Gündəm » Səhifə 2 » ANS KANAL

Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlər mübadilə edilib

Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında imzalanmış sənədlərin fevralın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mübadiləsi mərasimi olub.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə “Frontier Works Organisation” (FWO) və “Pakistan State Oil Company Limited” şirkəti arasında Anlaşma Memorandumunu Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və “Frontier Works Organisation” şirkətinin Baş direktoru Abdul Sami mübadilə etdilər.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə “Pakistan Refinery Limited” (PRL) və “Pakistan State Oil Company Limited” şirkəti arasında Anlaşma Memorandumunu Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və “Pakistan Refinery Limited” şirkətinin İcraçı direktoru Zahid Mir mübadilə etdilər.

“SOCAR Trading SA” ilə “Pakistan LNG Limited” arasında mayeləşdirilmiş təbii qaz yüklərinin alqı-satqısı ilə bağlı Çərçivə Sazişinə 1 nömrəli Əlavəni Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və “Pakistan LNG Limited” şirkətinin İcraçı direktoru Masood Nabi mübadilə etdilər.

“SOCAR Trading SA” ilə Pakistan İslam Respublikasının “Pakistan State Oil Company Limited” şirkəti arasında Anlaşma Memorandumunu və “SOCAR Trading SA” ilə Pakistan İslam Respublikasının “Pakistan State Oil Company Limited” şirkəti arasında neft məhsullarının uzunmüddətli alqı-satqı Sazişini Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və “Pakistan State Oil Company Limited” şirkətinin İcraçı direktoru Syed Muhammad Taha mübadilə etdilər.

“Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri və Pakistan İslam Respublikasının Pəncab Əyalətinin Lahor şəhəri arasında mədəniyyət, turizm, şəhərsalma, təhsil, elm, iqtisadiyyat və ictimai həyatın digər müvafiq sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Pakistanın Baş nazirin müavini, xarici işlər naziri Məhəmməd İşaq Dar mübadilə etdilər.

Qeyd edək ki, səfər çərçivəsində, həmçinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Pakistan İslam Respublikasının Federal Gəlirlər Şurasının Gömrük Xidməti arasında ilkin elektron məlumat mübadiləsi haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Pakistan İslam Respublikasının Milli Ərzaq Təhlükəsizliyi və Tədqiqatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Pakistan İslam Respublikasının İqlim Dəyişmələri və Ətraf Mühitin Koordinasiyası Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Niyyət Protokolu”, “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Pakistanın Milli Müdafiə Universiteti arasında elmi tədqiqat və əməkdaşlıq fəaliyyətləri sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Pakistan İslam Respublikasının Milli Peşə və Texniki Təlim Komissiyası (NAVTTC) arasında peşə təhsili sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında imzalanmış sənədlərin fevralın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mübadiləsi mərasimi olub.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə “Frontier Works Organisation” (FWO) və “Pakistan State Oil Company Limited” şirkəti arasında Anlaşma Memorandumunu Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və “Frontier Works Organisation” şirkətinin Baş direktoru Abdul Sami mübadilə etdilər.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə “Pakistan Refinery Limited” (PRL) və “Pakistan State Oil Company Limited” şirkəti arasında Anlaşma Memorandumunu Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və “Pakistan Refinery Limited” şirkətinin İcraçı direktoru Zahid Mir mübadilə etdilər.

“SOCAR Trading SA” ilə “Pakistan LNG Limited” arasında mayeləşdirilmiş təbii qaz yüklərinin alqı-satqısı ilə bağlı Çərçivə Sazişinə 1 nömrəli Əlavəni Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və “Pakistan LNG Limited” şirkətinin İcraçı direktoru Masood Nabi mübadilə etdilər.

“SOCAR Trading SA” ilə Pakistan İslam Respublikasının “Pakistan State Oil Company Limited” şirkəti arasında Anlaşma Memorandumunu və “SOCAR Trading SA” ilə Pakistan İslam Respublikasının “Pakistan State Oil Company Limited” şirkəti arasında neft məhsullarının uzunmüddətli alqı-satqı Sazişini Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və “Pakistan State Oil Company Limited” şirkətinin İcraçı direktoru Syed Muhammad Taha mübadilə etdilər.

“Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri və Pakistan İslam Respublikasının Pəncab Əyalətinin Lahor şəhəri arasında mədəniyyət, turizm, şəhərsalma, təhsil, elm, iqtisadiyyat və ictimai həyatın digər müvafiq sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Pakistanın Baş nazirin müavini, xarici işlər naziri Məhəmməd İşaq Dar mübadilə etdilər.

Qeyd edək ki, səfər çərçivəsində, həmçinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Pakistan İslam Respublikasının Federal Gəlirlər Şurasının Gömrük Xidməti arasında ilkin elektron məlumat mübadiləsi haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Pakistan İslam Respublikasının Milli Ərzaq Təhlükəsizliyi və Tədqiqatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Pakistan İslam Respublikasının İqlim Dəyişmələri və Ətraf Mühitin Koordinasiyası Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Niyyət Protokolu”, “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Pakistanın Milli Müdafiə Universiteti arasında elmi tədqiqat və əməkdaşlıq fəaliyyətləri sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Pakistan İslam Respublikasının Milli Peşə və Texniki Təlim Komissiyası (NAVTTC) arasında peşə təhsili sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

  • Дата: 24-02-2025, 13:43
  • Автор: anskanal
Полная статья »

İlham Əliyev Estoniya Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev estoniyalı həmkarı Alar Karisi bu ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

"Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Estoniya arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, Estoniya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

  • Дата: 24-02-2025, 12:54
  • Автор: anskanal
Полная статья »


Məmməd Musayev, "Aqrarkredit" QSC-nin İdarə Heyətinin sədri  Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri kimi vəzifələrdəki fəaliyyətləri ilə Azərbaycanın iqtisadiyyatına və sahibkarlıq mühitinin inkişafına əvəzsiz töhfələr verir. Onun peşəkarlığı, liderlik bacarıqları və sahibkarlara verdiyi dəstək onun bu mövqedəki rolunu daha da önəmlidir. Məmməd Musayev, həm dövlət sektoru ilə, həm də özəl sektorla sıx əməkdaşlıq edərək, ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır.

"Aqrarkredit" QSC-də Liderlik

Məmməd Musayev, "Aqrarkredit" QSC-nin idarə heyətinin sədri olaraq, kənd təsərrüfatının maliyyələşdirilməsi və inkişafına yönəlmiş bir çox təşəbbüslərin icrasında önəmli rol oynayır. O, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarların kreditləşmə imkanlarını artıraraq onların fəaliyyətlərini daha da genişləndirmələrinə dəstək verir. "Aqrarkredit" QSC-nin rəhbərliyi altında kənd təsərrüfatı sahəsi daha da güclənmiş, fermerlər üçün daha əlverişli kredit şərtləri təmin olunmuşdur. Məmməd Musayevin liderliyi  strategiyası, kənd təsərrüfatının inkişafına və Azərbaycanın ərzaq təhlükəsizliyinə töhfə verən layihələrin həyata keçirilməsinə şərait yaratmışdır.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Sədri

Məmməd Musayev, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının sədri olaraq, sahibkarlıq fəaliyyətinin inkişafı və sahibkarların hüquqlarının qorunması məsələlərində önəmli liderlik edir. O, özəl sektorun daha da inkişafı, sahibkarların qarşısında yaranan problemlərin həlli və onların sosial məsuliyyətlərinin artırılması üçün bir çox layihə və təşəbbüslər irəliləyir. Məmməd Musayevin rəhbərlik etdiyi Konfederasiya, sahibkarların maraqlarını müdafiə edən, onların fəaliyyətlərinə dəstək verən və ölkənin iqtisadi inkişafını sürətləndirən mühim addımlar atmışdır.

İqtisadi İnkişaf və Sahibkarlara Dəstək

Məmməd Musayevin sahibkarlara verdiyi dəstək yalnız maliyyə məsələləri ilə məhdudlaşmır. O, sahibkarların rəsmi sektorlardan faydalanmalarını, yeni iş yerləri yaratmalarını və müasir texnologiyaları tətbiq etmələrini təmin edən bir çox təkliflər irəli sürür. İqtisadi inkişafın təməlində olan sahibkarlıq mühitinin dəstəklənməsi Məmməd Musayevin vizyonunun əsasını təşkil edir. O, həmçinin kiçik və orta sahibkarlara verdiyi təlimlər və seminarlarla onların peşəkar inkişafına şərait yaradır.

Yüksək Peşəkarlıq və Sosial Məsuliyyət

Məmməd Musayevin fəaliyyətində yalnız peşəkar bacarıqlar deyil, həm də yüksək sosial məsuliyyət önəmlidir. O, iş dünyasında uğurlu bir lider olmağınla yanaşı, eyni zamanda cəmiyyətə xidmət etməyə və sosial layihələrə dəstək göstərməyə böyük önəm verir. O, işgüzar mühitin inkişafı ilə yanaşı, sosial məsuliyyətli fəaliyyətlərin də gücləndirilməsinə çalışır. Məmməd Musayev, hər zaman sahibkarların inkişafına töhfə verərək, onların fəaliyyətlərinin genişlənməsinə və ölkə iqtisadiyyatına müsbət təsir etməyə səy göstərir.

Məmməd Musayev: İqtisadiyyatın İnkişafında Təcrübəli Lider

Məmməd Musayev, "Aqrarkredit" QSC və Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının rəhbəri olaraq, Azərbaycanın iqtisadi inkişafına və sahibkarların gücləndirilməsinə böyük töhfələr verir. Onun peşəkar rəhbərliyi və sosial məsuliyyətli yanaşmaları, həm kənd təsərrüfatı sektorunun, həm də özəl sektorun inkişafını sürətləndirir. Məmməd Musayevin uğurlu idarəetməsi və strateji yanaşmaları Azərbaycanın iqtisadiyyatını gələcəkdə daha da gücləndirəcək və ölkə sahibkarlığının inkişafını təmin edəcək.

  • Дата: 21-02-2025, 20:48
  • Автор: anskanal
Полная статья »