
- Дата: 27-02-2025, 12:47
- Автор: anskanal


Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev - Xocalı soyqırımı bəşəriyyət tarixinin insanlıq əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərdən biri olan, Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi etnik zəmində soyqırımı siyasətini sübut edən cinayətdir. 1992-ci ilin 26 fevral tarixində erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Bu soyqırımı erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir. Xocalı soyqırımı ilə ermənilər Xocalının yer üzündən silinməsini və məhv olmasını reallaşdırdılar. Xocalı bir gecənin içərisində yerlə-yeksan olundu. Erməni terrorçularından yayınıb meşələrə və dağlara qaçan insanların çoxu soyuqdan və şaxtadan məhv oldular. Xocalı şəhəri isə yer üzündən silindi. Xocalı soyqırımının nəticələri çox dəhşətli idi. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində, 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi.

Məlumdur ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, bu cinayət əməlinə hüquqi və siyasi qiymətin verilməsi məqsədilə davamlı olaraq "Xocalıya ədalət" kampaniyası həyata kecirildi. Kampaniya çərçivəsində həyata keçirilən fəaliyyət nəticəsində ondan artıq dövlətin qanunvericilik orqanı, ABŞ-ın 24 ştatı, eləcə də İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı tərəfindən bu qəddar qətliam pislənilmiş, soyqırımı kimi qiymətləndirilib, bununla bağlı müvafiq qərar və qətnamələr qəbul olunub. Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış "Xocalıya ədalət!" kampaniyası çərçivəsində dünyanın müxtəlif yerlərində bir çox tədbirlər, təqdimatlar həyata keçirilmişdir, kitablar, məqalələr dərc edilmişdir, sərgilər təşkil olunmuşdur. Prezidentin vurğuladığı kimi, biz haqlı olaraq dünyadan ədalət tələb edirdik. Çünki Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir.
İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən, imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq Xocalı şəhəri Rusiya Sülhməramlı kontingentinin nəzarəti altında olub. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev elə həmin ilin oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Azərbaycan tarixi ədaləti bərpa edib və günahsız Xocalı qurbanlarının qisası döyüş meydanında alınıb. Artıq bu gün Xocalının qapısı üzümüzə açıqdır. Azərbaycan əzəli torpaqlarına sahibdir.
Artıq Xocalıda ədalətin təntənəsi yaşanılır, yeni bir dövrün başlanğıcı. Ərazi bütövlüyünü, suverenliyini təmin etmiş bir dövlətin müstəqillik tarixində ərazi bütövlüyü çərçivəsində baş tutmuş Zəfər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi tariximizə əbədi həkk olundu ve əzəli yurd yerlərimizə sahib olduq. Xocalı yenidən qurulur. Bildiyimiz kimi ötən ilin fevralın 26-da Xocalı soyqırımı günü Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoymuşdu. Xocalı Soyqırımı Memorialı bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsində əhəmiyyətlidir. Cənab Prezident bildirib ki, Xocalı soyqırımı abidəsinin, Memorial Kompleksinin yaradılması ilə bağlı uzun illər məsələlər müzakirə edilirdi, hətta "Ana fəryadı" abidəsinin yanında yer də seçilmişdi, layihə də hazırlanmışdı: "Ancaq hər il mən son təsdiqimi vermirdim. Çünki ürəyimdə saxlayırdım ki, bu Memorial Kompleks Xocalıda yaradılmalıdır və belə də oldu. Həmin o layihəni biz gətirdik və fevralın 26-da Xocalıda xocalılılarla bərabər Xocalı Memorial Kompleksinin təməli qoyuldu və burada inşa ediləcək. Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir. Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir. Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi - o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın."
Bu gün Xocalı yenidən qurulur. Artıq Xocalının gələcək inkişafı ilə bağlı Baş planı da hazırlanıb. Baş Plana əsasən, ilk mərhələdə 12 min nəfərlik şəhər planlaşdırılır. Eyni zamanda, ehtiyat üçün də ərazilər saxlanılır. Xocalı bir regional mərkəz kimi davamlı surətdə inkişaf etməlidir. Burada həm bütün zəruri sosial, inzibati xidmətlər, mədəni mühit yaradılacaq, ticarət, ictimai iaşə fəaliyyətləri üçün geniş imkanlar, təbiətlə daim təmasa imkan verən rekreasiya əraziləri demək olar ki, bütün şəhər boyu, yaşıl məkanlarla əlaqələndirilmiş komfortlu yaşayış əraziləri nəzərdə tutulub. Şəhər mühitini canlandıran yeni nəqliyyat qovşağı vacib rol oynayacaq, mobilliyi artıracaq. Bu, həmçinin şəhərdə iqtisadiyyatın, sahibkarlığın inkişafına da xüsusi təkan verəcək. Bütün bunlar dinamik inkişafı təmin edən iqtisadi şaxələndirməyə imkan verəcək. Xocalının Baş planını hazırlayarkən ilk növbədə, onun regiondakı mövqe də nəzərə alınıb. Bura strateji mövqeyə malikdir. Beynəlxalq hava limanı, respublika əhəmiyyətli avtomobil yolu, hazırda layihələndirilən, tezliklə çəkiləcək dəmir yolu və s. bütün bunlar Xocalının gələcəyini artıq bir qovşaq kimi, nəqliyyat qovşağı və logistika mərkəzi kimi şərtləndirir.
Bu gün Xocalı niskilli deyil, bayram əhvali-ruhiyyəsindədir. Bəli, xocalılılar şəhərə qayıdırlar. Artıq Xocalıda ədalətin təntənəsi yaşanılır, yeni bir dövrün başlanğıcıdır.

25 fevral 2025-ci il tarixində METAK şirkəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi əmək yarmarkasında iştirak etdi.
Tədbir çərçivəsində METAK şirkəti mövcud vakansiyalar haqqında məlumat verdi və potensial namizədlərlə iş imkanlarını müzakirə etdi. Karyera qurmaq istəyənlər üçün bu yarmarka yeni fürsətlər yaratdı.
Sənaye İnkişafına Liderlik və Şəhid-Qazilərə Dəstək
Alik Kərimov Azərbaycanın iqtisadi inkişafında, sahibkarlığın gücləndirilməsində və yerli istehsalın yüksəldilməsində əhəmiyyətli rol oynayan iş adamlarından biridir. Onun rəhbərlik etdiyi “METAK” şirkəti 1997-ci ildən fəaliyyət göstərir və ilk dövrlərdə polad boruların idxalı və satışı ilə məşğul idi. Lakin bazardakı tələbatı düzgün dəyərləndirən və strateji baxışa malik olan Alik Kərimov qısa müddətdə şirkətin fəaliyyət dairəsini genişləndirərək yerli istehsalın inkişafına təkan vermişdir.
Bu gün “METAK” şirkəti müxtəlif metallardan döymə məmulatlar, boru kəməri elementləri, tikinti-quraşdırma işləri üçün nəzərdə tutulmuş avadanlıqlar və yüksək keyfiyyətli plastik borular istehsal edən Azərbaycanın aparıcı sənaye müəssisələrindən birinə çevrilmişdir. Şirkət beynəlxalq bazarda da öz gücünü sübut edərək Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər MDB ölkələrinə məhsul ixrac edir. Bu, “METAK” brendi altında təqdim edilən məhsulların keyfiyyətinin və rəqabətqabiliyyətli olmasının ən bariz sübutudur.
Alik Kərimovun rəhbərliyi altında şirkət daima innovativ texnologiyalara investisiya qoyaraq istehsal proseslərini təkmilləşdirmiş, 2500-dən çox məhsul çeşidi ilə ölkənin sənaye sektorunda möhkəm mövqe qazanmışdır. 900 nəfərdən çox əməkdaşı olan şirkət, işçi heyətinin peşəkar inkişafına xüsusi diqqət yetirir, onlara müasir standartlara uyğun iş şəraiti və geniş imkanlar yaradır.
Dövlətin sahibkarlığın inkişafına göstərdiyi dəstəyi daim yüksək qiymətləndirən Alik Kərimov bu istiqamətdə mühüm addımlar atmış və Azərbaycan Respublikasının iqtisadi yüksəlişinə verdiyi töhfələrə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Lakin onun uğurları təkcə biznes sahəsində deyil, həm də sosial məsuliyyət yönündə həyata keçirdiyi layihələrlə də diqqət çəkir.
Şəhid Ailələrinə və Qazilərə Dəstək
“METAK” şirkəti təkcə sənaye sahəsində deyil, həm də sosial layihələrdə fəal iştirak edərək cəmiyyətin rifahına töhfə verir. Xüsusilə, Vətən müharibəsindən sonra şəhid ailələrinə və qazilərə göstərilən dəstək şirkətin əsas missiyalarından birinə çevrilib. Alik Kərimovun rəhbərliyi ilə “METAK” şirkəti şəhid ailələrinin və qazilərin sosial problemlərinin həllinə dəstək olmaq üçün müxtəlif yardımlar göstərir, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində layihələr həyata keçirir.
Müharibə zamanı fədakarlıq göstərən qəhrəmanlarımızın ailələri hər zaman dövlətin və xalqın diqqətində olmalıdır. Alik Kərimovun təşəbbüsü ilə “METAK” tərəfindən qazilər üçün müxtəlif sosial tədbirlər təşkil olunmuş, onların reabilitasiyası və iş imkanları ilə təmin olunması istiqamətində dəstək verilmişdir.
Xocalı Soyqırımını Unutmayaq!
Alik Kərimov bir iş adamı kimi ölkənin iqtisadi inkişafına verdiyi töhfələrlə yanaşı, Azərbaycanın tarixi keçmişinə və milli dəyərlərinə də daim sadiqdir. Xocalı soyqırımı Azərbaycan tarixinin ən faciəli səhifələrindən biridir və bu qətliam heç vaxt unudulmamalıdır.
Xocalıda günahsız insanların amansızcasına qətlə yetirilməsi, dinc sakinlərin, uşaqların və qadınların vəhşicəsinə öldürülməsi təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş dəhşətli cinayətdir. Biz bu faciəni daim anmalı, Xocalı şəhidlərinin xatirəsini yaşatmalı və beynəlxalq səviyyədə bu soyqırımın tanıdılması üçün əlimizdən gələni etməliyik.
Alik Kərimovun rəhbərlik etdiyi “METAK” şirkəti Xocalı şəhidlərinin xatirəsini daim uca tutur və onların ruhunu ehtiramla yad edir. Azərbaycan xalqı olaraq biz həmişə Vətən uğrunda canından keçən qəhrəmanlarımızı xatırlayacaq, tariximizin bu acı səhifəsini gələcək nəsillərə ötürərək, belə faciələrin bir daha təkrarlanmaması üçün mübarizə aparacağıq.

Binəqədi rayonu, Rəsulzadə qəsəbəsindəki yaşı 60 ili ötmüş 2 mərtəbəli, 4 binanın sakinləri köçürülür.
Sakinlər iddia edir ki, bununla bağlı Binəqədi rayon 145 saylı Mənzil Kommunal və Texniki Xidmətlər Sahəsinə çağrılıblar və onlara xəbərdarlıq edilib.
49 ailənin yaşadığı bina sakinlərinə yaşadıqları mənzillərin qəzalı vəziyyətdə olduğu deyilib.
Onlara hər kvadrat metrə görə, 1660 manat kompensasiya ödəniləcəyi bildirlib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən "Xəzər Xəbər"in sorğusuna cavab olaraq bildirildi ki, həmin yaşayış binasının qəzalı vəziyyətdə olması təsdiqlənib. Bu binalar sıx tikilmiş fərdi evlər zonasında yerləşir və bu səbəbdən yerində çoxmərtəbəli binanın tikintisi mümkün deyil. Bina sakinlərinin yaxın müddətində dövlət vəsaiti hesabına köçürülməsi, binaların isə sökülərək ərazinin abadlaşdırılması planlaşdırılır.
"Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna əsasən, qiymətləndirici şirkətlər tərəfindən verilən qiymət təklifi əsasında mənzillərin faktiki sahəsinin hər kvadrat metrinin dəyəri hesablanaraq 1660 manat müəyyənləşdirilib.


Bir neçə gündür davam edən qarlı, şaxtalı hava bazarlara da təsirsiz ötüşməyib. Satan çox, alan isə əvvəlki həftələrlə müqayisədə azdır.
Xəzər TV xəbər verir ki, satıcıların bəziləri şaxtalı, çovğunlu havanın qiymətlərə az da olsa, təsir etdiyini bildirirlər. Kimisi məhsulu Bakı kəndlərindən, kimisi isə bölgələrdən gətirdiyini deyir.
Bazara, əsasən, bölgələrdən gətirilən ağartı məhsullarının qiyməti dəyişməyib. Onların sözlərinə görə, mövcud hava şəraiti ilə əlaqədar hazırda alıcı qıtlığı yaşandığından məhsulları elə piştaxtada qalıb.
"8-ci kilometr" bazarında Şəmkir və Gədəbəy kartofunun kiloqramı 1 manata satılır. Digər bölgələrdən gətirilən eyni məhsul 80-90 qəpikdən təklif olunur. Ağdam soğanının 1 kiloqramı 80 qəpik - 1 manat, badımcan 1 manat 70 qəpik, düyünün 1 kiloqramının qiyməti 2-5 manat arasında dəyişir. Kənd toyuğunun qiyməti 7-8 manatdır. Ətin qiyməti isə dəyişməyib.
Satıcılar havalar isinəndən sonra bazarlarda əvvəlki aktivliyin müşahidə olunacağını bildirirlər.
Ətraflı süjetdə:
<embed width="640" height="360" src="https://player.olke.az?v=40015&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>


UBMM-nin Baş Həkimi, Tibb Üzrə Fəlsəfə Doktoru Cəmilə Talıbova - Çoxəsrlik tariximizin qəhrəmanlıq dolu səhifələri ilə yanaşı, faciəli məqamları da var. Bu səhifələrin daim vərəqlənməsi, nəsildən-nəslə çatdırılması bütün dövrlər üçün əsas çağırışlardan biridir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür” fikirlərinin davamı olaraq cənab İlham Əliyev bildirir ki, Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir.
Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak oldular. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü.
Azərbaycan dövləti bu dəhşətli faciənin soyqırımı kimi dünya ictimaiyyətinə tanıdılması istiqamətində mühüm addımlar atır və nəticələr göz qabağındadır. “Soyqırımı” anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli qətnaməsi ilə qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiya ilə müəyyən edilib və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam, yaxud qismən məhv edilməsi niyyəti ilə növbəti hərəkətləri bildirir: belə bir qrupun üzvlərinin qətlə yetirilməsi; belə bir qrupun üzvlərinə ciddi bədən xəsarətləri və əqli pozğunluq yetirilməsi; hər hansı belə bir qrup üçün qəsdən onun tam və ya qismən məhvinə hesablanmış həyat şəraitinin yaradılması; belə bir qrup arasında uşaq doğumunun qarşısının alınmasına hesablanmış tədbirlər; uşaqların zorakılıqla bir insan qrupundan digərinə verilməsi.
İstintaq nəticəsində Xocalıda törədilmiş cinayətlərə münasibətdə cinayət təqibinin davam etdirilməsi üçün bu əsasların mövcud olduğu müəyyən edilib: qrupu tam olaraq və ya qismən məhv etməyə yönəlmiş niyyətin mövcudluğu üzrə birmənalı və əsaslı sübutlar; məhv etmə halının Xocalıda baş verməsi müəyyən edilmiş qrupa tam olaraq nəticələr yaratması üçün “kifayət” etməsi; cinayətin xüsusi coğrafi məkanda törədilməsi.
Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya Ədalət” kampaniyası bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir. Ermənilərin Xocalı soyqırımı ilə əlaqədar cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malik olan Justice for Khojaly informasiya portalı təbliğat və maarifləndirmə işlərində geniş istifadə olunur.
Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. Azərbaycan xalqı yenilməzliyini, məğrurluğunu bir daha dünyaya nümayiş etdirdi. Tarixi Zəfərimizin ardınca suverenliyimizin bərpası rəşadətli ordumuzun bir daha nəyə qadir olduğunu nümayiş etdirdi. Dövlət başçısı İlham Əliyev 2023-cü ilin 15 oktyabrında Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağını ucaltdı.
Bu gün Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından qürurla bəhs edirik. Cənab İlham Əliyevin ötən ilin 7 fevral tarixində keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində böyük qürur hissi ilə qeyd etdiyi kimi, biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Yeni dövr uğurla başlayıb, uğurla da davam edir.
