Səhiyyə naziri: İndiyə qədər 40 plastik cərrahın sənədi təftiş edilib » ANS KANAL

Səhiyyə naziri: İndiyə qədər 40 plastik cərrahın sənədi təftiş edilib

Səhiyyə naziri: İndiyə qədər 40 plastik cərrahın sənədi təftiş edilib

İndiyə qədər 40 plastik cərrahın sənədi Xüsusi Təftiş Komissiya tərəfindən təftiş edilib.

Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Xüsusi Təftiş Komissiyasının indiyə qədər 5 iclası keçirilib və komissiyaya 96 plastik cərrah sənəd təqdim edib.

"Təftiş komissiyasının fəaliyyətinin sonunda Səhiyyə Nazirliyinin rəsmi saytında plastik cərrahiyyə ilə məşğul olmağa icazəsi olan mütəxəssislərin siyahısı açıqlanacaq", - nazir əlavə edib.

  • 26-02-2025, 11:17
  • Baxılıb: 0