Xəbərlərin siyahısı: Sentyabr 2026 illər » Səhifə 2 » ANS KANAL

Nizami Qasımzadə: 20 Sentyabr – Suverenlikdən Böyük Qayıdışa - Qarabağda Yeni Həyat Qurulur

Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Bərdə Elektrik Şəbəkəsinin rəisi Ələddin Muradov - Azadlığımızı heç də rahat əldə etməmişik. Xalqın azadlıq eşqinə tuşlanan işğalçı silahlar qanımızı axıtsa da, ürəyimizi susdursa da, azadlıq istəyimizi susdura bilmədi. Çünki azadlıq xalqımızın ruhunda doğulan elə bir həqiqətdir ki, onun qarşısına silahla çıxmaq mümkündür, onu məhv etmək mümkün deyil. Necə ki, şər qüvvələr bunu bacarmadılar.

1991-ci ildə Azərbaycan tarixi müstəqilliyini qazandıqdan sonra ölkəmiz az qala 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yenidən yaşayacaqdı. Müstəqilliyimiz Cümhuriyyət dövründə olduğu kimi yenidən ağır sınaqlarla üz-üzə qaldı. Tarix düz bir əsr sonra qarşımıza eyni həqiqətlə çıxdı. Baş verən proseslər bir daha sübut etdi ki, azadlığı qazanmaq tarixin hadisəsidir, onu qorumaq isə xalqın taleyini müəyyən edən böyük məsuliyyətdir.

Müstəqil ölkəmizin o vaxtkı rəhbərliyi bu məsuliyyəti dərk etmədi və nəticə etibarilə torpaqlarımız işğal olundu, tariximizin ən ağır müsibətlərindən olan Xocalı faciəsini yaşadıq. Arxasında möhkəm dövlətçilik düşüncəsi olmayan müstəqilliyimizin isə bağrı çatlayırdı. Yarıtmaz dövlət siyasəti xalqın azadlıq arzusu ilə dövlət idarəçiliyi arasındakı uçurumu daha da dərinləşdirirdi. Dövlətin gələcəyi ilə bağlı məsuliyyət hissinin zəifləməsi, siyasi iradənin yoxluğu və milli maraqların arxa plana keçməsi müstəqilliyimizin özülünü sarsıtdı.

Xalqın əziyyətlə qazandığı azadlığı dövlətin gücü və iradəsi qoruya bilmədi, müstəqilliyimiz tarixin ən ağır itkiləri qarşısında müdafiəsiz qaldı. Belə bir vəziyyətdə xalqın təkidli tələbi ilə Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı. Böyük Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda dövlətçilik düşüncəsi yenidən siyasi iradənin əsası oldu, itirilmək təhlükəsi ilə baş-başa qalan müstəqilliyimiz möhkəm dayaqlar üzərində yeni mərhələyə qədəm qoydu. Ordusu, silahı olmayan, torpaqları işğal olunan Azərbaycanın siyasi olimpində Heydər Əliyev erası başlandı. Ulu öndər qurtuluş yoluna qədəm qoyan Azərbaycanın qarşısında dayanan ən ağır vəzifələri ardıcıl şəkildə həll etməyə başladı. Atəşkəsin əldə olunması, güclü ordunun yaradılması, dövlət institutlarının möhkəmləndirilməsi və iqtisadi dayaqların formalaşdırılması ölkəmizin gələcəyinə aparan yolun əsas sütunlarına çevrildi. Azərbaycan dövləti belə quruldu, gələcək hədəflər müəyyənləşdirildi. Heydər Əliyev millətin arzusu, xəyalı olan ölkəmizin suverenliyinin tam bərpasını böyük missiya üçün doğulmuş və özü qədər inandığı İlham Əliyevə etibar etdi. Prezident İlham Əliyev bu inamı dövlət iradəsinə, dövlət iradəsini isə tarixi zəfərə çevirən lider kimi Azərbaycanın epoxal manifestini yazdı. Beləliklə, millətin ən böyük arzusu Ali Baş Komandanın siyasi iradəsində tarixi həqiqətə, tarixi zəfər isə dövlətçilik iradəsinin əbədi yaddaşına həkk olundu.

44 günlük Qarabağ müharibəsindən sonra Prezident İlham Əliyev qətiyyətlə bəyan etdi ki, Azərbaycanın heç bir qarış torpağı müzakirə mövzusu ola bilməz. Torpaq bizimdir, onun bütövlüyünü və suverenliyini qorumaq milli haqqımızdır. Bu haqqın qarşısında heç bir qüvvə dayana bilməz.

Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən birgünlük antiterror tədbirləri nəticəsində Qarabağda separatizmin və qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoyuldu. Azərbaycan Ordusunun peşəkarlığı, yüksək döyüş hazırlığı və qəhrəmanlığı sayəsində düşmənin müqaviməti qırıldı, üçrəngli bayrağımız Xankəndidə ucaldıldı. Bu tarixi hadisə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün və suverenliyinin bütün ölkə ərazisində bərpasını təmin etdi.

Beləliklə, xalqımız Prezident İlham Əliyevin liderliyi sayəsində uzun illər milli yaddaşımızda yaşayan ən mühüm problemi həll etdi. Qarabağda dalğalanan üçrəngli bayraq dövlətimizin gücünü, xalqımızın birliyini və tarixi ədalətin bərpasını bütün dünyaya nümayiş etdirdi.

28 may azadlığın adını tarixə yazdı. Böyük Heydər Əliyev 28 mayda bəyan edilmiş azadlığımızı xainlərə, daxili və xarici düşmənlərə qarşı 15 iyunda qurtuluş savaşı açaraq qorudu və qalibiyyətlə dövlətçilik iradəsini yenidən siyasi gücə çevirdi. 20 sentyabrda isə Prezident İlham Əliyev bizim haqqımızı bizə qaytardı, Azərbaycanın öz taleyinə və öz torpağına tam sahib olmasını təmin etdi. 20 sentyabr 2023-cü ildə Azərbaycanın milli iradəsi ilə dövlət iradəsi bir bütövlükdə tamamlandı, dövlət hakimiyyəti ölkənin bütün ərazisində bərqərar oldu və suverenliyimiz tam təmin edildi.

“Qarabağ Azərbaycandır!” nidası ilə başlayan böyük mübarizə Lider–Xalq vəhdətinin yaratdığı qüdrət və dəmir iradə ilə Azərbaycanın suverenliyinin tam bərpasına gətirib çıxardı. Böyük güclərin himayəsinə arxalanan düşmən bu tarixi iradənin və milli gücün qarşısında pərən-pərən düşdü. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə tarix qarşısında haqqını, dövlət qarşısında məsuliyyətini, gələcək nəsillər qarşısında müqəddəs borcunu yerinə yetirdi. Dəmir iradənin qələbəsi tariximizin ən şərəfli hadisələrindən biri kimi yaddaşımıza həkk olundu.

28 may azadlığımızın, 15 iyun dövlətçilik iradəmizin, 20 sentyabr isə həmin tarixi iradənin tam suverenliyə qovuşduğu günün ifadəsidir. Bu tarixlər bir xalqın azadlıq arzusundan dövlətçilik əzminə, dövlətçilik əzmindən ərazi bütövlüyü və suverenlik həqiqətinə uzanan böyük tarixi yolun mühüm mərhələləridir. Ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunması çoxəsrlik tariximizin ən böyük sərkərdəsi Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və dövlətçilik strategiyası ilə Azərbaycanın tarixi haqqının bərpasına çevrildi. Bu zəfər xalqın yaddaşında qətiyyətin, liderliyin və tarixi ədalətin təntənəsi kimi yaşayacaq. Uzun illər ərzində ölkəmizin daxilində kök salmış separatizmin kökü İlham Əliyevin böyük sərkərdəliyi ilə kəsildi. Həkim kimi qeyd edim ki, şovinizm və separatçılıq şübhəsiz yaddaşını itirməyən xroniki xəstəlikdir. Bölgənin siyasi yaddaşında İlham Əliyev liderliyi var olduqca bu xəstəliyin yenidən kök salması mümkünsüzdür və sülh silahların susduğu andan başlayır, düşüncələrin dəyişdiyi zaman möhkəmlənir. Keçmişin xəstəlikləri isə sağlam siyasi iradə qarşısında öz gücünü itirir.

  • Дата: 20-09-2026, 22:42
  • Автор: anskanal
Полная статья »

Ətraf mühitə münasibət cəmiyyətin sabaha necə baxdığını göstərən ən mühüm göstəricilərdən biridir. Təbiəti qorumaq sadəcə yaşıllığı sevmək deyil; torpağı, suyu, meşəni və insanların sağlam yaşamaq hüququnu qorumaqdır. Bu baxımdan 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Rafiq Ədilovun fəaliyyət göstərdiyi sahə böyük məsuliyyət daşıyır. Burada əsas məqsəd ekoloji qaydaların kağız üzərində qalmasına deyil, real həyatda tətbiqinə, təbiətə qarşı məsuliyyətsiz davranışların qarşısının alınmasına nail olmaqdır.

Ağac kəsintisi bəzən bir neçə dəqiqəlik əməl kimi görünə bilər, lakin onun təbiətə vurduğu zərərin aradan qalxması üçün illər tələb olunur. Buna görə yaşıllıqların qanunsuz məhv edilməsinə qarşı prinsipial mövqe ekoloji nəzarətin ən vacib istiqamətlərindəndir. Ağacların kəsilməsi, zədələnməsi və ya kökündən çıxarılması ilə bağlı halların araşdırılması, qanun pozuntusu müəyyən edildikdə müvafiq tədbirlərin görülməsi yalnız inzibati prosedur deyil. Bu, illərlə formalaşan təbii sərvətin bir anlıq məsuliyyətsizliyin qurbanına çevrilməsinin qarşısını almaq deməkdir.

Rafiq Ədilovun rəhbərlik etdiyi sahədə diqqət tələb edən məsələlərdən biri də ərazilərin tullantılarla çirkləndirilməsinə qarşı mübarizədir. Yol kənarına, yaşayış məntəqələrinin yaxınlığına, boş torpaq sahələrinə və təbiət ərazilərinə qanunsuz şəkildə zibil atılması ətraf mühitlə yanaşı insanların gündəlik həyatına da mənfi təsir göstərir. Belə halların müəyyənləşdirilməsi, tullantıların ərazidən yığışdırılmasının tələb edilməsi və qanunvericiliyin nəzərdə tutduğu hallarda məsuliyyət tədbirlərinin tətbiqi ekoloji intizamın yaradılmasına xidmət edən mühüm vasitələrdir.

Təbiətin qorunmasında başqa bir ciddi məsələ qanunsuz qazıntılar və torpaq örtüyünə müdaxilə hallarıdır. Nəzarətsiz qazıntı aparılması, təbii relyefin dəyişdirilməsi və torpaq ehtiyatlarından qaydalara zidd istifadə müəyyən ərazilərdə uzunmüddətli ekoloji problemlərə səbəb ola bilər. Buna görə belə fəaliyyətlərin vaxtında müəyyən edilməsi və qanunsuzluq aşkarlandıqda dayandırılması xüsusilə əhəmiyyətlidir. Ən yaxşı nəticə təbiətə böyük zərər dəydikdən sonra onun bərpasına çalışmaq deyil, həmin zərərin baş verməsinə imkan verməməkdir.

Ekoloji nəzarətin mürəkkəbliyi ondadır ki, burada hər bir hadisəyə ayrıca yanaşmaq lazım gəlir. Bir ərazidə problem ağacların kəsilməsi, başqa bir yerdə tullantıların qalaqlanması, digər nöqtədə isə qanunsuz qazıntı və ya təbii sərvətlərdən qaydalara zidd istifadə ola bilər. Rəhbərlikdən tələb olunan isə bütün bu istiqamətlər üzrə fəaliyyətin əlaqələndirilməsi, müraciət və məlumatlara çevik münasibət göstərilməsi, əməkdaşların işinin düzgün təşkili və pozuntuların diqqətdən kənarda qalmamasıdır. Rafiq Ədilovun daşıdığı vəzifənin məsuliyyəti məhz bu çoxşaxəli fəaliyyətin idarə olunmasında özünü göstərir.

Bu sahədə tələbkarlıq yalnız cərimə tətbiq etməklə ölçülməməlidir. Əsas nəticə insanlarda “təbiət sahibsiz deyil” düşüncəsinin formalaşmasıdır. Sahibkar da, sıravi vətəndaş da bilməlidir ki, bir ağacı qanunsuz kəsmək, əraziyə tullantı atmaq və ya icazəsiz qazıntı aparmaq sadəcə inzibati qaydanı pozmaq deyil, hamıya məxsus təbii sərvətə zərər vurmaqdır. Nəzarətin ardıcıllığı məhz bu məsuliyyət hissinin güclənməsinə və qanun pozuntularının qabaqlanmasına xidmət edir.

Rafiq Ədilov kimi regional ekoloji idarə rəhbərlərinin fəaliyyətində görünməyən, lakin böyük əhəmiyyət daşıyan tərəf də var: bu gün qorunan təbiətin nəticəsini əsasən gələcək nəsillər görəcək. Bu gün kəsilməsinə imkan verilməyən ağac sabah böyük yaşıllığın bir hissəsi olacaq, bu gün zibildən təmizlənən torpaq gələcəkdə sağlam ərazi kimi qalacaq, vaxtında qarşısı alınan qanunsuz qazıntı isə təbii landşaftın məhv edilməsinin qarşısını ala bilər. Ekoloji xidmətin dəyəri məhz belə uzunmüddətli nəticələrlə ölçülür.

1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Rafiq Ədilovun təmsil etdiyi fəaliyyət istiqamətinin əsasında bir prinsip dayanır: təbiətin müdafiəsi güzəşt tanımamalıdır. Yaşıllığın qorunması, tullantılarla çirkləndirilən sahələrin təmizlənməsi, qanunsuz qazıntıların qarşısının alınması və ekoloji qaydalara əməl olunmasının təmin edilməsi bütövlükdə ölkənin təbii sərvətlərinin mühafizəsinə xidmət edir. Çünki təbiət bizə yalnız istifadə etmək üçün verilmiş sərvət deyil — onu qoruyub daha sağlam şəkildə gələcək nəsillərə çatdırmaq hər kəsin, xüsusilə də bu məsuliyyəti peşə kimi daşıyan insanların mühüm vəzifəsidir.

  • Дата: 18-09-2026, 21:08
  • Автор: anskanal
Полная статья »

bu-muharibelerin-ne-sonu-ne-de-qurtaracagi-gorunur

1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Rafiq Ədilov - 

Tarixi Zəfərimizdən üç il sonra, 2023-cü il sentyabr ayının 19-20  tarixlərində rəşadətli Ordumuz  Azərbaycanın  Qarabağ iqtisadi rayonunda keçirdiyi antiterror tədbirlərini uğurla başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi. Ölkəmizin qısa müddətdə, bir günə təmin etdiyi qələbə yenilməz Ordumuzun malik olduğu imkanların növbəti təqdimatı oldu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 20 sentyabr 2023-cü il  tarixdə xalqa müraciətində bildirdi ki,  ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz bir daha qeyd etdiyim kimi, qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır: “Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Biz həm yüksək dəqiqliyə malik silahlardan istifadə edərək buna nail olduq, eyni zamanda, Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər. Eyni zamanda, göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır. Bir daha demək istəyirəm ki, ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratmışdır və bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərmişdir”.

24 saatdan az müddətdə həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı.  Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Suverenliyimizin tam bərpası ilə Azərbaycan yeni dövrə qədəm qoydu. Cənab İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabr Dövlət Suverenliyi Günü kimi təsis edildi. Sərəncamda da qeyd olunduğu kimi, hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir. 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq imzalanan bu sənəd Zəfərlərimizin təqdmatında, əbədiləşdirilməsində əhəmiyyətli rol oynayır. Bu gün hər birimiz bayramlarımız sırasına Zəfər Gününün, Dövlət Suverenliyi Gününün daxil edilməsindən qürurluyuq.

20 Sentyabr, həmçinin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Dövlətimizin başçısı İlham Əliyevin bununla bağlı 18 sentyabr 2024-cü ildə Sərəncaç imzaladı. Bu əlamətdar günün təsis olunması uzun və məşəqqəti 30 il, minlərlə azərbaycanlı igidin canları və qanları bahasına başa gəlmişdir. Bu günün təsis edilməsi həmçinin Ermənistanın və qondarma Dağlıq Qarabağın terrorçu silahlı dəstələrinin tör-töküntülərinin tərk-silah edilərək ərazilərimizdən birdəfəlik çıxarılması ilə bağlıdır.  Suverenliyimizin bərpasından ötən üç ildə Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə ölçüyəgəlməz bərpa-quruculuq işləri həyata keçirilib. Soydaşlarımızın bu torpaqlara qayıdışı mərhələ-mərhələ həyata keçirilir. Ötən dövr ərzində dövlət başçısı İlham Əliyevin azad  Xankəndiyə, Xocalıya, Ağdərəyə, Xocavəndə səfərlərinin say tərkibinə diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyev təkcə Xankəndiyə 16 səfər edib. Bu gün sakinlərinə qovuşan şəhərlərimiz sırasında Xankəndinin, Xocalının, Xocavəndin də adı var. Qısa müddətdə bu torpaqlara Böyük Qayıdışın həyata keçirilməsi görülən işlərin aydın mənzərəsini yaradır. Dövlət başçısı İlham Əliyev 20 sentyabr 2020-ci il tarixdə xalqa müraciətində suverenliyimizin tam bərpası ilə nəticələnən bir günlük antiterror tədbirlərinə gedən yoldan ətraflı bəhs edərək  bu çağırışı etmişdir ki,  İkinci Qarabağ müharibəsi başa çatanda mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik və çeviririk, hər gələn insan onu görür. Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq. Bu, bizim əlimizdədir.

  • Дата: 17-09-2026, 23:10
  • Автор: anskanal
Полная статья »

bu-hemreyliyin-muhum-amilidir

Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Fəxrəddin Məmmədov -Azərbaycan xalqının dövlətçilik düşüncəsi çoxəsrlik tarixə malikdir. Müxtəlif tarixi mərhələlərdə dövlətçilik ənənələrimizin qorunması milli kimliyimizin əsas dayaqlarından biri olub. Dövlət müstəqilliyinin bərpası isə bu ənənələrin müasir dövrdə davam etdirilməsi üçün geniş imkanlar yaradıb. Lakin müstəqilliyin ilk illərində Ermənistanın hərbi təcavüzü nəticəsində ərazilərimizin işğal olunması Azərbaycan dövlətçiliyinin qarşısında ağır sınaq yaradıb.

İşğal illərində Azərbaycanın ərazi bütövlüyü pozulmuş, 1 milyondan çox insan öz doğma yurdlarından didərgin salınmış, şəhər və kəndlərimiz dağıdılmış, tarixi və mədəni irsimizə ciddi ziyan vurulmuşdu. Ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərində dövlət hakimiyyətinin tam şəkildə həyata keçirilməsi mümkün deyildi. Buna görə də ərazi bütövlüyünün bərpası Azərbaycanın dövlət suverenliyinin təmin olunması baxımından da fundamental məqsəd idi.

Prezident İlham Əliyevin uzaqgörən siyasəti Azərbaycanın iqtisadi imkanlarının artması, ordunun modernləşdirilməsi, müdafiə qabiliyyətinin gücləndirilməsi və beynəlxalq mövqelərin möhkəmləndirilməsi ərazi bütövlüyünün bərpası üçün zəruri şərait yaratdı. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlayan Vətən müharibəsi bu hazırlığın nəticəsini ortaya qoydu. 44 gün davam edən müharibədə Azərbaycan Ordusu tarixi Zəfər qazandı. İşğal altında olan ərazilərin böyük hissəsi azad edildi, Şuşanın azad olunması ilə müharibənin taleyi Azərbaycanın xeyrinə dəyişdi. Ermənistanın Kəlbəcər, Ağdam və Laçın rayonlarından çıxması ilə işğal faktının aradan qaldırılması istiqamətində həlledici nəticələr əldə edildi. Lakin Azərbaycanın qarşısında daha bir mühüm vəzifə qalırdı. Qarabağda qanunsuz separatçı rejimin mövcudluğu dövlətimizin öz ərazisi üzərində tam hakimiyyətinin həyata keçirilməsinə imkan vermirdi. Azərbaycan dövlətinin mövqeyi bundan ibarət idi ki, ölkənin suveren ərazisində paralel idarəçilik və qanunsuz silahlı qüvvələrin mövcudluğu qəbul edilə bilməz.

2023-cü il ərzində bu istiqamətdə mühüm addımlar atıldı. Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədinə nəzarətin təmin edilməsi dövlətin öz sərhədləri üzərində nəzarət imkanlarını daha da möhkəmləndirdi. Həmin il sentyabrın 19-20-də isə Azərbaycanın Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə antiterror tədbirlərinə başlanıldı. Azərbaycan Ordusu qarşıya qoyulan vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Əməliyyatın sentyabrın 20-də başa çatması ilə Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətinin və qanunun aliliyinin təmin edilməsi üçün tarixi şərait yarandı. Prezidentin Sərəncamında da məhz bu hadisə Azərbaycanın dövlət suverenliyinin bərpasının əsası kimi göstərilir.

Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi müəyyənləşdirilib. Bu tarix gələcək nəsillərə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin hansı mürəkkəb mübarizənin nəticəsində bərpa edildiyini xatırladacaq. Ancaq tarixi Qələbənin əsl dəyəri yalnız onun əldə edilməsi ilə deyil, nəticələrinin necə qorunması və gələcəyə necə yönəldilməsi ilə müəyyənləşir. Bu baxımdan dövlət suverenliyinin tam bərpası Azərbaycanın qarşısında tamamilə yeni gündəm yaradıb. Artıq əsas məsələlərdən biri Zəfərin nəticələrini davamlı inkişafla möhkəmləndirməkdir.

Bu prosesin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərin bərpasıdır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı layihələr Azərbaycanın yeni inkişaf mərhələsinin real mənzərəsini formalaşdırır. Dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, müasir infrastrukturun yaradılması, nəqliyyat imkanlarının genişləndirilməsi, sosial obyektlərin istifadəyə verilməsi və iqtisadi fəaliyyətin bərpası dövlət suverenliyinin insan həyatında konkret nəticələr yaratdığını göstərir. Böyük Qayıdış bu prosesin ən mühüm istiqamətlərindən biridir. Uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların öz yurdlarına qayıtması Azərbaycan tarixinin ən böyük sosial hadisələrindən biri kimi qiymətləndirilə bilər. Çünki işğaldan azad edilmiş ərazilərdə yeni həyatın qurulması ərazi bütövlüyünün bərpasını real və davamlı nəticəyə çevirir.

Bu gün Qarabağda yaradılan yeni yaşayış məntəqələri, yollar, məktəblər, səhiyyə müəssisələri, istehsal və xidmət obyektləri bir həqiqəti nümayiş etdirir: Azərbaycan öz ərazisində yalnız dövlət hakimiyyətini bərpa etməyib, həmin ərazilərin gələcək inkişafını da özü müəyyən edir. Bu faktorlar suverenliyin ən mühüm siyasi nəticələrindən biridir. Suverenliyin bərpası həm də Azərbaycan cəmiyyətində dövlətçilik şüurunun daha da möhkəmlənməsi baxımından əhəmiyyətlidir. Çünki dövlətin gücü yalnız siyasi və hərbi imkanlarla ölçülmür. Dövlətin gücünü formalaşdıran amillər sırasında vətəndaş həmrəyliyi, milli birlik, dövlətçilik dəyərlərinə bağlılıq və gələcəyə inam xüsusi yer tutur.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi bu baxımdan mühüm siyasi məna daşıyır. Həmin il üçün təsdiq edilmiş Tədbirlər Planında Dövlət Suverenliyi Gününün geniş qeyd olunması, Konstitusiyanın qəbulunun 30 illiyi ilə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdu. Bu yanaşma Konstitusiya ilə suverenliyin dövlətçiliyin bir-birini tamamlayan əsasları olduğunu nümayiş etdirir.

Bu gün Azərbaycanın qarşısında artıq yeni məqsədlər dayanır. Dövlət suverenliyinin qorunması ilə yanaşı, iqtisadi gücün artırılması, sosial rifahın yüksəldilməsi, insan kapitalının inkişaf etdirilməsi, müasir texnologiyaların tətbiqi və beynəlxalq mövqelərin daha da gücləndirilməsi əsas vəzifələr sırasındadır. Başqa sözlə, 20 Sentyabr bir mübarizənin sonu olduğu qədər, yeni inkişaf mərhələsinin başlanğıcıdır. Əgər əvvəlki dövrdə əsas məqsəd işğalın aradan qaldırılması və ərazi bütövlüyünün bərpası idisə, hazırkı mərhələdə əsas vəzifə tam suverenliyin yaratdığı imkanlardan ölkənin daha sürətli inkişafı naminə istifadə etməkdir.

Dövlət Suverenliyi Günü xalqımızın əldə etdiyi tarixi Zəfəri, şəhidlərimizin fədakarlığını və dövlətimizin gücünü özündə birləşdirən əlamətdar tarixdir. Bu tarixdən çıxan ən mühüm nəticə isə birdir: öz taleyinin sahibi olan Azərbaycan xalqı artıq tam suveren dövlət kimi gələcəyini özü müəyyən edir.

  • Дата: 17-09-2026, 22:52
  • Автор: anskanal
Полная статья »

bu-hemreyliyin-muhum-amilidir

Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış 20 Sentyabr dövlət suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpa olunmasını təcəssüm etdirən əlamətdar tarixdir. Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur.

20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində dövlət suverenliyi bərpa edildi. Bu hadisə Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı oldu. Cəmi bir neçə həftə sonra – 15 oktyabr 2023-cü ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bununla həmin şəhərlərin həyatında yeni dövr başlandı.

İşğaldan azad edilmiş ərazilərin yeni inkişaf mərhələsində mühüm addımlardan biri Ağdərə rayonunun yenidən yaradılması oldu. 2023-cü il dekabrın 5-də qəbul edilmiş qanunla mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradıldı. Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə müvafiq dəyişikliklər edildi və bir sıra yaşayış məntəqələri Ağdərə rayonunun tabeliyinə verildi. Ağdərə rayonunun yaradılması bu ərazidə idarəetmənin, bərpa-quruculuq işlərinin, sosial-iqtisadi inkişafın və Böyük Qayıdış prosesinin daha sistemli şəkildə həyata keçirilməsi üçün mühüm hüquqi və inzibati əsas yaratdı.

Bu gün Qarabağda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin əsas məqsədlərindən biri insanların öz doğma yurdlarına qayıdışının təmin edilməsidir. “Böyük Qayıdış” proqramı çərçivəsində şəhər və kəndlər yenidən qurulur, yaşayış evləri, məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri, yollar və digər sosial infrastruktur obyektləri yaradılır. Minlərlə keçmiş məcburi köçkün artıq doğma torpaqlarına qayıdıb.

Xocalıya qayıdış 2024-cü ilin mayından başlanıb. 2025-ci ilin sentyabrında isə Xocavəndin yaşayış məntəqələrinə qayıdış prosesi genişlənib. Dövlət başçısının 2025-ci il səfərləri zamanı Xocalının Ballıca, Təzəbinə, Xanyurdu, Şuşakənd, Seyidbəyli, Daşbulaq və Badara kəndlərində, Xocavəndin Hadrut qəsəbəsində, Sos və Qırmızı Bazar yaşayış məntəqələrində, Ağdərənin Həsənriz və Suqovuşan kəndlərində görülən işlərlə tanış olması qayıdış prosesinin ardıcıl şəkildə həyata keçirildiyini göstərir.

Prezident İlham Əliyevin Xankəndiyə səfərləri şəhərin yeni inkişaf mərhələsinin mühüm hadisələri ilə müşayiət olunub. 15 oktyabr 2023-cü ildə dövlət başçısı Xankəndidə Azərbaycan Bayrağını ucaltdı və Kərkicahan qəsəbəsinə baxış keçirdi. 8 noyabr 2023-cü ildə Xankəndidə Vətən müharibəsində əldə edilmiş Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. 

7 fevral 2024-cü il Prezident seçkiləri isə Xankəndinin tarixində xüsusi yer tutur. Həmin gün Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndidə səs verdilər. Beləliklə, Xankəndidə Azərbaycan Respublikasının prezident seçkiləri keçirildi. Bu hadisə şəhərin ölkənin vahid siyasi və hüquqi məkanına qayıdışının mühüm göstəricilərindən biri oldu.

18 mart 2024-cü ildə Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı. 5 iyul 2024-cü ildə Qarabağ Universitetində görülən işlərlə tanış oldu, “Qarabağ” hotelinin açılışında iştirak etdi, Xankəndi Konqres Mərkəzinin təməlini qoydu və “Palace” hotelinin açılışında iştirak etdi. 19–20 sentyabr 2024-cü ildə isə Xankəndidə bir sıra sosial və təhsil obyektlərinin, o cümlədən Qarabağ Universitetinin əsas tədris binasının və tələbə yataqxanasının açılışında iştirak etdi.

19 fevral 2025-ci ildə Prezident Xankəndidə “Bulud” hotelinin açılışında iştirak etdi, Zəfər parkının təməlini qoydu və Xankəndi tikiş fabrikinin fəaliyyəti ilə tanış oldu. 3–4 iyul 2025-ci ildə Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlqoyma mərasimində iştirak etdi, Zəfər parkında görülən işlərlə tanış oldu, “Xankəndi” Biznes Mərkəzinin və Konqres Mərkəzinin açılışlarını həyata keçirdi və İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak etdi. 19 iyul 2025-ci ildə isə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə Xankəndidə görüşdü.

Prezident İlham Əliyevin Xocalıya səfərləri də xüsusi tarixi və mənəvi əhəmiyyət daşıyır. 15 oktyabr 2023-cü ildə Xocalıda və Əsgəran qəsəbəsində Azərbaycan Bayrağı ucaldıldı. 20–22 dekabr 2023-cü ildə dövlət başçısı Xocalı rayonunun Şuşakənd, Dağdağan, Naxçıvanlı, Pircamal, Xanabad və Pirlər kəndlərinin ərazilərinə baxış keçirdi.

26 fevral 2024-cü ildə Prezident Xocalıya səfər edərək Xocalı Soyqırımı Memorialının təməlini qoydu və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. 28 may 2024-cü ildə Xocalı şəhərində bərpa olunmuş yaşayış binalarına baxış keçirdi və şəhərə köçən sakinlərlə görüşdü. 2025-ci il fevralın 19-da Xocalının Ballıca kəndində bərpa işləri ilə tanış oldu və kəndə qayıdan sakinlərlə görüşdü. Həmin ilin may və iyul aylarında Xanabad, Təzəbinə və Xanyurdu kəndlərində, sentyabrda isə Şuşakənd, Seyidbəyli, Daşbulaq və Badara kəndlərində görülən işlərlə tanış oldu, sakinlərlə görüşlər keçirdi.

15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyev Xocavənd şəhərində Azərbaycan Bayrağını ucaltdı. 20 dekabr 2023-cü ildə Qırmızı Bazar qəsəbəsinə və Şıx Dursun kəndinə baxış keçirdi. 2025-ci il sentyabrın 14-də dövlət başçısı Xocavənd rayonunun Hadrut qəsəbəsində oldu, burada inşa edilmiş məscidin açılışında iştirak etdi, Sos kəndinə və Qırmızı Bazar qəsəbəsinə baxış keçirdi və sakinlərlə görüşdü. Bu səfər Xocavənddə Böyük Qayıdış prosesinin yeni mərhələsinin mühüm hadisələrindən biri oldu.

15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyev Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu hadisə Ağdərənin həyatında yeni mərhələnin başlanğıcı oldu. 18 mart 2025-ci ildə Prezident İlham Əliyev Ağdərədə Sərsəng su anbarından Umudlu kəndinə gedən avtomobil yolunun açılışında iştirak etdi. Həmin səfər çərçivəsində Ağdərənin Həsənriz kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırdı, Suqovuşan kəndində inşa edilmiş yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak etdi və yeni mənzillərə köçən sakinlərə evlərin açarlarını təqdim etdi.

Beləliklə, 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü yalnız tarixi hadisələrin xatırlanması deyil, Azərbaycanın dövlət suverenliyinin tam bərpasının və Qarabağda yeni həyatın başlanmasının rəmzidir. Bu gün həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, müasir infrastruktur yaradılır, yeni müəssisələr fəaliyyətə başlayır və insanlar uzun illərdən sonra öz doğma yurdlarına qayıdırlar. Azad edilmiş ərazilər artıq Azərbaycanın yeni inkişaf tarixinin mühüm ünvanlarına çevrilir. Bu şəhərlərin və rayonların bərpası, məskunlaşdırılması və gələcək inkişafı Qarabağın dirçəlişinin mühüm tərkib hissəsidir.

  • Дата: 17-09-2026, 22:47
  • Автор: anskanal
Полная статья »

bu-olkelere-tez-tez-sefer-edirem

Tarixi Zəfərimizdən üç il sonra, 2023-cü il sentyabr ayının 19-20  tarixlərində rəşadətli Ordumuz  Azərbaycanın  Qarabağ iqtisadi rayonunda keçirdiyi antiterror tədbirlərini uğurla başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi. Ölkəmizin qısa müddətdə, bir günə təmin etdiyi qələbə yenilməz Ordumuzun malik olduğu imkanların növbəti təqdimatı oldu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 20 sentyabr 2023-cü il  tarixdə xalqa müraciətində bildirdi ki,  ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz bir daha qeyd etdiyim kimi, qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır: “Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Biz həm yüksək dəqiqliyə malik silahlardan istifadə edərək buna nail olduq, eyni zamanda, Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər. Eyni zamanda, göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır. Bir daha demək istəyirəm ki, ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratmışdır və bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərmişdir”.

24 saatdan az müddətdə həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı.  Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Suverenliyimizin tam bərpası ilə Azərbaycan yeni dövrə qədəm qoydu. Cənab İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabr Dövlət Suverenliyi Günü kimi təsis edildi. Sərəncamda da qeyd olunduğu kimi, hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir. 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq imzalanan bu sənəd Zəfərlərimizin təqdmatında, əbədiləşdirilməsində əhəmiyyətli rol oynayır. Bu gün hər birimiz bayramlarımız sırasına Zəfər Gününün, Dövlət Suverenliyi Gününün daxil edilməsindən qürurluyuq.

20 Sentyabr, həmçinin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Dövlətimizin başçısı İlham Əliyevin bununla bağlı 18 sentyabr 2024-cü ildə Sərəncaç imzaladı. Bu əlamətdar günün təsis olunması uzun və məşəqqəti 30 il, minlərlə azərbaycanlı igidin canları və qanları bahasına başa gəlmişdir. Bu günün təsis edilməsi həmçinin Ermənistanın və qondarma Dağlıq Qarabağın terrorçu silahlı dəstələrinin tör-töküntülərinin tərk-silah edilərək ərazilərimizdən birdəfəlik çıxarılması ilə bağlıdır.  Suverenliyimizin bərpasından ötən üç ildə Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə ölçüyəgəlməz bərpa-quruculuq işləri həyata keçirilib. Soydaşlarımızın bu torpaqlara qayıdışı mərhələ-mərhələ həyata keçirilir. Ötən dövr ərzində dövlət başçısı İlham Əliyevin azad  Xankəndiyə, Xocalıya, Ağdərəyə, Xocavəndə səfərlərinin say tərkibinə diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyev təkcə Xankəndiyə 16 səfər edib. Bu gün sakinlərinə qovuşan şəhərlərimiz sırasında Xankəndinin, Xocalının, Xocavəndin də adı var. Qısa müddətdə bu torpaqlara Böyük Qayıdışın həyata keçirilməsi görülən işlərin aydın mənzərəsini yaradır. Dövlət başçısı İlham Əliyev 20 sentyabr 2020-ci il tarixdə xalqa müraciətində suverenliyimizin tam bərpası ilə nəticələnən bir günlük antiterror tədbirlərinə gedən yoldan ətraflı bəhs edərək  bu çağırışı etmişdir ki,  İkinci Qarabağ müharibəsi başa çatanda mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik və çeviririk, hər gələn insan onu görür. Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq. Bu, bizim əlimizdədir.

  • Дата: 17-09-2026, 22:43
  • Автор: anskanal
Полная статья »

ilham-eliyev-turkiye-ile-bagliligimizdan-danisdi

Suveren Azərbaycan Respublikasının hər bir vətəndaşı qürur dolu, sevincli günlərini yaşayır. Məhz ona görə ki, bir qərinəlik işğaldan sonra torpaqlarımız yağı düşməndən azad olundu, müstəqil Azərbaycanın suverenliyi, ərazi bütövlüyü təmin edildi. Həm də ona görə ki, müharibədən çıxmış ölkə olmaqla sarsımadıq, sınmadıq və bu gün respublikamız müstəqil, suveren dövlət olaraq mətin addımlarla irəliləyir, inkişaf edir və güclənir. Ulu Öndərin siyasi kursu, yaratdığı dövlətçilik ənənələri onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Cənab İlham Əliyev Azərbaycanı Heydər Əliyevin arzuladığı bir səviyyəyə çatdırıb, Ümummilli Liderimizin görmək istədiyi ölkəyə çevirib. Sözün əsil mənasında Ulu Öndərin “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək” ifadəsi tam reallığa çevrilib.

Bu gün Azərbaycan xalqı çox xöşbəxtdir. Biz bir nömrəli problemimizi həll etmişik. Erməni separatizminin kökünü kəsərək Qarabağı terrorçulardan təmizləmişik. Şuşada, Xocalıda, Xankəndidə, bütün Qarabağda dalğalanan üçrəngli bayrağımız hər bir Azərbaycanlı üçün xoşbəxtlik, fərəh, qürur, ləyaqət mənbəyidir.

Belə ki, Azərbaycan torpaqlarının erməni qəsbkarlarının 30 illik işğalından sonra Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin "Dəmir yumruq" əməliyyatı ilə cəmi 44 günə Ermənistan diz çökdürüldü. Xalqın yurd həsrətinə son qoyuldu. Dünya Azərbaycanın gücünə, qüdrətinə şahidlik etdi və İkinci Qarabağ müharibəsi son yüz ildə şərəf və qəhrəmanlıq salnaməsi kimi tarixə yazıldı. Möhtəşəm Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmiz və ondan üç il sonra-2023-cü ilin 19-20 sentyabr tarixlərində Silahlı Qüvvələrimizin həyata keçirdiyi cəmi 23 saat davam edən antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunması bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar mövcuddur, ən əsası sonda zəfər çalan yalanlara deyil, real faktlara, tarixi həqiqətlərə söykənən siyasət olur.

Azərbaycan tarixində əlamətdar gün olan 15 oktyabr tarixində isə Azərbaycan bayrağının Xankəndində ucalması heç də təsadüfi deyil. Məhz 2003-cü ilin bu günündə cənab İlham Əliyev Azərbaycan Respublikasının prezidenti seçilmişdir və andiçməsi zamanı xalqa verdiyi vədlərin hamısı bu gün reallığa çevrilir.  Xalqına verdiyi bütün vədləri yerinə yetirən, sözü imzası qədər keçərli olan Lider oktyabrın 15-də Xankəndidə üçrəngli bayrağımızı qaldırmaqla xalqımıza Zəfərimizin təntənəsini yaşatdı, iki yüz illik məkrli planın - Cənubi Qafqazın erməniləşdirilməsi siyasətinin qarşısını aldı.

Dövlət başçısının öz xalqı qarşısında verdiyi bütün vədləri uğurla yerinə yetirməsi, hər bir azərbaycanlıya və ölkəmizin problemlərinə böyük həssaslıqla yanaşması isə Prezident İlham Əliyevin “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” vədinin mütləq surətdə reallaşdığını bir daha təsdiqləyir. Bu reallıq isə xalqımız tərəfindən sevilir, dəyərləndirilir və qorunur.

Prezident İlham Əliyev ilk öncə 20 illik fəaliyyəti dövründə demokratiyanın milli kimliyimizlə uzlaşan bir sistem olduğunu dünyaya sübut etdi və intellektual əsaslara söykənən modernist cəmiyyət formalaşdıra bildi. Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Təkcə ölkəmizdə deyil, bütün dünyada müasir lider obrazı yaratmış Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli inkişaf strategiyalası və siyasi müdrikliyi nəticəsində ölkəmiz hazırda bütün maraqların kəsişdiyi və milli maraqlarımızın öndə tutulduğu geopolitik məkana çevrilib.

Bu gün güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müasir Azərbaycanın qüdrətinə çevrilib.  2003-cü il 15 oktyabr prezident seçkilərindən start götürən və zamanın axarında öz layiqli yerini tutan Azərbaycan dövləti Prezident İlham Əliyevin uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində inkişaf edir və çiçəklənir.

Artıq ölkəmizin qarşısında yeni perspektivlər açılıb, Azərbaycan milli inkişafın yeni mərhələsinə qədəm qoyub. İşğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işlərinin aparılması, regionda kommunikasiyaların yaradılması, o cümlədən Zəngəzur dəhlizinin açılması, yeni əməkdaşlıq platformalarında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı, milli həmrəyliyin gücləndirilməsi, sosial, iqtisadi, siyasi və hüquqi islahatların dərinləşdirilməsi və digər mühüm amillər Azərbaycanın Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth etməsinə imkan verəcəkdir.

  • Дата: 17-09-2026, 22:41
  • Автор: anskanal
Полная статья »

bmt-sistemi-normal-fealiyyet-gosterseydi-bu-qeder-itki-olmazdi

Xalqımızın çoxəsrlik dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan və Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə qeyd edilən 20 sentyabr tarixi Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin və konstitusiya quruluşunun tam bərpa olunmasını təcəssüm etdirən mühüm tarixi hadisədir.

Azərbaycan xalqı müstəqilliyinin bərpasından sonra qarşıya çıxan ən mühüm vəzifələrdən biri ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi olmuşdur. Uzun illər davam edən işğal nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində dövlət hakimiyyətinin və Konstitusiyanın hüquqi qüvvəsinin tam tətbiqi mümkün olmamışdır. Bu vəziyyət həm ölkənin dövlətçilik maraqları, həm də milyonlarla insanın fundamental hüquqları baxımından ciddi nəticələr doğurmuşdur. Azərbaycan dövlətinin rəsmi sənədlərində ərazi bütövlüyünün və suverenliyin bərpası dövlət siyasətinin əsas prioritetlərindən biri kimi təqdim edilmişdir.

Dövlətimizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi olmuşdur. Müharibənin nəticəsində Azərbaycanın bir sıra şəhər, rayon və kəndləri işğaldan azad edilmiş, ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm nəticələr əldə olunmuşdur. Belə ki, 2020-ci il hadisələri Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesinin əsas mərhələlərindən biri idi. 2020-ci il hadisələrindən sonra Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri Qarabağ bölgəsində dövlət suverenliyinin və konstitusiya quruluşunun tam bərpası idi.

2023-cü il 19 sentyabr Azərbaycan tarixində mühüm dönüş nöqtələrindən biri kimi yadda qaldı. Həmin gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması və Konstitusiya quruluşunun bərpası məqsədilə lokal xarakterli antiterror əməliyyatına başlanıldı. Əməliyyat cəmi 23 saat 43 dəqiqə davam etdi və sentyabrın 20-də başa çatdı. Nəticədə Azərbaycan Ordusu qarşısına qoyulan vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi və ölkəmizin dövlət suverenliyi tam bərpa olundu.

Əməliyyatın qısa müddətdə başa çatması Azərbaycan Ordusunun peşəkarlığını, hazırlığını və yüksək döyüş qabiliyyətini nümayiş etdirdi. Ağır relyef və əvvəlcədən hazırlanmış mühəndis istehkamlarına baxmayaraq, Azərbaycan Ordusu bütün istiqamətlərdə mühüm hərbi nəticələr əldə etdi. Əməliyyat nəticəsində 406 kvadratkilometr ərazi Azərbaycan Ordusunun nəzarətinə keçdi.

Əməliyyatın digər mühüm xüsusiyyəti isə mülki əhalinin qorunmasına xüsusi diqqət yetirilməsi idi. Azərbaycan hərbi birləşmələrinə Qarabağda yaşayan erməni əhalisinin zərər görməməsi ilə bağlı tapşırıqlar verilmiş, mülki şəxslər müxtəlif vasitələrlə xəbərdar edilmişdi. Qadınlar, uşaqlar, yaşlılar, fiziki məhdudiyyətli şəxslər və xəstələrə tibbi və digər yardımlar göstərilməsi üçün müvafiq tədbirlər görülmüşdü.

Uğurlu keçən əməliyyatlar nəticəsində Xocalı qatilləri və illərdir torpaqlarımızı əsarət altında saxlayan canilər də hüquq önündə cavab verməyə məcbur qaldılar. Qondarma rejimin üzvləri ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Ötən illər ərzində toplanmış təkzibolunmaz sübutlar və faktlar əsasında Ermənistan silahlı qüvvələri, həmçinin qanunsuz silahlı birləşmələr tərəfindən Azərbaycan xalqına qarşı cinayətlər törətmiş terrorçu dəstənin üzvləri layiqli cəzalarını alıblar. Beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan qondarma rejim yaradaraq sülh və insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və terrorçuluq da daxil olmaqla, ağır cinayətlərdə təqsirli bilinənləri məsuliyyətə cəlb etmək üçün tam qanuni hüquqa malikdir.

Bu hadisədən sonra Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin təmin edilməsi və Konstitusiyanın hüquqi qüvvəsinin bərqərar olması dövlətin rəsmi mövqeyində xüsusi tarixi əhəmiyyət daşıyan nəticə kimi qiymətləndirilmişdir. Bundan sonra Prezident cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə Dövlət Suverenliyi Günü təsis edilmiş və həmin vaxtdan hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilir. Bununla da, 20 Sentyabr Azərbaycanın müasir tarixində dövlətçilik, ərazi bütövlüyü və suverenlik anlayışlarının vəhdətini ifadə edən rəsmi tarixlərdən birinə çevrilmişdir.

Dövlət Suverenliyi Gününün təsis edilməsi Azərbaycanın müasir dövlətçilik tarixində mühüm hadisələrin yaddaşda qorunmasına xidmət edir. Bu gün xalqın dövlət müstəqilliyi, ərazi bütövlüyü və suverenlik kimi fundamental dəyərlərə münasibətini ifadə edən əlamətdar tarixdir. Suverenliyin bərpası Azərbaycan cəmiyyətində dövlətçilik şüurunun, milli həmrəyliyin və tarixi yaddaşın əhəmiyyətini də ön plana çıxarmışdır. Dövlətin ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq proseslərinin həyata keçirilməsi də yeni mərhələnin əsas istiqamətlərindən birinə çevrilmişdir.

Ölkəmizdə dövlət suverenliyinin və konstitusiya dəyərlərinin əhəmiyyəti 2025-ci ildə ayrıca diqqət mərkəzinə çəkilmişdir. Dövlət başçısının 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu qərar Konstitusiyanın və dövlət suverenliyinin Azərbaycan dövlətçiliyindəki rolunun ictimaiyyətə çatdırılması, hüquqi maarifləndirmənin gücləndirilməsi və dövlətçilik tarixinin öyrənilməsi baxımından əhəmiyyətli addım olmuşdur.

20 sentyabr Azərbaycan xalqının müstəqillik və dövlətçilik tarixinin mühüm səhifələrindən biri kimi yeni nəsillərə suverenliyin, ərazi bütövlüyünün, Konstitusiyanın aliliyinin və dövlət müstəqilliyinin əhəmiyyətini anlatmaq baxımından xüsusi məna daşıyır. Bütün Respublika ərazisində bu günün qeyd olunması həmçinin Azərbaycanın müasir tarixində mühüm rol oynamış şəhidlərin xatirəsinin yad edilməsini, Vətən uğrunda xidmət göstərmiş hərbçilərin və dövlət qurumlarının fəaliyyətinin xatırlanmasını və ölkənin ərazi bütövlüyü uğrunda aparılmış mübarizənin tarixi aspektlərinin öyrənilməsini əhatə edir.

  • Дата: 17-09-2026, 22:38
  • Автор: anskanal
Полная статья »

Manaf Ağayev – Səsi ilə Məclislərə Ruh, Sənəti ilə Könüllərə Sevinc Qatan Xanəndə



Azərbaycan musiqisinin sevilən simalarından olan Manaf Novruz oğlu Ağayev uzun illərdir özünəməxsus ifa tərzi, səsinin fərqli çaları və səhnədə yaratdığı doğma ab-hava ilə geniş dinləyici auditoriyasının rəğbətini qazanıb. 1964-cü il aprelin 26-da Füzuli rayonunun Şıxlı kəndində dünyaya gələn sənətçinin yaradıcılığında doğulduğu torpağın ruhunu, Qarabağ musiqi mühitinin zənginliyini və milli ifaçılıq ənənələrinin təsirini hiss etmək mümkündür. Onun sənət yolu yalnız səhnədə oxunan mahnılardan deyil, illər ərzində dinləyici ilə qurulan səmimi mənəvi bağdan formalaşıb.

Manaf Ağayevin ifasını fərqləndirən əsas cəhətlərdən biri mahnını sadəcə səsləndirməməsi, onun ovqatını dinləyiciyə çatdırmağa çalışmasıdır. İstər kövrək və duyğulu nəğmələrdə, istərsə də şən məclis mahnılarında onun səsində özünəməxsus bir temperament duyulur. Bu xüsusiyyət sənətçini uzun illər ərzində toyların, el şənliklərinin və müxtəlif musiqi məclislərinin arzulanan ifaçılarından birinə çevirib. Manaf Ağayev səhnəyə çıxarkən auditoriyanın ovqatını duymağı və məclislə canlı ünsiyyət qurmağı bacaran sənətçilərdəndir.

Onun yaradıcılığında milli musiqiyə bağlılıq xüsusi yer tutur. Azərbaycan xanəndəlik məktəbinin, xalq mahnılarının və məclis ifaçılığının elementlərini öz dəst-xətti ilə təqdim etməsi Manaf Ağayevin sənət dünyasının xarakterik xüsusiyyətlərindəndir. İllərin səhnə təcrübəsi onun ifasına həm sərbəstlik, həm də tanınan bir üslub qazandırıb. Bəzən bir sənətçini tanımaq üçün adını görmək kifayət etmir, səsinin ilk notlarını eşitmək yetərli olur. Manaf Ağayev də məhz səsindən və ifa manerasından tanınan sənət adamlarındandır.

Manaf Ağayevin sənət həyatında Füzuli və bütövlükdə Qarabağ mövzusu da mənəvi baxımdan mühüm yer tutur. Doğma yurda bağlılıq insanın yaddaşında yalnız bir ünvan kimi yaşamır; uşaqlıq xatirələrində, danışığında, musiqisində və duyğularında özünü göstərir. Füzuli torpağında dünyaya gəlmiş bir sənətçi kimi onun ifalarında da bu bağlılığın izlərini görmək mümkündür. Qarabağın zəngin musiqi ənənələrinin yetişdirdiyi mühitlə bağlılıq onun yaradıcılıq kimliyinə ayrıca rəng qatır.

Sənət adamının cəmiyyətdəki dəyəri yalnız səhnədə qazandığı populyarlıqla ölçülmür. Xalqın ağrılı və sevincli günlərinə münasibət, Vətən uğrunda böyük fədakarlıq göstərmiş insanlara ehtiram da mənəvi mövqenin göstəricilərindəndir. Bu baxımdan şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və dəstək son dərəcə qiymətlidir. Manaf Ağayevin də şəhidlərimizin xatirəsinə ehtiramla yanaşması, şəhid ailələri və qazilərə diqqət göstərməsi sənət adamının xalqla mənəvi bağının mühüm ifadəsi kimi dəyərləndirilə bilər. Vətən uğrunda canından keçən şəhidlərimizin ailələrinin və sağlamlığını fəda edən qazilərimizin yanında olmaq hər bir tanınmış şəxsin nümunə göstərə biləcəyi ən dəyərli davranışlardandır.

Onilliklər ərzində sənət aləmində qalmaq, müxtəlif nəsillərin zövqü dəyişdiyi halda öz dinləyicisini qorumaq asan deyil. Manaf Ağayevin adı uzun illərdir Azərbaycan musiqi və məclis mədəniyyətində tanınırsa, bunun arxasında böyük səhnə təcrübəsi, zəhmət və dinləyicinin yaddaşında yer tutan özünəməxsus ifa üslubu dayanır. Onun mahnıları ilə böyüyən, həmin nəğmələri ailə məclislərində və şən günlərində dinləyən insanların olması sənətçinin yaradıcılıq yolunun ən gözəl göstəricilərindən biridir.

Bu gün Manaf Ağayev Azərbaycan musiqi məkanında öz səsi və ifa manerası ilə seçilən tanınmış sənətçilərdən biri kimi fəaliyyətini davam etdirir. Onun sənət yolunda ən böyük qazanc isə yalnız şöhrət deyil, illər keçdikcə qorunan dinləyici sevgisidir. Sənətkar üçün bundan qiymətli mükafat az tapılar: oxuduğun nəğmənin insanların xatirəsinə çevrilməsi, səsinin şad günlərə yoldaşlıq etməsi və adının musiqi ilə birlikdə xatırlanması. Manaf Ağayev də uzun illərin sənət təcrübəsi ilə özünəməxsus ifa dünyasını formalaşdırmış və Azərbaycan musiqisevərlərinin yaddaşında öz yerini qazanmış sənətçilərdəndir.

  • Дата: 16-09-2026, 22:37
  • Автор: anskanal
Полная статья »

Səhiyyə elə bir sahədir ki, burada görülən işin arxasında sadəcə rəqəmlər və hesabatlar deyil, insan həyatı, sağlamlığı və ümid dayanır. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Səyyaf Tağıyev də üzərinə düşən bu böyük məsuliyyəti dərindən anlayaraq fəaliyyətini insanların sağlamlığına xidmət üzərində qurmağa çalışan səhiyyə rəhbərlərindən biri kimi diqqət çəkir. Xəstəxananın gündəlik fəaliyyətinin düzgün təşkili, tibbi xidmətlərin koordinasiyası, pasiyentlərin müraciətlərinə həssas yanaşılması və kollektiv daxilində iş ahənginin qorunması onun rəhbərlik fəaliyyətinin əsas istiqamətlərindəndir.

Baş həkim olmaq yalnız inzibati vəzifə daşımaq demək deyil. Bu vəzifə eyni zamanda hər gün müxtəlif talelərlə, insanların ağrısı və narahatlığı ilə üz-üzə qalmaq, bəzən ən çətin məqamlarda düzgün qərar vermək məsuliyyətidir. Səyyaf Tağıyevin fəaliyyətində də məhz bu məsuliyyət hissi ön plana çıxır. Onun üçün xəstəxanaya müraciət edən hər bir vətəndaşın sağlamlığı diqqət tələb edən ayrıca bir məsələdir. Tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, həkim və orta tibb personalının öz vəzifələrinə məsuliyyətlə yanaşması, xəstə ilə münasibətdə etik davranışın qorunması səhiyyə müəssisəsinin nüfuzunu müəyyən edən vacib amillərdir.

Rayon səhiyyəsinin yükünü daşıyan böyük bir tibb müəssisəsində nizam-intizamın və peşəkarlığın təmin olunması asan məsələ deyil. Burada müxtəlif profilli şöbələrin, həkimlərin, tibb bacılarının və digər əməkdaşların vahid məqsəd ətrafında fəaliyyət göstərməsi tələb olunur. Səyyaf Tağıyev rəhbər kimi kollektiv əməyinin əhəmiyyətini ön planda saxlayaraq xəstəxananın fəaliyyətində komanda ruhunun güclənməsinə xüsusi önəm verir. Çünki yaxşı səhiyyə xidməti yalnız bir rəhbərin və ya bir həkimin deyil, bütöv tibbi kollektivin peşəkarlığının nəticəsində yaranır.

Səhiyyədə ən mühüm meyarlardan biri insanla davranmağı bacarmaqdır. Xəstəxananın qapısından daxil olan insan çox vaxt narahat, ağrılı və köməyə ehtiyacı olan vəziyyətdə olur. Belə məqamda ona yalnız tibbi müdaxilə deyil, diqqət, anlayış və mənəvi münasibət də lazımdır. Səyyaf Tağıyevin idarəçilik yanaşmasında pasiyent məmnuniyyətinin, müraciətlərə diqqətlə yanaşılmasının və vətəndaşla düzgün ünsiyyətin mühüm yer tutması səhiyyənin humanist mahiyyətinə verilən dəyərin ifadəsidir.

Onun fəaliyyətində xüsusi ehtiram tələb edən insanların – şəhid ailələrinin və qazilərimizin qayğılarına həssas münasibət də mühüm mənəvi dəyər kimi önə çıxır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin ailələrinə diqqət göstərmək, sağlamlığını Vətən yolunda itirmiş və ya yaralamış qazilərimizin tibbi məsələlərinə həssaslıqla yanaşmaq hər bir vətəndaşın mənəvi borcudur. Səhiyyə müəssisəsində bu kateqoriyadan olan insanlara hörmət və qayğının göstərilməsi isə həm peşə məsuliyyətinin, həm də Vətən qarşısında minnətdarlığın ifadəsidir. Səyyaf Tağıyev üçün də şəhid ailəsi və qazinin müraciəti yalnız tibbi məsələ deyil, xüsusi diqqət və ehtiram tələb edən mənəvi məsuliyyət kimi dəyərləndirilir.

İnsan sağlamlığına xidmət edən rəhbərin fəaliyyətinin əsl qiyməti insanların ona olan etimadında görünür. Səyyaf Tağıyev uzun və məsuliyyətli iş günlərinin arxasında yüzlərlə insanın sağlamlıq ümidinin dayandığını yaxşı anlayan, üzərinə götürdüyü vəzifəyə ciddi yanaşan səhiyyə rəhbəri kimi fəaliyyət göstərir. Onun idarəçilik xəttində peşəkarlıqla yanaşı, insan amilinin qorunması, həkim əməyinə dəyər verilməsi və tibbi xidmətə müraciət edən vətəndaşın qayğısının diqqətdə saxlanılması xüsusi əhəmiyyət daşıyır.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Səyyaf Tağıyevin fəaliyyəti bir həqiqəti bir daha göstərir: səhiyyədə rəhbərlik kabinetdən deyil, insanın dərdinə yaxın olmaqdan başlayır. Xəstənin sağlamlığı üçün çalışan həkimin əməyinə şərait yaratmaq, vətəndaşın ümidini doğrultmağa çalışmaq, şəhid ailəsinə ehtiram, qaziyə qayğı göstərmək və bütün bunları gündəlik iş prinsipinə çevirmək böyük məsuliyyət tələb edir. İnsan həyatının qorunmasına xidmət edən belə bir missiyanın arxasında isə peşəkarlıqla yanaşı vicdan, səbir və insan sevgisi dayanır.

  • Дата: 15-09-2026, 22:51
  • Автор: anskanal
Полная статья »