Siyasət » Səhifə 5 » ANS KANAL

Azərbaycanın bugünkü uğurları, xalqımızın qürur duyduğu nailiyyətlər, cənab Prezident İlham Əliyevin misilsiz liderliyi ilə bağlıdır. Ali Baş Komandan olaraq onun hər qərarı milli maraqları ön planda saxlayır, xalqına olan sevgisi isə hər bir Azərbaycan vətəndaşının qəlbində dərin hörmət doğurur.

Cənab Prezidentin uzaqgörən siyasəti, ölkənin müdafiə və inkişaf strategiyasında aydın görünür. Onun rəhbərliyi altında Azərbaycan, güclü orduya, möhkəm iqtisadiyyata və beynəlxalq nüfuza sahib dövlət kimi tanınır. Bu liderlik yalnız siyasi göstəricilərlə ölçülmür; xalqın inamı və sevgisi ən böyük qiymətdir.

Ötən illərdə ölkəmizin qarşılaşdığı çətinliklərə baxmayaraq, cənab Prezidentin qətiyyəti Azərbaycanı yeni zirvələrə aparıb. Onun rəhbərliyi ilə əldə olunan hər bir uğur, xalqın rifahının təmin edilməsi, milli maraqların qorunması və dövlətimizin güclənməsi istiqamətində atılmış mühüm addımdır.

Şəhid və qazi ailələrinə göstərilən dəstək bu liderliyin ən parlaq nümunələrindən biridir. Cənab Prezident hər zaman onların yanında olub, onların rifahı və gələcəyi üçün konkret addımlar atıb. Bu dəstək yalnız maliyyə və sosial təminatla məhdudlaşmır; eyni zamanda mənəvi güc və xalqın diqqəti ilə onları əhatə edir.

Torpaqlarımızın işğaldan azad olunması, xalqın qürur və sevinc hissini ən yüksək səviyyəyə çatdırdı. Bu qələbə yalnız hərbi gücün deyil, həm də milli birliyin, vətənpərvərlik ruhunun nəticəsidir. Azərbaycan xalqı öz liderinin sayəsində öz torpaqlarında yenidən firavanlıq və əmin-amanlıq içində yaşamağa başladı.

Azad edilmiş ərazilərdə həyatın bərpası sürətlə davam edir. Şəhərlər, kəndlər, infrastrukturlar yenidən qurulur, məktəblər və xəstəxanalar açılır, yollar və körpülər inşa edilir. Hər tikilən bina, hər açılan müəssisə ölkəmizin gücünü və liderimizin xalqına olan sevgisini göstərir.

Mədəniyyət və tarixi irsin qorunması da cənab Prezidentin diqqət mərkəzindədir. Azad edilmiş bölgələrdə muzeylər, mədəniyyət mərkəzləri və abidələr bərpa edilir, gələcək nəsillərə milli kimliyimizin və tariximizin qorunması vətənpərvərlik dərsi verir.

İqtisadi inkişaf və sosial rifahın təmin edilməsi, torpaqların yenidən qurulması ilə paralel olaraq, bölgələrdə yeni iş yerlərinin yaradılması da prioritetdir. Bu addımlar gənclərin və ailələrin orada qalmasına, həyatlarını qurmasına və gələcək planlarını reallaşdırmasına imkan yaradır.

Cənab Prezidentin dünya siyasətində artan rolu Azərbaycanın beynəlxalq nüfuzunu möhkəmləndirib. Onun diplomatik təşəbbüsləri, strateji qərarları və bölgələrarası əməkdaşlığa verdiyi önəm Azərbaycanı qlobal miqyasda etibarlı və nüfuzlu dövlətə çevirib.

Eyni zamanda, cənab Prezidentin rəhbərliyi altında hər bir vətəndaşın təhlükəsizliyi təmin edilir. Ordunun gücü və səmərəli idarəetmə sistemi, ölkənin ərazi bütövlüyünün qorunmasını və xalqın rahat həyatını təmin edir.

Hər bir azad olunmuş kənd və şəhər, həyatın yenidən dirçəlişi və ölkənin inkişafının simvolu kimi diqqət çəkir. Bu proses həm də xalqın birliyini, milli mənlik və vətənpərvərlik duyğusunu daha da gücləndirir.

Şəhidlərimizin xatirəsi, qazilərimizin qəhrəmanlığı cənab Prezidentin rəhbərliyi ilə hər zaman hörmət və ehtiramla yad olunur. Onların ailələrinə göstərilən diqqət və qayğı milli birliyin möhkəm təməllərini göstərir.

Hər addımda, hər qərarda, hər uğurda xalqın rifahını, torpaqlarımızın inkişafını və milli maraqlarımızın qorunmasını prioritet edən cənab Prezident İlham Əliyev, Azərbaycanı həm daxildə, həm də xaricdə nüfuzlu və güclü dövlət kimi tanıdır.

Azərbaycanın bugünkü uğurları, şəhid və qazi ailələrinin dəstəyi, işğaldan azad edilmiş torpaqlarda həyatın qayıdışı və inkişaf, cənab Prezidentin xalqına olan sevgisinin, liderliyinin və uzaqgörən siyasətinin əyani sübutudur.

  • Дата: 26-10-2025, 22:06
  • Автор: anskanal
Полная статья »

Elnur müəllim: Türk Dövlətləri Təşkilatının fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etmək olan beynəlxalq hökümətlərarası təşkilatdır

Türk xalqlarının birliyi ideyası əsrlər boyu ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər üzərində formalaşaraq bu günə qədər gəlib çıxıb. Qədim İpək Yolu dövründən etibarən türk xalqları ticarət, mədəniyyət və siyasət sahəsində sıx əməkdaşlıq əlaqələri qurub. Lakin bu birliyin müasir dövrdə sistemli, institusional və strateji əməkdaşlıq formatına çevrilməsi yalnız XXI əsrdə reallığa çevrildi.

Məhz bu baxımdan 3 oktyabr 2009-cu il tarixi bir mərhələ oldu. Həmin gün Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan liderləri Naxçıvan şəhərində bir araya gələrək Türk Dövlətləri Təşkilatının (o dövrdə Türk Şurası) əsasını qoydular. Naxçıvan Bəyannaməsi bu gün də türk birliyinin hüquqi-siyasi bünövrəsi kimi qəbul olunur. Bu sənədlə türk dövlətləri mədəni bağlılığı siyasi və iqtisadi əməkdaşlığa çevirən yeni mərhələyə keçid etdilər.

Təşkilatın yaranmasından ötən illər ərzində siyasi və iqtisadi inteqrasiya istiqamətində mühüm addımlar atılıb. 2019-cu ildə Özbəkistanın tamhüquqlu üzv olması, Türkmənistan və Macarıstanın müşahidəçi statusu alması bu birliyin coğrafi və siyasi çəkisini daha da artırdı. TDT çərçivəsində həyata keçirilən layihələr siyasi koordinasiyanın güclənməsinə, nəqliyyat və enerji dəhlizlərinin genişlənməsinə, iqtisadi əməkdaşlığın dərinləşməsinə, elm, təhsil və mədəniyyət sahələrində ortaq platformaların formalaşmasına və təhlükəsizlik sahəsində koordinasiyanın artırılmasına xidmət edir. Bütün bunlar bir daha göstərir ki, TDT sadəcə simvolik birlik deyil, həm də müasir geosiyasi reallığın mühüm aktoruna çevrilməkdədir.

Azərbaycan bu prosesdə xüsusi yer tutur. Coğrafi mövqeyinə, iqtisadi potensialına və diplomatik fəallığına görə ölkəmiz bu birliyin lokomotivlərindən biri hesab olunur. Bakı regionda siyasi sabitlik, müstəqil qərarvermə və strateji təşəbbüslər sayəsində TDT-nin praktik əməkdaşlığını təmin edən əsas platformalardan birinə çevrilib. Azərbaycan təşəbbüsü ilə həyata keçirilən Bakı–Tbilisi–Qars dəmir yolu, Cənub Qaz Dəhlizi kimi infrastruktur layihələri və xüsusilə Zəngəzur dəhlizinin açılması perspektivi türk dövlətlərini birləşdirən vahid quru və dəmir yolu şəbəkəsinin əsas elementi olacaq. Bu isə təşkilatın iqtisadi və geosiyasi çəkisini əhəmiyyətli dərəcədə artıracaq.

Azərbaycan həm də humanitar və mədəni inteqrasiya sahəsində fəal rol oynayır. TÜRKSOY, TURKPA, Türk Akademiyası və digər qurumlarla birgə görülən işlər ortaq kimlik və dəyərlər sistemini daha da möhkəmləndirir, türk xalqları arasında mənəvi birliyi gücləndirir.

Bütün bu fəaliyyətlərdən əlavə, Azərbaycanın TDT-yə verdiyi real töhfələr təşkilatın gücünü daha da artırır. Bakı yalnız simvolik liderlik göstərmir, həm də birliyin maliyyə, diplomatik və strateji dayağıdır. Azərbaycan TDT-nin fəaliyyətinə davamlı maliyyə dəstəyi göstərir, institusional quruculuğunu dəstəkləyir, Orta Dəhliz və digər infrastruktur layihələrində öncül rol oynayır, həmçinin mədəni və humanitar proqramların əsas təşəbbüskarıdır. Bütün bu amillər Azərbaycanın təşkilatın lokomotiv ölkəsi, strateji dayağı və inteqrasiya prosesi üçün mühərrik kimi rolunu daha qabarıq şəkildə ön plana çıxarır.

Azərbaycanın aparıcı rolunu xüsusilə son illərdə keçirilən yüksək səviyyəli görüşlər — Şuşa və Qəbələ Zirvələri daha aydın göstərdi. 2024-cü ilin iyul ayında Azərbaycanın ev sahibliyi ilə Şuşada Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə Görüşü keçirildi. Bu görüş həm simvolik, həm də strateji əhəmiyyət daşıyırdı. Qarabağın tacı sayılan Şuşa şəhərinin seçilməsi təsadüfi deyildi — bu qərar Azərbaycanın azad edilmiş ərazilərinin regionun siyasi mərkəzinə çevrildiyini nümayiş etdirirdi. Zirvə görüşündə türk dövlətləri arasında siyasi koordinasiyanın gücləndirilməsi, təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi, Orta Dəhliz layihələrinin gələcək mərhələsi və ortaq informasiya məkanının qurulması kimi vacib məsələlər müzakirə olundu. Şuşa Zirvəsi Azərbaycanın TDT daxilində nüfuzunu və təşəbbüskar rolunu daha da artırdı, həm də gələcək inteqrasiya proseslərinin konturlarını müəyyənləşdirdi.

Bu strateji kurs 7 oktyabr 2025-ci ildə Qəbələdə keçirilən XII Zirvə Görüşü ilə davam etdirildi. Qəbələ Zirvəsi sadəcə növbəti toplantı deyil, türk dünyasının siyasi həmrəyliyini gücləndirən, inteqrasiyanın dərinləşməsinə yönələn tarixi hadisə kimi yadda qaldı. Burada qəbul edilən qərarlar nəqliyyat, təhlükəsizlik, informasiya, təhsil və innovasiya sahələrində əməkdaşlığın yeni mərhələsini başlatdı.

Türk Dövlətləri Təşkilatının gələcəyi artıq yalnız mədəni birlik üzərində qurulmur. Bu, iqtisadi güc, təhlükəsizlik əməkdaşlığı və siyasi təsir mexanizmlərinə malik regional blokdur. Orta Dəhlizin tam reallaşması, Zəngəzur dəhlizinin açılması, texnoloji və elmi əməkdaşlıq platformalarının formalaşması türk dövlətlərinin birliyini möhkəmləndirəcək və onu qlobal geosiyasətdə mühüm oyunçulardan birinə çevirəcək. Azərbaycan bu modelin mərkəzində dayanan əsas ölkələrdən biridir. Onun sabit siyasi mühiti, strateji mövqeyi və aktiv diplomatik fəaliyyəti türk birliyinin həm dayağı, həm də inkişaf lokomotivi rolunu gücləndirir.

Türk Dövlətləri Təşkilatı bu gün artıq ideoloji çağırışlardan kənara çıxaraq real siyasi və iqtisadi təsir gücünə malik strateji blok kimi formalaşır. 2009-cu ildə Naxçıvanda qoyulan təməl 2025-ci ildə Qəbələdə daha möhkəm, konkret hədəflərlə təsdiqləndi. Azərbaycanın bu birliyin formalaşması və inkişafındakı rolu təkcə tarixi məsuliyyət deyil, həm də siyasi iradə və strateji liderlik göstəricisidir. Qəbələ Zirvə Görüşü bu rolu daha da gücləndirərək türk birliyinin gələcək istiqamətini müəyyənləşdirdi.

  • Дата: 12-10-2025, 23:17
  • Автор: anskanal
Полная статья »

Prezidentdən Danimarkaya səfəri ilə bağlı - Paylaşım

1993-cü ildə Azərbaycanda siyasi gərginlik və xaos hökm sürürdü. Məhz belə bir vaxtda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü. Görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin tarixində mühüm və əlamətdar hadisədir. Məhz həmin gün keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, çoxlarına əfsanə kimi görünən qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb.

Bu tarixdən sonra müstəqil dövlətçiliyimizin qorunması, ölkəmizin sürətli inkişafı, xalqın rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər davamlı xarakter alıb, respublikamız yerləşdiyi regionda və dünyada söz sahibinə çevrilib. Bu gün əldə etdiyimiz bütün nailiyyətlərin əsası da məhz 1993-cü il oktyabr 3-dən qoyulub. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin tarixdə çox önəmli uğurları və nailiyyətləri olmuşdur. Heç şübhəsiz ki, Ulu Öndərin ən böyük uğurlarından biri məhz ölkəmizin ən çətin dövrlərində xalqı bəladan qurtarması, parçalanmanın qarşısını alması olmuşdur. Tarixinin bu böhranlı məqamında xalq ümidini böyük oğlu Heydər Əliyevə bağlamışdı. Xalqın şüurunda Heydər Əliyev təkcə 1970-80-ci illərdəki quruculuq fəaliyyəti ilə deyil, həm də blokada şəraitində yaşayan Naxçıvanda gördüyü işlərlə Azərbaycanın gələcəyinə ümidlə baxmağa əsas yaradırdı. Hamı başa düşürdü ki, ölkəni bu fəlakətlərdən yalnız Heydər Əliyev xilas edə bilər və o zamankı hakimiyyət Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu.

Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə, ilk növbədə, Azərbaycan məhv olmaqdan, parçalanmaqdan xilas oldu. Heydər Əliyevin dühası, çox böyük nüfuzu və insanları öz arxasınca aparmaq bacarığı sayəsində Azərbaycanın başı üstünü almış təhlükələr aradan qaldırıldı. Qanunsuz silahlı birləşmələr və quldur dəstələri ləğv edildi, ölkənin parçalanmaq təzahürləri dəf edildi, vətəndaş müharibəsi dayandırıldı, ordu yaradıldı. Dövlət çevrilişi cəhdlərinin, terror aktlarının qarşısı alındı. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Azərbaycanın haqq səsi dünya birliyi tərəfindən dəstəkləndi. İdarəetmə sistemi yaradıldı, insanlara öz qüvvələrinə inamı qaytarıldı.

Heydər Əliyev siyasəti, insanlara qayğı və diqqət üzərində qurub, sosialyönümlü siyasət strategiyası həyata keçirib və bütün bunları bu gün də dövlətimizin başçısı İlham Əliyev əzmlə davam etdirir.

  • Дата: 7-10-2025, 00:35
  • Автор: anskanal
Полная статья »

İlham Əliyev: Sülh gündəliyi ilə bağlı nailiyyətlər tarixi əhəmiyyət kəsb edir

Ölkəmizin Avropa ölkələri ilə qurduğu münasibətlər sistemində İtaliya ilə tərəfdaşlıq xüsusi geosiyasi əhəmiyyətə malikdir. Qeyd etmək lazımdır ki, enerji, ticarət, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıqla bərabər, bu münasibətlər strateji və ideoloji dəyərlərin uzlaşdığı bir xətt üzrə inkişaf edir. Avropa İttifaqı daxilində İtaliya Azərbaycanın mühüm və etibarlı müttəfiqi kimi çıxış edir. Qarşılıqlı etimada əsaslanan münasibətlər Azərbaycan diplomatiyasının prinsipial və uzunmüddətli yanaşmasının nümunəsidir. İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri bu əməkdaşlıqda yeni siyasi mərhələnin əsasını qoydu. Danışıqlar zamanı ortaya çıxan razılaşmalar Azərbaycan-İtaliya strateji tərəfdaşlığını daha sistemli və dərin əsaslara bağladı. Prezident İlham Əliyevlə aparılan görüşlər Azərbaycanın xarici siyasət kursunun müstəqil, milli maraqlara söykənən və balanslaşdırılmış xarakter daşıdığını bir daha sübut etdi. Bu, həm də ölkəmizin beynəlxalq miqyasda artan çəkisinin və etibarlı tərəfdaş kimi qəbul edilməsinin təsdiqidir.

Azərbaycan Prezidenti bəyan etdi ki, iki ölkə arasındakı əməkdaşlıq yalnız ikitərəfli münasibətlər çərçivəsində qalmır, bütövlükdə Avropa İttifaqı ilə qarşılıqlı əlaqələrin strateji dərinliyini artırır. TAP layihəsi çərçivəsində Azərbaycanın Avropaya qaz ixracı bu siyasətin praktik nəticəsidir. Həm iqtisadi, həm də geosiyasi baxımdan əhəmiyyət daşıyan bu layihə İtaliyanın da maraqlarına cavab verir və enerji təhlükəsizliyi müstəvisində ciddi dəyər yaradır. Azərbaycanın nefti və qazı artıq İtaliya bazarında sabit paya malikdir və bu göstəricilər qarşılıqlı maraqların uzunmüddətli təminatıdır. Qeyd edək ki, siyasi və iqtisadi məsələlərlə yanaşı humanitar əməkdaşlığın da yeni mərhələyə keçdiyi görünür. ADA Universiteti ilə İtaliyanın beş nüfuzlu ali təhsil ocağının birgə layihəsi olan İtaliya-Azərbaycan Universiteti həm elm, həm də diplomatiya müstəvisində strateji hədəflərə yönəlmiş addımdır. Prezident İlham Əliyevin universitetin açılışında səsləndirdiyi fikirlər göstərir ki, bu təşəbbüs yalnız təhsil infrastrukturu deyil, eyni zamanda mədəniyyətlərarası dialoqun və gələcək siyasi kadr potensialının formalaşması baxımından da strateji əhəmiyyət daşıyır. Azərbaycan lideri açıq şəkildə bəyan etdi ki, əsas məqsədimiz təbii resurslardan gələn gəlirləri insan kapitalına yönəltməkdir. Bu, qısa müddətli iqtisadi artımdan daha çox, uzunmüddətli və dayanıqlı inkişaf modelinə keçidi təmin edir. Bu mənada İtaliya-Azərbaycan Universitetinin yaradılması Azərbaycan dövlətinin təhsilə verdiyi prioritetin və strateji baxışının təzahürüdür. Eyni zamanda, Prezident Mattarellanın TAP layihəsinə verdiyi dəstək iki ölkə arasında etimadın və ortaq maraqların nə qədər güclü olduğunu göstərir. Bu da Azərbaycanın həm Avropa bazarlarında, həm də beynəlxalq siyasi konfiqurasiyada etibarlı enerji və diplomatik tərəfdaş kimi qəbul edilməsinə zəmin yaradır. Onu da qeyd edək ki, bu səfər bir daha nümayiş etdirdi ki, Azərbaycan və İtaliya arasındakı münasibətlər yalnız mövcud reallıqlar üzərində qurulmayıb, Münasibətlər gələcək üçün hesablanmış, davamlı və çevik əməkdaşlıq modelinə əsaslanır. Bu strateji xətt Azərbaycanın regionda lider mövqeyini gücləndirir və Avropanın enerji, təhlükəsizlik və iqtisadi maraqları ilə üst-üstə düşən milli maraqları təmin edir.

Ən əsası, İtaliya Prezidentinin Azərbaycana səfəri və aparılan siyasi dialoq ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, regional balansın qorunması və yeni strateji əməkdaşlıq platformalarının formalaşması baxımından tarixi əhəmiyyət daşıyır. Bu tərəfdaşlıq Azərbaycanın müstəqil xarici siyasət kursunun və qlobal güc mərkəzləri ilə uğurlu balans yaratmaq qabiliyyətinin real nəticəsidir.

  • Дата: 7-10-2025, 00:33
  • Автор: anskanal
Полная статья »


Ramiz Əliyev: Tarixi missiya


1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan, təəssüf ki, ilk illərdə siyasi səriştəsizlik və idarəetmə böhranı nəticəsində ağır faciələr yaşadı. Dövlət çevrilişləri, vətəndaş qarşıdurmaları, torpaqların ardıcıl işğalı, iqtisadi tənəzzül – bütün bunlar xalqı böyük bir fəlakətin astanasına gətirib çıxarmışdı. Belə bir məqamda millətin xilası üçün yeganə ümid ünvanı Ulu Öndər Heydər Əliyev idi. 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri xalqın xilasa olan inamının, böyük siyasi iradəsinin ifadəsi oldu. Xalq mütləq əksəriyyətlə Ulu Öndər Heydər Əliyevi dövlət başçısı seçərək taleyüklü qərar verdi. Həmin gün Azərbaycanın müstəqilliyinin əbədiliyini təmin edən yeni bir mərhələnin başlanğıcı oldu.

Ulu Öndər xalqın iradəsinə söykənərək elan etdi: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” 1993-cü ilin iyununda xalqın dəvəti ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən, dövlət müstəqilliyinin itirilməsindən xilas etdi. Gəncədə dövlətçiliyi sınağa çəkən qiyamın qarşısını almaq üçün həyatını təhlükə altına atması, siyasi qətiyyəti və xalqın etimadını doğruldan fəaliyyəti tarixdə xilaskarlıq missiyasının başlanğıcı kimi həkk olundu. Onun rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik bərpa edildi, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsindən xilas oldu və ordu quruculuğu prosesinə start verildi. Bütün bunlar dövlətin mövcudluğunu təmin edən strateji addımlar idi. Heydər Əliyevin idarəetmə məktəbi müstəqil Azərbaycan dövlətçiliyinin möhkəm sütunlarını yaratdı. Onun müəllifi olduğu Azərbaycançılıq ideologiyası xalqı vahid milli məfkurə ətrafında birləşdirərək dünyadakı bütün soydaşlarımızı eyni ideyanın daşıyıcısına çevirdi.

1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının başlanğıcı oldu. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərləri kimi nəhəng layihələr, enerji təhlükəsizliyi siyasəti Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirdi. 1995-ci ildə qəbul olunmuş ilk Milli Konstitusiya isə hüquqi dövlətin və demokratik idarəetmənin bünövrəsini qoydu. Konstitusiya Məhkəməsinin, Ombudsman institutunun yaradılması, ölüm hökmünün ləğvi, söz azadlığının təmin olunması – bunlar Heydər Əliyevin hüquqi dövlət quruculuğuna verdiyi töhfələr idi.

Ümummilli Liderin xarici siyasət kursu müstəqil Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirdi. Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi istiqamətində qəbul edilmiş beynəlxalq sənədlər Heydər Əliyevin diplomatik məharətinin nəticəsi idi. Azərbaycan regional və qlobal əməkdaşlıq layihələrinin mərkəzinə çevrildi. Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası yalnız 1993-cü illə məhdudlaşmadı. Onun müəyyənləşdirdiyi strateji yol xəritəsi Azərbaycanın gələcək qələbələrinin əsasını qoydu. Dövlətçiliyin qorunması, güclü ordu quruculuğu, milli ideologiyanın formalaşması, iqtisadi dayaqların möhkəmləndirilməsi – bütün bunlar müasir Azərbaycanın uğurlarının təməlində dayanır. Bu yolun davamçısı isə Prezident İlham Əliyev oldu. O, Ulu Öndər Heydər Əliyev siyasi kursunu yaradıcı şəkildə inkişaf etdirərək Azərbaycanı regionun lider dövlətinə çevirdi.

Nəhayət, 2020-ci ildə 44 günlük Vətən müharibəsi Ulu Öndərin böyük xilaskarlıq missiyasının məntiqi sonluğunu – Zəfər tacını bəxş etdi. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqları azad etdi, tarixi ədalət bərpa olundu. Bu qələbə həm də Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin, qurduğu dövlətin və yaratdığı ordunun təntənəsi idi. 3 oktyabr 1993-cü il – Ulu Öndər Heydər Əliyevin Prezident seçildiyi gün Azərbaycan tarixində xilaskarlıq mərhələsinin başlanğıcı, 8 noyabr 2020-ci il isə həmin yolun Zəfərlə taclandığı gün kimi əbədi tarixin səhifələrinə və yaddaşımıza həkk olunub. Bu iki tarixi zirvə arasında keçilən yol bir həqiqəti təsdiqlədi: Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bu müstəqilliyin əbədi yaşaması Ulu Öndər Heydər Əliyev yolunun varisliklə davam etdirilməsi ilə təmin olundu.

  • Дата: 5-10-2025, 22:11
  • Автор: anskanal
Полная статья »

Nizami Çıraqov, 2 nömrəli Yol Yaşıllaşdırılması və Ekologiya MMC-nin direktoru olaraq, ekoloji sahədə göstərdiyi nümunəvi fəaliyyətlə tanınır. Onun rəhbərliyi altında MMC yalnız estetik və funksional işləri deyil, eyni zamanda ekoloji tarazlığı qoruyan layihələri də həyata keçirir. Nizami Çıraqovun fəaliyyətinin əsas məqsədi təbiətə və vətəndaşlara xidmət etmək, şəhər və kənd ərazilərinin yaşıllığını artırmaq və ekoloji şüuru yüksəltməkdir.

Onun rəhbərliyi altında həyata keçirilən layihələrdə yol kənarlarının yaşıllaşdırılması, park və xiyabanların abadlaşdırılması, ictimai ərazilərin estetik görünüşünün yaxşılaşdırılması xüsusi önəm daşıyır. Nizami Çıraqov yalnız gözəl görünüş yaratmaqla kifayətlənmir, həm də bitki örtüyünün davamlı inkişafını təmin edir, şəhər ekosisteminin qorunmasına və təbiət balansının saxlanmasına xidmət edir. Bu yanaşma onu sahədə nümunəvi rəhbər kimi tanıdır.

Nizami Çıraqov həm də sosial məsuliyyətli liderdir. Onun təşəbbüsü ilə təşkil olunan ağacəkmə kampaniyaları, ekoloji maarifləndirmə tədbirləri və ictimai layihələr gənc nəslin təbiətə olan sevgisini artırır. Hər bir layihədə vətəndaşların iştirakı təşviq olunur, bu da cəmiyyətdə ekoloji şüurun yüksəlməsinə və insanların təbiətlə əlaqəsinin güclənməsinə səbəb olur.

Direktor olaraq Nizami Çıraqov müasir texnologiyalardan istifadə etməklə işlərin səmərəliliyini artırır. Suvarma sistemlərinin optimallaşdırılması, bitkilərin düzgün və sağlam şəkildə əkilməsi və şəhər yaşıllığının qorunması onun fəaliyyətinin prioritetlərindəndir. Bu yanaşma MMC-nin yalnız estetik deyil, həm də davamlı ekoloji nəticələr əldə etməsinə imkan verir.

Onun rəhbərliyi altında MMC-də işçilərin peşəkarlığı daim yüksəlir. Nizami Çıraqov heyətin mütəmadi təlimlərdə iştirakını təmin edir, ekoloji layihələr üzrə təcrübə mübadiləsi aparır və müasir idarəetmə metodlarını tətbiq edir. Bu, həm işçilərin bacarıqlarını artırır, həm də MMC-nin xidmət keyfiyyətini daha da yüksəldir.

Nizami Çıraqovun fəaliyyəti yalnız iş mühitində deyil, həm də ictimaiyyətlə birgə həyata keçirilən ekoloji təşəbbüslərdə də əhəmiyyətlidir. O, şəhər və kənd ərazilərində abadlıq və yaşıllaşdırma işlərinin aparılmasına xüsusi diqqət göstərir, ictimai yerlərin və parkların qorunmasına, təbiət gözəlliyinin saxlanmasına yönəlmiş layihələri dəstəkləyir. Bu təşəbbüslər cəmiyyət üçün əhəmiyyətli ekoloji və sosial fayda yaradır.

Nizami Çıraqov həm də təbiətsevər və sosial məsuliyyətli rəhbər kimi tanınır. Onun fəaliyyəti şəhər və kənd yerlərinin yaşıllaşdırılması, ekoloji tarazlığın qorunması və vətəndaşların sağlam mühitdə yaşaması istiqamətində davamlıdır. Hər bir təşəbbüsü təbiətə qayğı və gələcək nəsillərin rifahına yönəlmişdir.

Nəticə etibarilə, Nizami Çıraqov 2 nömrəli Yol Yaşıllaşdırılması və Ekologiya MMC-nin direktoru kimi, ekoloji layihələrin təşviqi, şəhər və kənd ərazilərinin abadlaşdırılması və ictimai ekoloji şüurun yüksəldilməsi sahəsində nümunəvi liderdir. Onun fəaliyyəti, rəhbərlik etdiyi qurumu şəhər və bölgə üçün etibarlı, nümunəvi və cəmiyyət üçün faydalı müəssisəyə çevirir.

  • Дата: 5-10-2025, 22:08
  • Автор: anskanal
Полная статья »


Hicran Şərifov: Milli qurtuluşdan Tarixi Zəfərə: Heydər Əliyev ideyalarının təntənəsi


Müstəqilliyin ilk illərində Azərbaycan xalqı çox mürəkkəb, taleyüklü bir dövrdə yaşayırdı. Dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək üçün milli həmrəylik və düzgün siyasi strategiya tələb olunurdu. Lakin 1990-cı illərin əvvəllərində ölkədə yaranmış xaos, idarəetmədə səriştəsizlik, müxtəlif siyasi qrupların toqquşması və separatçı meyillərin artması nəticəsində ictimai-siyasi sabitlik tamamilə pozulmuşdu.

Dövlət strukturları fəaliyyət qabiliyyətini itirmiş, iqtisadiyyat çökmüş, vətəndaşlar arasında ümidsizlik hökm sürürdü. Hakimiyyətin qeyri-peşəkar qərarları nəticəsində vətəndaş müharibəsi təhlükəsi reallığa çevrilmişdi. Azərbaycanın ərazisinin 20 faizi düşmən tərəfindən işğal edilmiş, minlərlə insan doğma yurd-yuvasından didərgin düşmüşdü. Xocalı faciəsi həmin dövrün siyasi hakimiyyətinin məsuliyyətsizliyi və səriştəsizliyinin ən ağır nəticələrindən biri idi. AXC–Müsavat iqtidarının yanlış qərarları dövlətçiliyin dayaqlarını sarsıtmış, xalqın gələcəyə inamını zəiflətdi. Belə ağır və taleyüklü şəraitdə xalqın yeganə ümidi Ulu Öndər Heydər Əliyev idi.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya qayıdan Ümummilli Lider Heydər Əliyev xilaskarlıq missiyasını öz üzərinə götürdü. Bu amillər həm də xalqın taleyinin dəyişdiyi bir dönüş nöqtəsi oldu. 3 oktyabr 1993-cü ildə keçirilmiş seçkilərdə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən Heydər Əliyev andiçmə mərasimində ölkəni sabitlik, təhlükəsizlik və tərəqqi yoluna çıxarmağa söz verdi. Bu vəd onun siyasi iradəsinin və xalqına sədaqətinin təcəssümünə çevrildi.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ilk növbədə ictimai-siyasi sabitlik bərpa olundu. Qeyri-qanuni silahlı dəstələr tərk-silah edildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı. Dövlət qurumları yenidən formalaşdırıldı, idarəetmədə qanunçuluq və məsuliyyət prinsipləri bərqərar edildi. Ümummilli Liderin təşəbbüsü ilə 1994-cü il noyabrın 12-də keçirilmiş referendum (ümumxalq səsverməsi) nəticəsində Konstitusiyanın qəbul edilməsi hüquqi dövlət quruculuğunda mühüm mərhələ oldu. İnsan hüquqlarının qorunması, qanunun aliliyi və dövlətin sabit inkişafı üçün möhkəm təməl formalaşdı.

Ümummilli Lider Heydər Əliyevin iqtisadi siyasəti Azərbaycanı tənəzzüldən çıxararaq dayanıqlı inkişaf yoluna yönəltdi. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ilə ölkəmiz beynəlxalq enerji məkanına daxil oldu. Bu müqavilə Azərbaycanın iqtisadi müstəqilliyini təmin etməklə yanaşı, regionda strateji tərəfdaşlıqların əsasını qoydu. Ardınca reallaşan Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum boru kəmərləri ölkəni enerji ixracatçısına çevirdi. Sahibkarlığın inkişafı, özəl sektorun formalaşması, xarici investisiyaların cəlb olunması nəticəsində iqtisadiyyat sabit və dinamik inkişafa qədəm qoydu.

Ulu Öndər Heydər Əliyev təkcə daxili siyasətdə deyil, beynəlxalq arenada da uzaqgörən strategiya həyata keçirdi. Azərbaycanın beynəlxalq nüfuzu sürətlə artdı, ölkə beynəlxalq təşkilatlarda fəal mövqeyə malik oldu. Ümummilli Lider dünya dövlətləri ilə bərabərhüquqlu əməkdaşlıq siyasəti yürüdərək, müstəqil dövlətin maraqlarını prinsipial şəkildə müdafiə etdi. Onun diplomatik uzaqgörənliyi nəticəsində Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq hüquq müstəvisində gündəmə gətirildi və dünya birliyi qarşısında Azərbaycanın ədalətli mövqeyi tanındı.

Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi siyasətin əsas dayaqlarından biri milli həmrəyliyin bərpası idi. O, cəmiyyətin bütün təbəqələrini vahid məqsəd – müstəqil və güclü dövlətin qurulması ideyası ətrafında birləşdirdi. Azərbaycançılıq ideologiyası məhz bu dövrdə dövlət ideyası səviyyəsinə yüksəldi. Bu ideya xalqın milli birliyini möhkəmləndirdi, Vətənə sədaqət hissini artırdı, milli kimliyi və mənəvi dəyərləri qorumağın əsas istiqamətini müəyyənləşdirdi.

Heydər Əliyevin siyasi məktəbi və idarəetmə prinsipləri bu gün də dövlətin inkişaf strategiyasının ideya mənbəyidir. Onun müəyyən etdiyi xətt Prezident İlham Əliyev tərəfindən müasir dövrdə uğurla davam etdirilir. Heydər Əliyevin qoyduğu təməl üzərində formalaşan güclü dövlət bu gün dünya miqyasında nüfuzlu mövqeyə malikdir. Qlobal siyasi proseslərdə fəal iştirak edən, iqtisadi gücü və beynəlxalq nüfuzu artan müasir Azərbaycan tarixi Zəfərini məhz bu ideoloji və siyasi irsin sayəsində əldə etmişdir.

2020-ci ildə qazanılan möhtəşəm Qələbə – Vətən müharibəsində əldə olunan tarixi Zəfər Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsi, Onun yaratdığı dövlət modelinin parlaq nəticəsidir. Bu Zəfər təkcə ərazi bütövlüyünün bərpası deyil, həm də xalqın milli ruhunun, müstəqilliyə sədaqətinin və dövlətə inamının təntənəsi oldu.

Ümummilli Lider Heydər Əliyevin ilk dəfə Prezident seçildiyi gün müasir tariximizdə dövlətimizin xilası və möhkəmlənməsinin təntənəsi kimi əbədiləşib. O dövrdə əsası qoyulan sabitlik, inkişaf və milli həmrəylik müstəqil Azərbaycanın qüdrəti və suverenliyinin dayaqlarıdır.

  • Дата: 5-10-2025, 21:52
  • Автор: anskanal
Полная статья »

“Beyləqanın Səhiyyəsinin Qayğıkeş Lideri: Bayram Muradovun İnsanlara Xidmət Missiyası”

BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinə xüsusi diqqət çəkdi. Ölkə başçısı bildirdi ki, otuz ilə yaxın müddətdə Azərbaycanın suveren ərazisinin təqribən iyirmi faizi Ermənistanın hərbi işğalı altında qaldı. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlı öz yurd-yuvasından didərgin salındı. Onların fundamental insan hüquqları kobud şəkildə pozuldu. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olundu. Bu qətnamələr heç vaxt icra edilmədi. Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən heç bir sanksiyaya məruz qalmadığı üçün qətnamələrə nümayişkaranə şəkildə məhəl qoymadı.

Prezident İlham Əliyev qeyd etdi ki, 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu. 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi.

Ölkəmizin 2020-ci ildə Vətən müharibəsində Qələbədən dərhal sonra azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma proqramına start verdiyini çxışında vurğulayan Prezident İlham Əliyev Ermənistanın işğal dövründə yüzlərlə şəhər və kəndimizi yerlə-yeksan etdiyini, 65 məscidi məqsədli şəkildə dağıtdığını BMT Baş Assambleyasının 80-ci sessiyasında beynəlxaq aləmin diqqətinə çatdırdı. Ölkə başçısı vurğuladı ki, Azərbaycan yerlə-yeksan edilmiş kənd və şəhərləri yenidən qurur. “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq 50 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, işləyir və təhsil alır.

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı Ermənistanın bu gün də davam edən mina terroruna da diqqət çəkdi. Dövlətimizin başçısı bildirdi ki, postmünaqişə dövründə Azərbaycanın qarşısında duran ən ağır humanitar problemlərdən biri də Ermənistan işğalı dövründə yerləşdirilmiş minaların yaratdığı təhlükədir. 2020-ci ilin noyabrından bu günədək 400-dən çox azərbaycanlı mülki şəxs və hərbçi mina partlayışları nəticəsində həlak olub və ya ağır yaralanıb. Bu geniş mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına və bərpa layihələrinin həyata keçirilməsinə əngəl törədir. Prezident İlham Əliyev həmçinin qeyd etdi ki, 1990-cı illərin əvvəllərindən bəri Ermənistanın təcavüzü və işğalı zamanı itkin düşmüş dörd minə yaxın azərbaycanlının faciəli taleyi xüsusi diqqət və tədbir görülməsini tələb edir.

  • Дата: 30-09-2025, 21:31
  • Автор: anskanal
Полная статья »

“Yaşadığımız günlər, anlar yaddaşımızda əbədi qalacaq”

27 Sentyabr – Anım Günü ilə əlaqədar Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev demişdir: “Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.”
Azərbaycanın ən yeni tarixi 44 günlük Vətən müharibəsinin parlaq Zəfəri ilə tamam başqa bir mərhələyə qədəm qoydu. Bu müharibə yalnız işğal altındakı torpaqlarımızın azad olunması deyildi. Bu müharibə – tarixə həkk olunmuş ədalətin bərpası, milli ruhun dirçəlişi, illərlə çəkilən iztirabların sonu və yeni bir dövlətçilik fəlsəfəsinin başlanğıcı idi. Ermənistanın ifrat millətçilik siyasəti, “dənizdən-dənizə Ermənistan” xülyası, Xocalı soyqırımı kimi insanlıq əleyhinə cinayətləri və 30 ildən artıq davam edən işğal siyasəti regionu daim müharibə təhlükəsi altında saxlamışdı. Prezident İlham Əliyev bu reallığı illər öncə belə ifadə etmişdi: “Əgər danışıqlar nəticə verməsə, Azərbaycan öz torpaqlarını hərb yolu ilə azad edəcək.” Ermənistan rəhbərliyinin “Qarabağ Ermənistandır” kimi məsuliyyətsiz bəyanatları münaqişəni danışıqlar masasında həll etmək imkanlarını tam məhv etdi. Beləliklə, müharibə qaçılmaz oldu və Azərbaycan haqq savaşına başladı. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Azərbaycan tarixində dönüş nöqtəsi idi.
Ordumuzun qəhrəmanlığı, xalqın birliyi, cənab Prezidentin dəmir iradəsi nəticəsində 44 gün ərzində bütün dünyanı heyrətə salan Zəfər tarixi yazıldı. Prezident İlham Əliyev xalqı mübarizəyə səsləyərək deyirdi: “Biz haqq yolundayıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” Bu şüar xalqın ürəyindən doğan inamın, həmrəyliyin simvoluna çevrildi. 30 il ərzində Ermənistan işğal etdiyi torpaqlarda şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan etdi. Ağdam “Qafqazın Xirosiması”na çevrildi, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı viran qoyuldu. Mədəni irsimiz dağıdıldı, məscidlərimiz təhqir edildi. Prezident İlham Əliyev bu reallığı işğaldan azad olunmuş torpaqlara səfərlərində dəfələrlə qeyd etdi: “Bu dağıntılar erməni vandalizminin, faşizminin sübutudur. Dünya bunu görməlidir.” Amma bütün bu vəhşiliklər xalqımızın iradəsini sarsıda bilmədi. Əksinə, daha böyük milli ruh və azadlıq əzmi yaratdı. Zəfər şəhidlərin qanı ilə yazıldı. 44 günlük müharibə Azərbaycanın igid oğullarının canı və qanı bahasına qazanıldı. Hər bir şəhid – bu torpaqların qəhrəmanlıq dastanının canlı simvoludur. Prezident İlham Əliyevin sözləri ilə: “Biz şəhidlərimizin qanını yerdə qoymadıq. Onların müqəddəs ruhu qarşısında baş əyirik.” 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktına imza atdı. Azərbaycan işğala son qoyaraq tarixi ədaləti bərpa etdi. Şuşanın azad olunması isə müharibənin taleyini həll edən dönüş nöqtəsi oldu. Prezidentin Şəhidlər xiyabanında dediyi sözlər bütün xalqın qəlbinə yazıldı: “Şuşasız bizim işimiz yarımçıq olardı. Şuşa bizim milli qürurumuz, mədəniyyət beşiyimizdir.” Bu qələbədən sonra yeni reallıq yarandı.
Bu gün regionda yeni reallıqlar formalaşıb. Azərbaycanın gücü, ərazi bütövlüyünün bərpası beynəlxalq hüququn qələbəsini təsdiqləyir. Qarabağda aparılan quruculuq işləri sübut edir ki, biz dağıntıları bərpa etməklə yanaşı, bölgəni sülh, inkişaf və rifah mərkəzinə çevirəcəyik. 44 günlük Vətən müharibəsi yalnız bir hərbi qələbə deyil, həm də siyasi, mənəvi və ideoloji zəfərdir. Bu müharibə göstərdi ki, Azərbaycan xalqı heç vaxt öz torpaqlarını güzəştə getməyəcək. Prezident İlham Əliyevin dediyi kimi: “Bizim güclü ordumuz, birliyimiz və haqq səsimiz var. Heç kəs bu gücə qarşı dura bilməz.” Bu qələbə – tariximizin ən parlaq səhifəsidir və əsrlər boyu xalqımızın yaddaşında qürur mənbəyi kimi yaşayacaq.

  • Дата: 28-09-2025, 22:54
  • Автор: anskanal
Полная статья »

Azərbaycan Respublikasının tarixinə əbədi həkk olunmuş günlərdən biri də 20 sentyabrdır. 2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri tam nəzarətə götürüldü. Bu tarixi hadisə ilə Azərbaycan Respublikasının suverenliyi bütün əraziləri üzərində bərpa olundu. Nəticədə 20 sentyabr – bu şəhərlərin azadlığı günü kimi tarixə düşdü və milli təqvimdə mühüm yerini aldı.

2023-cü il noyabrın 8-də – Zəfər Gününün üçüncü ildönümündə Xankəndi şəhərində hərbi parad keçirildi. Bu hadisə yalnız Vətən müharibəsində əldə edilən qələbənin deyil, eyni zamanda Azərbaycanın suveren hüquqlarının əyani nümayişi idi. Hərbi paradda Müzəffər Ali Baş Komandan İlham Əliyev iştirak edərək xalqımıza tarixi bir mesaj verdi: Azərbaycan Ordusu öz missiyasını ləyaqətlə yerinə yetirib və Qarabağda dövlət suverenliyi tam bərpa olunub.

Azad edilmiş ərazilərdə sosial-iqtisadi həyatın bərpası çərçivəsində ən mühüm layihələrdən biri də Qarabağ Universitetinin yaradılması oldu. Bu ali təhsil müəssisəsi həm regionun elmi və təhsil potensialının inkişaf etdirilməsinə xidmət edəcək, həm də keçmişdə dağıdılmış təhsil infrastrukturunun yenidən qurulmasında mühüm rol oynayacaq. Qarabağ Universiteti, eyni zamanda, bölgənin mədəni-mənəvi dirçəlişinə töhfə verməyi qarşıya məqsəd qoyur.

Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri, xüsusən Xocavənd rayonuna etdiyi mütəmadi səfərlər, Azərbaycanın Qarabağ siyasətinin əsas istiqamətlərindən biri kimi ərazilərin bərpası və dirçəldilməsi prosesinə yüksək səviyyədə diqqət göstərildiyini nümayiş etdirir.

2021-ci ilin yanvarından başlayaraq Xocavənd rayonunun Böyük Tağlar, Edilli, Düdükçü və Tuğ kəndləri ilə tanışlıq, Hadrutda Dövlət Bayrağının ucaldılması və yeni yolların təməlinin qoyulması kimi mühüm tədbirlər həyata keçirildi. Bu səfərlər zamanı qədim Alban məbədlərinə, Azıx mağarasına və dağıdılmış məktəblərə baxış keçirildi.

2021-ci ilin oktyabrında Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında tikinti işlərinə başlanıldı. Hadrutda yeni məscidin və "Hadrut" qovşaq yarımstansiyasının təməlləri qoyuldu. 2023-cü ildə isə Hadrutda 360 şagirdlik məktəb binasının bərpa layihəsi təqdim olundu və turizm inkişaf konsepsiyası elan edildi.

2023-cü ilin mayında Tuğ kəndində ilk yaşayış məhəlləsinin və inzibati mərkəzin təməlləri qoyuldu. Eyni zamanda Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsi istifadəyə verildi. 2025-ci ilin sentyabrında isə Hadrutda məscidin açılışı baş tutdu, Qırmızı Bazar və Sos kəndlərinin sakinləri ilə görüşlər keçirildi.

Xocavənd şəhərində 15 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldıldı. Bu hadisə, işğaldan azad olunmuş ərazilərdə dövlət rəmzlərinin bərpasının, milli qürur və kimliyin yenidən təsdiqinin göstəricisi idi.

20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin azadlığı günü yalnız siyasi və hərbi baxımdan deyil, milli yaddaş və kimlik baxımından da mühüm əhəmiyyətə malikdir. Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə mütəşəkkil şəkildə bərpa və inkişaf işləri aparmaqla, bu torpaqlarda yeni həyatın əsasını qoyur. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bu siyasət Azərbaycan tarixində "Qayıdış dövrü" kimi yadda qalacaq.

  • Дата: 25-09-2025, 00:32
  • Автор: anskanal
Полная статья »