Siyasət » Səhifə 9 » ANS KANAL

Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanışlıq YENİLƏNİB VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanış olublar.

AZƏRTAC bildirir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və birinci xanıma körpələr evi-uşaq bağçasında görülən işlər barədə məlumat verdi.

Qeyd edildi ki, 160 yerlik körpələr evi-uşaq bağçasının tikintisinə 2023-cü ildə başlanılıb. Zirzəmi və iki mərtəbədən ibarət binanın ümumi sahəsi 2700 kvadratmetrdən çoxdur. Burada müxtəlif otaqlar, uşaqların təlim-tərbiyəsi üçün bütün zəruri şərait yaradılacaq.

  • Дата: 19-02-2025, 10:02
  • Автор: anskanal
Полная статья »


Mehridən dəhliz alacaqdıq... - Əliyevdən İrəvana tarixi zərbə


Ermənistanın keçmiş prezidenti Robert Köçəryan 1999-cu ildə Azərbaycanla aparılan danışıqlarda Mehri rayonu ilə Qarabağın "barter edilməsi" iddiası haqda çıxış edib.

 Publika.az xəbər verir ki, Ermənistanda son günlər Köçəryanın dövründə Mehrinin Azərbaycana verilməsi qarşılığında Qarabağın Ermənistana birləşdirilməsi iddiaları müzakirə edilir.

Bu məsələ ABŞ Dövlət Departamentinin məxfiliyini ləğv etdiyi sənədlərdə əksini tapır. Plana görə, Mehri və Qarabağın dəyişdirilməsi gündəmdə olub.

Köçəryan bildirib ki, bu məsələ 1999-cu ildə gündəmdə olsa da, rəsmi şəkildə irəli sürülməyib.

“Bu məsələ 2001-ci ildə Ki-Uest danışıqlarında irəli sürülüb. Plana görə Qarabağ Ermənistana birləşdirilməli idi, Mehri isə Azərbaycana. Azərbaycan suveren hüquqlara malik olan dəhliz əldə edirdi. Bu müzakirə edildi, lakin sonra Bakı bu variantı rədd etdi”, - o bildirib.

Köçəryan hesab edir ki, Mehri mövzusu Ermənistanın hazırkı hakimiyyəti tərəfindən məqsədyönlü şəkildə tirajlanıb: “Çünki bu hakimiyyət Azərbaycana Mehridən istədiyi dəhlizi vermək istəyir”.

Qeyd edək ki, 2001-ci ildə Ki-Ustdə keçirilən danışıqlarda Mehri və Qarabağ məsələsi gündəmdə idi, lakin rəsmi Bakı bundan imtina etdi, danışıqların birbaşa iştirakçısı olan Köçəryan da bunu təsdiq edir. Həmin vaxt danışıqlar aparan Prezident Heydər Əliyevin siyasətini davam etdirən Prezident İlham Əliyev Qarabağı – işğal olunmuş bütün əraziləri azad etdi, suverenliyimiz bərpa olundu və Ermənistanı Mehridən Azərbaycana dəhliz verməklə bağlı öhdəlik götürməyə məcbur etdi.

  • Дата: 18-02-2025, 09:00
  • Автор: anskanal
Полная статья »