin altına öz imzasını atıb.  Hər bir dövlətin dünyaya təqdimatında milli-mənəvi dəyərlər əhəmiyyətli rol oynayır ki, bu da harada yaşamasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşından təbliğat işinə öz töhfəsini verməyə çağırışlar edir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin əsas istiqamətlərindən biri məhz mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliği, inkişaf etdirilməsidir.

Humanizmin başlıca prinsiplərindən olan mərhəmət anlayışı  Mehriban xanım Əliyevanın  ali həyat kredosudur. O, müsahibələrində bildirir ki, zənnimcə, geniş anlamda, mərhəmət ən yaxşı və ən ülvi insani keyfiyyətlərdən biridir. Həmçinin bu məqamı da xüsusi vurğulayır ki, həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir.  Mehriban xanım Əliyevanın təşəbbüsü ilə  bir neçə Amnistiya Aktının qəbul olunması da onun mərhəmət hissindən, humanizmindən irəli gəlir.

Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyəti Azərbaycanın dünyada təqdimatında əvəzsiz rol oynayır

Heydər Əliyev Fondu genişmiqyaslı fəaliyyəti ilə məhz Azərbaycanın yüksək dəyərlərinin, humanizm prinsiplərinin beynəlxalq aləmə təqdimatında əvəzsiz rola malikdir.  Fondun fəaliyyəti yalnız dahi şəxsiyyətin irsinin təbliği ilə bitmir, Onun dünənimizin, bu günümüzün və gələcəyimizin əsası kimi dəyərləndirilən ideyalarının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanın qazandığı uğurlara bələdçilik  edir, eyni zamanda, bu nəticələrə öz dəstəyini   müxtəlif sahələri əhatə edən layihələri ilə ifadə edir.  Mehriban xanım Əliyeva  müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən   bildirir ki,  Heydər Əliyevin həyatı  böyük bir epoxanın aynası kimi  ölkəmizin sevincli-kədərli  günlərini və anlarını, Azərbaycanın bu tarix yollarını özündə əks etdirir.  Məhz Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyəti sübut etdi ki, əlçatmaz xəyalların və arzuların reallaşması insan fenomeninin gücü ilə mümkündür. Heydər Əliyev qalibiyyətinin nəticəsi müasir müstəqil Azərbaycan Respublikası və onun bugünkü nailiyyətləridir.

1993-cü ildən başlanan Heydər Əliyev yolu Azərbaycana davamlı uğurlar qazandırdı. Azərbaycan yenidən quruldu, dövlətçiliyimizin əsasları yaradıldı. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycanın bütün sahələrdə uğurlu inkişafını şərtləndirir. Hazırda yaratdığı reallıqları ilə hər birimizi qürurlandıran  tarixi Zəfərimizin, suverenliyimizin  tam bərpasının əsası Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yaradılıb. Azərbaycan dayanıqlı iqtisadi inkişafa nail oldu, ordu quruculuğu sahəsində mühüm addımlar atıldı, beynəlxalq birliyin fəal üzvünə çevrildik, vətənpərvər, xalqına, dövlətinə bağlı gənc nəsil yetişdi. Bütün bunlar tarixi Zəfərimizə gedən yolu yaxınlaşdırdı.  Bu gün Qarabağımız və Şərqi Zəngəzurumuz azaddır,  dirçəlir, soydaşlarımız doğma yurd-yuvalarına qayıdır.

Reallığa çevrilən arzular

Torpaqlarımızın azad olunması uğrunda mübarizəyə siyasi-mənəvi dəstək, xalqımızı milli həmrəyliyə səsləyən, şanlı Ordumuzu Qələbəyə ruhlandıran müraciət və çağırışlar, müharibədən sonra isə dövlətimizin başçısı ilə birlikdə Qarabağa çoxsaylı səfərlər, Şuşada möhtəşəm “Xarıbülbül” Musiqi Festivalının təşkili birinci xanım Mehriban Əliyevanın  xidmətləri sırasında xüsusi yer tutur. 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi dövrdə səsləndirdiyi “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” arzusunun reallığa çevrilməsi hər bir Azərbaycan vətəndaşını, anasını sevindirdi.  Tarixi Zəfərimizdən dərhal sonra, 16 noyabr 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ilə birlikdə Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfər edən Mehriban xanım Əliyevanın həvəskar videoçəkilişləri  xalqımız tərəfindən böyük rəğbətlə qarşılandı. Azad Qarabağa və Şərqi Zəngəzura hər səfər zamanı bu çəkilişləri səbirsizliklə gözləyən xalqımız bu təqdimatlar vasitəsilə 30 ildən sonra sahibinə qovuşan torpaqlarımızı görüntülərlə görmək imkanı qazandı. Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi Azərbaycanın bu gününə, gələcəyinə xidmət edən bütün addımların iştirakçısı olur, ölkəmizin davamlı inkişafına, beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmlənməsinə,  hazırkı mərhələdə  tarixi Zəfərimizin reallıqlarının təbliğinə  davamlı töhfələr verir, milli- mənəvi dəyərlərimizin, tariximizin qorunmasını daim prioritet məsələ kimi öndə saxlayır.

Milli-mənəvi dəyərlərin qorunmasına böyük töhfələr

Mehriban Əliyeva təkcə Azərbaycanda deyil, yaxın və uzaq xaricdə də tükənməz məhəbbət qazanıb.  O, həmçinin Azərbaycanda təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı, milli maraqların beynəlxalq aləmdə müdafiəsi, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində yorulmadan çalışır. Onun səylərinin nəticəsi olaraq İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi, “Xınalıq və Köç yolu mədəni landşaftı”, eyni zamanda, Hirkan meşələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Həmçinin muğam və aşıq sənətimiz, “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti”, “Dədə Qorqud irsi”, Azərbaycan kəlağayı sənəti Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıya salınıb. Azərbaycan 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla ev sahibliyi etməklə milli-mənəvi dəyərlərin qorunmasına və təbliğinə verdiyi töhfələri ilə diqqətdə oldu.

Təhsil, səhiyyə sahəsində layihələr davamlıdır

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində uşaqlara qayğı, təhsilin, səhiyyənin inkişafına töhfələri də xüsusi yer tutur.  “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramlar təhsilin inkişafında mühüm rol oynayır. “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində görülən işlər göz qabağındadır. Nəzərə alsaq ki, təhsilin inkişafında məktəblər əsas rol oynayır, bu layihənin əhəmiyyəti özünü daha aydın şəkildə nümayiş etdirir.

Əhalinin sağlamlığı məsələsinə gəldikdə isə Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi layihələr davamlıdır.  Onun təşəbbüsü ilə reallaşdırılan “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” kimi layihələr öz müsbət nəticələrini verir. Bu çərçivədə Bakıda müasir Talassemiya Mərkəzi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya Mərkəzi, Psixonevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqları inşa olunub və ya əsaslı şəkildə yenidən qurulub.

Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə keçirilən beynəlxalq əhəmiyyətli  tədbirlər dünyaya səs salır. Azərbaycanın böyük uğurla ev sahibliyi etdiyi “Eurovision” beynəlxalq mahnı müsabiqəsi, Formula 1, Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları Mehriban Əliyevanın yüksək təşkilatçılıq bacarığına malik olduğunu təsdiqlədi.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətini, uğurlarını bir yazıda əhatə etmək mümkün deyil. Mehriban xanım Əliyeva dövlətimizin başçısı İlham Əliyev ilə birgə Ümummilli Liderin şah əsəri olan müasir müstəqil, qalib, suveren Azərbaycanın yeni-yeni hədəflərə yüksək səviyyədə nail olmasına səy göstərir. Bu birlik bütün sahələrdə özünün aydın ifadəsini tapır.  Mehriban xanım Əliyevanın amalı Azərbaycanı beynəlxalq aləmdə zəngin mədəni irsə, mənəvi dəyərlərə malik ölkə kimi tanıtmaqdır.

Mehriban xanım Əliyevanın 2017-ci ilin fevralında Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsindən bugünədək ölkəmizin keçdiyi inkişaf yoluna nəzər salsaq, Onun hər bir uğurumuzda öz payı olduğunu görərik. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ilk müşavirəsini hazırda tarixə qovuşan  Qarabağ münaqişəsi nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş   keçmiş qaçqın və məcburi köçkünlərin problemlərinə həsr etməsi də təsadüfi deyildi. Mehriban Əliyeva daim əhalinin bu həssas təbəqəsinin yanında oldu, onları narahat edən məsələləri birbaşa öz dillərindən dinlədi və həlli istiqamətində mühüm addımlar atdı.  Artıq bu addımlar soydaşlarımızın 30 illik dövrdə yerləşdikləri müvəqqəti məkanlarda deyil, sahibinə qovuşmuş torpaqlarımızda atılır. Heydər Əliyev Fondunun maliyyə dəstəyi əsasında bu ərazilərimizdə ermənilər tərəfindən dağıdılmış dini və tarixi abidələrimizin bərpası həyata keçirilir, yeni məscidlər tikilir.  Xatırlasaq, istər dövlət başçısı İlham Əliyev, istərsə də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva qaçqın və məcburi köçkünlərlə görüşündə bu əminliyi ifadə edirdilər ki, məskunlaşdıqları ərazilərdə yaradılan şərait müvəqqəti xarakter daşıyır. Tezliklə münaqişə öz həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar.

Bu gün həmin istəyin, arzunun reallığa çevrildiyinin sevincini yaşayırıq. Artıq Böyük Qayıdışın ünvanlarının sayı günbəgün artır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə hər səfərləri, burada görülən bərpa və quruculuq işləri ilə yaxından tanış olmaları, yeni obyektlərin təməlqoyma mərasimlərində iştirak etmələri və sair kimi biri-birindən mühüm addımlar tarixin yaddaşına həkk olunur.  Artıq soydaşlarımızın müvəqqəti məskunlaşdıqları yerlər deyil, doğma yurd-yuvaları əsl cənnət məkana çevrilir.

Heydər Əliyev Fondu Qarabağ ərazisində ermənilər tərəfindən dağıdılan, Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihəni uğurla davam etdirir. Yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması, 32 ildən sonra Şuşada, Cıdır düzündə Fond tərəfindən təşkil olunan “Xarıbülbül” musiqi festivalı, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notlarından ibarət “Əbədi imzalar” toplusunun, “Qarabağın mədəni irsi” adlı nəşrlər toplusunun hazırlanması Azərbaycan xalqının mənəvi, tarixi, mədəni irsinin təşviqi və qorunması işinə dəyərli töhfələrdir.

O da məlumdur ki, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmır, ölkəmizin hüdudlarını aşaraq yaxın və uzaq xaricdə geniş əks-səda doğurur. Onun təşəbbüsü ilə Heydər Əliyev Fondu Vatikanda, Fransa, Pakistan, Bosniya və Herseqovina, Misir, Hindistan və digər ölkələrdə bir sıra önəmli layihələr icra edib.

Ümummilli Liderin siyasi kursunun uğurlu davamına mühüm addımları ilə dəstək olur

Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini bir yazıda əhatə etmək mümkünsüzdür. Xalqımız hər zaman bu inamı və əminliyi ifadə edir ki, Azərbaycan hər bir çətinliyi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində dəf edəcək.  Mehriban xanım Əliyeva həm Heydər Əliyev irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun prezidenti, həm də dahi şəxsiyyət Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini kimi Ümummilli Liderin siyasi kursunun uğurlu davamına mühüm addımları ilə dəstək olur. Yeni Azərbaycan Partiyasının 2021-ci ildə tarixi Zəfərimizin reallıqları əsasında keçirilən VII qurultayında yeni qərarlar qəbul olundu, yeni tərkib formalaşdı. Mehriban xanım Əliyevanın YAP Sədrinin birinci   müavini vəzifəsinə təyin edilməsi hədəflərə yüksək səviyyədə nail olmağa geniş imkanlar yaradır. Partiyanın Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan və 2021-ci ilin sonunda təsdiqlənən “Biz birlikdə güclüyük!”  devizi altında yeni Proqramında hədəflər öz əksini tapıb. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın daha da qüdrətlənməsinə, inkişafına xidmət edən yeni Proqramın uğurlu icrası istiqamətində mühüm addımlar atılır. Bu uğurlarda Mehriban xanım Əliyevanın məxsusi rolu vardır.

Ən böyük mükafatı xalqın sevgisi, inamı və etimadıdır

Mehriban xanım Əliyevanın fəaliyyəti daim yüksək dəyərləndirilir. Azərbaycanın ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni, eləcə də “Qızıl ürək” beynəlxalq mükafatı, Avropa Olimpiya Komitələrinin Ali ordeni, Fransanın “Şərəf Legionu” ordeni, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni, Polşanın “Böyük Komandor Xaçı” ordeni, Rusiyanın “Dostluq” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı... Bu, Azərbaycanın Birinci vitse-prezidentinin layiq görüldüyü mükafatların heç də tam siyahısı deyil. Mehriban xanım Əliyeva hesab edir ki, ən böyük mükafatı xalqın ona olan sevgisi, inamı və etimadıdır. Onun qeyd etdiyi kimi, illər ötdükcə, qarşımıza yeni ideya və planlar çıxdıqca, məqsədlərimiz xaraktercə dəyişir, amma əsas amalımız - Azərbaycan xalqına xidmət etmək dəyişməz olaraq qalır və qalacaqdır.  Bu amal Mehriban xanım Əliyevanın bütün təltiflərinin önündə dayanır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bütün müraciətlərinin sonunda qeyd etdiyi “Sizin MEHRİBAN” ifadəsi özündə ehtiva etdiyi bütün çağırışların təqdimatıdır. Mehriban xanım Əliyeva bundan sonra da işıqlı bioqrafiyasını daha möhtəşəm uğurları ilə zənginləşdirəcək, hər zaman xalqımızın sonsuz qürur və fəxarət ünvanı olacaq.

Parlaq həyat yolu hər kəsə nümunə olan Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edir, Ona möhkəm cansağlığı arzulayırıq. Əminik ki, Mehriban xanım Əliyeva qalib, yeni dövrə qədəm qoyan Azərbaycanın  yeni hədəflərə yüksək səviyyədə nail olmasına bundan sonra da mühüm töhfələr verəcək.

  • Дата: 3-09-2025, 22:37
  • Автор: anskanal
Полная статья »

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın doğum günüdür. Mehriban xanım yalnız siyasi və ictimai fəaliyyəti ilə deyil, eyni zamanda humanist, mərhəmətli və xeyirxah prinsipləri ilə dünya miqyasında örnək göstərilən şəxslərdəndir. Onun həyat yolu və fəaliyyəti Vətənə və xalqa xidmətin, mərhəmət və şəfqətin parlaq nümunəsidir.
 
Mehriban Əliyeva təhsil və səhiyyə sahəsində genişmiqyaslı layihələr həyata keçirmiş, uşaq evləri, internat məktəbləri və sağlamlıq mərkəzlərinin inkişafına böyük töhfələr vermişdir. Onun təşəbbüsləri nəticəsində ölkəmizdə uşaqların təhsil və tərbiyə imkanları artmış, sağlamlıq xidmətləri müasir standartlara uyğun qurulmuşdur. Eyni zamanda, şəhid ailələri və qazilərə göstərdiyi diqqət və qayğı, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətindəki fəaliyyəti ilə Mehriban xanım hər zaman xalqın diqqət mərkəzində olmuşdur.
 
Heydər Əliyev Fondunun rəhbəri kimi onun fəaliyyətinin əhatəsi yalnız sosial sahələrlə məhdudlaşmır. Mehriban Əliyeva milli-mədəni dəyərlərin qorunması, Azərbaycanın tarixi və mədəni irsinin dünyada tanıdılması istiqamətində də böyük işlər görür. Onun təşəbbüsü ilə İçərişəhər, Şirvanşahlar Sarayı, Qız qalası, Qobustan qayaüstü rəsmləri və digər tarixi-mədəni abidələr UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Eyni zamanda, muğam, aşıq sənəti, Dədə Qorqud irsi və Azərbaycan kəlağayı sənəti Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmışdır. Bu nailiyyətlər ölkəmizin mədəniyyətini dünya miqyasında tanıdan əvəzsiz töhfələrdir.
 
Mehriban xanım həmçinin beynəlxalq əlaqələrin inkişafına, sülh və təhlükəsizliyin təşviqinə, mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmlənməsinə xüsusi diqqət yetirir. Onun təşəbbüsləri ilə Vatikanda, Fransa, Pakistan, Bosniya və Herseqovina, Misir, Hindistan və digər ölkələrdə bir sıra mühüm layihələr həyata keçirilmişdir. Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi və mədəniyyətimizin təbliği sahəsindəki fəaliyyəti yüksək qiymətləndirilir.
 
Ad günü münasibətilə Mehriban Əliyevaya Azərbaycan xalqının sevgisini, dərin hörmətini və minnətdarlığını bildiririk. Onun ömür yolu Vətənə və xalqa xidmət, humanizm və xeyirxahlıq nümunəsidir. Mehriban xanım Azərbaycanın müasir qadın simvolu olaraq həm ölkəmizdə, həm də dünyada parlaq iz qoyur, gələcək nəsillər üçün örnək həyat yolu təqdim edir.
 
Bu əlamətdar gündə biz Mehriban Əliyevaya uzun ömür, sağlamlıq, yeni uğurlar və xoşbəxtlik arzulayır, onun humanist və vətənpərvər fəaliyyətinin daha böyük nailiyyətlərlə zənginləşməsini ürəkdən diləyirik.
  • Дата: 3-09-2025, 22:28
  • Автор: anskanal
Полная статья »

Bu gün Hacı Ruslan Həsənovun doğum günüdür

102xeber.az saytının Təsisçisi Baş Redaktoru, 102xeber.com saytının Rəhbəri, Beynəlxalq ictimai.az Saytının Təsisçisi və Baş Redaktoru Məxfi Fikir.az Saytının Təsisçisi, Məxfi Fikirlər Qazetin Təsisçisi Baş Redaktoru, 102xeber.tv-nin Təsisçisi Hacı Ruslan Həsənov - Vətənə və xalqa xidmət ideyalarını həyat amalına çevirən, nəcibliyi və xeyirxah əməlləri ilə milyonların rəğbətini qazanan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva müasir dövrümüzün ən nüfuzlu ictimai-siyasi xadimlərindən biridir. Onun mərhəmət, şəfqət və humanizmə əsaslanan fəaliyyəti milli-mənəvi dəyərlərin qorunmasına, Azərbaycan cəmiyyətinin sosial rifahının yüksəldilməsinə xidmət edir.

İslahatların reallaşması, milli mədəniyyətimizin dünyada təbliği, təhsil və səhiyyə sahəsində genişmiqyaslı layihələrin həyata keçirilməsi, eləcə də şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğı onun fəaliyyətinin əsas istiqamətlərindəndir. Vətən müharibəsi zamanı Ordumuza verdiyi mənəvi dəstək, milli həmrəyliyə xidmət edən çağırışları daim minnətdarlıq duyğuları ilə xatırlanır. Xalqımızın sosial rifahına hesablanan bir çox layihələrin müəllifi olan Mehriban Əliyeva birinci xanım adını şərəflə daşıyır, dünyaya müasir Azərbaycan qadınının qürur doğuran obrazını təqdim edir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyətinin əsas məqamlarına nəzər salırıq.

Azərbaycan xalqının böyük sevgisini qazanmış Mehriban xanım bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin ən yaxın silahdaşı kimi onunla çiyin-çiyinə dayanaraq Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsində öncüllük edir. Onun Vətən və xalq qarşısındakı ən önəmli xidmətlərindən biri də Ulu Öndər Heydər Əliyevin ideyalarının həyata keçirilməsi sahəsində göstərdiyi ardıcıl səylər və reallaşdırdığı çoxsaylı layihələrdir. Sərhəd tanımayan xeyirxahlığı və nəcibliyi Mehriban Əliyevaya yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində də böyük rəğbət və sevgi qazandırıb. O, Azərbaycanda təhsil, mədəniyyət və səhiyyənin inkişafına verdiyi töhfələrlə yanaşı, milli maraqların beynəlxalq aləmdə müdafiəsi, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində də yorulmadan çalışır. Mehriban xanımın fəaliyyəti müasir Azərbaycan qadınının parlaq simasını dünyaya nümayiş etdirir və gələcək nəsillər üçün nümunəvi örnək kimi dəyərləndirilir.

Birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə 2004-cü ildən fəaliyyət göstərən Heydər Əliyev Fondu Ümummilli Liderin ideyalarının həyata keçirilməsində və onun zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılmasında əvəzsiz xidmətlər göstərir. Xalqımızın xeyriyyəçilik ənənələrinin dirçəldilərək daha geniş miqyas alması da bilavasitə Fondun prezidentinin göstərdiyi şəxsi nümunə nəticəsində mümkün olub. Fond, həmçinin Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun yüksəldilməsində fəal iştirak edir.

Mehriban Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Fond onun nəcib əməl və humanist prinsiplərini əks etdirir. Əsasında mərhəmət, şəfqət və xeyirxahlıq kimi ali dəyərlər dayanan Heydər Əliyev Fondu artıq 21 ildir ki, öz prinsiplərinə sadiq qalaraq təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirir. Bu təşəbbüslər cəmiyyətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilir, çünki Azərbaycan xalqı Fondun inkişafa xidmət edən uğurlu layihələrinə və Birinci vitse-prezidentin humanist, vətənpərvər və nümunəvi fəaliyyətinə güvənir.

Fondun fəaliyyəti Ulu Öndər Heydər Əliyevin ideyalarının böyük əzmlə və sədaqətlə həyata keçirildiyini təsdiqləyir. Bu əminlik təsadüfi deyil, çünki görülən işlər və Fondun bütün istiqamətlərdə qazandığı uğurlar açıq-aydın görünür. Heydər Əliyev Fondu ölkənin yaradıcı və elmi potensialının artırılmasına, uşaq müəssisələrinin infrastrukturunun inkişafına, ekoloji tədqiqatların dəstəklənməsinə, sağlam həyat tərzinin təbliğinə, elmi və mədəni konfransların, sərgilərin təşkilinə, dini tolerantlığın möhkəmlənməsinə, vətəndaş cəmiyyəti quruculuğuna və qloballaşan dünyada milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına xüsusi diqqət yetirir.

Cavid Muradov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

Mehriban xanım, həmçinin beynəlxalq sülh, təhlükəsizlik, mədəniyyətlərarası və dinlərarası dialoq mühitinin formalaşması və möhkəmlənməsi, tarixi mədəni irsin qorunması kimi olduqca vacib məsələlərin həllinə böyük töhfələr verir. Artıq 20 ildən çoxdur ki, Azərbaycan tarixini və mədəni irsini, ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün yorulmadan fəaliyyət göstərir. Onun səylərinin nəticəsi olaraq İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi, “Xınalıq və Köç yolu mədəni landşaftı”, eyni zamanda, Hirkan meşələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Həmçinin muğam və aşıq sənətimiz, “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti”, “Dədə Qorqud irsi”, Azərbaycan kəlağayı sənəti Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıya salınıb. Eyni zamanda, Azərbaycan 2019-cu ilin iyulunda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla ev sahibliyi edib.

2017-ci il fevralın 21-də Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi onun Azərbaycan dövlətçiliyinin inkişafı və möhkəmləndirilməsi naminə zəngin və fədakar fəaliyyətinin, habelə yüksək təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsi kimi qiymətləndirilir. Mehriban xanımın o vaxt dediyi sözlər yada düşür: “Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam”.

Azərbaycanın iqtisadi inkişafı və xalqımızın rifahı naminə milli məqsədlərə nail olmaqla bağlı üzərinə nəcib missiya və öhdəliklər götürən Birinci vitse-prezident Mehriban xanım Əliyeva ötən müddət ərzində bu yüksək və məsul vəzifədə gördüyü işlərlə dövlətimizin başçısının və xalqımızın etimadını layiqincə doğruldur. Gündəlik fəaliyyətində insansevərlik, mərhəmət, qarşılıqlı hörmət və mehribanlıq meyarlarını əsas götürür, fəaliyyətini məhz bu prinsiplər üzərində qurur və milli-mənəvi dəyərləri daim uca tutur. Onun ömür yolu sözün əsl mənasında Vətənə və xalqa xidmət nümunəsidir.

Mehriban Əliyevanın fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən məcburi köçkünlərin, şəhid ailələrinin və qazilərin problemlərinin həlli xüsusi yer tutur. Yeni yüksək vəzifədə keçirdiyi ilk müşavirəni məhz qaçqın və məcburi köçkün ailələrinin həyat şəraitinin yaxşılaşdırılmasına həsr etməsi bu diqqətin bariz nümunəsidir. Həmin müşavirədən dərhal sonra müvafiq tədbirlər planı hazırlanıb və real işlərə başlanılıb. Qısa müddət ərzində yüz minlərlə qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb, onların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb.

Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrini və qazilərimizi də daim diqqətdə saxlayır, onların qayğısına qalır. Fond bu kateqoriyadan olan insanların qayğıları ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli istiqamətində mütəmadi tədbirlər həyata keçirir. Döyüşlərdə yaralanan hərbçilərimiz müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib, həmçinin sağlamlıqlarını itirmiş bir qrup əsgər və zabit yüksək texnologiyalı protezlərlə təmin edilib.

Torpaqlarımızın azad olunması uğrunda mübarizəyə siyasi-mənəvi dəstək, xalqımızı milli həmrəyliyə səsləyən, şanlı Ordumuzu Qələbəyə ruhlandıran müraciət və çağırışlar, müharibədən sonra isə dövlətimizin başçısı ilə birlikdə Qarabağa çoxsaylı səfərlər, Şuşada möhtəşəm “Xarıbülbül” Musiqi Festivalının təşkili birinci xanımın xidmətləri sırasında xüsusi yer tutur. Eyni zamanda, Mehriban xanımın təşəbbüsü olan “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramlar təhsilin inkişafında mühüm rol oynayır. 2005-ci ildən icrasına başlanılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ölkə üzrə çoxsaylı məktəb binaları inşa olunub və yenidən qurulub. “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində isə bir sıra uşaq müəssisələri əsaslı təmir edilərək müasir tələblərə uyğunlaşdırılıb.

Əhalinin sağlamlığı məsələsi də Mehriban Əliyevanın daim xüsusi diqqət göstərdiyi sahələrdəndir. Onun təşəbbüsü ilə reallaşdırılan “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi bənzərsiz layihələr, bir çox xeyriyyə aksiyaları böyük rəğbətlə qarşılanır, öz müsbət nəticələrini verir. Bu çərçivədə Bakıda müasir Talassemiya Mərkəzi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya Mərkəzi, Psixonevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqları inşa olunub və ya əsaslı şəkildə yenidən qurulub.

Azərbaycanın birinci xanımının tapşırığına əsasən, aztəminatlı ailələri və xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayan Heydər Əliyev Fondu bu istiqamətdə mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Mehriban xanım Əliyeva öz xeyriyyəçilik fəaliyyəti ilə gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərir. Artıq ictimai həyatımızda xüsusi yer tutan xeyriyyəçilik institutu müasir dövrün reallıqları və tələblərinə uyğun olaraq inkişaf etməkdə və genişlənməkdədir. Bu təşəbbüslər yalnız sosial rifahın yüksəldilməsinə deyil, həm də Azərbaycan cəmiyyətində humanist dəyərlərin qorunmasına və geniş yayılmasına xidmət edir. Birinci xanımın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan layihələr insansevərlik, mərhəmət və xeyirxahlıq kimi prinsiplərin cəmiyyətdə nümunəvi şəkildə tətbiqini təmin edir və gələcək nəsillər üçün örnək rolunu oynayır.

Azərbaycan həqiqətlərinin, mədəniyyətimizin, dövlətçilik ənənələrimizin, tariximizin dünyada təbliği sahəsində Mehriban xanımın təşəbbüsü ilə məqsədyönlü iş aparılır. 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsinin gedişində Azərbaycanın haqlı mövqeyinin nümayişi, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan düşmənin dinc sakinləri hədəf alan hücumlarının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əməli addımlar atılıb. Mötəbər beynəlxalq qurumlarda, dünyanın müxtəlif ölkələrində sərgilər, mədəniyyət gecələri və digər tədbirlər təşkil olunub. Avropa Parlamentinin mənzil-iqamətgahında, Afinada, Kannda Azərbaycan mədəniyyəti günləri keçirilib, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzi açılıb, dünyanın müxtəlif şəhərlərində görkəmli şəxsiyyətlərimizin abidələri ucaldılıb.

Azərbaycanın böyük uğurla ev sahibliyi etdiyi “Eurovision” beynəlxalq mahnı müsabiqəsi, Formula 1, Birinci Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları birinci xanım Mehriban Əliyevanın yüksək təşkilatçılıq bacarığını açıq şəkildə göstərdi. Bu mötəbər beynəlxalq tədbirlərin mükəmməl təşkili hətta inkişaf etmiş ölkələr tərəfindən də böyük heyranlıqla qarşılandı. Təsadüfi deyil ki, Mehriban xanım idman aləmində və “Ədalətli oyunlar” prinsipinin təbliğində nümunəvi fəaliyyətinə görə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalına layiq görülüb.

Bu cür uğurla ev sahibliyi etdiyimiz tədbirlər sırasında COP29-u da qeyd etmək olar. Həmin tədbir çərçivəsində birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans keçirilib. Mehriban Əliyevanın təşəbbüsü və iştirakı ilə təşkil olunan bu konfrans gənclərin ekoloji maariflənməsi və iqlim dəyişikliyinə qarşı mübarizədə aktiv rol almaları üçün əhəmiyyətli platforma yaradıb.

Birinci xanımın çoxşaxəli fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmır, ölkəmizin hüdudlarını aşaraq yaxın və uzaq xaricdə geniş əks-səda doğurur. Onun təşəbbüsü ilə Heydər Əliyev Fondu Vatikanda, Fransa, Pakistan, Bosniya və Herseqovina, Misir, Hindistan və digər ölkələrdə bir sıra önəmli layihələr icra edib.

Mehriban Əliyevanın xoşməramlı fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Azərbaycanın ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni, eləcə də “Qızıl ürək” beynəlxalq mükafatı, Avropa Olimpiya Komitələrinin Ali ordeni, Fransanın “Şərəf Legionu” ordeni, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni, Polşanın “Böyük Komandor Xaçı” ordeni, Rusiyanın “Dostluq” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı... Bu, Azərbaycanın Birinci vitse-prezidentinin layiq görüldüyü mükafatların heç də tam siyahısı deyil. Mehriban Əliyeva hesab edir ki, ən böyük mükafatı xalqın ona olan sevgisi, inamı və etimadıdır. Onun dediyi kimi, “illər ötdükcə, qarşımıza yeni ideya və planlar çıxdıqca, məqsədlərimiz xaraktercə dəyişir, amma əsas amalımız - Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır və qalacaqdır”.

Mehriban xanım elə bu amalla da öz ömür kitabını yazmaqda davam edir, onu gündən-günə, ildən-ilə yeni parlaq və mənalı səhifələrlə zənginləşdirir.

  • Дата: 27-08-2025, 10:45
  • Автор: anskanal
Полная статья »

Leyla Əliyeva Mehriban Əliyevanın doğum günü münasibətilə paylaşım edib

Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Vüsal Hüseynov - 26 avqust Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, bütün fəaliyyəti boyu humanizm, bəşəri dəyərləri özünə rəhbər tutan həssas insan və qayğıkeş ana Mehriban xanım Əliyevanın doğum günüdür. Mehriban xanımın daim humanizmi rəhbər tutmasının nəticəsi odur ki, O, məhz ayrı-ayrı sahələrdə qarşıya qoyulmuş məqsədlərin gerçəkləşdirilməsinə, milli maraqlardan irəli gələn strateji əhəmiyyətli vəzifələrin reallaşdırılmasına görə xalqımızın sevgisini və dəstəyini qazanıb.

Belə ki, Azərbaycan Republikasının Birinci vitse-prezidenti təyin olunana qədər Ona həvalə olunan bütün vəzifələrin öhdəsindən layiqincə gələn Mehriban xanım Əliyeva xalqa və dövlətə şərəfli xidmət nümunəsi ortaya qoyub. Mehriban xanım Əliyeva hazırda 745 minə yaxın vətəndaşı sıralarında birləşdirən Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi də fəaliyyəti təqdir olunur.

Yeri gəlmişkən, Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini kimi fəaliyyəti də Azərbaycanın siyasi həyatında mühüm mərhələdir. 2013-cü il iyunun 7-də Yeni Azərbaycan Partiyasının V Qurultayında Mehriban xanım Əliyevanın partiyanın Sədr müavini seçilməsi partiya və cəmiyyət üçün əlamətdar hadisə olmaqla yanaşı, YAP-ın və dövlətimizin daha da gücləndirilməsi baxımından böyük önəmə malik olub. Azərbaycanın ictimai-siyasi həyatında müsbət imicə malik olan, ölkəmizin dünyada tanıdılması üçün çox mühüm işlər görən Mehriban xanım Əliyevanın partiyanın Sədr müavini seçilməsi partiyanın nüfuzunun daha da artması, həmçinin YAP-ın başqa ölkələrin siyasi partiyaları ilə yüksək səviyyədə əlaqələrinin qurulması, münasibətlərinin inkişaf etdirilməsi baxımından da önəmli olub, eyni zamanda Onun bu vəzifəyə seçilməsi ilə Azərbaycan qadınının siyasətdə təmsilçiliyinə böyük dəyər verildiyi sübut olunub və bu fakt qadınlarımızın YAP-a axınını daha da stimullaşdırıb. Ən əsası, partiyanın 2021-ci il martın 5-də keçirilən VII Qurultayından sonra ölkə Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini təyin edilməsi partiya və cəmiyyət üçün əlamətdar hadisə olub.

Onu da qeyd etmək yerinə düşər ki, Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı sayəsində Azərbaycan mötəbər beynəlxalq tədbirlərə, o cümlədən mədəniyyət və idman tədbirlərinə uğurla ev sahibliyi edib. Azərbaycan ictimaiyyəti Onun 2012-ci ildə ölkəmizdə keçirilən “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsinin təşkili zamanı necə böyük əzmkarlıq və bacarıq nümayiş etdirdiyinin şahidi olub. Bakıda ən yüksək səviyyədə keçirilən beynəlxalq mahnı müsabiqəsi ölkəmizin dünyada tanıdılması işinə xüsusi töhfələr verib. 2015-ci ildə Azərbaycanda keçirilən ilk Avropa Oyunları zamanı Mehriban xanımın rəhbərliyi altında “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin səmərəli fəaliyyəti sayəsində Azərbaycan Avropa Oyunlarının standartlarını müəyyənləşdirib. Oyunların möhtəşəm açılış və bağlanış mərasimləri dünyaya Azərbaycanın güclü potensialını, eləcə də yüksək nüfuzunu və qüdrətini bir daha nümayiş etdirib. 2017-ci ildə paytaxt Bakıda keçirilən IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsi də Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uğurla fəaliyyət göstərib.

Mehriban xanımın daxili siyasət sahəsində fəaliyyəti geniş spektirlidir. Bura dövlət idarəetməsində çevikliyin təmin olunması istiqamətində fəaliyyətin təşkili, ölkə əhalisinin bərabər, əlçatan və keyfiyyətli təhsillə təminatı və sağlamlığının qorunması, sosial baxımdan daha həssas əhali qruplarının- şəhid ailələri, qazilər, məcburi köçkünlər, ahıllar, kimsəsizlər, irsi qan xəstəliyindən və digər irsi xəstəliklərdən əziyyət çəkən şəxslər və s. problemlərinin həlli ilə bağlı işləri aid etmək olar.

Birinci vitse-prezidentin Azərbaycan Respublikasında təhsilə göstərdiyi diqqət və qayğını xüsusilə qeyd etmək lazımdır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu ölkəmizdə təhsil sahəsini əhatə edən çoxlu sayda layihə və proqramlar həyata keçirməkdədir. Onların arasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi qeyd edilməlidir.

Dövlətimizin diqqət mərkəzində olan əsas məslələrdən biri də şəhid ailələri və qazilərimizin problemlərinin həllidir. Qəhrəman şəhidlərimizin övladları, valideynləri və doğmalarına dövlətin diqqətindən başqa, Mehriban xanım Əliyevanın da xüsusi diqqəti və qayğısı mövcuddur. Bu istiqamətdə tədbirlər Heydər Əliyev Fondu vasitəsilə həyata keçirilir. Fəaliyyətinin əsas istiqamətini xeyriyyəçilik təşkil edən Mehriban xanım Əliyeva qayğıya ehtiyacı olanlara hər zaman xüsusi həssaslıqla yanaşır.

Birinci vitse-prezidentin xüsusi diqqət göstərdiyi sahələrdən biri də idman sahəsidir. Mehriban xanım Əliyeva Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü, həmçinin Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi də böyük işlər görmüş, Azərbaycanda idman hərəkatının davamlılığına əvəzsiz töhfələr vermişdir. Yeni istifadəyə verilən orta məktəb və məktəbəqədər müəssisələrin idman zalları ilə təchiz olunması, futbol meydançalarının, yeni salınan parklarda mini stadionların, idman qurğularının istifadəyə verilməsi, bölgələrdə və paytaxtda şahmat məktəblərinin, idman komplekslərinin tikilməsi Azərbaycanda idman hərəkatının genişlənməsinə səbəb olmuşdur.

44 günlük Vətən müharibəsi zamanı əldə edilən uğurlar, erməni vandalizmi barədə, habelə Vətən müharibəsindən sonrakı dövrdə rayonlarımızın işğaldan azad edilməsi ilə bağlı reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva yüksək fəallığı ilə seçilib. Belə ki, müharibə zamanı və ondan sonrakı dövrdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva həmişə olduğu kimi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ən yaxın silahdaşı olaraq dövlət başçısı ilə çiyin-çiyinə dövlətin yürütdüyü siyasətə misilsiz dəstək nümayiş etdirib. Eyni zamanda 30 illik işğaldan sonra azad olunan ərazilərə qəhrəman Azərbaycan hərbçilərindən sonra ilk ayaq basan Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın doğma Qarabağ torpaqlarından ilk görüntüləri xalqımıza misli görünməmiş sevinc hissi bəxş edib.

Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva işğaldan azad edilən ərazilərin yenidən qurulması, bərpası ilə bağlı layihələrin hazırlanması və təqdim olunması prosesində fəal iştirak edib və bu gün də bu istiqamətdə fəaliyyətini davam etdirməkdədir. Mehriban xanım Əliyevanın fədakar əməyi nəticəsində ərsəyə gələn digər möhtəşəm layihə “Xarıbülbül” musiqi festivalının yenidən bərpa edilməsi olub.

Sonda birmənalı şəkildə deyə bilərik ki, Mehriban xanım Əliyeva dövlət başçısının və ölkə ictimaiyyətinin ona olan böyük inamını yüksək səviyyədə doğruldur. Mehriban xanım Əliyeva Birinci vitse-prezident vəzifəsində dövlət idarəçiliyinə yeni keyfiyyət dəyişikliyi gətirib. Mütəmadi olaraq cəmiyyətin müxtəlif təbəqələrindən Mehriban xanım Əliyevaya çoxsaylı müraciətlər ünvanlanır, O isə bu müraciətlərin heç birini diqqətdən kənarda saxlamır, müvafiq olaraq həll olunması üçün çalışır. Birinci vitse-prezident Mehriban xanım Əliyeva dəfələrlə bildirib ki, öz missiyasını insanları narahat edən məsələlərin həllinə yardım göstərmək üzrə qurur və bu istiqamətdə fəaliyyətini daim genişləndirməkdədir.

  • Дата: 26-08-2025, 01:26
  • Автор: anskanal
Полная статья »

Bu gün Mehriban Əliyevanın doğum günüdür | Azərbaycan Universiteti

Gəncə Şəhər Su İdarəsinin rəhbəri Şöhrəddin Verdiyev - Bu gün doğum gününü qeyd edən Mehriban xanımın ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir

Vətən və xalq naminə fədakarlıq, müasir Azərbaycanın inkişafında, sosial məsələlərin həllində fəallıq, milli-mənəvi dəyərlərə sadiqlik, sərhəd tanımayan xeyirxahlıq, mərhəmət və şəfqət Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həyat fəlsəfəsinin əsas qayəsini təşkil edir. Prezident İlham Əliyevin ömür-gün yoldaşı və ən yaxın silahdaşı olan Mehriban Əliyeva ölkəmizin hərtərəfli tərəqqisi istiqamətində görülən işlərə sanballı töhfələr verir.

Mehriban xanım ictimai-siyasi həyatda, dönməz xarakter alan islahatlar prosesində fəal iştirakı, milli mədəniyyətimizin dünyada tanıdılması istiqamətində yorulmaz fəaliyyəti, vətənpərvərliyi və xeyirxahlığı ilə milyonların sevimlisinə çevrilib. Haqlı olaraq onu Azərbaycan humanizminin simvolu adlandırırlar. Şəhid ailələrinə, qazilərə xüsusi diqqət, valideyn himayəsindən məhrum olmuş uşaqlara göstərdiyi analıq qayğısı bunun bariz nümunələridir. Vətən müharibəsi zamanı ordumuza verdiyi mənəvi dəstək, milli həmrəyliyə xidmət edən çağırışları daim minnətdarlıq duyğuları ilə xatırlanır. Xalqımızın sosial rifahına hesablanan bir çox layihələrin müəllifi olan Mehriban Əliyeva birinci xanım adını şərəflə daşıyır, dünyaya müasir Azərbaycan qadınının qürur doğuran obrazını təqdim edir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyətinin əsas məqamlarına nəzər salaq.

Azərbaycan xalqının böyük sevgisini qazanmış Mehriban xanım Müzəffər Ali Baş Komandan İlham Əliyevin ən yaxın silahdaşı kimi bu gün onunla çiyin-çiyinə Qarabağın, Şərqi Zəngəzurun dirçəldilməsində öncüllük edir. Onun Vətən və xalq qarşısında daha bir önəmli xidməti Ulu Öndərin ideyalarının həyata keçirilməsi sahəsində göstərdiyi aramsız səylər və çoxsaylı layihələrdir. Sərhəd tanımayan xeyirxahlığı, nəcibliyi birinci xanım Mehriban Əliyevaya təkcə Azərbaycanda deyil, yaxın və uzaq xaricdə tükənməz məhəbbət qazandırıb. O, həmçinin Azərbaycanda təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı, milli maraqların beynəlxalq aləmdə müdafiəsi, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində yorulmadan çalışır.

Birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə 2004-cü ildən fəaliyyətə başlayan Heydər Əliyev Fondu Ümummilli Liderin ideyalarının reallaşdırılmasında, bu dahi insanın zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması istiqamətində əvəzsiz xidmətlər göstərir. Xalqımızın xeyriyyəçilik ənənələrinin dirçəldilərək daha geniş miqyas alması bilavasitə Heydər Əliyev Fondunun prezidentinin göstərdiyi şəxsi nümunə nəticəsində mümkün olub. Fond Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması istiqamətində də fəal iştirak edib və edir.

Mehriban xanım, həmçinin beynəlxalq sülh, təhlükəsizlik, mədəniyyətlərarası və dinlərarası dialoq mühitinin formalaşması və möhkəmlənməsi, tarixi mədəni irsin qorunması kimi olduqca vacib məsələlərin həllinə böyük töhfələr verir. Artıq 20 ildir ki, Azərbaycan tarixini və mədəni irsini, ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün yorulmadan fəaliyyət göstərir. Onun səylərinin nəticəsi olaraq İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi, “Xınalıq və Köç yolu mədəni landşaftı”, eyni zamanda, Hirkan meşələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Həmçinin muğam və aşıq sənətimiz, “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti”, “Dədə Qorqud irsi”, Azərbaycan kəlağayı sənəti Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıya salınıb. Eyni zamanda, Azərbaycan 2019-cu ilin iyulunda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla ev sahibliyi edib.

2017-ci il fevralın 21-də Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi onun Azərbaycan dövlətçiliyinin inkişafı və möhkəmləndirilməsi naminə zəngin və fədakar fəaliyyətinin, habelə yüksək təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsi kimi qiymətləndirilir. Mehriban xanımın o vaxt dediyi sözlər yada düşür: “Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam”.

Azərbaycanın iqtisadi inkişafı və xalqımızın rifahı naminə milli məqsədlərə nail olmaqla bağlı üzərinə nəcib missiya və öhdəliklər götürən Birinci vitse-prezident Mehriban Əliyeva ötən müddət ərzində bu yüksək və məsul vəzifədə gördüyü işlərlə dövlətimizin başçısının və xalqımızın etimadını layiqincə doğruldur. Gündəlik fəaliyyətində insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq meyarlarını əsas götürür, fəaliyyətini məhz bu prinsiplər üzərində qurur, milli-mənəvi dəyərləri daim uca tutur. Onun ömür yolu, sözün əsl mənasında, Vətənə və xalqa xidmət nümunəsidir.

Mehriban Əliyevanın fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən məcburi köçkünlərin, şəhid ailələrinin, qazilərin problemlərinin həlli xüsusi yer tutur. Təsadüfi deyil ki, yeni yüksək vəzifədə keçirdiyi ilk müşavirəni qaçqın və məcburi köçkün ailələrinin həyat şəraitinin yaxşılaşdırılmasına həsr etmişdi. Həmin müşavirədən dərhal sonra müvafiq tədbirlər planı hazırlandı və real işlər başlandı. Qısa müddətdə yüz minlərlə qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırıldı.

Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrini və qazilərimizi də daim diqqətdə saxlayır, onların qayğısına qalır. Fond bu kateqoriyadan olan insanların qayğıları ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli istiqamətində mütəmadi tədbirlər həyata keçirir. Döyüşlərdə yaralanan hərbçilərimiz müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib, həmçinin sağlamlıqlarını itirmiş bir qrup əsgər və zabit yüksək texnologiyalı protezlərlə təmin edilib.

Torpaqlarımızın azad olunması uğrunda mübarizəyə siyasi-mənəvi dəstək, xalqımızı milli həmrəyliyə səsləyən, şanlı Ordumuzu Qələbəyə ruhlandıran müraciət və çağırışlar, müharıbədən sonra isə dövlətimizin başçısı ilə birlikdə Qarabağa çoxsaylı səfərlər, Şuşada möhtəşəm “Xarıbülbül” Musiqi Festivalının təşkili birinci xanımın xidmətləri sırasında xüsusi yer tutur. Eyni zamanda, Mehriban xanımın təşəbbüsü olan “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramlar təhsilin inkişafında mühüm rol oynayır. 2005-ci ildən icrasına başlanılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 100 mindən çox şagirdin təhsil aldığı 500-dən çox məktəb binası inşa olunub və yenidən qurulub. “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində isə 40-dan çox uşaq müəssisəsi əsaslı təmir edilib.

Əhalinin sağlamlığı məsələsi də Mehriban Əliyevanın daim xüsusi diqqət göstərdiyi sahələrdəndir. Onun təşəbbüsü ilə reallaşdırılan “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi bənzərsiz layihələr, bir çox xeyriyyə aksiyaları böyük rəğbətlə qarşılanır, öz müsbət nəticələrini verir. Bu çərçivədə Bakıda müasir Talassemiya Mərkəzi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya Mərkəzi, Psixonevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqları inşa olunub və ya əsaslı şəkildə yenidən qurulub.

Azərbaycanın birinci xanımının tapşırığına əsasən aztəminatlı ailələri və xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayan Heydər Əliyev Fondu bu istiqamətdə də mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Mehriban xanım Əliyeva özünün xeyriyyəçilik fəaliyyəti ilə gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərir. Artıq ictimai həyatımızda xüsusi yer tutan xeyriyyəçilik institutu müasir dövrün reallıqları və tələblərinə uyğun olaraq inkişaf etməkdə və genişlənməkdədir.

Azərbaycan həqiqətlərinin, mədəniyyətimizin, dövlətçilik ənənələrimizin, tariximizin dünyada təbliği sahəsində Mehriban xanımın təşəbbüsü ilə məqsədyönlü iş aparılır. 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsinin gedişində Azərbaycanın haqlı mövqeyinin nümayişi, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan düşmənin dinc sakinləri hədəf alan hücumlarının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əməli addımlar atılıb. Mötəbər beynəlxalq qurumlarda, dünyanın müxtəlif ölkələrində sərgilər, mədəniyyət gecələri və digər tədbirlər təşkil olunub. Avropa Parlamentinin mənzil-iqamətgahında, Afinada, Kannda Azərbaycan mədəniyyəti günləri keçirilib, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzi açılıb, dünyanın müxtəlif şəhərlərində görkəmli şəxsiyyətlərimizin abidələri ucaldılıb.

Azərbaycanın böyük uğurla ev sahibliyi etdiyi “Eurovision” beynəlxalq mahnı müsabiqəsi, Formula 1, Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları Mehriban Əliyevanın yüksək təşkilatçılıq bacarığına malik olduğunu üzə çıxardı. Respublikamızda bu mötəbər beynəlxalq tədbirlərin möhtəşəm təşkili hətta inkişaf etmiş ölkələri heyran qoydu. Təsadüfi deyil ki, Mehriban xanım idman aləmində və “Ədalətli oyunlar”ın təbliğində nümunəvi nailiyyətlərinə görə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalına layiq görülüb.

Birinci xanımın çoxşaxəli fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmır, ölkəmizin hüdudlarını aşaraq yaxın və uzaq xaricdə geniş əks-səda doğurur. Onun təşəbbüsü ilə Heydər Əliyev Fondu Vatikanda, Fransa, Pakistan, Bosniya və Herseqovina, Misir, Hindistan və digər ölkələrdə bir sıra önəmli layihələr icra edib.

Mehriban Əliyevanın xoşməramlı fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Azərbaycanın ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni, eləcə də “Qızıl ürək” beynəlxalq mükafatı, Avropa Olimpiya Komitələrinin Ali ordeni, Fransanın “Şərəf Legionu” ordeni, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni, Polşanın “Böyük Komandor Xaçı” ordeni, Rusiyanın “Dostluq” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı... Bu, Azərbaycanın Birinci vitse-prezidentinin layiq görüldüyü mükafatların heç də tam siyahısı deyil. Mehriban Əliyeva hesab edir ki, ən böyük mükafatı xalqın ona olan sevgisi, inamı və etimadıdır. Onun dediyi kimi, “illər ötdükcə, qarşımıza yeni ideya və planlar çıxdıqca, məqsədlərimiz xaraktercə dəyişir, amma əsas amalımız - Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır və qalacaqdır”.

Mehriban xanım xalqın sevgisi, etimadı ilə öz ömür kitabını yazmaqda davam edir, onu ildən-ilə yeni parlaq və mənalı səhifələrlə zənginləşdirir.

  • Дата: 26-08-2025, 01:24
  • Автор: anskanal
Полная статья »

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Baş Dövlət Yol Polisi İdarəsinin Ağsu rayonunda yerləşən 3 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi Bayram Zeynalov  - “Azərbaycan qadınları xalqımızın adət-ənənələrini, mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil etmişlər və bu, indi də belədir. Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin,  bu günümüzün, gələcəyimizin dayağıdır”. Bu sözlər Ulu Öndərimiz Heydər Əliyevə məxsusdur. Dahi şəxsiyyətin bu dəyərli fikri müstəqil Azərbaycanın  həyatında qadınların roluna dövlət səviyyəsində verilən yüksək qiyməti əks etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qadınların cəmiyyətin inkişafındakı rolunu qiymətləndirərək qeyd edir ki, “Tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olmuş, ölkəmizin bugünkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərmişlər.” Həqiqətən də, Azərbaycan qadını bütün tarixi dövrlərdə fəal iştirak edərək, cəmiyyətimizin inkişaf etməsinə öz töhfələrini vermişlər. Bu baxımdan müasir dövrdə ölkəmizin Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün həm ictimai- siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına örnəkdir.

Hələ 1995-ci ildə “Azərbaycan Mədəniyyətinin Dostları” Fonduna rəhbərlik edən Mehriban xanım Əliyeva Birinci Qarabağ müharibəsi, daxili siyasi xaos, müstəqilliyin ilk çətin illəri və Azərbaycanın düşmənlərinin intriqaları nəticəsində düşdüyü təcrid  vəziyyətində  mədəniyyətimizin, erməni işğalının, Ermənistanın azərbaycanlılara qarşı edilən soyqırımı bütün dünyaya çatdırır,  beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycana yönəltməyə çalışırdı.  

2005-2017-ci illərdə Milli Məclisin deputatı olmuş Mehriban Əliyevanın Azərbaycanda parlamentarizm ənənələrinin inkişafında mühüm xidmətləri var. Mehriban Əliyeva parlamentin bir çox mühüm qərarlarının: məhkumlara amnistiya, qadın və uşaq hüquqlarının müdafiəsini təmin edən qanunların, milli adət-ənənələrin və ailə prinsiplərinin təşəbbüskarı olub. Onun rəhbəri olduğu parlamentlərarası dostluq qrupları Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında əvəzsiz rola malikdir.

2016-cı ildə Azərbaycanda referendum keçirilərək  Konstitusiyaya  bir sıra mühüm dəyişikliklər olundu. Bu, ölkədə yeni islahatlarının keçirilməsi istiqamətində atılan mühüm addım idi. Dövrün yeni tələblərinə  uyğun dəyişikliklərin tərkib hissəsi kimi Vitse-prezident institutunun təsis olunması dövlət idarəçiliyi sahəsində növbəti uğurlu mərhələnin  başlanğıcına çevrildi. 2017-ci ildə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın Respublikanın Birinci vitse-prezidenti təyin edilməsi isə sanki  hər bir vətəndaşın seçimi oldu.  Mehriban xanım Yeni Azərbaycan Partiyasının sədr müavini kimi  partiyamızın yeni dövr üçün prioritetlərinin müəyyən edilməsində və fəaliyyət göstərməsində öz layiqli töhfəsini verir.

O, həm vətəndaş, həm dövlət xadim kimi Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayır, ölkəmizin inkişafı üçün səylərini əsirgəmir.  “ Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam.” -  bu fikirlər Mehriban xanımın həyat fəlsəfəsinin əsasını təşkil edir. Onun bütün layihələrinin mərkəzində - İnsan dayanır.    Minlərlə insana, xüsusi ilə uşaq və qadınlara  sağlamlığını və ümidini qaytarır. Azərbaycan ailəsinin  problemlərini həmişə diqqət mərkəzində saxlayır,  ölkədə ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verir. O, ölkədə gender bərabərsizliyinin, qadınlara qarşı bütün zorakılıqların, ənənəvi ailə dəyərlərinə  zidd olan stereotiplərin aradan qaldırılmasına xüsusi diqqət yetirir. Mehriban xanım eyni zamanda, valideyn qayğısından və himayəsindən məhrum olmuş, eləcə də, sağlamlıq imkanları məhdud uşaqlarla bağlı hər bir problemə həssaslıqla yanaşır, onları qayğı ilə əhatə edir. Onun şəxsi dəstəyi və köməyi nəticəsində reallaşan genişmiqyaslı tədbirlər ana və uşaq ölümünün qarşısının alınması, hemofiliya,  talassemiya və şəkərli diabet xəstəliklərinin azalması istiqamətində  profilaktik və müalicəvi işlərin aparılmasına müsbət təsir göstərir. Bir məsələni də unutmaq olmaz ki, Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu daha bir stereotipi qırdı.  Fərqli uşaqları- daun sindromlu, Autizm spektr pozuntulu  və digər xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün mərkəzlər, xüsusi  və qarışıq tipli mərkəzlər açdı. Uzun illər idi ki, belə uşaqlar cəmiyyətdən təcrid olunmuşdu. Ancaq Mehriban xanımın sayəsində  həmin uşaqlar inkişaf edir, bacarıqlar əldə edir, təhsil alır, əylənir- bir sözlə cəmiyyətə inteqrasiya edir. Bu, onların valideynləri və ailələri üçün inanılmazdır. 

Fondun xətti ilə yüzlərlə məktəb, onlarla xəstəxana, uşaq evləri və internat məktəbləri tikilib, minlərlə şəhid ailəsi və müharibə veteranı yeni rahat mənzillərə köçmüşdür.  Mehriban xanımın müstəqil dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizə öz bəhrəsini verməkdədir.  Heydər Əliyev Fondu, onun prezidenti,  Birinci vitse-prezident  Mehriban Əliyevanın, eləcə də fondun vitse- prezidenti Leyla Əliyevanın Azərbaycanın ən ağrılı problemi olan Qarabağ münaqişəsinin, azərbaycanlılara qarşı edilən genosidin dünyaya yayılmasında və təbliğ olunmasında rolu böyükdür. “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Azərbaycan həqiqətlərinin dünya dövlətləri tərəfindən tanıdılmasında aparılan işlər xüsusi əhəmiyyət daşıyır.  O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu dünya arenasında böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir.

Azərbaycanın Birinci vitse-prezidenti sivilizasiyaların qlobal dialoquna həqiqətən müstəsna töhfə verir. Mehriban xanım Qərbdə Şərqin qeyri-rəsmi elçisidir. Eyni zamanda, klassik Qərb dəyərlərinin “vətəni” olan Avropanı Asiyada və öz vətənində təmsil edir. Vatikanın tarixində ilk dəfədir ki, müqəddəs xristian abidələrinin bərpasına müsəlman ölkəsində fəaliyyət göstərən bir təşkilat kömək edir. Azərbaycanın özündə Mehriban xanımın  təşəbbüsü ilə katolik və pravoslav kilsələri, sinaqoq, eyni zamanda, məscidlər tikilir və ya əsaslı  bərpa olunur.

Mehriban xanım əsl liderlik keyfiyyətlərinə malikdir. O, humanizmi, mərhəməti güclü siyasi iradə və yüksək  təşkilatçılıq qabiliyyətini birləşdirməyi bacarır. Mehriban xanım düzgün komanda yaratmaq xüsusiyyətinə malikdir. Hər bir  şəxsi dəyərləndirərək  onun bacarığını istiqamətləndirir. Mehriban xanım hər zaman prioritetlərini zamana görə  müəyyənləşdirir,  kiçik komandasının səylərini bu prioritet vəzifələrin həllinə yönəldə bilir. Hazırda erməni işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda  Prezident İlham Əliyevlə  bərabər Mehriban xanımın da başçılıq etdiyi Böyük Qayıdış Planı həyata keçirilir, bərpa-tikinti işləri, nəhəng quruculuq layihələri həyata keçirilir.  Hamımız bir-birinin ardınca həyəcan və qürur hissi ilə, qısa müddətdə qədim tarixi-dini abidələrin, mədəniyyət mərkəzlərinin, kənd və şəhərlərin dirçəldilməsini izləyirik.

Mehriban xanımın bütün fəaliyyəti Vətənə xidmət nümunəsidir. Onun bütün həyatı bir əsas məqsədə - Azərbaycan xalqının müstəqilliyi, inkişafı və firavanlığına həsr olunub!  

  • Дата: 26-08-2025, 01:23
  • Автор: anskanal
Полная статья »

“General-mayor Vəzir Həsənov – Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin peşəkar və effektiv rəhbəri”

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi, general-mayor Vəzir Həsənov - Yeni tarixi dövrə qədəm qoyan Azərbaycanda dövlət idarəetmə institutunda zamanın tələblərinə uyğun demokratik yenilənmələrin milli qanunvericilik əsasında çoxşaxəli islahatlar xətti həyata keçirilir. Diqqətə yetirək ki, XXI əsrin dəyişən nizamı hər bir dövlətin idarəçilik sistemində dövrə uyğun islahatlar və yenidənqurma mexanizmlərini tələb edir. Bu: dövlət idarəetmə  islahatlar xəttinin sosio-iqtisadi hədəfi - dayanıqlı inkişaf, modern Güclü dövlət: strateji xətti - milli təhlükəsizliyinin qorunması; daxili siyasəti - əhalinin rifahlı cəmiyyətdə yaşamı; xarici siyasət xətti - beynəlxalq qarşılıqlı əməkdaşlıq: məqsədi–Sülh, Dialoq və Həmrəylikdir.

Dünyanın geosiyasi yeni reallıqları zəminində dövlətçilik institutunun strateji-siyasi xəttində ictimai-mədəni-humanitar tələblər də islahat mexanizmində zəruri amildir.Yeni Dövrdə idarəetmə sahəsində müasir tələblərə uyğun inkişaf açan institutsional qurumlarda da yenilənmələrə ehtiyac yaranır. Bu baxımdan Prezidentlik İnstitutunun əsas və mühüm tərkib hissəsi Birinci vitse-prezidentlik təsisatının yaradılması da ölkədə islahatlar mexanizmində önəmli fəaliyyəti ilə dəstəkverici struktur vahidi olaraq Azərbaycanın modernləşməsində əhəmiyyətli islahat xəttidir.

Müasir Azərbaycanda konstitusion əsaslarla ilk dəfə yaradılan Birinci vitse-prezidentlik təsisatı 2017-ci ildən başlayaraq yeni və faydalı bir dövlət siyasi idarəetmə sistemi olaraq ölkədə Xanım Mehriban Əliyevanın rəhbərliyi ilə səmərəli, çevik fəaliyyət aparır.

Xanım Mehriban Əliyevanın bacarıqlı idarəçilik qabiliyyəti, təşkilatçılıq təcrübəsi, xarizmatik xüsusiyyətləri, milliliyi modernliklə vəhdətdə ehtiva etməsi XXI əsr Azərbaycan qadınının ictimai-siyasi-mədəni Rəhbər obrazıdır.

Prezident İlham Əliyev vurğulayır: “Mehriban Əliyeva uzun illərdir ki, ölkənin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır. Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının Sədr müavinidir”.

Xanım Mehriban Əliyeva vurğulayır ki: “Bütün bu illər ərzində mən öz beynəlxalq fəaliyyətimi nizamlamalı olurdum. İlk növbədə, bu, mənim üçün dünya ictimaiyyətinə Azərbaycanın tarixini, mədəni irsini, bununla yanaşı, Azərbaycanın bugünki siyasi və ictimai gerçəkliklərini çatdırmaq imkanı idi. Müasir Azərbaycanın nə demək olduğunu, onun əhəmiyyətini, siyasi mövqeyini, bu ölkənin potensialını dünya ictimaiyyətinə çatdırmaq lazım idi”. Bu məntiqdə Xanım Mehriban Əliyeva fenomenliyinin fəaliyyət yolu, məqsəd və məramı, həyata keçirdiyi tədbir və təşəbbüslər, gerçəkləşdirdiyi həm ölkə daxili sosio-mədəni layihələr, həm də beynəlxalq ictimai-diplomatik missiyası əks olunur. Mehriban xanım Əliyeva fenomenliyində çoxistiqamətli  sahələrdə apardığı real işlərin əhəmiyyətliliyi ölçüsüzdür.

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin məğzində xalqına, böyük məntiqi xidmət məramı dayanır ki, bu əsasən:

Birincisi, Azərbaycan xalqının fədakar övladının, Dövlət Xadimi Qadın Rəhbərin dövlətin inkişafında istirakı siyasətidir.

İkincisi, Heydər Əliyev Fondunun prezidenti olaraq gerçəkləşdirdiyi fəaliyyət xəttində Ulu öndər Heydər Əliyev siyasi-mədəni məktəbinin mənimsəmə və həyata tətbiqində nümunəvi dərslərdir.

Üçüncüsü, milli dəyərlərin geniş miqyaslı təbliğində yeni məzmunda bu irsi institusionallaşma və mədəni maarifçilik hərəkatı dirçəlir. Bu Yolda Xanım Mehriban Əliyeva Ulu öndər Heydər Əliyevin geniş siyasi-mədəni “güc”fəaliyyətini məktəbləşdiribdir. 

Dördüncüsü, Heydər Əliyev Fondu prezidentinin kreativ və universal mədəniyyətindən irəli gələn vətənkeşlik, torpağa, el-obaya bağlılıq keyfiyyətləri rasional təfəkkürün, ağıllı zəka təzahürünün dövləti idarəetmədə paradiqmal fenomenliyidir.

Mehriban xanım Əliyevanın Ulu öndər Heydər Əliyev siyasi-mədəni Yolunu davam etdirməsi milli adət-ənənələrin qorunması, milli dəyərləri dirçəldilməsi, dünyaya tanıdılması  məntiqinin göstəricisidir.  

Ölkənin Birinci Xanımının mənən zəngin və geniş dünyagörüşlü zəkasının məcmusu, universal intellekti, kübarlıq xüsusiyyəti komponentidir.

Modern Qadın Rəhbər obrazı Mehriban xanım Əliyevanın Azərbaycan milli irsinin təbliğindəki yorulmaz əməyi də Xalq+Dövlət Birliyindən qaynaq alan “mədəni güc”  amilidir.

Bu baxımdan Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan çoxşaxəli beynəlxalq layihələrin də daxili sosial siyasi fəaliyyətdə rolu əhəmiyyət daşıyır. Nəzərə yetirək ki, Azərbaycan xalqı Mehriban xanım Əliyevanı bir güvənc, bir ümid, bir etimad göstərdikləri Ali statuslu Rəhbər kimi qəbul edirlər.

Buradaca digər bir önəmli məsələyə də nəzər yetirək. Belə ki, müstəqil Azərbaycanda Birinci Xanım statusu Xanım Mehriban Əliyevanın şəxsində inkişaf etmişdir. Ölkə Prezidentinin sədaqətli həyat yoldaşı və silahdaşı Xanım Mehriban Əliyevanın fenomenliyi respublikanın mədəni-humanitar, ictimai-siyasi, eləcə də beynəlxalq müstəvidə tanınmasında rolu təkzib olunmaz ictimai-diplomatik fəaliyyəti çoxspektrlidir. Bu kontekstdən Xanım Mehriban Əliyevanı Azərbaycan xalqı Birinci Xanım missiyasında - bütün hadisə və proseslərin mərkəzində, öz diqqəti, öz münasibəti, öz vətənsevər humanizmi ilə ölkə vətəndaşlarına olan sayğı və qayğısında görür, həyatlarında hiss edirlər.

Mehriban xanım Əliyeva fenomenliyində əsrlərdən gələn Azərbaycan milli irsini, mədəniyyətini beynəlxalq aləmdə tanıtdırması dövlətçilikdə ictimai-diplomatik “güc” Yoludur.

Vətən müharibəsində Xalq bütün dəstəyi ilə “İrəli Baş Komandan” amallı Milli Orduya dəstək məsləyində, Prezident İlham Əliyev siyasi-diplomatik-informasion savaş meydanında, Mehriban xanım Əliyeva da vətəndaşlara, şəhid ailələrinə, qazilərə diqqət və qayğı cəbhəsinə dəstək olurdu. 44 günlük Vətən müharibəsində məhz Xalqın, Milli Ordunun, Dövlətin bu vəhdətdən irəli gələrək  Azərbaycan Respublikası həm döyüş meydanında, həm də ictimai-mədəni diplomatik güc savaşında da Zəfər qazandı.

Birinci vitse-prezidentin “mədəni-diplomatik güc” sahəsində fəaliyyət məkanı genişdir. Bu: ictimai diplomatiya; yeni xeyriyyəçilik modeli; milli musiqi, muğam, sazın dirçəldilərək təbliği; milli mətbəx və xalçaçılığın dünyada tanıdılması; ölkənin şəhər və rayonlarının, Qarabağın işğaldan azad olan ərazilərinin bərpa - quruculuq işlərində ənənəviliklə modernliyin vəhdətini yaratmaq və s. proseslərdir. Bu mənada idmanın təbliği də Azərbaycanda idman hərəkatının dünyaya tanıdılması da ictimai-diplomatiyadır. Bütün bu yöndəki təşəbbüskarlıq və təşkilatçılıq respublikada dövlətin inkişaf xəttidir. Bakıda Birinci Avropa Oyunları, eləcə də İslam Oyunlarında Təşkilat Komitəsinin sədri Xanım Mehriban Əliyeva idman yarışlarını “mədəni güc“ amili kimi beynəlxalq “Azərbaycan İdman Günü”Bayramına döndərdi. “Azərbaycan İdman Günü” Bayramında qədim tariximizin müasir baxımdan milli çalarlı xüsusiyyətləri əks olunurdu.

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin   formalaşmasında və xalq tərəfindən qəbulunda səmimiliyi, diqqətçiliyi, qayğısevərliyi kimi keyfiyyətlərinin rolu bənzərsizdir. Bu çoxsahəli fəaliyyətin hədəfində Azərbaycanın mədəni inkişafı, bu istiqamətdə ictimai-siyasi məramlı tərəqqi Yolu dayanır.

Mehriban xanım Əliyevanın Birinci vitse-prezident statusu Azərbaycan xalqı tərəfindən məntiqi qərar kimi qəbul olunaraq, ölkə vətəndaşları tərəfindən müsbət dəstək qazandı. Bu dəstək məhz Xanım Mehriban Əliyevanın onilliklər ərzində formalaşan Rəhbər Qadın, Rəhbər Birinci Xanım və sadəliyin bariz nümunəsi olaraq, xalqının Vətənsevər övladı kimi “Sizin Mehriban” imzasında təsdiq olundu. Ölkə vətəndaşları Birinci Xanımı insanların sırasında, öz yaxınlıqlarında görməyə alışmışlar. Bu Mehriban xanım Əliyevanın insanpərvərliyindən, genetik xarakterindən, ziyalılığından və yüksək kübar keyfiyyət-lərindən irəli gələn elit mədəniyyətidir. Məhz bu komponentlər də Xanım Mehriban Əliyevanı xalqının ümid, inam ünvanına və sevimlisinə,“Sizin MEHRİBAN” imzalı etmişdir.

Birinci vitse-prezident Xanım Mehriban Əliyeva vurğulayır ki: “Prezidentin etimadını, ən başlıcası isə mənə inanan, ümid bəsləyən insanların etimadını doğrultmalıyam”.   Bu nöqteyi-nəzərdən də “Cəmiyyətdə Xanım Mehriban Əliyevanın nüfuzu şəksizdir, praktiki olaraq ölkənin bütün ictimai-siyasi fəaliyyətində iştirak edir, idarəetmə fəaliyyətində zəngin təcrübəyə malikdir” – fikri “Rossiya 1” telekanalının aparıcısı D.Kiselyova məxsusdur.

Birinci vitse-prezidentin işğaldan azad edilən torpaqların, Qarabağın yenidən Qurulması və Dirçəldilməsində fəaliyyətinin əsasında onun Xalqa xidmət siyasi fəlsəfəsinin təməli, məhz sevdiyi xalqının xoş gələcəyi, firavan həyat tərzi istəyi, Ulu öndər Heydər Əliyev dərslərinin təcrübəsi dayanır.

Mehriban xanım Əliyeva həm Vətən müharibəsindən öncə, həm də post-müharibə dövründə dünyada Xalqının sülhməramlı elçisi olaraq sabitlik, mədəniyyətlər və dinlərarası dialoq müstəvisində, bərabər dinc yaşamaq, təhlükəsiz, müharibəsiz dünya, insanlığın sivil tərəqqisini dəstəkləyən həmrəyliyin, Sülhün reallaşdırılmasına dair çağırışlarla ölkə Milli Məclisinə müraciət ünvanlayan, beynəlxalq ictimaiyyətə “Sülh, Həmrəylik, Bərabərlik”  ideyaları ilə səslənən Azərbaycanın Ali statuslu Qadın Rəhbəridir.

Mehriban xanım Əliyevanın ictimai-siyasi-diplomatik fəaliyyət Yolunda əsas xüsusiyyət onun bu sahədəki işlərində köklü-əsilli, kübarlığı önəm daşıyır. Qadın siyasətçi obrazı, ictimaiyyətçi, xeyriyyəçi olmaq Mehriban Əliyevanın yumşaq ictimai “mədəni güc” fenomenliyidir. Fenomenliyin əsası şəxsin daxilindən gələn təzahürün davranışı, aristokratizmdir.

Mehriban xanım Əliyeva ictimai “mədəni güc” diplomatiyasının hədəfləri nədir... Bu fikrə Xanım Mehriban Əliyevanın öz məntiqi ilə nəzər yetirək: “Mənim  təsəvvürüm, istəyim sosial problemlərin, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həllinə diqqəti maksimum cəmləşdirməkdir”. Azərbaycanın Birinci Xanımını xalqına sevdirən sadəliyi, səmimiliyi, insanpərvərliyi, humanist fenomenliyidir.

Mehriban xanım Əliyevanın ölkə sərhədlərindən də uzaqlarda təhsil, sağlamıq, təbii fəlakətlər zamanı yardım və xeyriyyəçilik missiyası, həm Qərb, həm də Şərq məkanı ölkələrini əhatə edir.

Mehriban xanım Əliyevanın təşəbbüs və rəhbərliyi ilə gerçəkləşdirilən humanitar-mədəni aksiyalar məhz bu qəbildən olan fəalliyyət hədəfləridir.

Ölkənin Birinci xanımı Cənubi Qafqazda geniş fəaliyyət dairəsi, xarizma və nüfuzu ilə, İslam ölkələrində mənəvi dəyərlərə hörmət, mədəni irsi yaşatmaq diqqəti ilə, Qərbdə də yüksək intellektli, kübar davranışlı modern və sivil dünyagörüşlü Qadın - Rəhbər, siyasi-ictimai, idarəedici funksiyası ilə, beynəlxalq ictimaiyyət tərəfindən də yüksək dəyərli bir Lider kimi səciyyələndirilir.

Mehriban xanım Əliyevanın istər sabiq Milli Məclisin deputatı, istər YAP sədrinin Birinci müavinədək siyasətdəki fəaliyyəti, ziyalılıq keyfiyyətləri,  Birinci vitse-prezidentlik təsisatında əməli fəaliyyəti yüksək dəyərli Rəhbər idarəçiliyidir. Mehriban xanım Əliyevanın ictimai-siyasi yanaşmasında əsas qayə insana qayğı, diqqətli münasibətdir. Mehriban xanım Əliyeva vurğulayır: “Mənim məqsədim ondan ibarətdir ki, belə deyək, hətta tənqidə ən çox meyl edən təbəqələrin də müəyyən müddətdən sonra tənqid üçün az əsası olsun”. Məhz bu keyfiyyətlər ziyalı – alim – siyasətçi Qadın Rəhbərin fenomenliyidir. 

Mehriban xanım Əliyeva fenomenliyinin əsas mühüm məqamı da müasir Azərbaycan qadınının siyasi-ictimai-diplomatik obrazının məhz öz fəaliyyəti ilə təqdimidir.

Mehriban xanım Əliyevanın Azərbaycanın və dünyanın çoxsaylı nüfuzlu adları və mükafatları ilə təltif olunması çoxşaxəli fəaliyyətinəverilən qiymətin siyasi fəlsəfəsidir. Təbii ki, bu mükafatlar savad, zəka və qətiyyətlilik, idarəetmədə peşəkarlıq və bilgi, işində iradəli prinsipallıq və humanitarlıq missiyası ilə bahəm yaradıcı ağıl, millətinə, ölkəsinə, dünya insanlığına olan ülvi yanaşma əksinin siyasi fəlsəfəsidir.

Nəzərə yetirək ki, ölkənin Birinci Xanımının yüksək dəyəri, Azərbaycan xalqına “Sizin Mehriban” imzalı müraciəti, ali mükafatı isə Azərbaycan Xalqının  “Bizim Mehribanımız” rəğbətindən doğan hörmət və məhəbbətdir.

Mehriban xanım Əliyeva Vətən müharibəsində Zəfər çalan Azərbaycan Prezidentinin, Qalib Ali Baş Komandanın ömür-gün yoldaşı, silahdaşı, üç övladının  anasıdır. İctimai-siyasi fəaliyyətlə ailə məsuliyyətinin vəhdətini uzlaşdırmaq da Xanım Mehriban Əliyeva fenomenliyinin Qadın-Dost-Ana xüsusiyyəti, ictimai-diplomatik-humanistik fəaliyyəti də bu cəhətləri həssaslıqla cəmiyyətlə uyğunlaşdırma qabiliyyətidir.

Mehriban xanım Əliyeva istər siyasi motivdə, istər ictimai yöndə, yaxud mədəni-sosial humanitar zəmində də hər hansı bir fəaliyyəti əzmlə və yüksək səviyyədə həyata keçirir.

Fikrimizi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sözləri ilə bitirək: “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə məhz bu mənəvi dəyərləri uca tutaraq, ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar”. Və... “Bizim Mehribanımızın” dediyi kimi: “Tanrı Azərbaycanımızı qorusun”!

  • Дата: 26-08-2025, 01:22
  • Автор: anskanal
Полная статья »


Azərbaycanın ən böyük rayonu olan Kəlbəcərə də həyat qayıdır. “Böyük Qayıdış” Proqramı əsasında burada yüksək standartlara malik bərpa-quruculuq işləri aparılıb, öz doğma yurduna qayıdan soydaşlarımızın təhlükəsiz və firavan yaşayışı üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyevin Kəlbəcərə və Ağdərəyə səfəri, burada sakinlərlə görüş zamanı Kəlbəcər şəhərinin, eyni zamanda Ağdərənin yeni, inkişaf edən simasını gördük. Bu, “Böyük Qayıdış” Proqramının uğurla icrasını təsdiqləyir.

Dövlətimizin başçısı Kəlbəcərdə sakinlərə mənzillərin açarlarının təqdim edilməsi mərasimində vacib mesajlar da səsləndirdi. İşğal dövründə Ermənistanın bir qarış belə torpaq qaytarmaq niyyətində olmadığını, o vaxtkı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin isə bütün səylərini münaqişənin dondurulmasına yönəltdiyini xatırlatdı. Cənab Prezident bir daha bəyan etdi ki, məhz həmsədrlərin qərəzli mövqeyi səbəbindən münaqişəni sülh yolu ilə həll etmək mümkün olmadı. İşğal dövründə təcavüzkara göstərilən hərtərəfli dəstəyin əsas məqsədi həm də azərbaycanlıların öz doğma yurdlarına qayıdışına mane olmaq idi. Lakin Azərbaycan öz gücü hesabına bu məkrli planların hamısını alt-üst etdi, öz ərazi bütövlüyü və suverenliyini bərpa etdi. Mürəkkəb relyefə malik olan Kəlbəcərin 1 güllə atmadan qaytarılması Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra böyük uğuru idi. Beləliklə, Azərbaycan regionda ədaləti təmin etdi, separatizmin kökünü kəsdi. Məhz Azərbaycanın gücü, siyasi iradəsi sayəsində regionda yeni reallıqlar yaranıb. Artıq Azərbaycan-Ermənistan münasibətləri də yeni mərhələyə qədəm qoyub. Rəsmi Bakının müəllifi olduğu, bu günlərdə paraflanmış sülh müqaviləsi də Azərbaycanın maraqlarını təmin edir. Bunu dövlətimizin başçısı Kəlbəcər sakinləri ilə görüşdə də qeyd etdi. Ermənistan Azərbaycanın şərtlərini yerinə yetirmək öhdəliyi götürüb. Cənab Prezident eyni zamanda tarixi diyarımız olan Naxçıvanla quru bağlantısının təmin olunmasına da diqqət çəkdi. “Ermənistan bu öhdəliyi də üzərinə götürüb və bu, bizim növbəti tarixi uğurumuzdur”, – deyən Prezident İlham Əliyev bir daha bəyan etdi ki, dünya birliyi, beynəlxalq aləm bizim Qələbəmizi və yeni reallıqları tam qəbul edir.

Azərbaycan Prezidentinin verdiyi mesajlardan biri də vətəndaşlarımıza qarşı düşmənçilik, ədavət və vəhşiliyin heç vaxt yaddaşımızdan silinməməsi idi. Yəni, Ermənistanla münasibətlər normallaşsa da, xalqımıza qarşı törədilən etnik təmizləmə, işğal, soyqırım heç vaxt unudulmamalıdır.

Müzəffər Ali Baş Komandan eyni zamanda xəbərdarlıq etdi: “Əgər kiminsə xəstə ağlına Azərbaycana qarşı hər hansı bir təxribat törətmək gələrsə, yenə də peşman olacaq.” Bu, həm Ermənistandakı revanşistlərə, həm də bu regionda eskalasiyada, yeni münaqişə ocağının yaranmasında maraqlı olan qüvvələrə xəbərdarlıq idi.

  • Дата: 22-08-2025, 23:09
  • Автор: anskanal
Полная статья »


Azərbaycanın hüquq-mühafizə sistemində xüsusi yeri olan 11 saylı Cəzaçəkmə Müəssisəsi, peşəkar rəhbərliyi və səmərəli idarəçilik prinsipləri ilə tanınır. Bu uğurun arxasında isə təşkilatçılığı, idarəetmə qabiliyyəti və yüksək mənəvi keyfiyyətləri ilə seçilən rəis – Şakir Qəniyev dayanır.


Peşəkar İdarəçilik və Səlahiyyətli Qərarlar

Şakir Qəniyev uzun illərdir ki, hüquq-mühafizə orqanlarında topladığı zəngin təcrübəsini rəhbərlik etdiyi müəssisədə uğurla tətbiq edir. O, yalnız qayda-qanunun təmin olunmasına deyil, həm də müəssisənin insan hüquqları, ədalət və humanizm prinsiplərinə uyğun fəaliyyət göstərməsinə xüsusi önəm verir. Onun idarəçilik üslubu həm də şəffaflıq, məsuliyyət və dəqiqlik üzərində qurulub.


İslahatlara Açıq və Yenilikçi Yanaşma

Müəssisədə məhkumların cəmiyyətə yenidən adaptasiyası, peşə və əmək vərdişlərinin inkişafı üçün təlimlər, istehsalat sahələri və sosial layihələr həyata keçirilir. Şakir Qəniyev hesab edir ki, ədalət yalnız cəza ilə məhdudlaşmamalı, həm də insanın islahına xidmət etməlidir. Onun rəhbərliyi altında məhkumların təhsilə və peşə öyrənməyə cəlb olunması istiqamətində mühüm addımlar atılıb.


Qanunun Aliliyinə Sadiqlik

Şakir Qəniyev bütün fəaliyyətində qanunun aliliyini əsas meyar kimi qəbul edir. İşində heç bir güzəştə yol vermədən, hər bir qərarı qanun çərçivəsində, obyektiv və ədalətli şəkildə verir. Bu prinsipial mövqeyi ona həm əməkdaşlarının, həm də cəmiyyətin hörmətini qazandırıb.


İnsanpərvərlik və Sosial Dəstək

Onun işinin mühüm istiqamətlərindən biri də məhkumların ailələri ilə əlaqələrin gücləndirilməsi və sosial dəstəyin təmin olunmasıdır. Xüsusən də şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə göstərilən diqqət və qayğı, Şakir Qəniyevin vətənpərvər və humanist xarakterinin əyani sübutudur.


Güclü Komanda və Nizam-İntizam

Rəhbərlik etdiyi kollektivdə yüksək intizam və qarşılıqlı hörmət mühiti formalaşdırıb. O, əməkdaşlarını yalnız icraçı kimi deyil, məsuliyyət daşıyan peşəkarlar kimi yetişdirir. Bu isə müəssisədə işin səmərəli və fasiləsiz aparılmasına şərait yaradır.


Cəmiyyətə Töfhə

Şakir Qəniyev üçün iş yalnız vəzifə deyil, cəmiyyətin təhlükəsizliyinə və inkişafına xidmət edən müqəddəs bir missiyadır. Onun rəhbərliyi sayəsində 11 saylı Cəzaçəkmə Müəssisəsi bu gün həm idarəçilik, həm də humanizm prinsipləri baxımından nümunəvi müəssisələrdən biri kimi dəyərləndirilir.

  • Дата: 15-08-2025, 22:37
  • Автор: anskanal
Полная статья »

METAK şirkətinin təsisçisi Alik Kərimov - Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqtona işgüzar səfəri Azərbaycanın diplomatik tarixində mühüm mərhələ kimi daim yadda qalacaqdır. Bu səfər, bütövlükdə regionun siyasi və iqtisadi gələcəyinin formalaşmasında dönüş nöqtəsi kimi dəyərləndirilir. Son illər ərzində Azərbaycanın qazandığı uğurlar Zəfər diplomatiyasının yeni səhifəsini açaraq, dövlətimizin beynəlxalq arenadakı nüfuzunu əhəmiyyətli dərəcədə gücləndirib. ABŞ səfəri ölkəmizin regional və qlobal səviyyədə əldə etdiyi siyasi-diplomatik nailiyyətlərin bariz ifadəsi kimi tarixə qızıl hərflərlə yazılıb.

Səfərin siyasi məzmunu Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda keçirilmiş tarixi Sammitin nəticələrinə əsaslanır. Bu görüş Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində yeni mərhələnin başlanğıcı olub. Sammitin nəticəsi olaraq Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamə imzalanıb. Həmin sənəd Azərbaycanın uzun illər irəli sürdüyü sülh gündəliyinin beynəlxalq səviyyədə rəsmi təsdiqi və dəstəyi kimi mühüm əhəmiyyət kəsb edir. Bəyannamə həm regionda davamlı sülhün bərqərar olunmasına, həm də iki ölkə arasında qarşılıqlı etimad mühitinin formalaşmasına xidmət edən strateji sənəd kimi tarixi əhəmiyyət kəsb edir.

Bəyannamədə xüsusi yer tutan müddəalardan biri “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması ilə bağlı qərar olub. Burada Sazişin qısa müddətdə imzalanması və ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin vacibliyi açıq şəkildə vurğulanıb.

Sammit çərçivəsində mühüm diplomatik addımlardan biri də hər iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması və ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların bağlanması ilə əlaqədar ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubunun imzalanması olub. Bu addım 2020-ci ildən bəri Azərbaycan tərəfindən ardıcıl olaraq gündəmdə saxlanılan və sülh prosesinin qarşısında duran ən ciddi maneələrdən birinin aradan qaldırılması baxımından strateji əhəmiyyətə malikdir.

Birgə Bəyannamədə əksini tapan digər mühüm məsələ regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası ilə bağlı müddəa olub. Burada Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin vacibliyi vurğulanıb. Bu çərçivədə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlı yeni infrastruktur layihəsinin həyata keçirilməsi qərara alınıb. ABŞ tərəfindən reallaşdırılacaq bu layihə Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında fasiləsiz və təhlükəsiz nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutur. Layihə təkcə iki bölgə arasında birbaşa əlaqə təmin etməklə kifayətlənməyəcək, həm də regionun iqtisadi inteqrasiyasına, ticarət həcminin artmasına və ümumi sabitliyin güclənməsinə töhfə verəcəkdir.

Səfər çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin prezidentləri tərəfindən Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzalayıblar. Bu sənədə əsasən, qarşıdakı altı ay ərzində iki ölkə arasında enerji, ticarət, tranzit, süni intellekt, rəqəmsal infrastruktur, müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi prioritet istiqamətləri əhatə edən Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması nəzərdə tutulur. Bu təşəbbüs ikitərəfli münasibətlərin institusional əsasda möhkəmlənməsinə, qarşılıqlı maraqların daha da genişləndirilməsinə və gələcək əməkdaşlığın uzunmüddətli çərçivəsinin yaradılmasına xidmət edəcəkdir.

Vaşinqton səfərinin siyasi baxımdan ən əhəmiyyətli hadisələrindən biri ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə Sərəncamın imzalanması olub. Azərbaycan–ABŞ münasibətlərində uzun illər mənfi amil kimi qalan bu düzəlişin məhz Prezident İlham Əliyevlə görüş çərçivəsində ləğv edilməsi həm ikitərəfli münasibətlərdə yeni səhifənin açılması, həm də ölkəmizin beynəlxalq nüfuzunun artmasının bariz göstəricisi kimi dəyərləndirilir.

Səfər zamanı iqtisadi əməkdaşlıq istiqamətində də mühüm addımlar atılıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə ABŞ-ın enerji nəhəngi ExxonMobil korporasiyası arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Bu sənəd ənənəvi neft-qaz sahələrində, həmçinin qeyri-ənənəvi enerji imkanlarının dəyərləndirilməsi istiqamətində birgə layihələrin icrasını nəzərdə tutur. Memorandum iki şirkət arasında mövcud əməkdaşlığı daha da gücləndirəcək və enerji sahəsində qarşılıqlı faydalı tərəfdaşlıq üçün yeni perspektivlər açacaqdır.

Nəticə etibarilə, Prezident İlham Əliyevin Vaşinqtona işgüzar səfəri Azərbaycan–Ermənistan sülh prosesində yeni və ümidverici mərhələnin başlanğıcını qoymaqla yanaşı, Azərbaycan–ABŞ münasibətlərində strateji tərəfdaşlığın dərinləşməsi və genişlənməsi üçün möhkəm zəmin yaradıb. İmzalanan sənədlər, əldə olunan razılaşmalar və qəbul edilən qərarlar Azərbaycan diplomatiyasının gücünü, dövlət başçısının uzaqgörən siyasi strategiyasını və ölkəmizin beynəlxalq arenadakı nüfuzunun əhəmiyyətli dərəcədə artmasını bir daha təsdiqləyib.

  • Дата: 11-08-2025, 23:46
  • Автор: anskanal
Полная статья »