Hacı Məhərrəm Novruzov: İnşaat Sektorunda Uğurun və Etibarlılığın Simvolu » ANS KANAL

Hacı Məhərrəm Novruzov: İnşaat Sektorunda Uğurun və Etibarlılığın Simvolu

Hacı Məhərrəm Novruzov: Nəyi deyiriksə, onu da edirik

Azərbaycanın inşaat sektorunda öz dəsti-xətti ilə seçilən Hacı Məhərrəm Novruzov, "Qurtuluş-93" Yaşayış Kompleksinin rəhbəri kimi böyük uğurlara imza atmış və insanların rahat yaşayış şəraiti ilə təmin olunmasına mühüm töhfələr vermişdir. Onun rəhbərliyi altında həyata keçirilən layihələr həm keyfiyyəti, həm də vətəndaş məmnuniyyəti ilə seçilir.

Hacı Məhərrəm Novruzov uzun illərdir ki, inşaat sahəsində fəaliyyət göstərən peşəkar bir rəhbər kimi ölkəmizin şəhərsalma və infrastruktur inkişafına əhəmiyyətli töhfələr verib. Onun rəhbərlik etdiyi "Qurtuluş-93" Yaşayış Kompleksi, keyfiyyətli tikinti standartlarına cavab verən, sakinlərin rahatlığını və təhlükəsizliyini təmin edən modern yaşayış məkanı kimi tanınır. Bu kompleks təkcə yaşayış binalarından ibarət olmayıb, eyni zamanda müasir infrastruktur, geniş abadlıq işləri, yaşıllıq sahələri, məktəb və uşaq bağçaları, iaşə obyektləri ilə sakinlərin həyat şəraitini maksimum rahat etmək məqsədilə layihələndirilmişdir.

Məhərrəm Novruzov dövlətimizin müəyyən etdiyi şəhərsalma strategiyasına uyğun olaraq, ölkə başçısı cənab İlham Əliyevin göstərişlərini layiqincə yerinə yetirən iş adamlarından biridir. Prezidentin şəhərsalma və infrastruktur layihələrinə verdiyi önəmi rəhbər tutaraq, o, inşa etdiyi hər bir layihədə müasir texnologiyalar, ekoloji standartlar və mühəndis həlləri tətbiq etməklə Azərbaycanın tikinti sektorunda nümunəvi fəaliyyət göstərir.

Bundan əlavə, Hacı Məhərrəm Novruzovun fəaliyyətində yalnız biznes maraqları deyil, eyni zamanda sosial məsuliyyət prinsipləri də ön plandadır. O, şəhid ailələri və qazilər üçün daim qayğı göstərən iş adamlarından biridir. Şəhid ailələrinə və müharibə iştirakçılarına dəstək olmaq, onların yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə müxtəlif sosial layihələrə töhfə verib. Qazilərimizin və onların ailələrinin rifahını yüksəltmək üçün müxtəlif yardımlar edib, sosial dəstək tədbirlərində iştirak edib.

Hacı Məhərrəm Novruzovun rəhbərlik etdiyi komplekslərdə sakinlər üçün yaradılan şərait vətəndaşların məmnuniyyətini qazanmaqla yanaşı, tikinti sektorunda keyfiyyət və etibarlılıq nümunəsi kimi qəbul edilir. Onun uğurlu fəaliyyəti nəticəsində "Qurtuluş-93" təkcə bir yaşayış kompleksi kimi deyil, həm də təhlükəsiz, rahat və yüksək keyfiyyətli yaşayışın ünvanı kimi tanınır.

Dövlətin inkişaf strategiyasına uyğun fəaliyyət göstərən və vətəndaş rifahını hər zaman diqqət mərkəzində saxlayan Hacı Məhərrəm Novruzov, Azərbaycan tikinti sektorunun ən uğurlu və nüfuzlu iş adamlarından biri olaraq, öz peşəkarlığı və fədakarlığı ilə seçilir. O, gələcəkdə də ölkənin abadlaşdırılması və inkişaf etdirilməsi naminə yeni layihələrə imza atmağa davam edəcəkdir.

  • 21-02-2025, 10:17
  • Baxılıb: 0