Dünya » Səhifə 8 » ANS KANAL


Trampdan Ukrayna XƏBƏRDARLIĞI: Bitməsə, dünya müharibəsi başlayacaq

Ukraynadakı münaqişə bir il ərzində həll olunmasa, Üçüncü Dünya müharibəsi başlaya bilər.

Belə bir xəbərdarlıq bəyanatı ilə ABŞ prezidenti Donald Tramp çıxış edib. 

Tramp Rusiya və ABŞ arasında Ər-Riyadda aparılan danışıqları irəliyə doğru böyük addım hesab edərək Putinlə danışğını da yüksək qiymətləndirib.

Donald Trampın fikrincə, keçmiş prezident Co Baydenin kursu davam etsəydi, III Dünya Müharibəsi bu il başlayacaqdı, lakin bu, heç kimin maraqlarına uyğun deyil.

“Biz bunu bitirəcəyik. Üçüncü Dünya müharibəsindən heç kəs faydalanmayacaq və biz bundan o qədər də uzaq deyilik. O idarəçiliyimiz daha bir il olsaydı, III Dünya Müharibəsi olardı. Amma indi bu baş verməyəcək”, - Tramp Mayamidə investisiya sammitində çıxışı zamanı deyib.

  • Дата: 20-02-2025, 15:30
  • Автор: anskanal
Полная статья »

Səudiyyə Ərəbistanı ABŞ-Rusiya danışıqlarına niyə ev sahibliyi edir? - Təhlil

Ər-Riyadda Rusiya-ABŞ danışıqları Səudiyyə Ərəbistanına Qəzzanın gələcəyi ilə bağlı danışıqlarda əlavə təsir rıçaqları verə bilər
Səudiyyə Ərəbistanı (KSA) müharibədən sonrakı Qəzza zolağının taleyi ilə bağlı gələcək müzakirələrdə əlavə təsir imkanları əldə etmək məqsədilə ABŞ və Rusiya arasında danışıqlar üçün platforma təklif edib.

Bu barədə CNN-nin əməkdaşı Mostafa Salem öz analitik məqaləsində yazır.

Qeyd edilir ki, bu danışıqların Ər-Riyadda keçirilməsi Səudiyyə Ərəbistanının de-fakto lideri Məhəmməd bin Salmanın qələbəsi kimi dəyərləndirilir: "Səudiyyə Ərəbistanı ölkənin iqtisadiyyatını diversifikasiya etmək və neft asılılığından çıxmaq planını həyata keçirməyə kömək edə biləcək milyardlarla investisiya cəlb etmək ümidi ilə qlobal münaqişələrdə neytrallıq siyasətini yenidən nəzərdən keçirib. O, regional rəqib İranla əlaqələr qurur və Çinlə münasibətləri qoruyur. Bütün bunlar Səudiyyə Ərəbistanının Qərblə sıx münasibətlərini qoruyub saxlayır".

Qeyd edilir ki, vəliəhdin danışıqlarda artan nüfuzu onun Trampla yaxın münasibəti, eləcə də Putinlə yaxşı əlaqələri ilə bağlıdır. "Bin Salman Ukraynanın işğalından sonra Moskvanı uzaqlaşdırmaq üçün Qərbin təzyiqlərinə müqavimət göstərdi və dünyanın neft tədarüklərinə nəzarət etmək üçün Putinlə koordinasiyasını davam etdirdi", - deyə məqalədə bildirilib.

  • Дата: 19-02-2025, 16:00
  • Автор: anskanal
Полная статья »

Rusiya istəsəydi bütün Ukraynanı məhv edərdi - Trampdan ŞOK

“Onlar bunu təxminən 20% etdilər, amma 100% yox. Əgər onlar bunu 100% etmək istəsəydilər, düşünürəm ki, bu, çox tez baş verərdi”.

Bunu ABŞ prezidenti Tramp bildirib. O, İsrailin orada silsilə hərbi əməliyyatlar həyata keçirməsindən sonra Ukrayna şəhərlərinin vəziyyətini Qəzza zolağı ilə müqayisə edib: “Əslində, faizlə desək, bir çox binalar Qəzzada olduğundan daha çox dağılıb. Deməli, bilirsiniz, insanlar bundan beziblər. İnsanlar nəyinsə olmasını istəyir”.

Bundan əlavə, Tramp fevralın sonuna qədər Rusiya prezidenti Putinlə görüşəcəyini etiraf edib. O, həmçinin Ər-Riyadda keçirilən Rusiya-Amerika danışıqlarını “çox yaxşı” adlandırıb və əlavə edib ki, müharibənin həllinə inamı güclənib.

  • Дата: 19-02-2025, 13:28
  • Автор: anskanal
Полная статья »