Siyasət » ANS KANAL


Zəngin və çoxəsrlik tarixə malik olan Azərbaycan xalqı zaman-zaman tarixin çətin sınaqları ilə üzləşmiş və yetirdiyi qəhrəman övladlarının, liderlərinin hesabına bu çətin məqamlardan alnı açıq və üzü ağ çıxmışdır. Belə ki, XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Həmin vaxt vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.

Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. Ulu Öndər xilaskarlıq missiyasını yerinə yetirərək Azərbaycanı inkişaf, tərəqqi yoluna çıxardı. Vətəndaş qarşıdurmasının dayandırılması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin xilası bu tarixdən başlandı. İyunun 13-14-də ziyalılardan, ağsaqqallardan ibarət qrupla Gəncəyə  gedən Ümummilli Lider  Heydər Əliyev Surət Hüseynovla, sadə vətəndaşlarla, hərbçilərlə görüşərək  siyasi böhranın, qarşıdurmanın aradan qaldırılması üçün söhbətlər apardı, çıxış yolları barədə faydalı, müdrik tövsiyələrini bildirdi. Zərərçəkən, əzizlərini itirən gəncəlilərə mənəvi dəstək oldu. Görüşün nəticələri barədə iyunun 15-də keçirilən Ali Sovetin fövqəladə sessiyasında açıqlama verdi. 

Həmin gün Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.

Respublika informasiya blokadasından çıxarıldı. Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi.

Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edildi. Ölkə daxilində yaranmış sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar 1993-cü il 15 iyun tarixinin nailiyyətləridir. Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. 15 İyun tarixi dövlətçiliyimizin xilasını təmin etməklə, Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi.

Tarixə Milli Qurtuluş Günü kimi yazılan 15 iyundan başlanan yol 2020-ci ildə xalqımıza Zəfər sevincini yaşatdı. Düşünülmüş və məqsədyönlü siyasət nəticəsində Azərbaycana möhtəşəm uğurlar qazandıran ulu öndər Heydər Əliyevin söylədiyi «Azərbaycan dünyaya günəş kimi doğacaq» kəlamı reallıqda öz əksini tapdı. Azərbaycanın müstəqilliyinin daimiliyi və əbədiliyi təmin edildi. Qürurla deyə bilərik ki, əldə olunan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Qazanılan uğurların və yüksək inkişafın nəticəsidir ki, Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Möhtəşəm Qələbə əldə olundu və bu gün  azad Qarabağda, Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri görülür, daha işıqlı sabahlar bizi gözləyir.

  • Дата: Bu gün, 00:56
  • Автор: anskanal
Полная статья »

İsrail müəllim: İlham Əliyevin Azərbaycan Üçün Əbədiləşən Xidmətləri

“Şərq” İstehsalat Birliyinin direktoru İlqar NəzərovAzərbaycanın müasir tarixində İlham Əliyevin rolu misilsizdir. Onun rəhbərliyi altında ölkəmiz dayanıqlı inkişaf yoluna çıxıb, milli maraqlar hər zaman ön planda olub. Prezidentin siyasəti xalqın gələcəyi üçün düşünülmüş və planlı addımlarla formalaşıb.

O, xalqına sevgisini hər zaman əməli göstərişlərlə təsdiqləyir. Regionlarda sosial layihələrin icrası, təhsil və səhiyyə sahələrinə sərmayələr, gənclərin inkişafına yönəlmiş proqramlar onun hər bir vətəndaşın həyatını düşünərək fəaliyyət göstərdiyini göstərir.

İlham Əliyevin dövlətçilik prinsipləri Azərbaycanı beynəlxalq aləmdə etibarlı, söz sahibi olan bir dövlətə çevirdi. Onun siyasi xətti milli maraqları qoruyaraq praqmatik və strateji mövqe sərgiləməyə imkan verir.

Dünya siyasətindəki uğurları onun uzaqgörənliyindən irəli gəlir. Azərbaycan həm regional sabitliyin təminatçısı, həm də etibarlı tərəfdaş kimi tanınır. İlham Əliyev hər zaman prinsipial mövqeyini qoruyub, dövlətin mənafelərini ön plana çıxarıb.

Ali Baş Komandan kimi onun iradəsi, qətiyyəti və xalq-ordu birliyi Azərbaycan hərb tarixində unudulmaz izlər buraxıb. Vətən müharibəsində göstərilən liderlik xalqın ürəyində dərin hörmət yaratdı.

30 illik həsrətdən sonra işğal altında qalan torpaqlarımızın azad olunması, tarixdə unikal Zəfərin qazanılması İlham Əliyevin siyasətinin və xalqın gücünün nəticəsidir. Bu qələbə yalnız hərbi yox, həm də siyasi və diplomatik zəfərdir.

Şuşanın alınması isə tarixi bir an oldu. Şuşa Fatehi adı onun xalqın yaddaşında əbədi qalmasını təmin etdi. Bu, yalnız hərbi uğur deyil, həm də milli ruhun və mədəniyyətin bərpası anlamına gəlir.

Azad edilmiş ərazilərin bərpası və yenidən qurulması işləri onun vətənpərvər liderliyinin növbəti göstəricisidir. “Böyük Qayıdış” proqramı insanları doğma torpaqlarına qaytarmaqla yanaşı, onların layiqli həyat şəraitini təmin edir.

Şəhid ailələri və qazilər Prezidentin daim diqqət mərkəzindədir. Sosial təminatın genişləndirilməsi, mənzil və tibbi yardımlar, reabilitasiya proqramları bu diqqətin konkret ifadəsidir.

İlham Əliyev həm də milli birliyi qoruyan liderdir. Xalqın rifahı, torpaqların müdafiəsi və dövlətin möhkəmləndirilməsi onun fəaliyyətində prioritetdir. O, hər zaman dövlətçiliyin və milli maraqların qarantıdır.

Energetika, sənaye, kənd təsərrüfatı və iqtisadi islahatlar onun uzaqgörən siyasətinin təməlində dayanır. Azərbaycan bu siyasət sayəsində regional lider və etibarlı tərəfdaş olaraq tanınır.

Gənclərə diqqət, təhsilin və peşə hazırlığının inkişaf etdirilməsi onun gələcək nəsillərə olan məsuliyyətinin ifadəsidir. İlham Əliyev gənclərin idarəetmədə iştirakını dəstəkləyərək Azərbaycanın davamlı inkişafını təmin edir.

Onun liderliyi sərt qərarlar və humanist yanaşmanın vəhdətidir. Dövlət maraqlarını qoruyarkən sosial ədalət və vətəndaş rifahını da unutmur.

Azərbaycanın beynəlxalq aləmdə mövqeyi onun siyasi uzaqgörənliyini göstərir. Ölkəmiz regionda sabitlik və inkişaf nümunəsi kimi tanınır.

İlham Əliyevin siyasəti xalqın qəlbində əbədi yer tutur. O, təkcə lider deyil, eyni zamanda tarix yazan dövlət xadimi kimi yaddaşlarda qalır.

Xalqın sevgisi və inamı onun uğurlu liderliyinin ən böyük göstəricisidir. Onun adı Azərbaycan tarixində torpaqları azad edən, dövlətini gücləndirən və millətinə sədaqətlə xidmət edən lider kimi qalacaq.

  • Дата: 4-02-2026, 23:39
  • Автор: anskanal
Полная статья »

İsrail müəllim: İlham Əliyevin Azərbaycan Üçün Əbədiləşən Xidmətləri

Azərbaycanın müstəqil və güclü dövlət kimi yüksəlişində İlham Əliyevin rolu əvəzsizdir. Onun siyasəti yalnız idarəetmə fəaliyyəti deyil, həm də xalqın həyatına təsir edən geniş və strateji layihələrin cəmi kimi qiymətləndirilir. Hər bir qərarında millətin rifahı, torpağın azadlığı və dövlətin inkişafı əsas prioritet olub.

Prezident İlham Əliyevin xalqına olan sevgisi hər zaman konkret işlərdə özünü göstərib. Sosial infrastrukturun inkişafı, məktəb və xəstəxanaların tikintisi, regionlarda yeni iş yerlərinin yaradılması onun vətəndaşlarına diqqətinin bariz nümunəsidir. Hər bir layihə onun xalqına olan qayğısının göstəricisidir.

Dünya siyasətində İlham Əliyev Azərbaycanın mövqeyini möhkəmləndirib. O, beynəlxalq aləmdə balanslı və prinsipial siyasət yürüdərək ölkəmizin maraqlarını qorumağı bacarır. Azərbaycan indi söz sahibi olan, etibarlı və nüfuzlu bir dövlət kimi tanınır.

Ali Baş Komandan kimi İlham Əliyevin rəhbərliyi isə xalqın və ordunun gücünü birləşdirərək tarixi nəticələr əldə etməyə imkan verib. Onun qətiyyətli və uzaqgörən qərarları Azərbaycanın ərazi bütövlüyünün bərpasında həlledici rol oynayıb.

30 ilə yaxın işğal altında qalan torpaqların azad olunması onun liderliyinin və strateji planlaşdırmasının bariz nəticəsidir. Bu qələbə yalnız hərbi uğur deyil, həm də milli iradənin, diplomatik hazırlığın və xalq-ordu birliyinin simvoludur.

Şuşanın azad edilməsi isə bütün Azərbaycan üçün böyük mənəvi zəfərdir. Şuşa Fatehi kimi tanınan İlham Əliyev həm hərbi, həm də mədəni baxımdan əvəzsiz nailiyyət əldə etdi. Bu, xalqın qəlbində əbədi qürur və tarixdə unudulmaz iz qoydu.

Azad edilmiş ərazilərin bərpası onun dövlətçilik məsuliyyətinin davamı kimi dəyərləndirilir. “Böyük Qayıdış” proqramı insanların yurdlarına qayıtmasını təmin etməklə yanaşı, regionun sosial-iqtisadi inkişafını da sürətləndirir.

Şəhid ailələri və qazilərə göstərilən diqqət İlham Əliyevin humanist liderliyinin ən parlaq nümunəsidir. Onların sosial təminatı, tibbi və psixoloji dəstəyi hər zaman dövlətin prioriteti olaraq qalır.

Prezidentin uzaqgörən siyasəti iqtisadi sahədə də Azərbaycanın mövqeyini gücləndirib. Enerji layihələri, nəqliyyat infrastrukturunun inkişafı, sənaye və kənd təsərrüfatına yönəlmiş islahatlar ölkənin uzunmüddətli sabitliyinə xidmət edir.

Gənclərə önəm verməsi gələcəyin Azərbaycanını formalaşdırır. Təhsil proqramları, beynəlxalq əməkdaşlıqlar və gənclərin idarəetməyə cəlbi onların liderlik bacarıqlarını inkişaf etdirir.

İlham Əliyevin rəhbərliyi altında Azərbaycan yalnız qələbələr qazanmır, həm də milli dəyərləri qoruyur. Mədəniyyət, tarix və mənəvi irs ön planda saxlanılır, xalqın ruhu dirçəldilir.

Xarici siyasətdə Azərbaycanın balanslı mövqeyi ölkəmizi regional və qlobal arenada etibarlı tərəfdaş kimi möhkəmləndirib. İlham Əliyev milli maraqların qorunmasında heç bir kompromisə getməyib.

Dövlət başçısının humanist və qətiyyətli yanaşması onun siyasətini həm güclü, həm də insani edir. Sərt qərarlar lazım olanda qəbul edilir, amma sosial məsələlərdə həssaslıq və ədalət prinsipinə önəm verilir.

Azərbaycanın müasir inkişafı, iqtisadi və hərbi gücü, xalqın dövlətə olan etimadı İlham Əliyevin liderliyinin nəticəsidir. O, ölkəni sabitlik, tərəqqi və qələbə yolu ilə aparır.

Prezidentin siyasəti təkcə bu gün üçün deyil, gələcək nəsillər üçün də strateji əhəmiyyət daşıyır. Onun fəaliyyəti Azərbaycan tarixində ömürlük bir iz buraxıb.

Xalqın rifahı, torpağın azadlığı, şəhid ailələrinə və qazilərə qayğı, iqtisadi sabitlik və beynəlxalq nüfuz İlham Əliyevin dövlətçilik fəlsəfəsinin təməl daşıdır.

Onun adı yalnız dövrünün prezidenti kimi deyil, həm də Azərbaycan tarixində millətinə və dövlətinə sədaqətlə xidmət edən lider kimi qalacaq.

Azərbaycanın gücü, xalqın birliyi və dövlətin möhkəmliyi İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Onun liderliyi milli qürurun və dövlətçilik nümunəsinin simvoludur.

Bu gün Azərbaycan regionda həm gücü, həm də qüruru ilə seçilir. İlham Əliyev isə tarixi qələbələrə imza atan, xalqına sədaqətlə xidmət edən və ölkəsini gələcəyə aparan lider kimi əbədiləşib.

  • Дата: 4-02-2026, 23:35
  • Автор: anskanal
Полная статья »

Elman müəllim: Tarixi missiya, strateji hədəflər

Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyanın ən mötəbər iqtisadi və siyasi platformalarından olan Davos Dünya İqtisadi Forumunda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirakı postmünaqişə dövründə ölkənin regional və qlobal gündəmdə tutduğu yeni mövqenin parlaq təzahürüdür. Forum çərçivəsində dövlətimizin başçısı bir çox ikitərəfli, eləcə də müxtəlif ölkələri təmsil edən biznes nümayəndələri ilə görüşlər keçirib, panel iclaslarda iştirak edib. Bütün görüş və çıxışlarda Azərbaycanın Avrasiya məkanı üçün mühüm əhəmiyyətinin vurğulanması bir daha sübut edir ki, Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumunda iştirakı bu dəfə də Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi baxımından geosiyasi və geoiqtisadi cəhətdən böyük əhəmiyyət daşıyır.
Enerji amili müasir dünyada dövlətlərin iqtisadi inkişafını, siyasi nüfuzunu və beynəlxalq münasibətlərdəki mövqeyini müəyyən edən əsas faktorlardan biri hesab olunur. Bu baxımdan Azərbaycan enerji resurslarını yalnız iqtisadi gəlir mənbəyi kimi deyil, həm də strateji xarici siyasət aləti kimi uğurla istifadə edən ölkələrdəndir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibə verib. Dövlət başçısı bu müsahibə vasitəsilə Azərbaycanın artan beynəlxalq nüfuzunu, gücünü və strateji potensialını qlobal auditoriyaya yüksək peşəkarlıqla, aydın və dəqiq mesajlarla çatdırır.  Ölkə Başçısı müsahibəsində vurğulayıb: “Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və onları Cənubi Qafqazın digər ölkələrinə ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri - uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə bizim enerji əməkdaşlığımız artmaqdadır. Biz artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir.”
Ərazi bütövlüyümüzün və suverenliyin bərpa olunmasından sonra Azərbaycanda formalaşan təhlükəsizlik mühiti, strateji sabitlik Prezident İlham Əliyevin çıxışında iqtisadi inkişaf üçün fundamental baza kimi təqdim olundu. Enerji əməkdaşlığı Avropa ölkələri üçün enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, tədarük marşrutlarının diversifikasiyası və siyasi risklərin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Biz təbii resurslara, nəqliyyat sisteminə və müasir boru kəmərlərinə malikik. Bizim bir çox Avropa ölkəsi ilə yaxşı münasibətlərimiz var və bu, onlar üçün öz enerji təhlükəsizliyini gücləndirmək imkanıdır. Bizim üçün isə bu, premium bazarda ehtiyatlarımızı satmaq fürsətidir. Baxmayaraq ki, biz qazı təkcə Avropaya satmırıq, bu yaxınlarda Suriyaya da ixrac etməyə başlamışıq. Ancaq qiymət baxımından ən yaxşı bazar, əlbəttə ki, Avropa bazarıdır.”
Bu gün Azərbaycan Xəzər dənizi hövzəsində yerləşən zəngin karbohidrogen ehtiyatlarına malikdir. Ölkənin neft və qaz potensialının əsasını “Azəri–Çıraq–Günəşli” neft yataqları və “Şahdəniz” qaz-kondensat yatağı təşkil edir. “Azəri–Çıraq–Günəşli” yataqlar bloku onilliklər ərzində Azərbaycanın neft ixracında aparıcı rol oynamış, dövlət büdcəsinə milyardlarla dollar gəlir gətirmişdir. “Şahdəniz” yatağı isə dünyanın ən iri qaz yataqlarından biri hesab olunur. Bu yatağın ehtiyatları təxminən 1,2 trilyon kubmetr təbii qaz və 240 milyon ton kondensat həcmində qiymətləndirilir. Məhz bu ehtiyatlar Azərbaycanın uzunmüddətli qaz ixracı strategiyasının əsasını təşkil edir və ölkəyə onilliklər ərzində sabit təchizatçı kimi çıxış etmək imkanı yaradır.
Əminliklə deyə bilərik ki, Azərbaycan Cənubi Qafqazın enerji təhlükəsizliyinin əsas dayağı olmaqla yanaşı, Avropanın etibarlı və strateji enerji tərəfdaşı kimi çıxış edir. Zəngin təbii ehtiyatlar, müasir boru kəməri infrastrukturu, balanslaşdırılmış xarici siyasət və düşünülmüş enerji strategiyası ölkənin regional və qlobal əhəmiyyətini daha da artırır.





  • Дата: 28-01-2026, 21:42
  • Автор: anskanal
Полная статья »

Şəhriyar müəllim: Azərbaycan dünyanın siyasi-iqtisadi elitasının diqqət mərkəzindədir

Prezident İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibəsində bildirib ki, bu gün Cənubi Qafqaz, həmçinin yeni inkişaf mərhələsinə daxil olur: “Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri götürdük. Bundan əlavə, biz Ermənistanın əsasən asılı olduğu əsas malların, ilkin növbədə, neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur. Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə biz Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz budur”.

Prezident İlham Əliyev müsahibə zamanı qlobal siyasi və iqtisadi proseslərin hazırkı mərhələdə ciddi dəyişikliklərə məruz qaldığını vurğulayaraq bildirmişdir ki, beynəlxalq münasibətlər yeni bir mərhələyə qədəm qoyur. Bu mərhələdə əvvəlki dövrlərdə əsas götürülən qaydalar və beynəlxalq hüquq mexanizmləri bir çox hallarda effektivliyini itirir, güc faktoru və milli maraqlar daha ön plana çıxır. Dövlət başçımiz qeyd etmişdir ki, belə bir şəraitdə hər bir ölkə öz daxili potensialına, iqtisadi imkanlarına və milli maraqlarına əsaslanan müstəqil siyasət yürütməlidir. Azərbaycan da məhz bu prinsip əsasında fəaliyyət göstərir və heç bir güc mərkəzindən asılı olmayan siyasət aparır.

Prezident İlham Əliyev müsahibəsində sülh və təhlükəsizlik məsələlərinə də xüsusi diqqət yetirmişdir. O bildirmişdir ki, Azərbaycan uzun illər münaqişə və işğal şəraitində yaşamış, bunun ağır sosial və humanitar nəticələrini görmüş bir ölkədir. Məhz buna görə də, bu gün Azərbaycan regionda davamlı sülhün və sabitliyin təmin olunmasında maraqlıdır. Dövlət başçısı vurğulamışdır ki, sülh yalnız siyasi bəyanatlarla deyil, real addımlar, qarşılıqlı etimad və beynəlxalq hüququn əsas prinsiplərinə hörmət əsasında mümkündür. Azərbaycanın 30 il işğal altında qalan torpaqlarını 44 gündə işğaldan azad, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etməsi malik olduğu imkanların, ən əsası ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin  nəticəsidir. Azərbaycan hər zaman dünyaya sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışlarını edib və bunu sözdə deyil, əməldə təsdiqləyir. Yerləşdiyi coğrafi məkana görə ölkələri, xalqları bir araya gətirən, onların birləşduirən körpü rolunu oynayan Azərbaycan, eyni zamanda, qlobal problemlərin həllinə böyük töhfələr verən ölkə kimi tanınır.

Tarixi Zəfərimizdən dərhal sonra ölkəmiz regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün qarşı tərəfə sülh təklifini etdi. Lakin Ermənistan müxtəlif bəhanələrlə sülh müqaviləsinin imzalanmasından yayındı, prosesin uzanması üçün cəhdlər göstərdi. Məlumdur ki, 2023-cü il  sentyabrın 19-da ölkəmiz 10 noyabr 2020-ci il tarixli  üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Bir gün ərzində rəşadətli ordumuz qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail oldu. Azərbaycan istədiyini etdi, bütün şərtlərin qəbuluna nail oldu.

Dövlət başçısı İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində bir daha diqqəti antiterror tədbirlərini şərtləndirən amillərə yönəldərək bildirdi ki, əməliyyatdan bir qədər sonra vasitəçilər tərəfindən müxtəlif qeyri-müəyyən siqnallar gəlməyə başladı və Silahlı Qüvvələrimizin uğurlu irəliləyişi nəticəsində bu siqnallar daha intensiv xarakter almışdır. Sentyabrın 20-si səhər beynəlxalq tərəfdaşların verdiyi məlumat bu oldu ki, qanunsuz silahlı birləşmələr, Ermənistan ordusunun bu birləşmələri artıq bizim şərtlərimizi qəbul etməyə hazırdırlar. Azərbaycan tərəfinin şərtləri bundan ibarət idi ki, Ermənistan ordusunun ərazimizdə qanunsuz məskunlaşmış birləşmələri silahları yerə qoymalı, tərk-silah olunmalı, ərazimizdən tamamilə çıxarılmalıdır və eyni zamanda, bütün silahları və texnikaları təhvil verməlidirlər. Ancaq o təqdirdə Azərbaycan antiterror tədbirlərini dayandıra bilər. Əks-təqdirdə sona qədər gedəcəyimizi bəyan etdik. Şərtlərimiz qəbul edildi. Hətta bir neçə ay ərzində Azərbaycan nümayəndələri ilə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri təklif etdiyimiz yerdə - Yevlax şəhərində görüşməyə hazır olduqlarını bildirdilər və bu görüş baş tutdu. Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiq olduğunu lokal antiterror tədbirlərini dayandırmaqla bir daha təsdiqlədi. Tarixi Zəfərimizdən sonra Ermənistana sülh təklifinin edilməsi ölkəmizin humanist siyasətinin tərkib hissəsidir. Hansı ki, mənfur düşmən 30 il torpaqlarımızı işğal altında saxladı, soydaşlarımız qaçqın və məcburi köçkün həyatını yaşadılar, bu torpaqlarda bütün tarixi və dini abidələrimiz dağıdıldı, məscidlərimizdə donuz saxlanıldı, törədilən hərbi təxribatlar nəticəsində nə qədər itkilərimiz oldu. Azərbaycanın sülh müqaviləsinin imzalanması təklifi bunları unutmaq anlamına gəlmir. Yeni dövrün reallıqlarına uyğun olaraq bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması mütləqdir.

Prezident İlham Əliyevin Davosda “Euronews”a verdiyi müsahibə həm məzmun, həm də siyasi mesajlar baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan qlobal auditoriyaya bir daha nümayiş etdirmişdir ki, ölkə müasir çağırışlara hazırdır, öz milli maraqlarını qətiyyətlə qoruyur və beynəlxalq əməkdaşlığa açıqdır. Dövlətimizin başçısının mesajları Azərbaycanın müstəqil siyasətinin, güclü dövlət modelinin və regional sabitliyə verdiyi töhfənin bariz ifadəsi kimi tarixə düşdü.

  • Дата: 25-01-2026, 23:26
  • Автор: anskanal
Полная статья »

Elman müəllim: Tarixi missiya, strateji hədəflər


Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyanın ən mötəbər iqtisadi və siyasi platformalarından olan Davos Dünya İqtisadi Forumunda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirakı postmünaqişə dövründə ölkənin regional və qlobal gündəmdə tutduğu yeni mövqenin parlaq təzahürüdür. Forum çərçivəsində dövlətimizin başçısı bir çox ikitərəfli, eləcə də müxtəlif ölkələri təmsil edən biznes nümayəndələri ilə görüşlər keçirib, panel iclaslarda iştirak edib. Bütün görüş və çıxışlarda Azərbaycanın Avrasiya məkanı üçün mühüm əhəmiyyətinin vurğulanması bir daha sübut edir ki, Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumunda iştirakı bu dəfə də Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi baxımından geosiyasi və geoiqtisadi cəhətdən böyük əhəmiyyət daşıyır.

Enerji amili müasir dünyada dövlətlərin iqtisadi inkişafını, siyasi nüfuzunu və beynəlxalq münasibətlərdəki mövqeyini müəyyən edən əsas faktorlardan biri hesab olunur. Bu baxımdan Azərbaycan enerji resurslarını yalnız iqtisadi gəlir mənbəyi kimi deyil, həm də strateji xarici siyasət aləti kimi uğurla istifadə edən ölkələrdəndir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibə verib. Dövlət başçısı bu müsahibə vasitəsilə Azərbaycanın artan beynəlxalq nüfuzunu, gücünü və strateji potensialını qlobal auditoriyaya yüksək peşəkarlıqla, aydın və dəqiq mesajlarla çatdırır.  Ölkə Başçısı müsahibəsində vurğulayıb: “Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və onları Cənubi Qafqazın digər ölkələrinə ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri - uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə bizim enerji əməkdaşlığımız artmaqdadır. Biz artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir.”

Ərazi bütövlüyümüzün və suverenliyin bərpa olunmasından sonra Azərbaycanda formalaşan təhlükəsizlik mühiti, strateji sabitlik Prezident İlham Əliyevin çıxışında iqtisadi inkişaf üçün fundamental baza kimi təqdim olundu. Enerji əməkdaşlığı Avropa ölkələri üçün enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, tədarük marşrutlarının diversifikasiyası və siyasi risklərin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Biz təbii resurslara, nəqliyyat sisteminə və müasir boru kəmərlərinə malikik. Bizim bir çox Avropa ölkəsi ilə yaxşı münasibətlərimiz var və bu, onlar üçün öz enerji təhlükəsizliyini gücləndirmək imkanıdır. Bizim üçün isə bu, premium bazarda ehtiyatlarımızı satmaq fürsətidir. Baxmayaraq ki, biz qazı təkcə Avropaya satmırıq, bu yaxınlarda Suriyaya da ixrac etməyə başlamışıq. Ancaq qiymət baxımından ən yaxşı bazar, əlbəttə ki, Avropa bazarıdır.”

Bu gün Azərbaycan Xəzər dənizi hövzəsində yerləşən zəngin karbohidrogen ehtiyatlarına malikdir. Ölkənin neft və qaz potensialının əsasını “Azəri–Çıraq–Günəşli” neft yataqları və “Şahdəniz” qaz-kondensat yatağı təşkil edir. “Azəri–Çıraq–Günəşli” yataqlar bloku onilliklər ərzində Azərbaycanın neft ixracında aparıcı rol oynamış, dövlət büdcəsinə milyardlarla dollar gəlir gətirmişdir. “Şahdəniz” yatağı isə dünyanın ən iri qaz yataqlarından biri hesab olunur. Bu yatağın ehtiyatları təxminən 1,2 trilyon kubmetr təbii qaz və 240 milyon ton kondensat həcmində qiymətləndirilir. Məhz bu ehtiyatlar Azərbaycanın uzunmüddətli qaz ixracı strategiyasının əsasını təşkil edir və ölkəyə onilliklər ərzində sabit təchizatçı kimi çıxış etmək imkanı yaradır.

Əminliklə deyə bilərik ki, Azərbaycan Cənubi Qafqazın enerji təhlükəsizliyinin əsas dayağı olmaqla yanaşı, Avropanın etibarlı və strateji enerji tərəfdaşı kimi çıxış edir. Zəngin təbii ehtiyatlar, müasir boru kəməri infrastrukturu, balanslaşdırılmış xarici siyasət və düşünülmüş enerji strategiyası ölkənin regional və qlobal əhəmiyyətini daha da artırır.

  • Дата: 25-01-2026, 23:17
  • Автор: anskanal
Полная статья »

Mirnazir müəllim: Ölkəmizin daha da inkişafı üçün möhtəşəm layihələr reallaşdırılır


Davos Dünya İqtisadi Forumunun sayca 56-cı toplantısı mühüm məqamları ilə hazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Nəzərə alsaq ki, Davos Forumu dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərinin, böyük şirkətlərin rəhbərlərinin, biznes sektorunun aparıcı nümayəndələrinin təmsil olunduğu qlobal forumdur, bu halda onun əhəmiyyəti özünü daha aydın şəkildə nəzərə çarpır. Builki Forumda 130-dan artıq ölkədən 3000 nümayəndə iştirak edir. Tədbirə 65 dövlət və hökumət başçısı daxil olmaqla 400 siyasi lider, 850-dən çox iri şirkət rəhbəri, eləcə də qabaqcıl texnologiya sahəsində fəaliyyət göstərən nüfuzlu liderlər qatılıb. Hər il iştirakçıların say tərkibində nəzərə çarpan artım Forumun əhəmiyyətini, müzakirəyə çıxarılan mövzuların aktuallığını bir daha nümayiş etdirir. Dövlət başçısı İlham Əliyevin 2007-ci ildən başlayaraq bu tədbirdə mütəmadi iştirakı Azərbaycanın möhkəmlənən mövqeyinin təqdimatıdır. Bu reallığı da böyük qürur hissi ilə qeyd edirik ki, tarixi Zəfərimiz, suverenliyimizin tam bərpası Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunu, söz sahibliyini daha da artırıb. Yeni reallıqlar həm regionda, həm də dünya siyasətində yenilikləri şərtləndirdi. Bu gün yeni dünya nizamının formalaşdığı bir zamanda Azərbaycanın hər bir məsələ ilə bağlı mövqeyinə, yanaşmasına verilən önəm diqqətdən kənarda qalmır. Azərbaycanın açıq, çoxşaxəli xarici siyasəti yeni dostlar, tərəfdaşlar qazanmasında əhəmiyyətli rol oynayır. 56-cı Dünya İqtisadi Forumu çərçivəsində keçirilən görüşlərdə, panel iclaslarda da əsas çağırışlardan biri məhz əməkdaşlıq və onun coğrafiyasının genişləndirlməsini şərtləndirən amillər oldu.

Cənab İlham Əliyev Forum çərçivəsində “Euronews” televiziyasına müsahibəsində də bildirdi ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu.

Dövlətimizin başçısı əməkdaşlıqda əsas faktorlardan biri olan enerji sektorunda qazandığımız uğurlara da diqqəti yönəltdi. Vurğuladı ki, Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və digər ölkələrə neft və qaz ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri - uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə enerji əməkdaşlığımız artmaqdadır. Artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan təbii resurslara, nəqliyyat sisteminə və müasir boru kəmərlərinə malikdir.  Bir çox Avropa ölkəsi ilə yaxşı münasibətlərimiz var və bu, onlar üçün öz enerji təhlükəsizliyini gücləndirmək imkanıdır. Azərbaycan üçün isə bu, premium bazarda ehtiyatlarımızı satmaq fürsətidir. Baxmayaraq ki, qazı təkcə Avropaya satmırıq, bu yaxınlarda Suriyaya da ixrac etməyə başlamışıq. Ancaq qiymət baxımından ən yaxşı bazar, əlbəttə ki, Avropa bazarıdır.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev dünyaya “Əsrin müqaviləsi” kimi səs salan, tariximizə yazılan neft sazişinin imzalanmasından öncə dünya praktikasına əsasən bu reallığı diqqətə çatdırmışdır ki, heç bir ölkə səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz.

Bu gün əməkdaşlığın regional çərçivədən çıxaraq beynəlxalq səviyyəyə yüksəlməsindən bəhs edirik. Çoxlarına əfsanə kimi görünən, Azərbaycanı regional inkişafın aparıcı qüvvəsinə çevirən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin sırasına daxil olan Cənub Qaz Dəhlizi beynəlxalq əməkdaşlığın başlanğıcı kimi dəyərləndirildi. Bu gün artıq Azərbaycan yalnız neft deyil, qaz, elektrik enerjisi ixracatçısı kimi də tanınır və nüfuz qazanır.

Prezident İlham Əliyevin Davos Forumu çərçivəsində aparıcı şirkətlərin rəhbərləri ilə keçirdiyi görüşlərdə Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfələrdən, regional inkişafın aparıcı qüvvəsi kimi nüfuz qazanmasından, investisiya cəbediciliyini qoruyan ölkə kimi tanınmasından və sair kimi uğurlarımızdan geniş bəhs etdi. Bu məqam xüsusi qeyd edildi ki, sabitlik ölkələrin tərəqqisində əhəmiyyətli rol oynayır. 

  • Дата: 25-01-2026, 23:16
  • Автор: anskanal
Полная статья »

Şəhriyar müəllim: Azərbaycan dünyanın siyasi-iqtisadi elitasının diqqət mərkəzindədir

Prezident İlham Əliyevin Zayed İnsan Qardaşlığı Mükafatına layiq görülməsi müasir dövrdə sülh, dialoq və humanitar dəyərlərə əsaslanan dövlət siyasətinin beynəlxalq miqyasda yüksək qiymətləndirilməsinin bariz nümunəsidir. Bu hadisə yalnız bir liderin fəaliyyətinə verilən dəyər deyil, eyni zamanda Azərbaycanın son illərdə seçdiyi siyasi kursun, regional və qlobal yanaşmasının təsdiqidir.Zayed İnsan Qardaşlığı Mükafatı dünyada insanları ayıran deyil, birləşdirən dəyərlərin təşviqini əsas məqsəd kimi qarşıya qoyur. Mükafatın ideoloji mahiyyəti qarşıdurma və zorakılıq fonunda dialoqun, qarşılıqlı anlayışın və əməkdaşlığın vacibliyini ön plana çıxarır. Bu baxımdan Prezident İlham Əliyevin bu mükafata layiq görülməsi Azərbaycanın beynəlxalq münasibətlərdə sərgilədiyi məsuliyyətli və balanslı mövqeyin göstəricisi kimi qiymətləndirilir.

Azərbaycan tarixən mədəniyyətlərin, dinlərin və xalqların qovuşduğu bir coğrafiya olub. Bu müxtəliflik əsrlər boyu qarşılıqlı hörmət və birgəyaşayış prinsipləri əsasında formalaşıb. Müstəqillik dövründə bu ənənələr dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilib. Multikulturalizm və dini tolerantlıq Azərbaycanda formal anlayış deyil, real ictimai münasibətlərin əsasını təşkil edir. Fərqli dini icmaların sərbəst fəaliyyəti, mədəni irsin qorunması və təşviqi bu siyasətin praktiki nəticələrindəndir.

Region uzun illər münaqişələr, gərginliklər və humanitar böhranlarla yadda qalıb. Bu proseslər təkcə dövlətlərarası münasibətlərə deyil, milyonlarla insanın taleyinə birbaşa təsir göstərib. Azərbaycan bu mürəkkəb şəraitdə sülhün alternativsiz olduğunu dəfələrlə bəyan edib və praktiki addımlarla bu mövqeyini nümayiş etdirib. Qarşıdurmadan əməkdaşlığa keçid, dialoqa əsaslanan yanaşma və gələcəyə yönəlmiş siyasət regional sabitlik üçün yeni imkanlar yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan siyasi xətt sülhü yalnız münaqişənin olmaması kimi deyil, davamlı inkişaf, təhlükəsizlik və sosial rifah üçün əsas şərt kimi dəyərləndirir. Bu yanaşma göstərir ki, real sülh yalnız razılaşmalarla deyil, qarşılıqlı etimadın formalaşması və humanitar dəyərlərin möhkəmləndirilməsi ilə sıx bağlıdır.

Zayed İnsan Qardaşlığı Mükafatının təqdim edilməsi həm də müasir dünyada liderliyin mahiyyəti ilə bağlı mühüm mesaj verir. Bu mesaj ondan ibarətdir ki, beynəlxalq nüfuz yalnız iqtisadi və ya siyasi güclə deyil, eyni zamanda insan həyatına, sülhə və humanizmə verilən dəyərlə ölçülür. Humanitar məsuliyyət, dialoqa açıqlıq və əməkdaşlığa hazır olmaq müasir liderliyin əsas göstəricilərindən biridir.Bu mükafat Azərbaycan üçün qürur mənbəyi olmaqla yanaşı, eyni zamanda ciddi məsuliyyətdir. Bu mükafat, ölkənin bundan sonra da regionda və beynəlxalq arenada sülh təşəbbüslərini dəstəkləmək, humanitar əməkdaşlığı genişləndirmək və insan qardaşlığı ideyalarını təşviq etmək istiqamətində fəaliyyətini davam etdirəcəyini göstərir.

Prezident İlham Əliyevin Zayed İnsan Qardaşlığı Mükafatına layiq görülməsi bir daha təsdiqləyir ki, sülhə əsaslanan siyasət beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur və dəyərləndirilir. Bu hadisə Azərbaycanın humanitar dəyərlər üzərində qurulan inkişaf yolunun düzgün və perspektivli olduğunu nümayiş etdirir və gələcək nəsillər üçün mühüm mesaj daşıyır.

  • Дата: 25-01-2026, 23:14
  • Автор: anskanal
Полная статья »

Əfqan Xudaverdiyev: Regional lider, qlobal tərəfdaş

Müasir beynəlxalq münasibətlər sistemində sözün çəkisi azalmayıb, əksinə, doğru zamanda deyilən söz dövlətlərin gələcək trayektoriyasını müəyyən edir. Davosda Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə də məhz bu baxımdan diqqət mərkəzindədir. Bu çıxış qlobal xaos şəraitində Azərbaycanın siyasi düşüncəsini, davranış modelini və strateji prioritetlərini açıq şəkildə ortaya qoyur. Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi əsas tezislərdən biri beynəlxalq hüququn faktiki olaraq selektiv alətə çevrilməsi ilə bağlı idi. Dövlət başçısı reallığı gizlətmədən ifadə etdi: “Artıq beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün mütləq görünmür.” Bu fikir diplomatik ritorikadan daha çox, qlobal sistemin diaqnozudur. Güc mərkəzlərinin maraqları ilə hüququn prinsipləri arasında yaranmış uçurum bu gün bir çox regionda münaqişələrin əsas səbəbinə çevrilib.

Prezident İlham Əliyevin vurğuladığı kimi, belə bir şəraitdə hər bir dövlət öz siyasətini real potensialına uyğun qurmalıdır: “Hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır.” Azərbaycan məhz bu prinsipə söykənərək həm suverenliyini, həm də milli maraqlarını qorumağı bacarıb. Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərin əsas xüsusiyyəti ondan ibarətdir ki, bu proses beynəlxalq hüquq çərçivəsindən kənara çıxmadan baş verib. Cənab Prezident İlham Əliyev bunu açıq şəkildə bəyan etdi: “Gördüyümüz hər bir iş beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğun idi.” Bu mövqe Azərbaycanın yalnız qalib dövlət deyil, həm də məsuliyyətli aktor olduğunu göstərir. Suverenliyin və ərazi bütövlüyünün bərpası beynəlxalq sistemin öz prinsiplərinə uyğun şəkildə reallaşıb və bu fakt artıq dünya miqyasında qəbul olunur.

Müsahibənin mühüm hissəsi Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqlara həsr olundu. Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi də təsadüfi deyil. Bu mükafat regionda sülhün bərqərar olunmasına verilən beynəlxalq qiymətdir: “Mən bu qərarı Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm.” Dövlət başçısının sözlərinə görə, Azərbaycan tarixində ilk dəfə olaraq uzunmüddətli sülh şəraitinə daxil olur. Ermənistanla münasibətlərin əməkdaşlıq müstəvisinə keçməsi təkcə siyasi bəyanat deyil, real addımlarla müşayiət olunur: “Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq.” Bu fakt regionda düşmənçilik dövrünün başa çatdığını və qarşılıqlı maraqlara əsaslanan yeni mərhələnin başladığını göstərir.

Prezident İlham Əliyev müsahibədə regional təhlükəsizlik məsələlərinə də toxundu. Müharibənin ağır nəticələrini yaşamış ölkə kimi Azərbaycan sülhün alternativsiz olduğunu açıq şəkildə bəyan edir. Davos müsahibəsində Azərbaycanın enerji siyasəti də geniş şəkildə şərh olundu. Prezident İlham Əliyev konkret faktlarla Azərbaycanın qlobal enerji xəritəsindəki yerini göstərdi: “Biz artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür.” Bu göstərici Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı və uzunmüddətli tərəfdaş olduğunu sübut edir. Müasir infrastruktur, sabit təchizat və etibarlı siyasi kurs Azərbaycanı enerji sahəsində alternativsiz aktorlardan birinə çevirib.

Prezident İlham Əliyevin Avropa Parlamentinin tənqidlərinə münasibəti xüsusi diqqət çəkdi. Dövlət başçısının “Biz artıq buna reaksiya vermirik” ifadəsi diplomatik dillə desək, qəti və prinsipial mövqedir: “Bu, Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının fəaliyyətinin nəticəsidir.” Azərbaycanın Avropa Komissiyası ilə əməkdaşlığı davam etdirməsi, lakin qərəzli mövqelərlə çıxış edən strukturlarla məsafə saxlaması siyasi ləyaqətin ifadəsidir.

Dövlətimizin başçısının Davosdan verdiyi müsahibə bir daha təsdiqlədi ki, qlobal qeyri-müəyyənlik dövründə Azərbaycanın siyasi xətti sabit və ardıcıldır. Bu xətt milli maraqlara, beynəlxalq hüquqa, sülhə və əməkdaşlığa əsaslanır. Davosdan səslənən bu mesajlar göstərir ki, Azərbaycan yeni dünya nizamında hadisələrin müşahidəçisi deyil, proseslərin fəal iştirakçısıdır. Və bu iştirakçılıq regiona sülh, dünyaya isə etibarlı tərəfdaş qazandırır.

  • Дата: 25-01-2026, 23:13
  • Автор: anskanal
Полная статья »

Elşad Abdullayev: Azərbaycan qətiyyətli mövqe nümayiş etdirir


Azərbaycan dövləti dünyanın siyasi maraqları ilə əhatələnmiş dövlətlətlərindən biridir. Bu maraq təkcə onun siyasi nüfuzu ilə bağlı deyil, həm də onun tolerantlığı, bəşəriliyi ilə bağlıdır. Belə dövlətlər dünya siyasi sistemində nüfuzlu dövlətlərdən hesab edilir. İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazanması Azərbycanın nüfuzunu da, ona olan etimadı və ehtiramı da yüksəltdi. Bu yüksəliş dövlətlərarası münasibətlər sistemində rəğbətlə əhatələndi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 20-də Davosda “Euronews” televiziyasına verdiyi müsahibə də bu fikirlərin təsdiqidir. Dövlət başçımız müsahibəsində qeyd etdi ki, istər siyasi inkişafın, istərsə də suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğun olub. “Zayed İnsan Qardaşlığı Mükafatı” kimi nüfuzlu mükafatı almağı böyük şərəf hesab edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm. Bu gün Cənubi Qafqaz, həmçinin yeni inkişaf mərhələsinə daxil olur. Beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq. Bundan əlavə, Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur. Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz budur”.

Azərbaycan bəşəri dövlət kimi bəşəri niyyətlilərlə, bəşəri niyyəti fəsliyyətinin başlıca istiqaməti bilən beynəlxalq təşkilatlarla həmişə səmimi münasibətləri inkişaf etdirib. Son vaxtlar Avropa Parlamentinin Azərbaycana qərəzli münasibəti dünyanın nizamına pozucu təsir də göstərib. Bu səbəbdən onun Azərbaycana qarşı münasibəti, bu münasibəti əhatələyən tənqidi çıxışları hələ də davam etməkdədir və Azərbaycan daha buna əhəmiyyət vermir: “Bəli, reaksiya verməyi dayandırmışıq. Keçmişdə reaksiya verirdik. Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir. Artıq uzun illərdir ki, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik. Düşünürəm ki, Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana qarşı “təcavüzkar mövqedə” olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır. Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər”.

Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. İndi sərhədlərimiz tam ciddiyəti ilə qorunur, qorunacaq da. Bu, dövlətçilik qanunudur. Dövlət, dövlətin sərhədləri həmişə ehtimali həmlələrlə əhatələnir. Həmin səbəbdən potensial risklər də mövcuddur. Azərbaycanda daxili risklər mövcud deyil.

Prezident İlham Əliyevin yanvarın 20-də Davosda “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycan gerçəkliklərinin bir hissəsini əhatə etməklə tarixləşdi. Bu gerçəklik də dünya ictimaiyyətinin Azərbaycana daha səmimi ehtiramı ilə nəticələnəcəkdir.

  • Дата: 25-01-2026, 23:11
  • Автор: anskanal
Полная статья »