
- Дата: 25-02-2025, 09:00
- Автор: anskanal
Bu gün səhər saatlarında Rusiyanın Fransanın Marsel şəhərindəki Baş Konsulluğunun ərazisində partlayış baş verib.
Hadisə yerində otuz nəfərə yaxın yanğınsöndürən və polis əməkdaşı cəlb olunub.
Məlumata görə, diplomatik nümayəndəliyin bağçasına iki molotov kokteyli atılıb.
İlkin olaraq Fransa mediası partlayışın konsulluğun yaxınlığında baş verdiyini yazıb.
Rusiyanın Marseldəki baş konsulu Stanislav Oranski “La Marseillaise” nəşrinə bildirib ki, partlayış diplomatik missiyanın binasında baş verib.
Bildirilir ki, hücum zamanı xəsarət alan olmayıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova hadisəsində terror aktının əlamətlərinin olduğunu bildirib.
ABŞ prezidenti Donald Tramp Polşa prezidenti Anjey Dudanı 10 dəqiqəlik görüş üçün 1,5 saat qapıda gözlədib.
Bu iztirablı anlar Ağ Evin təhlükəsizlik kameralarına düşüb.
Prezident Dudanın 1,5 saat qapı arxasında dayanması Polşa ictimaiyyətinin gündəmində faciəvi hadisə kimi qiymətləndirilərək kəskin tənqidlərə səbəb olub.
Polşa cəmiyyətindən isə fərqli olaraq Ağ Evin X sosial media hesabında görüşün fotosu paylaşılıb. Tramp-Duda əlaqələri yaxın dost, ABŞ-Polşa münasibətləri isə yaxın müttəfiq kimi dəyərləndirilib.
Açıqlamada deyilir ki, Tramp görüşdə çıxışı zamanı Dudanı "böyük insan və böyük dost" kimi xarakterizə edib və onu Polşanın müdafiə xərclərini artırdığına görə tərifləyib.
<embed width="640" height="360" src="https://player.olke.az?v=39975&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>
Rusiyanın xarici işlər naziri Lavrov, xüsusilə Ukrayna-Rusiya müharibəsi və Suriyadakı hadisələrlə bağlı mühüm danışıqlar aparmaq üçün Ankaraya səfər edib.
Rusiya ilə Ukrayna arasında mümkün sülhdə aktiv rol oynamaq istəyən Türkiyə bu mövzuda təmaslarını davam etdirir.
Keçən həftə Ukrayna prezidenti Volodimir Zelenskini qəbul edən Ankara bu gün Rusiya xarici işlər naziri Sergey Lavrovu qəbul edəcək.
Xarici işlər naziri Hakan Fidan ilə rusiyalı həmkarı arasında keçiriləcək görüşdə ikitərəfli əməkdaşlıq məsələləri, xüsusilə ticarət, enerji və turizm mövzuları hərtərəfli müzakirə olunacaq. Diplomatik səylərlə Ukraynadakı müharibənin ədalətli və dayanıqlı sülhlə sona çatması ilə bağlı fikir mübadiləsi aparılacaq, ABŞ və Rusiya arasında son təmaslar, Türkiyənin bu prosesə verə biləcəyi töhfələr qiymətləndiriləcək.
2022-ci ilin martında Rusiya ilə Ukrayna arasında birbaşa danışıqlara ev sahibliyi edən Türkiyənin qarşıdakı dövrdə bu rolu öz üzərinə götürməyə hazır olduğu da vurğulanacaq.
Danışıqlar zamanı Suriyadakı son vəziyyət də gündəmdə olacaq.
Xarici işlər naziri Fidanın Türkiyənin Suriyanı terror ünsürlərindən tamamilə təmizləmək əzmini vurğulaması, Suriyanın ərazi bütövlüyü və siyasi birliyinin qorunmasının vacib olduğunu vurğulaması və İsrailin təcavüzkar yanaşmasının qəbuledilməz olduğunu bəyan etməsi gözlənilir.
İclasda Qəzza məsələsinin də qiymətləndiriləcəyi və bu çərçivədə nazir Fidanın Qəzzada atəşkəsin qalıcı hala salınması və Qəzzaya çatdırılan humanitar yardımların artırılması lazım olduğunu bildirməsi gözlənilir.
Avropa Birliyi süquta doğru istiqamət almağa başlayıb, Tramp adminstrasiyası liberal-qlobalistlərdən Baydenə verdikləri dəstəyin intiqamını alır... Digər tərəfdən, Avropa məkanında ultramillətçi siyasi cərəyanlar da dəstəklənərək gücləndirilir, onların hakimiyyət şansı artırılır, siyasi-iqtisadi böhran təhlükəsi ön plana keçir...
"Yeni Müsavat xəbər verir ki, dünya yeni hərbi-siyasi mərhələyə keçid ərəfəsindədir. İkinci Dünya Müharibəsindən sonra qurumuş və indiyə qədər mövcud olan qlobal sistem artıq effektiv deyil. Daha doğrusu, son illərdə baş verən qlobal hadisələr və xüsusilə də, ABŞ-da Tramp adminstrasiyasının hakimiyyətə gəlişindən sonra cərəyan edən proseslər mövcud olan dünya düzəninin artıq dağılmaqda olduğunu göstərir. Və bu, yeni dünya düzəninin şərtləri barədə müəyyən narahatlıqları da ön plana keçirməyə başlayıb.
Onu da qeyd etmək lazımdır ki, mövcud dünya sisteminin əsas müəyyənedici faktorları sırasında Avropa Birliyi də xüsusi yer tutur. Ancaq son illərdə bu nəhəng beynəlxalq alyans özünün süqut dövrünə keçid etmiş kimi görünür. Üstəlik, hazırda Avropa Birliyi özünün ən yaxın qlobal müttəfiq-tərəfdaşı olan ABŞ-ın birbaşa hədəfindədir. Tramp adminstrasiyası bütün istiqamətlərdən Avropa Birliyinə siyasi-ideoloji hücumlara başlayıb. Və bu proses hətta təhdidkar məzmun almaq istiqamətə də yönəlmiş kimi görünür.
Məsələ ondadır ki, "qoca qitə" ölkələrinin siyasi-iqtisadi alyansı olan Avropa Birliyi daha çox demokratiya və insan hüquqları üzərindən ideoloji hegemonluq imperiyası qurmağa can atırdı. Yəni, Avropa Birliyinin siyasi-iqtisadi maraqlarına problem hesab olunan dünya dövlətləri dərhal avtoritarizmdə, demokratiya və insan hüquqlarını kobud şəkildə pozmaqda ittiham olunurdu. Və bununla da Avropa Birliyi "sözə baxmayan" dövləti şantaj edərək, sanksiyalarla hədələyirdi, "qoca qitə" ölkələrinin mənfəətlərinə həssas yanaşmaq məcburiyyətində buraxılırdı.
Artıq bu dövr də arxada qalmaq üzrədir. Çünki Tramp adminstrasiyası da Avropa Birliyinin demokratiya və insan hüquqları üzərindən manipulyasiyalar edərək, ideoloji hegemonluq etməsində maraqlı olmadığını biruzə verir. ABŞ-ın vitse-prezidenti Vens Avropa Birliyi təmsilçilərinin qarşısında çıxış edərkən, onları demokratik dəyərlərdən geri çəkilməkdə, avtoritarizmdə, siyasi rəqiblərinə qarşı təzyiqlərdə və həbslərdə ittiham etdi. Və bununla da, Avropa Birliyinin bütün dünyaya onilliklər boyu keçdiyi "demokratiya dərsi" sona çatmış oldu.
Belə anlaşılır ki, adətən, beynəlxalq rəqiblərini avtoritarizmdə suçlayan Avropa Birliyi ölkələrinin indi özləri "demokratiya imtahanı" verməlidir. Üstəlik, Tramp adminstrasiyasının Avropa Birliyinə qarşı avtoritarizm ittihamları da qətiyyən bir dəfə üçün nəzərdə tutulmuş xəbərdarlıq mesajı kimi görünmür. Çünki Ağ Evin Avropa ölkələrində ultramillətçi siyasi qüvvələri dəstəkləməyə başladığı barədə olduqca ciddi məlumatlar mövcuddur. Və bu, o deməkdir ki, Tramp adminstrasiyası yeni dünya düzənində avropalı liberal-qlobalistləri görmək istəmir.
Ona görə də, hesab etmək olar ki, ABŞ bu mərhələdə Avropa Birliyi məkanında hakimiyyət dəyişikliklərinə də dəstək verməkdən çəkinməyəcək. Üstəlik, bu prosesin artıq başlandığı və getdikcə daha intensiv xarakter aldığı da müşahidə olunur. Belə ki, bəzi Avropa ölkələrində artıq hakimiyyətlər dəyişir, Avstriyada olduğu kimi, digər ölkələrdə də liberal-qlobalistlər ultra millətçilərlə əvəzlənir.
Digər tərəfdən, Fransada son parlament seçkilərini uduzmuş Makron hakimiyyətinin öz səlahiyyət müddətinin sonuna qədər duruş gətirəcəyi artıq inandırıcı görünmür. Fransanın millətçi siyasi düşərgəsi ölkənin Avropa Birliyini, eləcə də, NATO-nu tərk etməsi tələbləri ilə kütləvi etiraz dalğasına start veriblər. Və bu baxımdan, Tramp adminstrasiyası ilə birbaşa təmasla yaxınlaşma imkanları axtaran "sürüşkən siyasət ustası" prezident Emmanuel Makronun ABŞ səfəri onun gələcək taleyini həll edə bilər.
Avropa Birliyinin digər avanqard ölkəsi olan Almaniyada da siyasi məkan qarışmağa başlayıb. Belə ki, Almaniya kansleri Olaf Şolts uzunmüddətli təzyiqlərdən sonra növbədənkənar parlament seçkiləri keçirmək məcburiyyətində qalıb. Üstəlik, bu seçkilərdə Almaniya ultramillətçiləri xüsusi fəallıq göstərirlər. Onların hakimiyyətə gəlmə ehtimalı şübhə ilə qarşılansa belə, istənilən halda, solçu liberalların siyasi mövqelərinə sarsıdıcı zərbələr vurulacağı qətiyyən istisna edilmir.
Belə anlaşılır ki, Avropa Birliyinin "qara günləri" artıq başlayıb. Macarıstanın Baş naziri Viktor Orban da bu reallığı açıq mətnlə vurğulayıb. Onun fikrincə, Avropa Birliyini olduqca çətin aylar gözləyir və Brüsseldəki bürokratlar üçün qarşıdan gələn mərhələ qətiyyən asan keçməyəcək. Və Macarıstan Avropa Birliyinin "qara günlər"ini digər daxili problemlərlə yanaşı, həm də Tramp adminstrasiyasının davranışları ilə arqumentləşdirir.
Baş nazir bildirib ki, ABŞ prezidenti Donald Tramp atdığı cəmisi bir neçə addımla bütün dünyanı alt-üst etdi. ABŞ-da "gender çılğınlığı" sona çatdı, milyarder Corc Sorosun qlobalist təşkilatlarına maliyyələşdirmə dayandırıldı, qeyri-qanuni miqrasiya prosesi bitdi, Rusiya-Ukrayna müharibəsinə dəstək də geri çəkildi. Başqa sözlə, son illərdə Brüssel bürokratlarının Avropa ölkələrinə zorla qəbul etdirməyə çalışdığı hər şey sona çatdı.
Macarıstan baş naziri onu da qeyd edib ki, Tramp adminstrasiyası hazırkı dünya ticarət qaydalarını ümumiyyətlə, poza bilər. Çünki Ağ Ev sahibi hətta Avropa Birliyinə zərbə vursa belə, yalnız ABŞ-ın maraqlarını müdafiə edən maliyyə-iqtisadi siyasət yürütmək niyyətindədir. Ona görə də, Avropa Birliyi istənilən halda, ABŞ ilə iqtisadi əlaqələri qorumaq üçün bir anlaşmaya nail olmaq məcburiyyətindədir. Və belə bir anlaşmanın isə yalnız ABŞ-ın maraqları çərçivəsində mümkün ola biləcəyi də qətiyyən şübhə doğurmur.
Bütün bunlardan belə anlaşılır ki, Avropa Birliyi süquta doğru istiqamət almağa başlayıb. Tramp adminstrasiyası liberal-qlobalistlərdən Baydenə dəstəyin intiqamını alır. Digər tərəfdən, Avropa məkanında ultramillətçi siyasi cərəyanlar dəstəklənərək, fəallaşdırılır. Nəticədə "qoca qitə"də faşizmə meydan açılaraq, irqçilik zəminində daxili toqquşmaların baş vermə ehtimalı artırılır. Və bütün bunların yaxın perspektivdə Avropa Birliyinin dağılmasına, eləcə də, "qoca qitə"də siyasi-iqtisadi xaosun başlamasına yol aça biləcəyi qətiyyən istisna deyil.