Sosial » Səhifə 7 » ANS KANAL

Bu məmurlar cərimələnəcək

İcra icraatı üzrə nağd ödəniş qadağan olunur, tələbi pozan məmurlar cərimələnəcək.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində, "İcra məmurları haqqında", "İcra haqqında", "İpoteka haqqında" və "Nağdsız hesablaşmalar haqqında" qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, "İcra məmurları haqqında" qanuna təklif olunan dəyişikliyə görə, icra xidmətinin icra məmurunun vəzifələri sırasına icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsini yalnız nağdsız qaydada həyata keçirmək daxil edilir.
Ətraflı

"İcra haqqında" qanuna icra xidmətinin depozit hesabına dair yeni - 81-1-ci maddə təklif olunur. Layihəyə əsasən, icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin icra məmuru tərəfindən qəbul edilməsi və ödənilməsi, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi yalnız nağdsız qaydada icra xidmətinin depozit hesabları vasitəsilə həyata keçiriləcək. İcra xidmətinin depozit hesabına və bu hesabdan köçürülmələrlə əlaqədar əməliyyat həyata keçirilərkən müvafiq icra işinin qeydiyyat nömrəsi göstərilməlidir. Belə nömrə göstərilmədən ödənişlərin həyata keçirilməsinə yol verilməyəcək. İcra xidmətinin depozit hesabından ödəniləcək vəsaitin köçürüləcəyi bank hesabı haqqında məlumatları tələbkar icra məmuruna təqdim edəcək. Tələbkar bu barədə icra məmuruna məlumat təqdim etmədikdə, ödəniləcək vəsait icra xidmətinin depozit hesabına daxil olduqdan sonra icra məmuru 3 iş günü müddətində tələbkarı bu barədə məlumatlandıracaq və həmin vəsaitin tələbkarın müraciəti əsasında onun xeyrinə məxaric edilməsi üçün banka sərəncam verəcək. Vəsaitin nağdlaşdırılması ilə bağlı xərclər tələbkar tərəfindən ödəniləcək. İcra xidmətinin depozit hesabına və bu hesabdan köçürülmələri təsdiq edən bank sənədləri icra məmuru tərəfindən icra icraatına əlavə ediləcək.

"Nağdsız hesablaşmalar haqqında" qanuna da müvafiq dəyişiklik olunur.

İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni - 528-2-ci maddəyə əsasən, icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin icra məmuru tərəfindən nağd qaydada qəbul edilməsinə, yaxud tələbkara və ya borcluya ödənilməli olan pul vəsaitlərinin ödənilməsinin icra məmuru tərəfindən nağd qaydada həyata keçirilməsinə görə vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.

  • Дата: 3-03-2025, 12:41
  • Автор: anskanal
Полная статья »

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

“Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanuna nəzərdə tutulan dəyişikliyə əsasən işğaldan azad olunan ərazilərdə məskunlaşanların təhsil haqqını dövlət ödəyəcək.

Bununla bağlı qanunun 14.8-1.9 maddəsinə dəyişiklik nəzərdə tutulur.

Qanuna təklif olunan dəyişikliyə əsasən işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslərin, eyni zamanda sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqlarının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.

Bu qanun 2025-ci il sentyabrın 15-dən qüvvəyə minəcək.

Qanun birinci oxunuşda müzakirə olunaraq qəbul olunub.

  • Дата: 28-02-2025, 13:28
  • Автор: anskanal
Полная статья »

Söküntüdən sonra o qiymətə ev ala bilmirlər – Milli Məclisdə TƏKLİF

“Ölkəmizdə, xüsusən də Bakı şəhərində ciddi sökünütülər aparılır və ya aparılacaq. Hər bir söküntüdən sonra onlarla narazı vətəndaş əmələ gəlir və bu narazılığın bir neçə səbəbləri var. Bəzilərinin yaşayış sahəsi kiçik oluğu üçün verilən kompensasiya ilə ev ala bilmir deyə narazılıq edir, bir qrup həmin ərazidə bazar qiymətləri ilə kompensasiya tələb edir, digər qrup isə iki-üç dəfə şişirdilmiş qiymətlərlə pul tələbi qoyur. Nəticə isə üç tərəfə - dövlət orqanlarına, vətəndaşlara və sahibkarlara - problem yaradır. Yüzlərlə narazılıq edən vətəndaşlar, sahibkarlar və qapısı döyülən dövlət orqanları var. Onların parlamentdən də gözləntiləri var”.

Bunu deputat Razi Nurullayev parlamentdə deyib.

O, köçürmələrin yaratdığı “ən böyük problem”dən danışıb. “Köçürülən insanlar aldıqları kompensasiya ilə şəhər kənarlarında bir və ya ailə üzvlərinin təlabatına görə bir neçə yerdə torpaq alıb ev tikir. Bu evlər də, əsasən zəbt edilmiş, sənədsiz və infrastrukturu olmayan ərazilərdə həyata keçirilir. Hansı mənzərə ilə üzləşirik? Bakıda söküntü aparıb onu abadlaşdırır, gözəlləşdirir, rahat infrastruktur yaradırıq, 5-10 kim kənarda isə ciddi problemlər yaradır və sanki minalar basdırılır. Qaz, su, işıq, yol, yağış-qar yağanda su altında qalmış evlər və dövlətdən kömək tələb edən vətəndaşlar”, - deputat qeyd edib.

Yaranmış vəziyyətdə həll yollarını təklif edən deputat bildirib ki, qanunvericilik səviyyəsində problemin həllinə töhfə verək: “Söküntü aparılan ərazilərdə heç bir kənar hüquqi müdaxilə və ya izaha yol açmayan birmənalı dəyişikliklərə gedək. İstər dövlət söksün, istər sahibkar, fərq etmədən söküntü aparılan ərazilərdə vətəndaşlara yalnız ev və kommersiya obyekti təklif edilsin. Əgər söküntü infrastruktur, park və digər dövlət məqsədəri üçün tikilirsə, elə həmin ərazidə vətəndaşlara ya ev tikilib təqdim olunsun, ya da onlara hazır evlər alınıb verilsin. Doğurdan da təqdim olunan kompensasiya ilə söküntü aparılan ərazilərdə və yaxın yerlərdə o qiymətlərə ev almaq mümkün olmur. 

Bununla yanaşı, söküntü ərazilərində qanundankənar hərəkətlərə yol verən vətəndaşlar və sahibkarlarla bağlı icrası məcbur məhkəmə qərarları verilsin və bu sahədə məhkəmə çəkişmələrinin uzun müddətli olmasının qarşısını almaq üçün də lazımdırsa, qanunvericiliyə dəyişikliklər edək. Ümid edirəm ki, bu məsələ ilə bağlı ciddi müzakirələr apara və məsələnin ədalətli həll yolunun tapılmasına töhfə verə bilərik. 
Ümumiyyətlə, kompensasiyaların verilməsi ilə bağlı müvafiq qanunvericilik aktlarına ya ayrıca bəndlər, ya da fəsil əlavə edə bilərik”.

  • Дата: 28-02-2025, 13:23
  • Автор: anskanal
Полная статья »