Dünya » ANS KANAL

Sumqayıtın Avtomobil Ticarətində Özünəməxsus Ünvan – Müşfiq Tarıverdiyev

Avtomobil insan həyatında sadəcə nəqliyyat vasitəsi deyil, gündəlik rahatlığın və hərəkət imkanlarının mühüm hissəsidir. Buna görə avtomobil almaq istəyən şəxs üçün seçim imkanlarının geniş olduğu, satıcı ilə alıcının rahat şəkildə görüşə bildiyi məkanların mövcudluğu xüsusi əhəmiyyət daşıyır. Sumqayıt şəhər avtomobil bazarı da avtomobilini satışa çıxarmaq və yaxud özünə uyğun nəqliyyat vasitəsi seçmək istəyən insanların üz tutduğu ticarət məkanlarından biridir. Bazarın müdiri Müşfiq Tarıverdiyev bu sahədə insanların ehtiyaclarını nəzərə almağı, bazarın fəaliyyətini daim işlək vəziyyətdə saxlamağı və ümumi ticarət atmosferinin yaxşılaşdırılmasını önəmli hesab edən rəhbər kimi xarakterizə olunur.

Avtomobil bazarının əsas üstünlüklərindən biri alıcının müxtəlif seçimləri eyni məkanda müqayisə edə bilməsidir. İnsan avtomobili yaxından görmək, onun vəziyyəti ilə maraqlanmaq, satıcı ilə birbaşa danışmaq və bundan sonra qərar vermək imkanına malik olur. Satıcı üçün isə avtomobilini geniş alıcı auditoriyasına təqdim etmək vacibdir. Bu iki tərəfin bir araya gəlməsi bazarda canlı ticarət mühiti formalaşdırır. Müşfiq Tarıverdiyev də bazarın yalnız avtomobillərin dayandığı ərazi deyil, insanların qarşılıqlı maraqlarının kəsişdiyi mühüm ticarət məkanı olduğunu nəzərə alaraq iş prosesinin rahat təşkilinə önəm verir.

Belə bir məkanın idarə olunmasında ən vacib məsələlərdən biri insan amilidir. Gün ərzində bazara müxtəlif xarakterli və fərqli tələbləri olan çoxsaylı insanlar müraciət edə bilər. Bəzən adi görünən bir məsələnin vaxtında həll olunması satıcının və ya alıcının bazar haqqında ümumi təəssüratına ciddi təsir göstərir. Buna görə rəhbərin insanlarla ünsiyyət qurmağı bacarması, müraciətləri dinləməsi və qarşıya çıxan məsələlərə mümkün qədər çevik münasibət göstərməsi böyük əhəmiyyət daşıyır. Müşfiq Tarıverdiyevin fəaliyyətində də insanlarla normal münasibətin qorunması və qarşılıqlı hörmət mühüm prinsiplərdən biri kimi ön plana çıxır.

Sumqayıtın böyük sənaye və yaşayış şəhəri olması avtomobil bazarının potensialını da artırır. Şəhərin özündən başqa ətraf ərazilərdən avtomobil alıb-satmaq istəyən insanların belə məkanlara üz tutması bazarın fəaliyyət dairəsini genişləndirir. Burada əsas məqsəd avtomobilini dəyişmək istəyən vətəndaşdan ilk avtomobilini almağa hazırlaşan gəncə qədər müxtəlif insanların seçim imkanına malik olmasıdır. Bu mənada Sumqayıt şəhər avtomobil bazarının fəaliyyətinin davamlı şəkildə təkmilləşdirilməsi və insanların rahatlığının nəzərə alınması onun gələcək inkişafı üçün də mühüm əhəmiyyət daşıyır.

Müşfiq Tarıverdiyev üçün rəhbərlik etdiyi məkanda kollektivlə düzgün münasibətlərin qurulması da diqqət tələb edən istiqamətlərdəndir. Böyük ərazinin gündəlik fəaliyyətinin təmin edilməsi bir nəfərin deyil, müxtəlif vəzifələri yerinə yetirən insanların birgə əməyinin nəticəsidir. Hər kəs öz işinə məsuliyyətlə yanaşdıqda, tapşırıqlar düzgün bölüşdürüldükdə və qarşılıqlı anlaşma olduqda ümumi nəticə də daha uğurlu olur. Müşfiq Tarıverdiyevin kollektiv əməyinə dəyər verməsi, iş prosesində tələbkarlıqla yanaşı qarşılıqlı hörmətə üstünlük verməsi rəhbərliyin mühüm xüsusiyyətlərindən biri kimi qiymətləndirilə bilər.

İnsanın fəaliyyət göstərdiyi sahədən asılı olmayaraq, cəmiyyət qarşısında sosial və mənəvi məsuliyyət də böyük əhəmiyyət daşıyır. Xüsusilə şəhid ailələrinə ehtiram göstərmək, qazilərimizin yanında olmaq, Vətən uğrunda canından və sağlamlığından keçən insanları daim hörmətlə xatırlamaq hər birimiz üçün müqəddəs borcdur. Müşfiq Tarıverdiyev də milli-mənəvi dəyərlərə hörmətlə yanaşan, şəhidlərimizin xatirəsinin daim uca tutulmasını, onların ailələrinin və qazilərimizin diqqət və ehtiramla əhatə edilməsini vacib sayan şəxslərdən biri kimi xarakterizə olunur. Xeyirxahlıq və insanlara həssas münasibət görülən istənilən işə əlavə mənəvi dəyər qazandırır.

Sumqayıt şəhər avtomobil bazarının müdiri Müşfiq Tarıverdiyev üçün əsas hədəflərdən biri rəhbərlik etdiyi məkanın şəhərdə avtomobil alqı-satqısı ilə maraqlanan insanların rahatlıqla üz tuta biləcəyi ünvan kimi mövqeyinin qorunmasıdır. Zaman dəyişdikcə avtomobil bazarında alıcıların tələbləri də dəyişir və bu dəyişikliklərə uyğunlaşmaq, xidmət mədəniyyətini yüksəltmək, daha əlverişli şərait yaratmaq daim yenilik tələb edir. Müşfiq Tarıverdiyevə gələcək fəaliyyətində uğurlar, möhkəm cansağlığı, rəhbərlik etdiyi kollektivə isə Sumqayıt şəhər avtomobil bazarının daha da inkişaf etdirilməsi və insanların etimadını qazanan ticarət məkanı kimi fəaliyyətinin davam etdirilməsi yolunda yeni nailiyyətlər arzulayırıq.

  • Дата: 4-09-2026, 22:33
  • Автор: anskanal
Полная статья »

Makron: Rusiya təhlükəyə çevrilib, qəti qərar verməliyik

Rusiya Fransa və Avropa üçün təhlükəyə çevrildiyindən gələn həftə Parisdə bütün Avropa ölkələrinin hərbi komandirləri bir araya gələcək.

Bunu Fransa prezidenti Emmanuel Makron xalqa müraciətində deyib.

Makron Avropanı Rusiyadan gələn təhdidlərdən qorumaq üçün Fransanın nüvə qarşısının alınması ilə bağlı avropalı müttəfiqləri ilə danışacağını bildirib. 

Avropanın təhlükəsizliyini qorumaq üçün qərar nöqtəsinə gəldiklərini bildirən Makron deyib ki, Avropanın gələcəyi Vaşinqtonda və ya Moskvada həll olunmur:  “Bu məqsədlə martın 6-da 27 dövlət və hökumət başçısını bir araya gətirəcək Aİ Şurasının fövqəladə iclasında qətiyyətli addım atacağıq”.

O əlavə edib ki, Fransa və müttəfiqləri Avropa ərazisində müdafiəni gücləndirmək və birgə silah istehsal etmək üçün çalışırlar. “Avropa ölkələri daha çox özünümüdafiəyə və xarici dünyadan asılılığı azaltmağa hazır olmalıdır.

Rusiyanın təhdidlərindən sonra Fransa yeni çağırışların öhdəsindən gəlmək üçün hərbi büdcəni ikiqat artırır”, - Makron bildirib.

Makron eyni zamanda bundan sonra da ABŞ-nin  Avropanın təhlükəsizlik məsələlərində onların yanında olacağına ümidvar olduğunu bildirib.

“Mən ABŞ-nin Ukrayna və bizim tərəfimizdə dayanacağına inanmaq istəyirəm, lakin bunun belə olmayacağına da hazır olmalıyıq”, - Makron vurğulayıb.

  • Дата: 6-03-2025, 14:30
  • Автор: anskanal
Полная статья »

Ukraynada Rusiya və ABŞ müharibə edir - Dövlət katibi

"Ukraynadakı münaqişə Rusiya və ABŞ arasında proksi müharibədir".

Bu sözləri ABŞ dövlət katibi Marko Rubio deyib.

Dövlət katibi əlavə edib ki, Birləşmiş Ştatlar hər iki tərəfin münaqişəyə son qoymağa sadiq olub-olmadığını müəyyən etməyə çalışır. 

Onun sözlərinə görə, Rusiya döyüşləri dayandırmaq istəyir, lakin Ukrayna prezidenti Volodimir Zelenski fevralın 28-də danışıqlar zamanı göstərdi ki, Ukrayna tərəfi ümumiyyətlə sülhdə maraqlı deyil.

  • Дата: 6-03-2025, 12:57
  • Автор: anskanal
Полная статья »

Lukaşenko: Putin belə düşünmürdü, Zelenskiyə yazığım gəlir

"Mən Zelenskiyə dedim ki, ABŞ-də hakimiyyətə yeni administrasiya gələcək və siyasət dəyişəcək. Müharibədə sizi heç kim dəstəkləməyəcək”.

Bunu Belarus prezidenti Aleksandr Lukaşenko amerikalı bloger Mario Naufala müsahibəsində  deyib.

O əlavə edib ki, belə oldu: “Belə bir proses proqnozlaşdırılırdı. Ona görə yox ki, mən böyük proqnozlaşdıran adamam. Amma dediyim hər şey mediada var. Müvafiq səsyazma var. Bütün bunlar olub.

Mənim Zelenskiyə yazığım gəlir. Mən onunla öz oğlum kimi davranırdım. Bizim çox yaxşı münasibətlərimiz var idi”.

Putinin Ukrayna müharibəsi ilə bağlı mövqeyinə gəldikdə Lukaşenkonun fikrincə, Putin proseslərin belə bir müharibə ilə nəticələnəcəyini düşünmürdü: 

“Əks halda, o, danışıqlara getməzdi. Çoxlu sayda insanın həlak olduğunu görəndə Putin dərhal münaqişəni dayandırmaq, razılığa gəlmək üçün danışıqlara getdi. Amma müharibədən qaçmaq üçün hər zaman seçim var. Putinin bəlkə də, belə bir seçimi var idi”. 

  • Дата: 6-03-2025, 11:17
  • Автор: anskanal
Полная статья »

Trampın “qlobal xaos” planı baş tutur: “Qoca qitə”nin bütün sərvəti ABŞ-yə “axacaq”

Avropa Birliyi ölkələri hərbi xərcləri artırsalar da, qısa müddətdə yetərincə müasir hərbi texnika istehsal etmək imkanından uzaqdırlar, yəni, ABŞ istehsalı olan bahalı silahları almağa məcburdurlar... Ağ Ev sahibi Donald Trampın “qlobal xaos strategiyası”nın əsas hədəflərindən biri də elə məhz Avropa Birliyi məkanını ABŞ hərbi-sənaye kompleksi üçün “silah bazar”ına çevrilməyə məhkum buraxmaqdır...
Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evə qayıtdığı qısa müddət ərzində bütün dünyanın gələcək taleyini dəyişə biləcək qərarlar qəbul etməyə və indiyə qədər qeyri-real görünən radikal addımlar atmağa nail olub. İndi dünyada təhlükəsizlik təminatına sahib olan hər hansı dövlətin mövcidluğu barədə danışmaq belə, tamamilə yersiz görünür. Üstəlıik, Qərb ölkələrinin təkrarlamağa vərdiş etdikləri narrativlər və reallaşdırmağa çalışdıqları strateji hədəflər də indi artıq öz əhəmiyyətini itirmək üzrədir. Və bu, o deməkdir ki, müasir dünya artıq yeni, ancaq qeyri-müəyyən mərhələyə keçid etməyə hazırlaşır.

Onu da qeyd etmək lazımdır ki, mövcud qlobal situasiyada dünyanın siyasi-hüquqi sistemindən danışmaq da realist yanaşma təsiri bağışlamır. Çünki prezident Donald Tramp həmin sistemi artıq demək olar ki, dağıtmağa nail olub. Yəni, beynəlxalq siyasi-hüquqi sistem daha işləmir. Bu sistemin hansısa dövlətin və ya xalqın pozulan hüquqlarını qoruya biləcəyinə indi yalnız sadəlövhlər inana bilərlər. Və Ağ Ev sahibi ümumiyyətlə, ikinci dünya savaşının nəticələrini ifadə edən hər şeyi darmadağın etmək istiqamətində addımlar atır.

6b39c1b60123df8d0e5a0bd0c2454571.jpg (169 KB)

Məsələ ondadır ki, müasir dünyada əsas hüquqi tənzimləyici mexanizm rolunu oynayan BMT-nin də sonu çatmaqda olduğu müşahidə edilir. Ağ Ev ABŞ-ın BMT-dən çıxması ilə bağlı müzakirələri konkret addımların atılmasına qədər inkişaf etdirib. Yaxın vaxtlarda bu barədə rəsmi qərarın elan edilə biləcəyi qətiyyən istisna deyil. Əgər, bu, baş verərsə, ABŞ BMT-ni tərk edərsə, dünya siyasi-hüquqi sisteminin dağılma prosesi geriyədönməz xarakter alacaq.

Çünki ABŞ olmadan, BMT-də qəbul ediləcək qərarların icrası böyük suallar doğuracaq. Xüsusilə də, onilliklər boyu bütün dünyanın idarə olunmasında önəmli rol oynamış BMT-nin beş daimi üzvünün – ABŞ, Çin, Böyük Britaniya, Rusiya və Fransanın ədalətsiz ortaq hegemoniyası da sona çatmış olacaq. Və bu halda, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, məhz dünyanın beşdən böyük olduğunu göstərən yeni situasiya yaranmış olacaq.

Ancaq bu prosesin belə sürətlə, üstəlik, yeni sistem qurulmadan inkişaf etməsi də qlobal məkan üçün yeni təhlükə faktorları vəd edir. Hər halda, dünya ölkələrinin qarşısında bloklayıcı və beynəlxalq məsuliyyəti təmin edən əsas mexanizm qalmayacağından, güclü dövlətlərin zəif rəqiblərinə qarşı zorakılığı artmış olacaq. Dünya yeni silahlı münaqişələrlə müşayiət olunacaq qlobal xaosa maksimum səviyyədə yaxınlaşacaq. Və belə vəziyyət hərbi mexanizmlərin himanitar faktorları sıradan çıxara biləcəyi bir təhlükəli mərhələnin başlanma ehtimalını artırır.

aid-image-30342236-hires-104_1280x720.jpg (76 KB)

Nəhayət, Ağ Ev sahibi Donald Trampın əsas hədəfləri sırasında NATO da var. ABŞ onilliklər boyu NATO-dan öz strateji hədəflərini reallaşdırmaq üçün hərbi-siyasi güc faktoru olaraq, istifadə edib. Bunun əvəzindəsə, üzv dövlətlərin təhlükəsizlik təminatı ən yüksək səviyyədə olub. İndi isə prezident Donald Tramp ABŞ-ın NATO-dan çıxarılması ilə bağlı prosesə siyasi cəhətdən start vermiş kimi görünür. Ağ Ev sahibi NATO-nun bundan sonra ABŞ büdcəsindən maliyyələşdirilməsinə son veriləcəyini bəyan edib. NATO üzvü olan Avropa Birliyi dövlətlərini isə buna hazır olmağa və öz hərbi təhlükəsizlik xərclərini vaxt itirmədən artırmağa çağırıb. Və ABŞ-ın hərbi siyasi dairələri, xüsusilə də, generalitetə aid yüksək rütbəli hərbçilər NATO-nun demontaj edilərək, ləğvinin qaçılmaz olduğunu vurğulayırlar.  

Təbii ki, bütün bunlar ilk növbədə Avropa Birliyi ölkələrini ciddi təhdidlərlə üzləşdirə bilər. Belə ki, onilliklər boyu NATO-nun “təhlükəsizlik çətiri”nə vərdiş etmiş Avropa məkanı bu radikal qlobal dəyişikliklərə hazırlıqsız yaxalanıb. Bu məkana aid ölkələr öz maliyyə-iqtisadi potensialını əsasən, sosial sektora yönəldiblər, əhalinin rifah halını yüksəldiblər. Hərbi təhlükəsizliyə yönəlik xərclərə isə ehtiyac duymayıblar. Və indi Avropa Birliyi ölkələri dərhal hərbi xərcləri artırmaqla, sürətlə silahlanma məcburiyyəti qarşısında qalıblar.

Maraqlıdır ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen də artıq bəyan edib ki, “qoca qitə” yenidən silahlanma dövrünə daxil olur. Onun dediyinə görə, bu istiqamətdə hazırlanmış hərbi layihə üzrə Avropa Birliyi ölkələrinə müdafiə investisiyaları üçün 150 milyard avro kredit verəcək. Ursula fon der Lyayen hesab edir ki, Avropa Birliyi təhlükəsizliyin təminatı üçün təxminən 800 milyard avrolıq müdafiə xərclərinə qadirdir.

trump-europe-Снимок.JPG (108 KB)

İlkin qənaətlərə görə, əgər, Avropa ölkələri müdafiə xərclərini ÜDM-in orta hesabla 1,5 faizi qədər artırsalar, bu, dörd il ərzində 650 milyard avroya bərabər olacaq. Avropa Birliyi ölkələri birgə silah satın ala biləcəklər və bu, böyük sifarişlər hesabına qiymətlərin azalmasına imkan verəcək. Eyni zamanda, NATO üzrə müttəfiqlər ilə ortaq şəkildə Avropanın kollektiv təhlükəsizliyinin gücləndirilməsinə də cəhd göstəriləcək.

Ancaq “qoca qitə”nin siyasi liderləri Avropa əhalisinin olduqca çətin dövrlərlə üzləşməli olacaqlarını da etiraf edirlər. Çünki avropalı vergi ödəyiciləri silahlanmaya böyük məbləğlər yönəltmək məcburiyyətində qalacaqlar. Səhiyyə, təhsil sistemi, biznesin inkişafı və digər vacib sahələrə investisiya qoymaq əvəzinə, Avropa ölkələri bundan sonra hərbi xərclərin artırılmasına əlavə maliyyə qaynaqları axtarmalı olacaqlar. Bu, istənilən halda, Avropa əhalisinin rifahına yönəlik sosial-iqtisadi təşəbbüsləri arxa plana keçirəcək. Və Avropa ölkələri sosial təminatların artırılması əvəzinə, nəhəng məbləğləri silah-sursata xərcləməklə, əslində, "dibsiz bir quyu”ya atmalı olacaqlar.

Göründüyü kimi, ABŞ prezidenti Donald Tramp həm Avropa ölkələrinin təhlükəsizliyini, həm də avropalıların rifahını böyük risk altında buraxıb. Üstəlik, Avropa Birliyi ölkələri hərbi xərcləri artırsalar da, qısa müddətdə yetərincə silah-sursat və müasir hərbi texnika istehsal etmək imkanından uzaqdırlar. Ona görə də, Avropa Birliyi ölkələrinin hərbi xərclər üçün ayırdıqları maliyyə vəsaiti ilə məhz ABŞ istehsalı olan bahalı silahları almaq məcburiyyıətində qalacaqları qətiyyən şübhə doğurmur. Ağ Ev sahibi Donald Trampın “qlobal xaos strategiyası”nın əsas hədəflərindən biri də elə məhz Avropa məkanının ABŞ hərbi-sənaye kompleksi üçün məcburi “bazara” çevrilməsindən ibarətdir.

  • Дата: 6-03-2025, 09:44
  • Автор: anskanal
Полная статья »