“Görünməyən zəhmətin görünən nəticələri – Yasin Əlquliyev və Bakı kommunal sahəsində modern yanaşma” » ANS KANAL

“Görünməyən zəhmətin görünən nəticələri – Yasin Əlquliyev və Bakı kommunal sahəsində modern yanaşma”

Paytaxtın mərkəzində yerləşən Nəsimi rayonu, Bakı şəhərinin həm tarixi, həm də müasir simasını daşıyan ərazilərdən biridir. Bu ərazidə küçələrin təmizliyi, yaşayış binalarının mühafizəsi, abadlıq işlərinin vaxtında və keyfiyyətlə aparılması isə təsadüfi proses deyil – bu, peşəkarlıq, diqqət və məsuliyyət tələb edən bir idarəetmənin nəticəsidir. Məhz bu tələblərin öhdəsindən ləyaqətlə gələn, sakinlərin etimadını qazanmış, hər gün sahəsində səssiz, lakin nəticə dolu əməli fəaliyyət göstərən bir rəhbər var – Yasin Əlquliyev. O, uzun illərdir ki, Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 23 saylı Mənzil-Kommunal İstismar Sahəsinə rəhbərlik edir və bu müddət ərzində əraziyə nəinki texniki nəzarət edir, eyni zamanda burada yaşayan minlərlə insanın gündəlik həyatının keyfiyyətini yaxşılaşdırmaq üçün gecə-gündüz çalışan bir idarəçidir.

Yasin Əlquliyev mənzil-kommunal sahəsində idarəçilik modelini yalnız rəqəmlər və plan cədvəlləri üzərində qurmur. Onun üçün əsas prinsip sahədə canlı əlaqə, operativ reaksiya və vətəndaşla birbaşa ünsiyyətdir. O, heç vaxt kabinet rəhbəri olmayıb. Hər gün binaların həyətlərini, məhəllə daxili yolları, təmizlik işlərinin səviyyəsini şəxsən yerində yoxlayan, əməkdaşlarına nümunə olan, sakinlərlə söhbət edib onların tələblərini, narahatlıqlarını diqqətlə dinləyən, əksər hallarda isə dərhal tədbir görən rəhbərdir. Bu səbəbdən də onun idarə etdiyi istismar sahəsi Nəsimi rayonunda nümunəvi sahələrdən biri kimi tanınır.

Sakinlərin rahatlığı və razılığı üçün həyata keçirilən hər bir təmir-tikinti işi, binaların dam örtüklərinin, pilləkən qəfəslərinin, su və kanalizasiya xətlərinin bərpası, liftlərin vaxtında təmiri, həyətlərin abadlaşdırılması və uşaq meydançalarının yenilənməsi – bütün bunların arxasında Yasin Əlquliyevin rəhbərliyi ilə formalaşan sistemli və planlı iş modeli dayanır. O, təmizlik məsələsinə də xüsusi önəm verir. Hər səhər Nəsimi rayonunun 23 saylı ərazisinə məxsus binalarda təmizlik işlərinin vaxtında aparılması, zibil konteynerlərinin təmizlənməsi, ərazidə gigiyenik şəraitin qorunması, məhəllələrin dezinfeksiya olunması ciddi nəzarət altındadır. Bu nizam-intizamın formalaşmasında Yasin müəllimin əməksevərliyi, məsuliyyət hissi və rəhbərlik bacarığı mühüm rol oynayır.

Yasin Əlquliyev eyni zamanda sosial həssas əhali təbəqəsinə – şəhid ailələrinə, qazilərə, tənha ahıllara qarşı xüsusi diqqət və qayğı ilə seçilir. Onların yaşadığı binalarda texniki nasazlıqların aradan qaldırılması, ümumi sahələrdə rahatlığın təmin edilməsi məsələlərində şəxsən iştirak edir, operativ müdaxilə edir. Onun bu yanaşması ictimai etimadın möhkəmlənməsinə səbəb olur. Sakinlər tərəfindən Yasin müəllimlə bağlı ən çox səsləndirilən fikirlərdən biri də onun “ilk müraciətdə hər zaman əlçatan və yardımsevər olmasıdır”. Məhz bu sadə, lakin dəyərli xüsusiyyət onun idarəçiliyini fərqləndirir.

Yasin Əlquliyev rəhbəri olduğu sahədə işçiləri ilə də sağlam əməkdaşlıq ruhu yaradıb. Onun komandasında çalışanlar öz rəhbərlərini təkcə iş bölgüsü aparan şəxs deyil, həm də qayğıkeş və ədalətli rəhbər kimi görürlər. İşçilər arasında əməkdaşlıq ruhunun qorunması, məsuliyyət bölgüsünün düzgün aparılması və görülən işlərə vaxtında nəzarət – bunlar Yasin müəllimin komanda quruculuğu sahəsində də bacarıqlı olduğunu sübut edir.

Ən önəmlisi isə budur ki, Yasin Əlquliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən şəhərsalma siyasətinə, paytaxtın müasir, təmiz və təhlükəsiz məkana çevrilməsi istiqamətində görülən işlərə öz əməli töhfəsini verən sadiq dövlət qulluqçusudur. O, rayon rəhbərliyinin tapşırıqlarına məsuliyyətlə yanaşır, vətəndaş məmnuniyyətini prioritet sayır və bu sahədə fəaliyyəti ilə nümunə göstərir. Yasin müəllimin rəhbərliyi ilə 23 saylı Mənzil-Kommunal İstismar Sahəsi Nəsimi rayonunun mənzil-kommunal təsərrüfatının əsas dayaqlarından birinə çevrilib.

Bu gün paytaxtın mərkəzində yerləşən bir çox binaların həyətindəki səliqə-sahman, abad görünüş, ərazidəki məişət tullantılarının vaxtında daşınması, ümumi texniki işlərin mütəmadi və keyfiyyətlə yerinə yetirilməsi Yasin Əlquliyev və onun peşəkar kollektivinin səylərinin nəticəsidir. O, sadəcə ərazidəki binaların vəziyyətinə nəzarət edən bir rəhbər deyil, şəhərin nəfəsini anlayan və onu qoruyan məsuliyyətli bir şəxsdir. Onun fəaliyyəti hər bir şəhər sakininin gündəlik həyatına təsir edən, lakin çox vaxt görünməyən xidmətlərin səssiz qəhrəmanıdır. Və bu qəhrəmanlıq, məhz dürüstlük, fədakarlıq və xalqa xidmət amalı ilə yoğrulub.

  • 18-06-2025, 23:55
  • Baxılıb: 0