Bəhruz Şirəliyev – Azərbaycan Səhiyyəsinə Dəyərli Töhfə Verən Peşəkar Lider » ANS KANAL

Bəhruz Şirəliyev – Azərbaycan Səhiyyəsinə Dəyərli Töhfə Verən Peşəkar Lider

“Zeytun Pharmaceuticals” qısa müddət ərzində peşəkar heyəti və təqdim etdiyi yüksək keyfiyyətli preparatlar, istehlakçıların etimad göstərdiyi bir şirkətə çevrilmişdir

“Zeytun Pharmaceuticals” MMC-nin rəhbəri Bəhruz Şirəliyev, ölkənin əczaçılıq sektorunda öz peşəkar yanaşması, innovativ ideyaları və yüksək idarəetmə bacarığı ilə tanınan görkəmli iş adamlarından biridir. Onun rəhbərlik etdiyi “Zeytun Pharmaceuticals” MMC, müasir farmakologiya sahəsində qabaqcıl texnologiyalardan istifadə edərək, keyfiyyətli dərman vasitələrinin istehsalı və satışı ilə məşğuldur.

Şirkət, fəaliyyət göstərdiyi müddət ərzində Azərbaycan səhiyyəsinin inkişafına mühüm töhfələr vermiş, əhalinin sağlamlığının qorunması naminə yüksək standartlara cavab verən dərman preparatlarının istehsalını və idxalını həyata keçirmişdir. “Zeytun Pharmaceuticals” MMC, beynəlxalq sertifikatlara uyğun istehsal olunan dərman vasitələri ilə ölkənin aparıcı əczaçılıq şirkətləri sırasında layiqli yer tutur.

Bəhruz Şirəliyev, səhiyyə sahəsində innovasiyaların tətbiqinə xüsusi önəm verir. Onun rəhbərliyi altında şirkət ən son texnologiyalardan istifadə edərək, tibbi preparatların keyfiyyətini və effektivliyini artırmağa yönəlmiş tədqiqat və inkişaf işlərinə böyük sərmayə yatırır.

Şirkətin əsas prinsiplərindən biri – dərman vasitələrinin əlçatanlığını və keyfiyyətini təmin etməklə, insanların sağlamlığının qorunmasına töhfə verməkdir. Bunun üçün Bəhruz Şirəliyev, yerli və beynəlxalq bazarlarda nüfuzlu şirkətlərlə əməkdaşlıq edərək, innovativ və effektiv dərmanların Azərbaycan bazarına çıxarılmasına böyük diqqət ayırır.

Bundan əlavə, Bəhruz Şirəliyev yalnız biznes fəaliyyəti ilə deyil, həm də xeyriyyəçilik fəaliyyəti ilə də tanınır. O, şəhid ailələrinə, qazilərə, aztəminatlı insanlara və sağlamlıq problemləri ilə mübarizə aparan şəxslərə daim dəstək göstərir. Onun bu sahədəki təşəbbüsləri, humanist və vətənpərvər şəxsiyyət olduğunu bir daha sübut edir.

Bəhruz Şirəliyevin rəhbərliyi ilə “Zeytun Pharmaceuticals” MMC, Azərbaycanın əczaçılıq sahəsindəki inkişafına öz mühüm töhfəsini verməyə davam edir. Peşəkar idarəetmə, keyfiyyətə verilən önəm və insan sağlamlığına xidmət etmək prinsipləri bu şirkəti sahəsində liderlərdən birinə çevirib.

Bəhruz Şirəliyevə gələcək fəaliyyətində uğurlar arzu edirik! Onun peşəkar yanaşması və insan sağlamlığına verdiyi töhfələr daim yüksək qiymətləndiriləcəkdir.

  • 19-02-2025, 01:05
  • Baxılıb: 0