Siyasət » Səhifə 8 » ANS KANAL

Kreml “Qafqaza dönüş planı”nı işə salıb: Rusiya kəşfiyyatı erməni hərbi cinayətkarları fəallaşdırır

Bəzi iddialara görə, erməni revanşistlərin indi hərəkətə keçmələrinin əsas səbəblərindən biri məhz ABŞ ilə “Ukrayna bazarlığı”nda müəyyən güzəştlər qaparan Rusiyanın verdiyi “hazırlaşın” təlimatı ilə bağlıdır... Kremlin Ermənistanda hakimiyyətin dəyişdirilməsi üçün “düymə”yə basaraq, Rusiya kəşfiyyatının nəzarətində olan erməni revanşist düşərgəni hərəkətə gətirməyə çalışdığı barədə məlumatlar mövcuddur...
Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, dünyada cərəyan edən hərbi-siyasi proseslər Cənubi Qafqaza da təsir göstərməyə başlayıb. Belə ki, Ukraynada “savaş bataqlığı”ndan çıxmaq şansı qazanmaqda olan Rusiya tədricən bu regiona yönəlik siyasi prioritetlərini dəyişməyə cəhd göstərir. Xüsusilə də, Kremldə Cənubi Qafqaza əvvəlki mövqelərdə dönüş ümidləri baş qaldırmaqda olduğu müşahidə edilir. Və belə anlaşılır ki, Rusiya itirməkdə olduğu Cənubi Qafqazı yenidən özünün təsiri altına sala biləcəyinə inanmağa başlayıb.

Onu da qeyd etmək lazımdır ki, Rusiya bir müddət öncəyə qədər Azərbaycanla strateji tərəfdaşlığa can atırdı. Ancaq son vaxtlar Kreml rəsmi Bakıya təzyiq ritorikasına üstünlük verməyə çalışır. Xüsusilə də, Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiya səmasında raketlə vurulmasından sonra Kreml rəsmi Bakı ilə strateji tərəfdaşlıq münasibətlərini unutmuş kimi görünür. Və hazırda Kreml ənənəvi imperialst hədəfləri çərçivəsində Cənubi Qafqazda hegemonluq şanslarını yenidən sınamağa can atır.

1597164130_eaf880c3a5a76355cccfc2ac94add20d.jpg (241 KB)

Ancaq buna baxmayaraq, Kremlin Cənubi Qafqaza yönəlik ümidlərində bir az təsələskənliyin olduğu qətiyyən şübhə doğurmur. Xüsusilə də, Rusiyanın Azərbaycana qarşı təzyiq niyyətinə düşməsi real regional situasiya ilə uyuşmur. Çünki Azərbaycan artıq ötən əsrin 90-cı illərində olduğu durumdan tamamilə uzaqlaşıb. İndi Azərbaycan maliyyə-iqtisadi inkişaf mərhələsində olan güclü dövlətdir. Rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə nail olub. Üstəlik, rus sülhməramlı kontingenti də ölkə ərazisindən çıxarılıb. Və indi güclü orduya malik Azərbaycan Rusiyanın təzyiq mexanizmlərindən kənarda olmaqla yanaşı, Kremldən əlçatmaz məsafəyə qədər uzaqlaşa bilib.

Digər tərəfdən, Azərbaycanın xarici müttəfiqləri də dünya məkanında real siyasi iradə sahibi olan dövlətlərdir. Xüsusilə də, NATO üzvü olan Türkiyə ilə strateji müttəfiqlik Azərbaycanı Rusiya üçün toxunulmaz ölkəyə çevirir. Yəni, Cənubi Qafqaza geri dönmək niyyətinə düşən Kremlin rəsmi Bakıya təzyiq göstərməklə, Azərbaycanı yenidən Rusiyanın təsir dairəsinə salmaq şansları hazırda qətiyyən cəlbedici xarakter daşımır. Və bu baxımdan, Kremlin yersiz ümidləri Rusiya üçün əlavə problemlər də yarada bilər.

Halbuki, eyni situasiya Ermənistana münasibətdə qətiyyən keçərli sayıla bilməz. Belə ki, Rusiya ilə hərbi müttəfiq olsa da, Kremlə arxa çevirib, Qərbə inteqrasiya siyasəti yürüdən rəsmi İrəvanın təzyiqə davamsız zəif nöqtələri kifayət qədərdir. Xüsusilə də, Ermənistan ərazisində Rusiya hərbi bazalarının olması hərbi-siyasi böhran vəziyyətində rəsmi İrəvan üçün əsl fəlakət faktoruna da çevrilə bilər. Və Azərbaycandan fərqli olaraq, Ermənistan iqtisadiyyatının tamamilə Rusiyadan asılı olması da, rəsmi İrəvanı Kreml qarşısında müqavimət immunitetindən məhrum buraxa biləcək amildir.

87be9dbe-1472-4502-86da-bbed61c6c597.jpg (314 KB)

Eyni zamanda, son vaxtlar rəsmi İrəvanın beynəlxalq himayədarları da Ermənistana dəstək məsələsində əvvəlki intensivliyi qorumağa həvəsli görünmürlər. Belə ki, Bayden administrasiyasının son günlərində Ermənistanın ABŞ-la imzalamağa nail olduğu strateji tərəfdaşlıq barədə saziş indi prezident Donald Trampın dönəmində Ağ Ev üçün kağız parçasına çevrilib. Və Cənubi Qafqaz siyasətini dəyişməyə başlayan ABŞ yeni regional prioritetlərində Ermənistanı əsas tərəfdaş statusunda saxlamaq niyyətindən uzaq görünür.

Təbii ki, belə situasiyada Ermənistan Cənubi Qafqazda yenidən təklənmiş “dövlət” durumuna düşmək təhlükəsi ilə üzləşib. Hər halda, bundan sonra Ermənistanın ABŞ və Qərb tərəfindən əvvəlki səviyyədə dəstəklənəcəyi qətiyyən inandırıcı görünmür. Üstəlik, Tramp administrasiyasının Cənubi Qafqazda Azərbaycana daha çox strateji əhəmiyyət verə biləcəyi də qətiyyən istisna deyil. Və bu baxımdan, hazırda dünyada baş verənlərin Ermənistanda daxili siyasi məkana birbaşa təsir göstərməsi o qədər də gözlənilməz deyil.

Məsələ ondadır ki, revanşist-radikal erməni müxalifəti yenidən ümidlənməyə başlayıb. Bu siyasi-ideoloji düşərgədə hesab edirlər ki, Paşinyan hakimiyyəti Qərbdən aldığı dəstəyi tədricən itirməyə başlayıb. Eyni zamanda, erməni revanşistlər Rusiyanın Ukrayna savaşından çıxa biləcəyi ilə bağlı prosesdən də məmnun görünürlər. Çünki bu, baş verəcəyi təqdirdə, Kremlin erməni reavnşist düşərgəni dəstəkləyəci qənaətindədirlər. Və bu baxımdan, indi əsasən iki tezis üzərindən təbliğata başlayaraq, tam hazırlıq vəziyyətinə keçməyə çalışırlar.

pashinyan_28374.jpg (283 KB)

Nə qədər qəribə də olsa, erməni revanşistlər ABŞ və Rusiya arasında Cənubi Qafqaz mövzusunun müzakirə olunduğunu iddia edirlər. Halbuki, son görüşdə hətta əsas gündəm mövzusu hesab olunan Ukrayna böhranının belə, müzakirə edilmədiyi bildirilir. Belə olan təqdirdə, ABŞ və Rusiyanın Cənubi Qafqaz mövzusunu müzakirə etdiyinə yalnız sadəlövhlər, ya da xəyalprərəstlər inana bilər. Və bu uydurma ilə erməni revanşistlər Ermənistan cəmiyyətini yenidən işğalçı ideyalar ətrafında birləşdirməyə cəhd göstərirlər.

Maraqlıdır ki, erməni revanşistlər Paşinyan hakimiyyətinin də Qərbdən daha dəstək almaqda çətinlik çəkdiyini xüsusi olaraq, qabartmağa çalışırlar. Ermənistan cəmiyyətinə açıq mesajlar verilir ki, tezliklə Rusiya yenidən Cənubi Qafqazda hegemon mövqelərə malik olacaq. Nəticədə Kremllə münasibətləri korlanmış Paşinyan hakimuyyətini dəyişmək çətinlik törətməyəcək. Və bu, o deməkdir ki, erməni revanşistlər Rusiyanın dəstəyi ilə Ermənistanda hakimiyyəti ələ keçirtmək şansı qazandıqlarına inanmağa başlayıblar.

Bəzi iddialara görə, erməni revanşistlərin belə ümidlənməsinin əsas səbəblərindən biri də məhz Kremldən aldıqları fəallaşma təlimatı ilə bağlıdır. Hər halda, Paşinyan hakimiyyətinin əleyhdarları ciddi şəkildə Rusiyanın təbliğ olunmasına cəhd göstərirlər. Ona görə də, Kremlin Ermənistanda hakimiyyətin dəyişdirilməsi üçün “düymə”yə basaraq, Rusiya kəşfiyyatının nəzarətində olan erməni revanşist düşərgəni hərəkət gətirmiş ola biləcəyi qətiyyən istisna deyil. Və bu baxımdan, yaxın vaxtlarda Ermənistanda daxili xaosun baş qaldıra biləcəyi tamamilə inandırıcı görünür.

  • Дата: 20-02-2025, 09:00
  • Автор: anskanal
Полная статья »

Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabriki ilə tanışlıq YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabrikinin fəaliyyəti ilə tanış olub.

AZƏRTAC bildirir ki, dövlətimizin başçısına istehsal müəssisəsi barədə məlumat verildi.

Qeyd edək ki, ərazisi 1,2 hektar olan fabrikin inşası Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə prezidentlərinin tapşırıqlarına əsasən həyata keçirilib. Layihənin ümumi investisiya dəyəri 11 milyon manat təşkil edir. İndiyədək 5,5 milyon manat investisiya qoyulub. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Həmçinin fabrik tam gücü ilə işlədikdən sonra yerli pambıq xammalı əsasında parça toxunması üçün istehsal sahəsinin yaradılması nəzərdə tutulur.

Ümumilikdə burada 800 iş yeri yaradılacaq. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim almış 300 nəfər hazırda işlə təmin olunub. Müəssisədə əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşların məşğulluğuna xüsusi diqqət yetirilib.

Müəssisə fəaliyyətə başlayandan bəri 50 minə yaxın idman köynəyi istehsal edilib. Bu il 924 min ədəd köynək istehsalı planlaşdırılır. Gələcəkdə isə Xankəndi tikiş fabrikində ildə 3-5 milyon ədəd müxtəlif trikotaj məhsulları istehsal edilməsi nəzərdə tutulur. Fabrikdə istehsal olunacaq məhsullar müxtəlif ölkələrə də ixrac ediləcək.

Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabriki yüngül sənayenin inkişafı üçün yeni imkanlar açır və ölkələrimiz arasında ənənəvi dostluq, qardaşlıq, iqtisadi tərəfdaşlıq əlaqələrini möhkəmləndirir.

Xatırladaq ki, ötən ilin noyabrında Bakıda keçirilən COP29 tədbiri zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən videobağlantı vasitəsilə Xankəndi tikiş fabrikinin açılışı olub.

  • Дата: 19-02-2025, 15:22
  • Автор: anskanal
Полная статья »

Türk Dövlətləri kapitalı 600 milyona çatdırdı - RAZILIQ

Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri Azərbaycanda keçirilən biznes forumda Türk İnvestisiya Fondunun kapitalının 500 milyon dollardan 600 milyon dollara çatdırılması barədə razılığa gəliblər.

Bununla kapitalın artırılması regionda kiçik və orta biznesə dəstəyi genişləndirəcəyi və iqtisadi əməkdaşlığı gücləndirəcəyi qeyd olunub.

Türk İnvestisiya Fondu 2023-cü il martın 16-da türkdilli dövlətlərin liderlərinin qeyri-rəsmi görüşü çərçivəsində imzalanmış saziş əsasında yaradılıb. Fond türk dövlətlərinin yaratdığı ilk birgə maliyyə qurumu oldu. O, birləşmiş ərazi icmalarında güzəştli şərtlərlə iri layihələrin maliyyələşdirilməsində əsas rol oynayacaq.

  • Дата: 19-02-2025, 14:22
  • Автор: anskanal
Полная статья »

Bələdiyyələrin bu səlahiyyəti ləğv edilir

Azərbaycanda bələdiyyələrin qiymətləndirməyə dair səlahiyyəti ləğv edilir.

Bununla bağlı “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur.

Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.

Dəyişikliklə bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda onların qiymətləri, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna uyğun olaraq müəyyən ediləcək. İndiyə qədər bu qiyməti yerli özünü idarəetmə orqanları müstəqil şəkildə müəyyən edirdi.

  • Дата: 19-02-2025, 13:10
  • Автор: anskanal
Полная статья »

Bu qardaşlığa heç bir amil xələl gətirə bilməyəcək – Türkiyə səfiri

“Bizim qardaşlığımız və əməkdaşlığımız müstəsna xarakter daşıyır. Biz Qarabağ müharibəsi zamanı azərbaycanlı qardaşlarımıza mənəvi dəstək olduq. 6 fevral zəlzələsində də Azərbaycan bizə dəstək əlini uzatdı. Hazırda Kahramanmaraşda inşa edilən “Azərbaycan məhəlləsi” Türkiyə-Azərbaycan qardaşlığının simvoludur. Biz hər anda Azərbaycanın yanında olacağıq və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, bu qardaşlığa heç bir amil xələl gətirə bilməyəcək”.

bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Azərbaycan və Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun 5 ili: birgə fəaliyyətə baxış, gələcək hədəflər" mövzusunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyədə fəaliyyət göstərən bir sıra şirkətlər bu gün Qarabağın inşasında həvəslə iştirak edir və oradakı layihələrə böyük sərmayələr yatırırlar.

“Ölkələrimiz arasında belə bir media platformasının yaradılmasına göstərilən dəstəyə görə təşəkkür edirik. Biz 44 günlük Vətən müharibəsi zamanı kəndlərin, qəsəbələri və şəhərlərin azad edilməsi xəbərlərini eynilə Azərbaycandakı kimi həyəcanla izləmişdik. Hesab edirəm ki, biz Qarabağ müharibəsi zamanı beynəlxalq aləmdə informasiya müharibəsinin nə qədər böyük önəm daşıdığının şahidi olduq. Bizim hər birimiz qarşılıqlı əlaqələrin inkişafı üçün çalışırıq. Bu yolda mətbuatdan gözlədiyimiz hər iki ölkə barədə xəbərlərin yayılması zamanı son dərəcə diqqətli olmaqdır”, - Birol Akgün əlavə edib.

Səfir əlavə edib ki, Türkiyə-Azərbaycan birliyi dəyişən dünya nizamı fonunda son dərəcə vacibdir. 

"Bizim hər birimiz qarşılıqlı əlaqələrin inkişafı üçün çalışırıq. Bu yolda mətbuatdan gözlədiyimiz hər iki ölkə barədə xəbərlərin yayılması zamanı son dərəcə diqqətli olmaqdır", - o qeyd edib.

Səfir əlavə edib ki, qlobal səviyyədə münasibətlərə örnək olan Türkiyə-Azərbaycan əlaqələri bundan sonra daha da inkişaf edəcək və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, “bu qardaşlığa heç bir amil xələl gətirə bilməyəcək”.

Diplomat qeyd edib ki, Türkiyə-Azərbaycan birliyi dəyişən dünya nizamı fonunda son dərəcə vacibdir: “Bu gün demək olar heç kim heç kimə güvənmir. Belə bir kontekstdə Türkiyə-Azərbaycan birliyinin çox böyük önəmi var. Cənab Prezident İlham Əliyevin də dediyi kimi, Türk dünyası bizim böyük ailəmizdir. Bizim ən böyük siyasi qazancımız ölkələrimiz arasındakı birlik və həmrəyliyin daha da genişləndirilməsidir”.

  • Дата: 19-02-2025, 12:24
  • Автор: anskanal
Полная статья »

Peşəkar Ordu

Azərbaycanın müasir tarixində Prezident İlham Əliyev dövlətçiliyin möhkəmlənməsi, milli maraqların qorunması və xalqın rifahının yüksəldilməsi sahəsində mühüm xidmətlər göstərib. Onun siyasi strategiyası ölkənin inkişafını təmin edərək, həm daxili, həm də beynəlxalq arenada Azərbaycanın mövqeyini gücləndirib. İlham Əliyev təkcə bacarıqlı siyasətçi deyil, həm də hər zaman xalqının yanında olan lider, rəşadətli Ali Baş Komandan və şəhid ailələri ilə qazilərə xüsusi diqqət göstərən bir dövlət başçısıdır.

Güclü Siyasət və Uğurlu Dövlət İdarəçiliyi

Prezident İlham Əliyev rəhbərlik etdiyi illər ərzində Azərbaycanın iqtisadi və sosial inkişafını sürətləndirən ardıcıl və məqsədyönlü siyasət həyata keçirib. Onun uzaqgörən strategiyası ölkənin neft və qaz gəlirlərini düzgün idarə edərək qeyri-neft sektorunun da inkişafını təmin edib. Həyata keçirilən iqtisadi islahatlar, müasir infrastruktur layihələri, regionların inkişafı, yeni iş yerlərinin açılması və sosial rifahın artırılması Prezidentin güclü idarəçilik bacarığını nümayiş etdirir.

Dövlət idarəçiliyində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlər Azərbaycanın daha güclü və ədalətli bir cəmiyyət qurmasına töhfə verib. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq əməkdaşlıq sahəsində də böyük uğurlar qazanıb, strateji tərəfdaşlıqlar quraraq dünya miqyasında nüfuzunu artırıb.

Ali Baş Komandan və Tarixi Qələbə

Prezident İlham Əliyevin Ali Baş Komandan kimi ən böyük uğurlarından biri 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun tarixi qələbəsinə rəhbərlik etməsidir. Onun qətiyyətli qərarları və dəmir iradəsi nəticəsində, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu və 30 ilə yaxın işğal altında qalan Qarabağ torpaqları azad edildi.

Vətən müharibəsi dövründə İlham Əliyev təkcə döyüş meydanında deyil, informasiya müharibəsində də böyük məharət göstərdi. O, dünyanın ən nüfuzlu media qurumlarına verdiyi müsahibələrlə Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə çatdırdı və düşmənin manipulyativ təbliğatını darmadağın etdi.

44 günlük müharibə dövründə onun xalqa etdiyi müraciətlər cəmiyyətin birliyini daha da möhkəmləndirdi. Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi altında vahid yumruq kimi birləşdi və böyük zəfərə imza atdı.

Şəhid Ailələrinə və Qazilərə Dəstək

Prezident İlham Əliyev şəhid ailələrinə və müharibə qazilərinə xüsusi diqqət və qayğı ilə yanaşır. Dövlət başçısı dəfələrlə şəhid ailələri və qazilərlə görüşlər keçirərək onların problemləri ilə maraqlanıb, sosial təminatlarının gücləndirilməsi üçün müvafiq göstərişlər verib.

Şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi, qazilərin müalicə və reabilitasiyası üçün yeni tibbi mərkəzlərin açılması dövlətin bu kateqoriyaya olan xüsusi qayğısının göstəricisidir. Həmçinin, müharibə veteranlarının məşğulluğunun artırılması üçün xüsusi proqramlar həyata keçirilir, onların cəmiyyətə inteqrasiyası təmin olunur.

Qarabağın Bərpası və Köçkünlərin Doğma Torpaqlarına Qayıdışı

Müharibədən sonra Prezident İlham Əliyevin əsas hədəflərindən biri Qarabağın yenidən qurulması və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması olub. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.

Prezidentin göstərişi ilə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları əsasında müasir infrastruktur qurulur. Zəngilanın Ağalı kəndi bu layihələrin ilk nümunələrindən biri olub və artıq bir çox ailə öz doğma yurdlarına geri dönüb. İşğaldan azad olunmuş ərazilərdə yollar, hava limanları, elektrik stansiyaları, məktəblər və xəstəxanalar tikilir, bu da həmin bölgənin tam bərpasına şərait yaradır.

Dövlət başçısının rəhbərliyi ilə Qarabağa böyük investisiyalar yatırılır, müasir həyat üçün bütün şərait yaradılır. Köç prosesinin sürətləndirilməsi üçün xüsusi proqramlar həyata keçirilir və illərlə doğma yurd həsrətində olan insanlar tezliklə Qarabağa qayıdır.

Nəticə: Xalqına Qayğı ilə Yanaşan Lider

İlham Əliyev, təkcə güclü siyasətçi və qətiyyətli Ali Baş Komandan deyil, həm də xalqına daim xidmət edən liderdir. Onun həyata keçirdiyi siyasət, Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirməklə yanaşı, ölkənin daxili inkişafını və sosial rifahını da təmin edir. Şəhid ailələrinə və qazilərə olan dəstək, Qarabağın bərpası və köçkünlərin yüksək səviyyədə geri qaytarılması, onun vətəninə və xalqına olan dərin məhəbbətinin bariz nümunəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təkcə bu gün deyil, gələcəkdə də güclü, müasir və firavan dövlət kimi inkişaf etməyə davam edəcək.

  • Дата: 19-02-2025, 11:21
  • Автор: anskanal
Полная статья »