Sosial » Səhifə 21 » ANS KANAL

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

“Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanuna nəzərdə tutulan dəyişikliyə əsasən işğaldan azad olunan ərazilərdə məskunlaşanların təhsil haqqını dövlət ödəyəcək.

Bununla bağlı qanunun 14.8-1.9 maddəsinə dəyişiklik nəzərdə tutulur.

Qanuna təklif olunan dəyişikliyə əsasən işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslərin, eyni zamanda sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqlarının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.

Bu qanun 2025-ci il sentyabrın 15-dən qüvvəyə minəcək.

Qanun birinci oxunuşda müzakirə olunaraq qəbul olunub.

  • Дата: 28-02-2025, 13:28
  • Автор: anskanal
Полная статья »

Söküntüdən sonra o qiymətə ev ala bilmirlər – Milli Məclisdə TƏKLİF

“Ölkəmizdə, xüsusən də Bakı şəhərində ciddi sökünütülər aparılır və ya aparılacaq. Hər bir söküntüdən sonra onlarla narazı vətəndaş əmələ gəlir və bu narazılığın bir neçə səbəbləri var. Bəzilərinin yaşayış sahəsi kiçik oluğu üçün verilən kompensasiya ilə ev ala bilmir deyə narazılıq edir, bir qrup həmin ərazidə bazar qiymətləri ilə kompensasiya tələb edir, digər qrup isə iki-üç dəfə şişirdilmiş qiymətlərlə pul tələbi qoyur. Nəticə isə üç tərəfə - dövlət orqanlarına, vətəndaşlara və sahibkarlara - problem yaradır. Yüzlərlə narazılıq edən vətəndaşlar, sahibkarlar və qapısı döyülən dövlət orqanları var. Onların parlamentdən də gözləntiləri var”.

Bunu deputat Razi Nurullayev parlamentdə deyib.

O, köçürmələrin yaratdığı “ən böyük problem”dən danışıb. “Köçürülən insanlar aldıqları kompensasiya ilə şəhər kənarlarında bir və ya ailə üzvlərinin təlabatına görə bir neçə yerdə torpaq alıb ev tikir. Bu evlər də, əsasən zəbt edilmiş, sənədsiz və infrastrukturu olmayan ərazilərdə həyata keçirilir. Hansı mənzərə ilə üzləşirik? Bakıda söküntü aparıb onu abadlaşdırır, gözəlləşdirir, rahat infrastruktur yaradırıq, 5-10 kim kənarda isə ciddi problemlər yaradır və sanki minalar basdırılır. Qaz, su, işıq, yol, yağış-qar yağanda su altında qalmış evlər və dövlətdən kömək tələb edən vətəndaşlar”, - deputat qeyd edib.

Yaranmış vəziyyətdə həll yollarını təklif edən deputat bildirib ki, qanunvericilik səviyyəsində problemin həllinə töhfə verək: “Söküntü aparılan ərazilərdə heç bir kənar hüquqi müdaxilə və ya izaha yol açmayan birmənalı dəyişikliklərə gedək. İstər dövlət söksün, istər sahibkar, fərq etmədən söküntü aparılan ərazilərdə vətəndaşlara yalnız ev və kommersiya obyekti təklif edilsin. Əgər söküntü infrastruktur, park və digər dövlət məqsədəri üçün tikilirsə, elə həmin ərazidə vətəndaşlara ya ev tikilib təqdim olunsun, ya da onlara hazır evlər alınıb verilsin. Doğurdan da təqdim olunan kompensasiya ilə söküntü aparılan ərazilərdə və yaxın yerlərdə o qiymətlərə ev almaq mümkün olmur. 

Bununla yanaşı, söküntü ərazilərində qanundankənar hərəkətlərə yol verən vətəndaşlar və sahibkarlarla bağlı icrası məcbur məhkəmə qərarları verilsin və bu sahədə məhkəmə çəkişmələrinin uzun müddətli olmasının qarşısını almaq üçün də lazımdırsa, qanunvericiliyə dəyişikliklər edək. Ümid edirəm ki, bu məsələ ilə bağlı ciddi müzakirələr apara və məsələnin ədalətli həll yolunun tapılmasına töhfə verə bilərik. 
Ümumiyyətlə, kompensasiyaların verilməsi ilə bağlı müvafiq qanunvericilik aktlarına ya ayrıca bəndlər, ya da fəsil əlavə edə bilərik”.

  • Дата: 28-02-2025, 13:23
  • Автор: anskanal
Полная статья »

Əlilliyi olan şəxslərə yeni güzəştlər olacaq - Qərar

Milli Məclis əlilliyi olan şəxslərə yeni güzəştlərin edilməsi ilə bağlı dəyişikliyi son oxunuşda qəbul edib.

Bununla bağlı parlamentin bugünkü plenar iclasında “Sosial sığorta haqqında” qanuna və Vergi Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsi üçün əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2 faiz vergi tutulacaq. Həmçinin onların əl işlərinin satışını həyata keçirilməsi üçün xüsusi elektron portal yaradılacaq, əlilliyi olan şəxslər orada qeydiyyatdan keçəcəklər.

Əl işlərinin satışından əldə olunan gəlirdən vergilər çıxıldıqdan sonra əlilliyi olan şəxs üçün açılmış bank hesabına köçürüləcək. Bununla bərabər, portalda qeydiyyatdan keçmiş əlilliyi olan şəxslər vergi orqanlarında qeydiyyatdan keçmək, vergi hesablamaq, vergi hesabatları tərtib etmək və vergi orqanına təqdim etmək kimi işlərdən azad olacaq, bu işlər portal vasitəsilə elektron qaydada onların əvəzinə həyata keçiriləcək.

Qanun layihəsinə görə, əl işlərinin satışından əldə olunan gəlirlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid ediləcək.

Dəyişikliklər səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

  • Дата: 28-02-2025, 13:16
  • Автор: anskanal
Полная статья »

Xudafərin Saray | RESTORAN & ŞADLIQ SARAYLARI QİYMƏTLƏRİ 2022, MENYU,  ÜNVAN, FOTO, VİDEO, ZAL TUTUMU & DIGƏR informasiyalar

XUDAFƏRİN SARAY – 1989-cu ildən bəri qonaqpərvərliyin, zövqün və mükəmməl təşkilatçılığın simvolu!

Əsrlər boyu toy və şənliklər Azərbaycan xalqının həyatında mühüm yer tutmuş, ailə və dostları bir araya gətirən, xoşbəxt anları ölümsüzləşdirən ən əziz tədbirlərdən biri olmuşdur. XUDAFƏRİN SARAY məhz bu gözəl ənənələri yaşatmaq və müasir tələblərə uyğun şəkildə təqdim etmək məqsədilə yaradılmışdır.

İllərin Təcrübəsi – Unudulmaz Ziyafətlər!

35 ildən artıq tarixi ilə XUDAFƏRİN SARAY Azərbaycanın ən nüfuzlu və möhtəşəm məkanlarından biri kimi tanınır. Zəngin keçmişimiz, bu illər ərzində qazandığımız böyük təcrübə və yüksək səviyyəli xidmət anlayışımız, bizi ölkənin ən etibarlı və seçilən məkanlarından birinə çevirmişdir.

Bu illər ərzində minlərlə toy, nişan, yubiley, korporativ tədbir və digər möhtəşəm mərasimlər təşkil etmişik. Hər bir tədbir bizim üçün bir sənət əsəri kimi dəyərlidir və biz hər tədbirdə qonaqlarımızın tam razı qalması üçün əlimizdən gələni edirik.

Unikal Dizayn – Zəriflik və Möhtəşəmlik!

XUDAFƏRİN SARAY, müasir dizayn elementləri və klassik memarlığın mükəmməl vəhdəti ilə seçilir.

✨ Zalın interyeri zərif və eleqant üslubda tərtib olunmuşdur.
✨ Müasir işıqlandırma sistemləri və xüsusi dekorasiya detalları məkanımıza valehedici gözəllik qatır.
✨ Tədbirinizə uyğun xüsusi bəzədilmiş dəbdəbəli giriş və fotozonalarda unudulmaz xatirələr yarada bilərsiniz.

Zövqlə hazırlanmış lüks dekorasiya, geniş və rahat banket zalı, incə detalları ilə göz oxşayan servis sahəsi və profesional komandamız, toy və tədbirlərinizi həyatınızın ən unudulmaz anlarına çevirəcəkdir.

Ləzzətlərin Zirvəsi – Möhtəşəm Mətbəx!

Şənliklərdə təamların dadı və keyfiyyəti tədbirin uğurlu keçməsində ən vacib məqamlardan biridir. XUDAFƏRİN SARAY bu məsələyə xüsusi diqqət yetirərək, yerli və beynəlxalq mətbəxin ən ləziz nümunələrini təqdim edir.

👨‍🍳 Peşəkar aşpaz komandamız, ən təzə və yüksək keyfiyyətli məhsullardan istifadə edərək möhtəşəm menyular hazırlayır.
🥗 Ət yeməklərindən tutmuş, xüsusi hazırlanmış salatlar, qəlyanaltılar və şirniyyatlara qədər hər detal sevgi və ustalıqla hazırlanır.
🍷 Tədbirləriniz üçün eksklüziv içkilər və xüsusi menyular təklif olunur.

Bizim üçün dad və keyfiyyət qədər estetik görünüş də önəmlidir – təqdim etdiyimiz yeməklər həm zövqlə bəzədilir, həm də qonaqlarımız üçün əsl kulinariya sənətinə çevrilir.

Xidmət və Təşkilatçılıq – Mükəmməlliyə Aparan Yol!

XUDAFƏRİN SARAY yalnız məkan deyil, xəyallarınızı gerçəkləşdirən bir məkandır!

✅ Fərdi yanaşma: Hər bir tədbirin konsepti xüsusi olaraq planlaşdırılır və sizin istəkləriniz nəzərə alınır.
✅ Möhtəşəm musiqi və əyləncə proqramları: Canlı musiqi, DJ xidmətləri və möhtəşəm şou proqramlarla gecəniz unudulmaz olacaq.
✅ Peşəkar komanda: Xidmət personalımız qonaqlarınızın rahatlığını təmin etmək üçün daim yanınızdadır.
✅ İdeal yerləşmə: Şəhərin ən prestijli bölgələrindən birində yerləşən məkanımız, hər kəs üçün rahat gediş-gəliş imkanı yaradır.
✅ Xüsusi təkliflər: Müxtəlif paketlər, fərqli tədbirlər üçün eksklüziv imkanlar və xüsusi endirimlər təklif edirik.

Xəyal Etdiyiniz Toy – Bizimlə Gerçək Olur!

Hər bir insanın xəyallarında ideal bir toy məkanı var və XUDAFƏRİN SARAY bu xəyalların gerçəyə çevrildiyi yerdir. Biz sizin üçün yalnız bir tədbir deyil, həyatınızın ən xoşbəxt anını unudulmaz bir nağıla çeviririk!

✨ Lüks, komfort və fərqli dizaynı ilə seçilən zalımız
✨ Dəbli və zərif dekorasiya
✨ Ən dadlı və keyfiyyətli yeməklər
✨ Gülərüz və peşəkar xidmət
✨ Gecənizi möhtəşəm edən şou və musiqi proqramları

Sizə həyatınızın ən gözəl və yaddaqalan gününü yaşatmaq üçün buradayıq! XUDAFƏRİN SARAY – toy, nişan, ad günü və bütün əlamətdar günləriniz üçün ən doğru seçim!

🎉 Sizi möhtəşəm və unudulmaz anlar yaşamağa dəvət edirik! 🎉

Yüksək xidmət

Bizim üçün müştərilərimizin hər birinin razı qalması çox vacibdir. Buna görə də sarayımızda xidmət səviyyəsini hər zaman ən yüksəkdə saxlayırıq.

Keyfiyyətli Ərzaq

İnsanların hər zaman keyfiyyətli ərzaqlarla qidalanması bizə çox vacib şərtdir. Sarayımızdakı bütün ərzaqlar xüsusi yoxlanışdan keçir və hər zaman ən yaxşı ərzaqlar istifadə edilir.

Dadlı təamlar

Qonaqlar üçün ən dadlı təamların hazırlanması üçün bizim mətbəximizdə peşəkar aşpaz kollektivimiz çalışır. Süfrədə zaman ən dadlı yeməklər olmalıdır!

Parkinq xidməti

Qonaqlar üçün iki mərtəbəli, geniş yeraltı parkinqlə yanaşı sarayımızın həyətində də avtomobillərini saxlamaq üçün kifayət qədər yer var.

  • Дата: 27-02-2025, 13:56
  • Автор: anskanal
Полная статья »