Şou biznes » ANS KANAL


Bu gün Kanal7.az saytının və “Məxfi Fikir” qəzetinin təsisçisi və baş redaktoru, peşəkar jurnalist, prinsipial mövqeyi və cəmiyyətə açıq sözü ilə seçilən Ruslan Həsənovun ad günüdür. Bu əlamətdar gün münasibətilə Ruslan Həsənova ölkənin müxtəlif dövlət qurumlarından, ictimai institutlardan, mədəniyyət və media cameəsindən, eləcə də dost-tanışlarından səmimi təbriklər, xoş arzular ünvanlanıb. Onlar Ruslan Həsənovun fəaliyyətini Azərbaycan mediasında dürüstlük, obyektivlik və milli maraqlara sədaqət nümunəsi kimi dəyərləndirərək, ona uzun ömür, möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıblar.

Ad günü münasibətilə Ruslan Həsənovu təbrik edənlər arasında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin rəisi Cavid Muradov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi, general-mayor Vəzir Həsənov, Bibiheybət Ziyarətgahının axundu Hacı Rahib Babayev, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev də yer alır. Təbrik edənlər Ruslan Həsənovun cəmiyyət üçün faydalı media xəttini daim qoruduğunu xüsusi vurğulayıblar.

Eyni zamanda Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Manaf Manafov, Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Namizəd İsmayılov, Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsində böyük məsləhətçi və mühəndis Kənan Babayev, “Qurtuluş-93” Yaşayış Kompleksinin rəhbəri Hacı Məhərrəm Novruzov, Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbəri Nizami Mayılov, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Mais Məmmədov, Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov da öz xoş arzularını çatdırıblar.

Ruslan Həsənovu ad günü münasibətilə həmçinin Hatəm müəllim, Rübabə xanım, Zəmanət müəllim, Arif müəllim, Xeyransa xanım, Məhbubə xanım, Xuraman xanım, Niyaməddin müəllim, Dilşad xanım, Şəfa xanım, Nəriman müəllim, Elşən müəllim, Vəfa xanım, Orxan müəllim, Gövhər xanım, Vidadi müəllim, Kəmalə xanım, İlahə xanım, Fərid müəllim, Çingiz müəllim, Şamil müəllim, Amil müəllim, Mahir müəllim (dostu), Sevil xanım, Cəvahir xanım, Lətifə xanım, Arzu xanım səmimi qəlbdən təbrik ediblər.

Təbriklər sırasında Şəki kafesinin sahibi İlham müəllim, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Ruslan müəllimin xalaları Şövkət, bacıları Cəmilə, Sədaqət, Sahibə, bibisi Nazilə xanım, Elnurə xanım, Adil müəllim, Yana xanım, Şahmar müəllim, Gülşən Cəfərova da yer alıb. Onlar Ruslan Həsənovu ailəsinə və yaxınlarına bağlı, səmimi və etibarlı insan kimi xarakterizə ediblər.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev, Hacı Fərəc müəllim, Elşad Abdullayev, 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Şakir Qəniyev, Şəmsəddin Hacıyev, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Beyləqan Rayon Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru Ruslan Rəhimov, Sabunçu rayonu 307 nömrəli tam orta məktəbin direktoru Nizami Qasımzadə, Əfqan Xudaverdiyev də bu xoş gündə öz təbriklərini əsirgəməyiblər.

Bununla yanaşı, “Sumqayıt Çörək” Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Tofiq Hüseynov, Planet.com.az-ın təsisçisi və baş redaktoru Mehman Eminov, Yenixeber.info.az-ın təsisçisi və baş redaktoru Rauf müəllim də Ruslan Həsənovun media sahəsindəki uğurlarını yüksək qiymətləndirərək, ona yeni zirvələr arzulayıblar.

Bu geniş və səmimi təbriklər bir daha göstərir ki, Ruslan Həsənov təkcə media cameəsində deyil, cəmiyyətin müxtəlif təbəqələrində böyük hörmət və etimad qazanmış bir şəxsiyyətdir. Biz də bu münasibətlə Ruslan Həsənovu ürəkdən təbrik edir, ona sağlamlıq, ailə səadəti, yorulmaz qələm və daim yüksələn uğurlar arzulayırıq.

  • Дата: 27-01-2026, 22:08
  • Автор: anskanal
Полная статья »

Emin Ağalarov dəymiş ziyanı açıqladı: 150-200 milyon dollardır

“Crocus City Hall”da baş verən terror aktı  nəticəsində dəyən ziyanın həcmi 150-200 milyon dollar təşkil edir.

Bunu “Agalarov Development” şirkətinin prezidenti, “Crocus Group”un sahibi Araz Ağalarovun oğlu Emin Ağalarov deyib.

Ağalarov qeyd edib ki, biznes nöqteyi-nəzərindən bu, bütün “Crocus Group”a pis təsir göstərib.

“Terror aktından sonra ərazidəki bütün obyektlərin işi iflic olub və davamiyyət azalıb”, - o qeyd edib.

Konsert zalının tikintisi zamanı sərmayələrin təxminən 70 milyon dollar olduğunu deyən Emin Ağalarov bildirib ki, inflyasiya və dolların məzənnəsini nəzərə alsaq, zərərin təxminən 100 milyon dollar təşkil edəcəyini düşünürəm. 

“Hesab edirəm ki, təqribən bu qədər də  ziyan ticarət mərkəzinin ziyarətçilərini itirməsi nəticəsində dəyib. Ümumilikdə 150-200 milyon dollar ziyan dəyib”, - Ağalarov bildirib.

Qeyd edək ki, 2024-cü il martın 22-də axşam  saatlarında “Crocus City Hall”da terror aktı baş verib və nəticədə 145 nəfər ölüb.

  • Дата: 27-02-2025, 16:00
  • Автор: anskanal
Полная статья »

Ədalət Hacıyev: Qürur mənbəyimiz

Azərbaycanın teatr sənətində özünəməxsus yeri olan Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, illərdir ki, mədəniyyətin inkişafına və teatr sənətinin qorunmasına töhfə verən ən nüfuzlu mədəniyyət ocaqlarından biridir. Bu teatrın uğurlu idarəçiliyi və sənət yolunun düzgün istiqamətləndirilməsi Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevin rəhbərliyi ilə həyata keçirilir.


Teatr Sənətinə Sadiq Rəhbər

Ədalət Hacıyev peşəkar rəhbər, yüksək idarəçilik bacarığına malik mədəniyyət xadimi və teatr sənətinə dərindən bağlı bir şəxsiyyət kimi tanınır. Onun rəhbərliyi ilə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı böyük uğurlar qazanmış, klassik və müasir əsərlərin səhnələşdirilməsində yeni yanaşmalar tətbiq etmişdir.

📌 Teatrın repertuarı zənginləşdirilmiş, dünya dramaturgiyasının ən yaxşı nümunələri tamaşaya qoyulmuşdur;
📌 Gənc aktyorların yetişdirilməsi və teatrın kadr potensialının gücləndirilməsi üçün xüsusi proqramlar həyata keçirilir;
📌 Müasir texnologiyaların teatr səhnəsində istifadəsinə önəm verilir, tamaşaçıların marağı artırılır.


Azərbaycan Mədəniyyətinə və Multikultural Dəyərlərə Töhfə

Ədalət Hacıyev ölkəmizdə multikulturalizmin və mədəni müxtəlifliyin inkişafına öz töhfəsini verən aparıcı mədəniyyət xadimlərindən biridir. Onun rəhbərliyi ilə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı ölkəmizin mədəni irsini dünyada tanıtmaq üçün müxtəlif beynəlxalq festivallarda və layihələrdə iştirak edir.

🌍 Teatr Rusiya, Türkiyə, Gürcüstan və Avropa ölkələri ilə sıx əməkdaşlıq edir;
🎭 Dünya teatr ənənələrinin Azərbaycanda inkişafına dəstək verilir;
🎫 Teatr sənətinin daha geniş kütlələrə çatdırılması üçün yeni tamaşalar hazırlanır.


Prezident İlham Əliyevin Mədəniyyət Siyasətinə Dəstək

Ədalət Hacıyev Prezident İlham Əliyevin mədəniyyət və incəsənət sahəsinə göstərdiyi böyük diqqətin həyata keçirilməsində fəal iştirak edir. O, Azərbaycan teatr sənətinin inkişafı və beynəlxalq arenada tanınması üçün ardıcıl layihələr həyata keçirir.

Teatrın maddi-texniki bazasının gücləndirilməsinə xüsusi diqqət ayrılır;
Sənətkarların sosial rifahının yüksəldilməsi üçün tədbirlər görülür;
Azərbaycan teatr ənənələrinin müasir dünya səhnəsinə çıxarılması üçün beynəlxalq əlaqələr genişləndirilir.


Şəhid və Qazi Ailələrinə Dəstək

Ədalət Hacıyev Vətən müharibəsi şəhidlərinin ailələrinə və qazilərə xüsusi diqqət göstərən mədəniyyət xadimlərindəndir. Onun rəhbərlik etdiyi teatr şəhid ailələri və qazilər üçün müxtəlif sosial-mədəni tədbirlər təşkil edir, onların mənəvi və psixoloji dəstəyə ehtiyacını nəzərə alaraq xüsusi layihələr həyata keçirir.

🏅 Şəhid ailələri və qazilər üçün xüsusi tamaşalar nümayiş etdirilir;
🏅 Teatrın tədbirlərində müharibə iştirakçılarına və onların ailələrinə xüsusi yer verilir;
🏅 Milli qəhrəmanlarımızın şücaətini əks etdirən əsərlərin səhnələşdirilməsinə diqqət ayrılır.


Nəticə

Ədalət Hacıyev Azərbaycan teatr sənətinin inkişafına misilsiz töhfələr verən, milli-mədəni irsimizin qorunmasına və zənginləşdirilməsinə xidmət edən tanınmış mədəniyyət xadimidir. Onun rəhbərliyi ilə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı öz ənənələrini qoruyaraq, eyni zamanda müasir dövrün çağırışlarına cavab verən bir sənət məbədinə çevrilib. Peşəkar idarəçilik bacarığı, incəsənətə və mədəniyyətə olan böyük sevgisi Ədalət Hacıyevi Azərbaycan teatr sahəsində nüfuzlu şəxsiyyətlərdən birinə çevirib.

  • Дата: 20-02-2025, 09:56
  • Автор: anskanal
Полная статья »