Xəbərlərin siyahısı: Dekabr 2025 illər » Səhifə 2 » ANS KANAL

“Azure Residence” sakinlərinin üsyanı: Məhkəmə qərarına baxmayaraq bina “qanunsuz idarə olunur” – istilik və su kəsilib

“Xətai-48” MənzilMülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 15
 
 
                          MƏKTUB
 
 
Biz, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 15 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının sakinləri olaraq, binamızda yaranmış idarəetmə böhranı vəinsan haqlarının pozulması ilə bağlı baş verən hadisələr barədə məlumat vermək və məsələ ilə bağlı dəstəyinizi xahiş etmək məqsədilə Sizə müraciət edirik.
Mübahisənin başlanma səbəbi:
Binanın əvvəlki idarəçisi “Yeni Həyat BB” Kompleksi MMC (Rəhbəri Babayev Babək Novruz oğlu və binada qanunsuz və sakinlərlə xidməti müqavilə bağlamadan fəaliyyət göstərən “Güvenli-Servis Management” MMC uzun müddət ərzində binanın maliyyə fəaliyyəti, sakinlərədən toplanan kommunal vəsaitlərin xərclənməsi və ümumi əmlakın saxlanması ilə bağlı sakinlərə heç bir hesabat təqdim etməmişdir. Bu səbəbdən binada yaşayan sakin, mənzil mülkiyyətçisi İ.Həşimova adıçəkilən şirkətə rəsmi məktubla müraciət edərək maliyyə və idarəetmə hesabatının təqdim edilməsini tələb etmişdir.
Lakin şirkət tərəfindən nə yazılı, nə də şifahi şəkildə hər hansı cavab verilməmiş, tələb olunan məlumatlar təqdim edilməmişdir. Bununla əlaqədar İ.Həşimovaməhkəmə orqanlarına müraciət etmişdir.
Məhkəmə baxışı zamanı  “Güvenli-Servis Management” MMC-dən binanın idarəetməsi ilə bağlı sənədlərin və hesabatların təqdim edilməsi tələb edilmiş, lakin şirkət bu tələbi də yerinə yetirməmişdir.
Nəticə etibarilə Bakı Apellyasiya Məhkəməsinin 26.11.2024-cü il tarixli, 2(103)-5425/2024 saylı qətnaməsi(Qoşma əlavə edilir, qoşma 1) ilə şirkətin fəaliyyəti qanunsuz hesab edilmiş, şirkətin binanın idarətməsindən kənarlaşdırılması və idarəetməyə aid bütün sənədlərin, açarların və əmlakın Xətai Rayon Bələdiyyəsinə təhvil verilməsi barədə qətnamə çıxarılmışdır. 
Qətnamədən sonra da “Güvenli-Servis Management” MMC qanunsuz olaraq fəaliyyətini davam etdirmiş, heç bir əsas olmadan və ümumi yığıncaq keçirmədən, xidməti müqavilə olmadan kommunal ödənişləri 1.30 manatdan 1.50 manata qaldırmışdır. Hüquqi əsas: İstehlakçların Hüquqlarının Müdafiəsi Haqqında Qanun, Mülki Məcəllə, maddə 1096 (Qoşma əlavə edilir, qoşma 2)
Bu artım həm özbaşınalıq həmdə qanun pozuntusudur.
Bundan əlavə, sakinlərin kommunal ödənişlərindən daxil olan vəsaitlərin təyinatı üzrə xərclənməməsi nəticəsində bir sıra ciddi problemlər yaranmışdır. Hüquqi əsas: İstehlakçların Hüquqlarının Müdafiəsi Haqqında Qanun, maddə 8.
 
Belə ki:
2025-ci ilin sentyabr ayında şirkət tərəfindən binaya verilən isti su kəsilmiş, (Hüquqi əsas: Azərbaycan Respublikasının Konstitusiyası - maddə 43, Mənzil Məcəlləsi - maddə 151.2, İstehlakçların Hüquqlarının Müdafiəsi Haqqında Qanun - maddə 8, Cinayət Məcəlləsi – maddələr 308, 314, 133) nəticədə mənzillər bir neçə gün isti susuz qalmışdır. Araşdırmalar zamanı məlum olmuşdur ki, şirkətin Azəriqaz, Azərişıq qurumlarına külli miqdarda borcu yaranmışdır. Borclar səbəbindən Azəriqaz tərəfindən qazanxanaya gələn qaz verilişi dayandırılmışdır. Halbu ki, sakinlər tərəfindən kommunal ödənişlər vaxtında və tam şəkildə şirkətə ödənilmişdir. Bu vəzyiyyət açıq şəkildə göstərir ki, “Güvenli-Servis Management”m MMC sakinlərin ödədiyi vəsaitləri təyinatı üzrə (kommunal xidmətlərin ödənilməsinə) yönəltməmiş, (Azəriqaz və Azərişıq cəmiyyətlərinə külli miqdarda borc yaranmışdır) maliyyə intizamını və sakinlərlə etimadı pozmuşdur.
Bundan sonra şirkət liftlərə elanlar yapışdıraraq bildirmişdir ki, “24 mənzil kommunal ödənişləri etmədiyi üçün (Qoşma əlavə edilir, qoşma 3) isti su və digər xidmətlər dayandırılıb”. Lakin binada ümumilikdə 326 mənzil mövcuddur və onların 302-si ödənişləri vaxtında yerinə yetirmişdir. Bu halda şirkət, borclu 24 mənzilə qarşı hüquqi yolla hərəkət etmək əvəzinə, məsuliyyəti 302vicdanlı sakinin üzərinə qoymuş, bütün binanı kollektiv şəkildə küçə qanunları ilə cəzalandırmışdır. Bu addım İnsan Hüquq və Haqlarının kobud şəkildə pozulmasıdır.Kommunal ödəməyən sakinlərin əksəriyyəti isə bu binada yaşamırlar və mənzilləri təmirsizdir. 
Babək Babayevin göstərişi ilə fəaliyyəti binamızdaməhkəmə qətnaməsi ilə qadağan olunmuş Güvenli-Servis Management MMC-nin əməkdaşları B.Babayevin yaxın qohumlarının mənzillərinə heç bir aidiyyəti qurumu xəbərdarlıq etmədən və icazə almadan, su xətləri və su sayğacları olan şaxtadan yüksək gərginlikli elektrik xətləri ilə həmin mənzillərə isti su və atapleniya sisteminin çəkilməsinə göstəriş vermişdir.  (Qoşma əlavə edilir, qoşma 4 ). Məqsəd: Qanunvericiliklə sakinlər üçün nəzərdə tutulmuş ümumi qazanxana sisteminin fəaliyyətini dayandırmaqla, çoxmənzilli yaşayış kompleksinin sakinlərinin hüquqlarını pozaraq onları cəzalandırmaq istəmişdir. Lakin bundan xəbər tutan sakinlər bu özbaşınalığa imkan verməmiş, bu barədə DİN-nin 102 xidmətinə və Xətai Rayon Prokurorluğuna məlumat vermişlər. Hüquqi əsas: Azərbaycan Respublikası Konstitusiyası -maddə 43, Mənzil Məcəlləsi – maddə 151.2, İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında Qanun – maddə 8, AR Cinayət Məcəlləsinin 133, 308 və 314-cü maddələri, İnsan Hüquqlarının Məhdudlaşdırılması, vəzifə səlahiyyətlərindən sui-istifadə və səhlənkarlıq.
Əlavə edirik ki, sakinlər binada baş verən bu qanunsuzluqlara və idarəetmədəki şəffaflığın tamamilə pozulmasına görə ümumi yığıncaq keçirərək “Xətai-48”Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaratmaq qərarına gəlmişlər. Ümumi Yığıncaq 01.10.2025-ci il tarixində keçirilmiş, yığıncaq nəticəsində 51%-dən çox sakin müsbət qərar verərək nizamnamə və digər sənədləri Ədliyyə Nazirliyinə göndərmiş, və 17.10.2025-ci il tarixdə “Xətai-48” MMMC dövlət qeydiyyatına alınmışdır.(Qoşma əlavə edilir, qoşma 5)
Bundan xəbər tutan “Güvenli-Servis Management”MMC dərhal sakinləri küçə qanunları ilə cəzalandırmaq məqsədilə binanın mühafizəçi və resepşn əməkdaşlarını binadan çıxarmış, binanın giriş-çıxış nəzarət mexanizmi zəiflədilmiş, gecə-gündüz blokların (7 blok) giriş qapıları açıq saxlanılmış, liftlərə göstərdiyi xidmətləri dayandırmış nəticədə sakinləri təhlükəli vəziyyətə salmışdır. (Qoşma əlavə edilir, qoşma 6). 
Həmçinin şirkət özbaşına və heç bir texniki əsas və ya razılıq olmadan blokların giriş qapılarının kart sistemlərini qırmış, bəzilərini yerindən çıxarmış, resepşn masası və avadanlıqlarını bloklardan götürmüşdür, liftlərin kart sistemlərini deaktiv etmişdir. Bütün qanunsuzluqlar Babək Babayevin göstərişi və Səbinə Salamovanın rəhbərliyi ilə həyata keçirilmişdir. Bu hadisə barədə dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Xətai Rayon Prokurorluğuna rəsmi məlumat verilmişdir.Hüquqi əsas: AR CM-nin 177, 179, 186, 322, 308 ci maddələri.
Bu addımlar bir daha göstərir ki, “Güvenli-Servis Management” MMC məhkəmə qətnaməsini və sakinlərin qanuni qərarlarını nəzərə almadan, qəsdən sakinlərin həyat və təhlükəsizliyini risq altında qoyur, ümumi əmlaka və yaşayış normalarına ziyan vurur.
Bildiririk ki, “Güvenli-Servis Management” MMC mənzil mülkiyyətçiləri tərəfindən Xətai-48 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yaradılması prosesinə müxtəlif formalarda maneələr törətmişdir. Belə ki, ümumi yığıncaq keçirildikdən, yetərsay toplanaraq sənədlər Ədliyyə Nazirliyinə göndərildikdən sonra şirkət özbaşına şəkildə, heç bir hüquqi əsas olmadan, guya sakinlər adından yeni Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti yaratmaq cəhdi göstərmişdir. Bu məqsədlə şirkət binanı inşa edən şəxs – Babək Babayevin yaxın qohumunu – Babayevə Ruhiyyə Novruz qızını “idarə heyətinin sədri” kimi təqdim etmiş, onun adını liftlərdə və ümumi istifadə yerlərində elanlar vasitəsilə yerləşdirmiş, sakinlər arasında qanunsuz imza toplama kampaniyasına başlamışdır. Bu işlərlə Səbinə Salamova məşğul olmuş və onun tərəfindən həyata keçirilmişdir. . (Qoşma əlavə edilir, qoşma 7). Hüquqi əsas: AR CM 320-ci maddəsi.
Qeyd olunan bu hərəkətlər “Xətai-48” MMMC-nin qanuni şəkildə yaradılması faktına ziddir və sakinlərin iradəsini saxtalaşdırmaq, hüquqi prosesə müdaxilə etmək, cəmiyyətin fəaliyyətini əngəlləmək məqsədi daşıyır.
Cəmiyyətin dövlət qeydiyyatına alınmasından sonra məhkəmə qətnaməsinin icrası məqsədilə icra məmurları, Xətai Rayon Bələdiyyəsinin əməkdaşları və Xətai-48 MMMC-nin idarə heyətinin üzvləri “Güvenli-Servis Management” MMC-nin Azure Biznes mərkəzində yerləşən ofisində görüş keçirmişlər. Həmin görüş zamanı icra məmuru məhkəmə qətnaməsinə əsasən şirkətə idarəetmə ilə bağlı sənədlərin, açarların və ümumi istifadədə olan əmlakın Xətai Rayon Bələdiyyəsinə təhvil verilməsi barədə rəsmi göstəriş vermişdir.
Lakin “Güvenli-Servis Management” MMC məhkəmə qərarının icrasından imtina etmiş, heç bir sənədi, açarı və əmlakı təhvil verməmiş, icra nümayəndələrinin və bələdiyyə əməkdaşlarının binanın ümumi istifadədə olan yerlərinə baxış keçirməsinə maneçilik törətmişdir. Hüquqi əsas: AR Konstitusiyası maddə 129, İcra Haqqında Qanun maddə 6.
 Hal-hazırda binaya məxsus qazanxana kompleksi “Güvenli-Servis Management” MMC tərəfindən idarə olunur. Şirkət məhkəmə qətnaməsinə və icra sənədinə baxmayaraq qazanxananı “Xətai-48” MMMC-yə təhvil verməkdən imtina edir. Qazanxanada ümumilikdə 4 ədəd qazan mövcuddur. Həmin qazanlardan 1 qazan işlək vəziyyətdədir, digər 3 qazan isə qənaətbəxş texniki vəziyyətdə deyil və onların bərpası üçün ciddi maliyyə vəsaiti tələb olunur. Şirkət sakinlərdən aylıq yığılan 100-110 min manat arasında kommunal ödənişlər hesabına qazanxananı təmir etməli, qış rejiminə hazırlamalı olsada, bunu etməyərək toplanan vəsaiti mənimsəmiş, qazanxananı təhlükəli vəziyyətdə saxlamışdır. Hüquqi əsas: AR CM maddə 179.
 
 
Buna baxmayaraq  “Güvenli-Servis Management” MMC işlək vəziyyətdə olan qazanları yalnız binanın qeyri-yaşayış hissəsini yəni Azure Biznes Mərkəzini istiliklə təmin etmək üçün Babək Babayevin göstərişi iləişə salmışdır, lakin binada yaşayan 326 mənzilin istilik sistemi hələ də işə salınmamış, sakinlər istiliklə təmin edilməmişlər. Hüquqi əsas: AR Konstitusiyası maddə 43, Mənzil Məcəlləsi maddə 151.2, İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında Qanun, AR CM 308, 314, 322
Bütün bunlar onu göstərir ki, “Güvenli-Servis Management” MMC ümumi istifadədə olan əmlakdan şəxsi kommersiya maraqları üçün istifadə edir, dövlət orqanlarının qərarlarını  və məhkəmə qətnaməsini icra etmir, sakinlərin hüquqlarını kobud şəkildə pozur.
Binanın mühəndis- kommunikasiya sistemi elə qurulmuşdur ki, yaşayış hissəsi ilə qeyri-yaşayış (biznes və ticarət mərkəzi) hissəsinin enerji və qaz təminatı eyni ana xətlər və sayğaclar üzərindən həyata keçirilir. Nəticədə qazanxanaya gələn qaz sayğacı ümumidir və yaşayış sahələrinin sərfiyyatını qeyri-yaşayış sahələrindən fərqləndirmək mümkün olmur.
Bu səbəbdən sakinlər qeyri-yaşayış obyektləri üçün nəzərdə tutulmuş yüksək tariflərlə qaz və istilik haqqı ödəməyə məcbur olurlar, bu isə ədalətsizlik və sosial narazılıq yaradır.
Eyni vəziyyət elektrik enerjisi təchizatı sahəsində də müşahidə olunur. Liftlər, şaxtalarda yerləşən ventilyasiya sistemləri, resepsion, hollar və ümumi isitmə soyutma avadanlıqları Azure Biznes Mərkəzi ilə eyni ana sayğacdan qidalanır. Sakinlərin ümumi istifadədə olan yerlərə düşən enerji payı dəqiq müəyyən edilə bilmir, çünki şirkət tərəfindən sayğacların ayrılması üçün heç bir texniki və inzibati şərait yaradılmır.
Qeyd edirik ki, Xətai-48 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti yalnız 2025-ci ilin noyabr ayından etibarən fəaliyyətə başlamış və dövlət qeydiyyatına alınmışdır. Buna görə də bu tarixdən əvvəl yaranmış bütün kommunal borclar və öhdəliklər ( Azəriqaz, Azərişıq, Azərsu və.s) tam şəkildə “Güvenli-Servis Management” MMC-nin məsuliyyəti altındadır.
Lakin hazırda həmin şirkət özünün idarəetmə dövründə yaranmış borcları sakinlərdən əsassız şəkildə tələb edir. 
“Güvenli-Servis Management” MMC-nin fəaliyyəti məhkəmə qətnaməsi ilə qanunsuz hesab edilsə də onlar yenidən qeyri qanuni olaraq sakinlərdən sayğaclar ayrılmadan, istədikləri məbləği qeyd edərək, kommunal ödənişlər tələb edirlər.
Əlavə olaraq qeyd edirik ki, şirkət məhkəmə qətnaməsini icra etmədiyi üçün və məhkəmə icraçılarının fəaliyyətlərinə maneə törətdikləri üçün sakinlər yığıncaq təşkil etmiş və bu halları kütləvi informasiya vasitələri işıqlandırmışlar. Bu barədə Güvenli-Servis Management MMC-nin hüquqşunası Hüsniyyə Hüseynova mətbuata yalan açıqlama verərək ictimaiyyəti çaşdırmış və baş verən prosesləri gizlətmişdir.
Babək Babayev ətrafda Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin yaradılmasında iştirak edən sakinləri hüquq mühafizə orqanlarında yaxın əlaqələri ilə cəzalandıracağı, onlar barəsində saxta cinayət işi açdıracağı ilə bağlı hədələmişdir.
Babək Babayev qanunvericiliklə mənzil mülkiyyətçilərinə aid olan -1 zirzəmi mərtəbəsi və ticarət mərkəzinin 1-ci, 2-ci, 3-cü mərtəbəsinin dəhlizlərinə və ümumi istifadədə olan sanitar qovşaqlarına girişini məhdudlaşdıracağı ilə bağlı sakinlərə xəbərdarlıq etmişdir. Onun tələbi, mənzil mülkiyyətçilərinin yaratmış olduğu cəmiyyətin sakinlər tərəfindən ləğv edilərək B.Babayevin yaxın qohumunun adına yeni MMMC-nin yaradılması olmuşdur.
Bundan başqa Babək Babayevin göstərişi ilə Güvenli-Servis Management MMC-nin mühafizəçiləri sakinlərin mənzillərindən yığılmış olan tullantıların -1 zirzəmi mərtəbəsindən çıxarılmasına məhdudiyyət qoymuşdur, lakin bu barədə Xətai Rayon İcra  Hakimiyyətinə məlumat verilmiş, onların müdaxiləsi ilə problem müvəqqəti olaraq öz 
həllini tapmışdır. Lakin yenə də -1 zirzəmi hissəsində biz sakinlərə tullantı qablarının qoyulması ilə bağlı şərait yaradılmamışdır. Hüquqi əsas: Mənzil Məcəlləsi maddə 35.
Əlavə olaraq qeyd etmək istəyirik ki, yeni yaradılmış cəmiyyət yalnız 2025-ci ilin noyabr ayı və ondan sonrakı dövrlərdə sakinlərə aid olan hissələrin ödənilməsi və idarə olunmasına görə cavabdehlik daşıyır. 
Şəhərimizin günü-gündən gözəlləşməsi, paytaxtın simasının müasir tələblərə uyğun şəkildə yenilənməsi, ölkə başçımız Cənab İlham Əliyevin göstərişləri ilə həyata 
keçirilən genişmiqyaslı təmir, bərpa və quruculuq işləri biz sakinlər tərəfindən böyük razılıq və sevic hissi ilə qarşılanır.
Lakin, diqqət yetirsəniz, görərsiniz ki, bizim yaşadığımız çoxmənzilli binanın fasadı uzun illərdir təmir olunmamış, bərpa və abadlıq işlərindən kənarda qalmışdır. Binanın xarici görünüşü ümumi şəhər panoramasına uyğun gəlmir, fasad örtüyü bir çox yerlərdə sıradan çıxmış, bəzən təhlükə yaradacaq vəziyyətə düşmüşdür.
Biz Xətai rayonu, 8 Noyabr prospekti, ev 15 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının sakinləri, olkəmizdə aparılan abadlıq, şəffaflıq və sosial ədalət siyasətini daim dəstəkləmiş, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatların təntənəsinə inanan və bu siyasətin seçici təbəqəsini təmsil edən vətəndaşlarıq.
Göstərilən halların araşdırılması, qanunsuzluqlara hüquqi qiymət verilməsi və ədalətin bərpa olunması, mərkəzi qazanxananın təmir edilərək sakinlərin yeni yaranmış cəmiyyətinə təhvil verilməsi, Babək Babayevin və Güvenli-Servis Management MMC-nin cinayət tərkibli əməlləri üzrə məsuliyyətlərinin müəyyən edilməsi, şirkətin fəaliyyətinin qanunvericiliyə uyğun olaraq yoxlanılması, sakinlərin təhlükəsizliyinin təmin edilməsi, Güvenli-Servis Management MMC-nin bina kompleksindən kənarlaşdırılması üçün köməklik etməyinizi Sizlərdən xahiş edirik.
 
 
 
 
XalqXeber.Az 

  • Дата: 25-12-2025, 15:41
  • Автор: anskanal
Полная статья »

Aqiyə Naxçıvanlı: “Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət xətti Azərbaycanı bütün dost ölkələr üçün əsl etibarlı tərəfdaşa çevirib”

“Artıq 22 ildir ki, Ölkə Prezidenti cənab İlham Əliyev öz xalqına arxalanaraq Azərbaycanı inamla və uğurla inkişafa doğru aparır. Xüsusilə son bir neçə ildə dünyanı bürüyən iqtisadi böhranlara, planetin ən müxtəlif nöqtələrində yaranan və getdikcə alovlanan hərbi qarşıdurmalara, eləcə də beynəlxalq təzyiqlərə rəğmən möhtərəm dövlət başçımızın nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyini son dərəcə möhkəmləndirmişdir. Azərbaycan xalqı hər zaman öz Prezidentini dəstəkləyib, ona sonsuz etimad göstərib. 2024-cü il fevralın 7-də keçirilmiş Prezident seçkiləri isə sözün əsil mənasında Zəfər seçkisi oldu. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə seçkilər ölkə ərazisinin istisnasız hər bir yerində keçirildi. Cənab Prezident özü, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində səs verdilər. Əlbəttə ki, müstəqil dövlətçiliyimizin möhkəmlənməsi, suverenliyimizin tam bərpası və Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazisində təmin edilməsi Azərbaycan xalqının taleyində müstəsna əhəmiyyət kəsb edən tarixi nailiyyətdir.Yeri gəlmişkən, bir neçə gün bundan əvvəl bizim də, bütün dünyanın da şahidi olduğumuz daha bir önəmli hadisə Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi dövlət siyasətinin başlıca ideoloji sütunlarından birinin məhz humanizm prinsipi olduğunu növbəti dəfə nümayiş etdirdi. Belə ki, möhtərəm dövlət başçımız 15 dekabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində humanizm və mərhəmət ənənələrinə sadiqliyin bariz nümunəsi kimi amnistiya elan edilməsi təşəbbüsü ilə çıxış etdi. Artıq dekabrın 19 Milli Məclis müstəqil Azərbaycanın tarixində ən böyük amnistiya aktını qəbul etdi.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlı deyib.

Fikirlərini davam etdirən müsahibimiz bildirib ki, cənab Prezident İlham Əliyevin fəaliyyətindən danışarkən ordu quruculuğu sahəsində görülən işlər xüsusi vurğulanmalıdır: “Silahlı qüvvələrimizin modernləşdirilməsi, ordunun gücləndirilməsi hər zaman cənab Prezident İlham Əliyevin dövlət siyasətinin əsas strateji isiqamətlərindən biri olub. 2003-cü ildən etibarən planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. 2020-ci ilə qədər davam edən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə cənab Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb və bu tendensiya indi də davam etdirilir. 2020-ci il sentyabr-noyabr aylarında Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə erməni təxribatlarına birdəfəlik son qoymaq məqsədilə bütün təmas xətti boyunca hərbi əməliyyatlara başladı. Birmənalı olaraq qeyd olunmalıdır ki, Vətən müharibəsi sadəcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın gələcək müqəddəratının müəyyənləşməsi baxımından müstəsna əhəmiyyət kəsb edirdi. 44 gün davam edən irimiqyaslı hərbi əməliyyatların nəticəsi olaraq, Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Məhz bizim şanlı ordumuz XXI əsrdə ilk dəfə irimiqyaslı hərbi əməliyyatlarda qalib gələrək öz ölkəsinin ərazi bütövlüyünü bərpa edib. Bu gün Azərbaycan Ordusu sadəcə ölkəmizdə deyil, artıq həm də bütün Cənubi Qafqazda sülhün əsas təminatçısı kimi çıxış edir.”

Daha sonra A.Naxçıvanlı cənab Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət xəttindən bəhs edərək bunları deyib: “Birmənalı olaraq demək lazımdır ki, cənab Prezidentin həyata keçirdiyi praqmatik xarici siyasət kursu ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət edir. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Həmçinin Azərbaycanın 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə uğurla və yüksək səmərəliliklə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Əlbəttə ki, dünyada sülhü və konstruktiv əməkdaşlığı təbliğ edən cənab Prezident İlham Əliyevin beynəlxalq təşəbbüsləri xüsusilə mühüm əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının ən aktiv və nüfuzlu üzvlərindən biridir. 2026-cı ildə isə ölkəmiz bu mötəbər Təşkilata sədrlik edəcək. Əlbəttə ki, Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Son iki il ərzində cənab Prezident İlham Əliyevin TDT-yə üzv və müşahidəçi dövlətlərə 20-dən artıq səfəri təşkil olunmuşdur. 2024-cü il 19 dekabr tarixində Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı zamanı təşkilata üzv qəbul edilməsində Azərbaycanın namizədliyinə Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeş tərəfindən dəstək göstərilməsi bu ölkələr ilə səmimi dostluğumuzun və əməkdaşlığımızın göstəricisidir. Zəngin enerji resurslarına malik olan və eyni zamanda da müstəqil praqmatik xarici siyasət, o cümlədən stabil enerji siyasəti yürüdən Azərbaycanda hökm sürən dayanıqlı ictimai-siyasi sabitlik Azərbaycanı bütün dost ölkələr üçün əsl etibarlı tərəfdaşa çevirib. Bütün bu uğur və nailiyyətlər cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasətinin, Azərbaycanın daha güclü və inkişaf etmiş ölkəyə çevrilməsinə dəqiq hesablanmış strategiyasının bariz nəticələridir.

Sonda isə mən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi ad günü münasibətilə səmimi-qəlbdən təbrik etmək istəyirəm. Möhtərəm dövlət başçımız bütün fəaliyyəti boyunca xalqına bağlılığını, milli maraqlara sədaqətini əməli işlərlə sübut edib. Xüsusilə işğal dövründə cənab Prezidentin öz ad günlərini dəbdəbəli mərasimlərsiz, məcburi köçkün soydaşlarımızla birlikdə qeyd etməsi onun humanist və ədalətli lider obrazının parlaq təzahürü olub. Bu addım çətin günlərdə xalqla həmrəyliyin, ağrını və ümidi bölüşməyin əsl nümunəsinə çevrildi. Cənab Prezident İlham Əliyev hər zaman bildirib ki, məcburi köçkünlərin qayıdış günü ən böyük bayram olacaq. Bu gün həmin tarixi ədalətin bərpası reallığa çevrilib və xalq öz liderinin qətiyyətini daha aydın hiss edir. Möhtərəm dövlət başçımıza möhkəm cansağlığı, uzun ömür və dövlətimizin inkişafı, xalqın rifahı naminə göstərdiyi misilsiz fəaliyyətində yeni uğur və nailiyyətlər arzulayıram. Ad gününüz mübarək cənab Prezident!” – deyə, Aqiyə Naxçıvanlı öz fikirlərini tamamlayıb.

  • Дата: 22-12-2025, 14:08
  • Автор: anskanal
Полная статья »

Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik xarici siyasət kursu ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb”

Ölkə Prezidenti cənab İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə Milli Məclisə təqdim etdiyi Amnistiya Qərarının layihəsi Parlamentin dekabrın 19-da keçirilən iclasında təsdiq olunub. Bu amnistiya aktı əhatə dairəsinə görə Azərbaycanın müstəqillik dövründə ən genişmiqyaslı amnistiya sənədi kimi qiymətləndirilir. Qərarın ümumilikdə 20 minə yaxın şəxsə şamil ediləcəyi gözlənilir ki, onlardan 5 mindən çoxunun azadlıqdan məhrumetmə cəzasından azad olunacağı bildirilir. Bu sənəd bir daha göstərdi ki, cənab Prezident İlham Əliyevin siyasi baxışlarının mərkəzində məhz insan amili dayanır.

Bugünkü buraxılışımızda qəbul olunmuş amnistiya aktının mahiyyəti, eləcə də Ölkə Prezidenti cənab İlham Əliyevin fəaliyyətini səciyyələndirən bir çox məsələlər barədə aia.az-ın suallarını Milli Məclisin deputatı, Parlamentin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.

Xoş gördük Sizi, Eldar müəllim. Ölkəmizin ictimai-siyasi həyatında cərəyan edən hadisələrin, gedən mütərəqqi proseslərin yüksək dinamikası bizim növbəti görüşümüzün vaxtının müəyyənləşməsinə də təsirsiz ötüşmədi. Hər dəfə olduğu kimi, Sizinlə görüşmək bizə çox xoşdur və ümid edirəm ki, bugünkü söhbətimizin mövzusu da kifayət qədər maraqlı və rəngarəng olacaq. Eldar müəllim, Milli Məclis Ölkə Prezidenti cənab İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə Parlamentə təqdim etdiyi Amnistiya Qərarının layihəsini təsdiq etdi...

- Mən də sizi ürəkdən salamlayıram və növbəti dəfə sizinlə görüşməyimizdən məmnun olduğumu bildirmək istəyirəm. Bəli, dekabrın 19 Milli Məclis müstəqil Azərbaycanın tarixində ən böyük amnistiya aktını qəbul etdi. Bu təşəbbüsü ilə Ölkə Prezidenti cənab İlham Əliyev həyata keçirdiyi ardıcıl və məqsədyönlü dövlət siyasətinin başlıca ideoloji sütunlarından birinin məhz humanizm prinsipi olduğunu bir daha nümayiş etdirdi. Vətəndaşların hüquq və azadlıqlarının qorunması, sosial rifahın yüksəldilməsi, ədalət və mərhəmət dəyərlərinin təşviqi bu siyasətin prioritet istiqamətlərini təşkil edir. Bu amnistiya aktı bir daha göstərdi ki, Azərbaycan dövlətinin gücü yalnız iqtisadi və hərbi potensialında deyil, eyni zamanda cəmiyyətə təqdim etdiyi humanist yanaşmada və sosial məsuliyyət fəlsəfəsində ifadə olunur. Müstəqil dövlətçiliyimizin möhkəmlənməsi, suverenliyimizin tam bərpası və Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazisində təmin edilməsi xalqımızın taleyində müstəsna əhəmiyyət daşıyan tarixi nailiyyətdir. Məhz bu kontekstdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində humanizm və mərhəmət ənənələrinə sadiqliyin bariz nümunəsi kimi cənab Prezident İlham Əliyev 15 dekabr 2025-ci il tarixində amnistiya elan edilməsi təşəbbüsü ilə çıxış etmişdir. Bu addım cəzadan azad etmənin təkcə hüquqi deyil, həm də tərbiyəvi və sosial əhəmiyyət daşıdığına inamın ifadəsidir. Dövlət başçısı azadlığa qovuşacaq şəxslərin gələcəkdə qanunlara hörmətlə yanaşacaqlarına, cəmiyyətə inteqrasiya olunaraq ölkəmizin inkişafına öz töhfələrini verəcəklərinə ümid etdiyini nümayiş etdirir.

- Eldar müəllim, elə bu məqamda istərdim söhbətimizi cənab Prezident İlham Əliyevin 2003-cü ildən bəri keçən müddət ərzində göstərdiyi fəaliyyətini səciyyələndirən əsas prinsiplər mövzusunda davam etdirək...

- Cənab Prezident İlham Əliyevin fəaliyyətindən danışarkən, ilk növbədə belə bir həlledici məqam diqqətə alınmalıdır ki, Azərbaycan xalqı hər zaman öz dövlət başçısını dəstəkləyib, ona sonsuz etimad göstərib. Dövlət başçımızın 22 illik fəaliyyətini səciyyələndirən əsas prinsiplər isə, mahiyyət etibarı ilə cənab Prezidentin 2024-cü ilin seçki platformasında qarşıya qoyulmuş hədəflərdə aydın şəkildə öz əksini tapıb. Bunlar hər bir vətəndaşın rifahının davamlı yaxşılaşdırılması, qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan dayanıqlı iqtisadi artım, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, Milli maraqlara söykənən müstəqil xarici siyasət, Milli təhlükəsizlik və müasir ordu quruculuğu, innovativ və müasir təhsil, qabaqcıl səhiyyə, müasir, milli köklərə bağlı, vətənpərvər gəncliyin inkişafı, demokratik inkişaf, insan hüquq və azadlıqlarının təmin edilməsi. Etiraf edək ki, Azərbaycan bütün bu hədəf və məqsədlərə doğru 2003-cü ildən bəri inamla irəliləyir və onların bir çoxu bu gün bizim gündəlik həyatımızın tərkib hissəsidir.

- Elə bilirəm ki, cənab Prezidentin fəaliyyətindən danışarkən ordu quruculuğu sahəsində görülən işlər xüsusi vurğulanmalıdır. Bu barədə nə deyə bilərsiz?

- Sözsüz ki, silahlı qüvvələrin modernləşdirilməsi cənab Prezident İlham Əliyevin dövlət siyasətinin əsas strateji isiqamətlərindən biridir. Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması möhtərən dövlət başçımızın Ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması da vaxtında aparılan islahatlarla bağlıdır. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Silahlı Qüvvələri Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Qürurverici haldır ki, Azərbaycan MDB məkanında ən güclü hava hücumundan müdafiə qüvvələrinə malik ölkələrdən sayılır. 2020-ci il sentyabr-noyabr aylarında Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə erməni təxribatlarına birdəfəlik son qoymaq məqsədilə bütün təmas xətti boyunca hərbi əməliyyatlara başladı. Birmənalı olaraq qeyd olunmalıdır ki, bütün Cənubi Qafqazın gələcək müqəddəratının müəyyənləşməsi baxımından müstəsna əhəmiyyət kəsb edirdi. 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq, Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Məhz bizim şanlı ordumuz XXI əsrdə ilk dəfə irimiqyaslı hərbi əməliyyatlarda qalib gələrək öz ölkəsinin ərazi bütövlüyünü bərpa edib. Bu gün Azərbaycan Ordusu sadəcə ölkəmizdə deyil, artıq həm də bütün Cənubi Qafqazda sülhün əsas təminatçısı kimi çıxış edir. Buna görə də Azərbaycan özünün hərbi qüdrətini daim artırmalı, Silahlı Qüvvələrinin döyüş hazırlığını hər zaman yüksək səviyyədə saxlamalıdır.

- Və əlbəttə ki, bu gün işğaldan azad edilmiş ərazilərimizin bərpası və Böyük Qayıdış Dövlət Proqramının uğurlu icrası da Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin davamı kimi qiymətləndirilməlidir...

- Məlumdur ki, cənab Prezident İlham Əliyev 2022-ci il 16 noyabr tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalamışdır. Bununla da işğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır. Bunu da qeyd edək ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı işlər postmünaqişə dövründə tətbiq edilən ən sistemli və sürətli yenidənqurma modellərindən biri kimi beynəlxalq təcrübə üçün mühüm nümunədir. Bütün bunlar hətta dünya miqyasında belə möhtəşəm nəticələrdir və bu nəticələr birbaşa cənab Prezident İlham Əliyevin özünün formalaşdırdığı və uğurla tətbiq etdiyi unikal idarəetmə mexanizmlərinin yüksək effektivliyi sayəsində əldə olunub.

- Eldar müəllim, bu gün Azərbaycan həm də dünyanın aparıcı dövlətlərinin əməkdaşlıq etməkdə son dərəcə maraqlı olduqlarını açıq-aydın nümayiş etdirdikləri bir ölkədir...

- Bəli, dövlət başçısının həyata keçirdiyi praqmatik xarici siyasət kursu ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət edir. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Əlbəttə ki, dünyada sülhü və konstruktiv əməkdaşlığı təbliğ edən cənab Prezident İlham Əliyevin beynəlxalq təşəbbüsləri xüsusilə mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın təşəbbüsü ilə 2013-cü il oktyabrın 28-də BMT tarixində ilk dəfə olaraq “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda iclas təşkil edilmişdir. Qoşulmama Hərəkatının sədri qismində cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyası keçirilmişdir. 18 noyabr 2021-ci il tarixində BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT üzv dövlətləri tərəfindən qəbul edilib. Qətnaməyə 126 BMT üzv dövləti həm-müəllif qismində qoşulub. Azərbaycan həmçinin İslam Əməkdaşlıq Təşkilatının ən aktiv və nüfuzlu üzvlərindən biridir. 2026-cı ildə isə ölkəmiz bu mötəbər Təşkilata sədrlik edəcək. Bu gün Azərbaycan “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır. Əlbəttə ki, Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Son iki il ərzində cənab Prezident İlham Əliyevin TDT-yə üzv və müşahidəçi dövlətlərə 20-dən artıq səfəri təşkil olunmuşdur. 2024-cü il 19 dekabr tarixində Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısı zamanı təşkilata üzv qəbul edilməsində Azərbaycanın namizədliyinə Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeş tərəfindən dəstək göstərilməsi bu ölkələr ilə səmimi dostluğumuzun və əməkdaşlığımızın göstəricisidir. Zəngin enerji resurslarına malik olan və eyni zamanda da müstəqil praqmatik xarici siyasət, o cümlədən stabil enerji siyasəti yürüdən Azərbaycanda hökm sürən dayanıqlı ictimai-siyasi sabitlik Azərbaycanı Avropa İttifaqı üçün də əsl etibarlı tərəfdaşa çevirib.

- Amma təəssüflər olsun ki, Avropa Parlamenti tərəfindən bu günlərdə qəbul edilmiş növbəti qətnamə heç də dost münaibətlərinin inkişaf etdirilməsinə xidmət eləmir...

- Tamamilə sizinlə razıyam. İlk növbədə nəzərə almaq lazımdır ki, ölkəmizin yerləşdiyi coğrafiyada, Cənubi Qafqazda davamlı sülhün və əmin-amanlığın bərqərar olması Avropa ölkələrinin maraqlarına cavab verən məqamdır. Lakin Avropa Parlamentinin 2025-ci il 18 dekabr tarixli qətnaməsindən belə məlum olur ki, Azərbaycan-Ermənistan sülh prosesində əldə olunmuş irəliləyiş bir sıra dairələrin maraqlarına cavab vermir. Müvafiq proseslərdə iştirak və müdaxilə imkanlarını itirən həmin dairələr Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığın təşəbbüsçüsü olan Azərbaycana qarşı belə bəsit addımlarla həmin prosesləri dolayı yolla əngəlləməyə cəhd edirlər. Bu isə o deməkdir ki, Avropa Parlamentinin fəaliyyəti hətta bu qurumun təmsil etdiyi ölkələrin və xalqların da maraqlarına ziddir. Azərbaycan digər dövlətlər kimi, öz təhlükəsizliyini və milli maraqlarını qorumaq hüququna malikdir. Qəbul edilən bu sənəd isə bir daha sübut edir ki, Avropa Parlamenti hüququ deyil, öz siyasi maraqlarını müdafiə edir. Bilirsiniz ki, Azərbaycan Respublikasının Milli Məclisi Avropa məlum qətnaməsi ilə əlaqədar bəyanat yayıb və bu bəyanatda biz növbəti dəfə böhtan xarakterli və heç bir hüquqi əsası olmayan bu sənədi qətiyyətlə pisləmişik, onun qəbuledilməz olduğunu bildirmişik. Lakin nəticə etibarı ilə belə qərarlar əlbəttə ki, nə Azərbaycanın inkişafına, nə də dövlətimizin daha da güclənməsinə qətiyyən mane ola bilməzlər. Azərbaycan bundan sonra da möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə öz haqq yoluna davam edəcək, güclənəcək və dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevriləcək.

- Eldar müəllim, artıq bir neçə gündən sonra bütün xalqımız, eləcə də planetin ən müxtəlif guşələrində yaşayan soydaşlarımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü böyük coşqu ilə qeyd edəcəklər. Lakin bu möhtəşəm bayramdan da öncə Ölkə Prezidenti cənab İlham Əliyevin doğum günüdür. Düşünürəm ki, hər iki fərəh gətirən tarixlə bağlı Sizin deməyə ürək sözləriniz var...

- Əlbəttə ki, mən ilk növbədə Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi doğum günü münasibətilə dərin hörmət və minnətdarlıq hissi ilə təbrik edirəm. Dövlət başçımızın uzaqgörən, qətiyyətli və müdrik siyasəti müasir Azərbaycanın güclənməsinin əsas sütunudur. Tarixi zəfərlər, möhkəmlənən dövlətçilik və yüksələn beynəlxalq nüfuz məhz bu liderliyin parlaq nəticəsidir. Xalqın iradəsinə söykənən bu siyasi kurs ölkəmizi davamlı inkişafa aparır. Möhtərəm cənab Prezidentimizə möhkəm cansağlığı, uzun ömür və ali dövlətçilik missiyasında yeni uğurlar arzulayıram. Azərbaycan xalqı bu liderliyə güvənir və onunla fəxr edir. Həmçinin mən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dünyanın harasında yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları ürəkdən təbrik edirəm. Bu gün milli birliyimizin, ortaq kimliyimizin və tarixi köklərimizin qürurverici təcəssümüdür. Güclü dövlətçilik ənənələri və sarsılmaz həmrəylik ruhu xalqımızı daim ucaldan əsas dəyərlərdir. 2026-cı ilin hər bir azərbaycanlı ailəsinə sülh, rifah və firavanlıq gətirməsini arzulayıram. Qoy milli birlik iradəmiz gələcək zəfərlərin təməli olsun. Həmrəyliyimiz əbədi, yolumuz daim aydın olsun!

- Eldar müəllim, bir daha səmimi və ətraflı müsahibənizə görə Sizə həm oxucularımız adından, həm də bütün redaksiya heyətimiz adından səmimi minnətdarlığımı bildirirəm. Sağ olun, sağlıqla qalın.

- Mən də sizə dolğun və məzmunlu suallarınıza görə təşəkkür edirəm. Sağ olun.

Söhbətləşdi: Azər Məmmədov
aia.az

  • Дата: 22-12-2025, 09:00
  • Автор: anskanal
Полная статья »


Nigar Ağcabədili Abbasova Azərbaycan musiqi mədəniyyətində özünəməxsus yeri olan, səsi ilə qəlblərə yol tapan, sənətinə və xalqına sevgi ilə bağlı bir müğənni kimi tanınır. Onun ifası təkcə melodiyadan ibarət deyil, hər bir nəğməsində insan taleyi, sevinc və kədər, ümid və inam duyulur. Nigar xanım səhnəyə çıxdığı andan etibarən dinləyicini öz dünyasına aparmağı bacaran sənətkarlardandır.

Uşaqlıqdan musiqiyə olan marağı, ailə mühitində qazandığı milli dəyərlər və xalq musiqisinə bağlılıq onun sənət yolunun əsasını təşkil edib. O, səsin təkcə texniki bacarıq olmadığını, həm də ruhun aynası olduğunu dərk edərək, ifasında səmimiyyəti əsas meyar seçib. Məhz bu səmimiyyət onu toy və el şənliklərinin axtarılan müğənnisi edib.

Nigar Ağcabədili Abbasova toy mərasimlərində yalnız mahnı oxuyan ifaçı deyil, məclisin ruhunu idarə edən, insanları birləşdirən sənətkardır. Onun repertuarında xalq mahnıları, muğam üslublu ifalar və müasir melodiyalar harmonik şəkildə bir araya gəlir. Bu zənginlik hər zövqə xitab edir və onu dinləyən hər kəsdə xoş xatirələr yaradır.

Səhnə mədəniyyəti, davranışı və geyim üslubu ilə də seçilən Nigar xanım milli kimliyə xüsusi önəm verir. O, Azərbaycan qadınının zərifliyini, ləyaqətini və gücünü öz obrazında uğurla əks etdirir. Hər çıxışı bir sənət dərsi, hər ifası isə milli ruhun təcəssümüdür.

Onun fəaliyyəti təkcə səhnə ilə məhdudlaşmır. Nigar Ağcabədili Abbasova cəmiyyətə faydalı olmağı sənətkar borcu hesab edir. Şəhid ailələrinə göstərdiyi mənəvi dəstək, onların tədbirlərində könüllü iştirak etməsi onun humanist və vətənpərvər mövqeyinin bariz nümunəsidir. Bu ailələrin dərdinə şərik olmaq, onların qürurunu yaşatmaq onun üçün böyük şərəfdir.




Qazilərə olan hörmət və diqqət də Nigar xanımın fəaliyyətində xüsusi yer tutur. O, müharibə iştirakçılarının keçdiyi çətin yolu dərindən anlayır, onların cəmiyyətə inteqrasiyasına dəstək olmağı vacib sayır. Bu mövqe onun təkcə sənətkar deyil, həm də məsuliyyətli vətəndaş olduğunu göstərir.

Vətənpərvərlik Nigar Ağcabədili Abbasovanın daxili dünyasının ayrılmaz hissəsidir. Onun ifalarında Vətən sevgisi, torpağa bağlılıq və milli qürur açıq şəkildə hiss olunur. Xüsusilə vətənpərvərlik mövzulu mahnıları dinləyicilərdə dərin emosiyalar oyadır və birlik ruhunu gücləndirir.

Dövlətçiliyə sadiqlik, Azərbaycan dövlətinə və onun rəhbərliyinə olan hörmət onun mövqeyində aydın görünür. Nigar xanım ölkənin inkişaf yolunu dəstəkləyən, sabitlik və güclü dövlət ideyalarına inanmış sənətkardır. O, Azərbaycan Prezidentinə olan sədaqətini açıq şəkildə ifadə edir və bu mövqeyini hər zaman qoruyur.

Cənab İlham Əliyevin rəhbərliyi altında ölkənin əldə etdiyi uğurlar Nigar Ağcabədili Abbasovanın da qürur duyduğu məsələlərdəndir. O, bu uğurların mədəniyyət sahəsində də öz əksini tapdığını vurğulayır və sənət adamı kimi bu inkişafın bir parçası olmağı özünə borc bilir.

Sosial şəbəkələrdə də aktiv olan Nigar xanım burada da səmimi və açıq ünsiyyət qurur. Paylaşımlarında musiqi ilə yanaşı, milli dəyərlər, ailə anlayışı və sosial məsuliyyət mövzularına toxunur. Bu isə onu geniş auditoriyaya daha da yaxınlaşdırır.

Onun zəhmətkeşliyi və səhnəyə olan məsuliyyətli yanaşması gənc ifaçılar üçün örnəkdir. Nigar Ağcabədili Abbasova hər bir çıxışına ciddi hazırlaşır, tamaşaçıya hörməti sənətinin əsas prinsipi sayır. Bu peşəkarlıq onun uzunmüddətli uğurunun əsas səbəblərindəndir.

Musiqiyə yanaşmasında kommersiya düşüncəsindən daha çox, mənəvi dəyər ön plandadır. O, mahnını sadəcə ifa etmir, onu yaşayır və yaşadır. Bu yanaşma dinləyici ilə sənətkar arasında güclü bağ yaradır.

Ailə dəyərlərinə bağlılıq da onun həyat fəlsəfəsində mühüm yer tutur. Nigar xanım ailənin cəmiyyətin təməli olduğunu vurğulayır və bu dəyərləri həm şəxsi həyatında, həm də sənətində qorumağa çalışır. Bu mövqe onu dinləyicinin gözündə daha da ucaldır.

Onun səsi sevinc anlarında şənlik, kədərli məqamlarda isə təsəlli kimi səslənir. Bu universallıq Nigar Ağcabədili Abbasovanı fərqləndirən əsas xüsusiyyətlərdəndir. O, hər duyğuya uyğun ifa təqdim etməyi bacarır.

Sənət yolunda qarşılaşdığı çətinliklər onu zəiflətməyib, əksinə daha da möhkəmləndirib. O, hər maneəni təcrübəyə çevirərək irəliləməyə davam edib. Bu iradə və əzm onun xarakterinin gücünü göstərir.

Bu gün Nigar Ağcabədili Abbasova həm sevilən müğənni, həm də nümunəvi vətəndaş kimi tanınır. Onun sənəti, vətənə bağlılığı, sosial həssaslığı və dövlətçiliyə sadiqliyi bir bütöv obraz yaradır. Bu obraz Azərbaycan qadınının gücünü, zərifliyini və mənəvi zənginliyini təcəssüm etdirir.

Nigar xanımın səsi səsləndikcə, Azərbaycan musiqisinin ruhu da yaşayır. Onun yolu işıqlı, sənəti daim uca, qəlbi isə Vətən sevgisi ilə dolu olsun.


Bu gün Nigar Ağcabədili Abbasovanın sənət yolu yalnız səhnə ilə məhdudlaşmır, o, eyni zamanda müasir dövrün imkanlarından istifadə edərək dinləyiciləri ilə daha sıx ünsiyyət qurur. Sosial şəbəkələrdə, xüsusilə TikTok platformasında aktiv fəaliyyəti onun sənətinin daha geniş auditoriyaya çatmasına şərait yaradır. Burada paylaşdığı ifalar, canlı çıxışlardan parçalar və səmimi görüntülər izləyicilərin böyük marağına səbəb olur və onun sənətinə olan sevgini daha da artırır.

Toy və ailə məclisləri üçün Nigar Ağcabədili Abbasovanın ifası xüsusi dəyər daşıyır. Onun səsi sevinc dolu günlərin yaddaşlarda silinməz iz buraxmasına xidmət edir. Məclis sahiblərinə göstərdiyi hörmət, peşəkar yanaşması və məsuliyyət hissi onu etibar edilən və sevilən müğənnilərdən birinə çevirir. Bu səbəbdən də onu özəl günlərinə dəvət etmək istəyənlər üçün əlaqə məlumatları açıq şəkildə təqdim olunur.

Toy və digər tədbirlər üçün əlaqə nömrəsi:
📞 +994 50 526 03 76

Nigar Ağcabədili Abbasovanın sənət yolunu, ifalarını və gündəlik fəaliyyətini yaxından izləmək istəyənlər üçün onun TikTok hesabı da açıqdır. Bu platformada o, həm sənətini, həm də daxili dünyasını izləyiciləri ilə bölüşür.

TikTok hesabı:
🔗 https://www.tiktok.com/@nigar.agcabedili

  • Дата: 20-12-2025, 11:51
  • Автор: anskanal
Полная статья »

Kamaləddin Qafarov: “Amnistiya mühüm siyasi və humanist addımdır”

“Ölkə Prezidenti cənab İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürdüyü amnistiya təşəbbüsü Azərbaycan dövlətinin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyinin növbəti bariz təzahürüdür”.

Bu fikirləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.

O, bildirib ki, müasir dünyada güclü dövlət anlayışı yalnız siyasi və hərbi imkanlarla deyil, həm də insan hüquqlarına, ləyaqətinə və sosial ədalətə göstərilən münasibətlə ölçülür. “Bu təşəbbüs göstərir ki, Azərbaycan hüquqi dövlət modelini formalaşdırarkən milli maraqlarla yanaşı, beynəlxalq humanitar dəyərləri də əsas prinsip kimi qəbul edir. Amnistiya qərarı ilə dövlətin cəmiyyətə verdiyi mesaj bundan ibarətdir ki, hüquq sistemi cəza mexanizmi olmaqla yanaşı, eyni zamanda insanı islah etməyə, ona ikinci şans verməyə xidmət etməlidir.”

Millət vəkili vurğulayıb ki, ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi ardıcıl və sistemli şəkildə həyata keçirilir: “Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlar real idarəetmə praktikası ilə tamamlanır, sosial yönümlü qərarlarla möhkəmləndirilir. Amnistiya təşəbbüsü bu baxımdan hüquqi mexanizmlərin insan taleyinə həssas münasibətinin nümunəsidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət sübut edir ki, qanunun aliliyi ilə insan amili bir-birinə zidd deyil, əksinə, bir-birini tamamlayan anlayışlardır. Dövlət hüququ qoruyur, lakin onu vicdan və ədalət prinsipləri ilə icra edir. Xüsusilə Vətən müharibəsində və antiterror əməliyyatlarında iştirak etmiş şəxslərə, şəhid ailələrinə, müharibə əlillərinə, eləcə də qadınlara, yaşlılara və yetkinlik yaşına çatmayanlara münasibətdə fərqləndirilmiş yanaşma ədalətin ən ali formasını ifadə edir. Bu yanaşma hüququn mexaniki tətbiqindən deyil, onun vicdanla icrasında ifadə olunan mahiyyətinin önə çəkilməsindən qaynaqlanır. Dövlət cəmiyyət qarşısında xüsusi xidmətləri olan şəxslərin taleyinə həssaslıqla yanaşaraq sosial ədalətin canlı nümunəsini ortaya qoyur. Bu amnistiya təşəbbüsü yalnız hüquqi akt deyil, həm də milli həmrəyliyi gücləndirən, cəmiyyətlə dövlət arasında mənəvi bağları möhkəmləndirən mühüm siyasi və humanist addımdır”

  • Дата: 18-12-2025, 15:06
  • Автор: anskanal
Полная статья »

Eldar Quliyev: “Azərbaycan-ABŞ ikitərəfli münasibətləri regionumuzda gedən konstruktiv proseslərin istiqamətini müəyyənləşdirən mühüm amillərdən biridir”


ƏVVƏLİ BURADA

Bugünkü buraxılışımızda ilin ən mühüm hadisələri, eləcə də ölkə ictimaiyyətini maraqlandıran bir sıra mövzular barədə aia.az-ın suallarını Milli Məclisin deputatı, Parlamentin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.

- Eldar müəllim, əlbəttə ki, ölkəmizin dinamik inkişaf edən xarici əlaqələrindən danışarkən Azərbaycanın Avropa ilə yanaşı həm də Asiya dövlətləri ilə münasibətləri qeyd olunmalıdır. Həmçinin müsəlman ölkələri və Türk dövlətləri ilə əlaqələr hər zaman Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətləri olub. Bu baxımdan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin fevral ayının 25-də ölkəmizə etdiyi rəsmi səfərini necə şərh edə bilərsiz?

- Cənab Şahbaz Şərifin artıq üçüncü ildir ki, ardıcıl olaraq ölkəmizə etdiyi səfərlər, eləcə də cənab Prezident İlham Əliyevin keçən il Pakistana etdiyi dövlət səfəri ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini göstərir. O cümlədən Pakistan Baş nazirinin fevralın 25-də Azərbaycanda rəsmi səfərdə olması iki ölkə arasında əlaqələrin inkişafına yeni təkan verəcək bir hadisədir. Səfər çərçivəsində ölkə rəhbərlərinin keçirdikləri həm təkbətək, həm də geniş tərkibli görüşlər zamanı ikitərəfli münasibətlərin gündəliyi o cümlədən ticarət və iqtisadi əməkdaşlıq, enerji, daşımalar, müdafiə sənayesinə aid mühüm məsələlər ətraflı müzakirə olunub. Keçirilən görüşlərdən sonra mətbuata bəyanatla etdiyi çıxışında Ölkə Prezidenti cənab İlham Əliyev əmin olduğunu bildirdi ki, Baş nazirin ölkəmizə səfəri çərçivəsində imzalanmış sənədlər ölkələrimiz arasında tərəfdaşlığı daha da gücləndirəcək. Müzakirə olunan mühüm məsələlərdən biri bağlantı və daşımalar sahəsində əməkdaşlığa dair olmuşdu. Beynəlxalq daşımalar dəhlizlərinin ayrılmaz hissəsi olan Azərbaycan həm Şimal-Cənub, həm də Şərq-Qərb layihələrində fəal iştirak edir. Əlbəttə ki, bu, bağlantı və daşımaların, iqtisadi inkişafın, o cümlədən siyasi sabitliyin mühüm elementidir və regional sabitliyin mühüm meyarıdır. Məlumdur ki, müasir dünyada məhz güc amili getdikcə daha qabarıq formada ön plana çıxmaqdadır. Ona görə də yalnız güclü hərbi potensial istənilən bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün qarantı kimi çıxış edə bilər. Məhz bu səbəbdən də Azərbaycan və Pakistan rəhbərləri arasında aparılan müzakirələrdə müdafiə sənayesi sahəsində əməkdaşlıq xüsusi yer almışdı. O cümlədən müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanları müzakirə olunmuş və bu sahənin əməkdaşlığın digər mühüm sektoru olacağına dair razılıq əldə edilmişdir. Azərbaycan və Pakistan arasında əlaqələrin genişləndirilməsi üçün bir çox sahələrdə böyük imkanlar mövcuddur. O cümlədən enerji sahəsində olan perspektivlər çox yüksək qiymətləndirilir. Təbii ki, bütün bu potensial dövlətlərimizin daha da güclənməsinə, xalqlarımızın rifah yüksəlişinə yönəldilməlidir və bu istiqamətdə müvafiq addımlar atılır.

- Azərbaycan dost ölkələrlə münasibətlərini həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurla inkişaf etdirir. Qardaş ölkələr olan Türkiyə və Pakistanla əlaqələrin ən yüksək səviyyədə inkişafı isə xüsusilə mühüm strateji əhəmiyyət kəsb edir və məhz bu səbəbdən də bütün qlobal güc mərkəzləri tərəfindən diqqətlə izlənir. Məhz bu baxımdan biz may ayında Laçında keçirilmiş Azərbaycan-Türkiyə-Pakistan rəhbərlərinin ikinci Zirvə görüşünü də mühüm siyasi hadisə kimi qiymətləndirə bilərikmi?

- Heç şübhəsiz bu gün Azərbaycanın xarici siyasətində Türkiyə və Pakistanla dostluq və qardaşlıq əlaqələri xüsusi yer tutur. Əlbəttə ki, qeyd etdiyiniz Zirvə görüşü də üçtərəfli münasibətlərin daha da möhkəmlənməsinə, iqtisadi və siyasi tərəfdaşlıq əlaqələrinin dərinləşməsinə böyük töhfədir. Zirvə görüşündə çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycan, Türkiyə və Pakistanın hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olduqlarını diqqət mərkəzinə çəkərək qeyd etdi ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstək xalqımız üçün böyük önəm kəsb etmişdir. Möhtərəm dövlət başçımız Azərbaycanın da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olduğunu və bu gün xalqlarımız arasında olan birliyin də bunu təsdiqlədiyini xüsusi vurğuladı. Ölkələrimizin coğrafi-strateji mövqeyindən və dinamik iqtisadi potensiallarından istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar mövcuddur. Cənab Prezident İlham Əliyev öz çıxışında belə bir vacib məqamı diqqətə çatdırdı ki, Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, kifayət qədər böyük coğrafiyanın enerji xəritəsi dəyişib. Ölkələrimiz bir çox Avropa dövlətinin enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayırlar. Eyni zamanda bu gün Azərbaycan və Türkiyə bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələr reallaşdırmağa başlayıblar. Həmçinin Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Təbii ki, Azərbaycan, Türkiyə və Pakistan arasında hərbi və müdafiə sənayesi sahələrində əməkdaşlıq xüsusi yer tutur. Lakin bütün bunlar əməkdaşlığın heç də bütün mümkün istiqamətlərini əhatə etmir. Dövlət başçımız həmçinin rəqəmsal innovasiyalar, süni intellekt və kosmik texnologiyalar kimi yeni əməkdaşlıq sahələrinin araşdırılmasının vacibliyini xüsusi qeyd etdi. Daha bir vacib məqam budur ki, Azərbaycan, Türkiyə və Pakistanın beynəlxalq platformalarda və təşkilatlarda həmrəyliyi hər üç ölkənin gücünə güc qatır. Buna görə də ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, habelə D-8 kimi beynəlxalq platformalarda birgə səylərini daha da möhkəmləndirmək əzmində olduqlarını bir daha bəyan etdilər.

- Düşünürəm ki, cari ilin mart ayının 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın İğdır-Naxçıvan qaz kəmərinin Ankarada keçirilmiş videobağlantı formatında açılış mərasimində iştirakları da dediklərinizin daha bir təsdiqidir. Bu hadisə ilə bağlı hansı fikirlərinizi paylaşmaq istərdiniz?

- Bildiyiniz kimi, 2023-cü il sentyabr ayının 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana etdiyi səfər bir sıra önəmli hadisələrlə əlamətdar oldu. Təbii ki, İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi də bu mühüm hadisələrdən biridir və bu layihənin icrası Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin etməklə iki qardaş ölkə arasında əlaqələrin inkişafına yeni təkan vermiş oldu. Həmin tarixi gündən tam bir il yarım keçməmiş, iki qardaş ölkənin dövlət başçılaraı artıq qaz kəmərinin açılışını edirlər. Məlumdur ki, ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanla Türkiyə arasında bütün istiqamətlərdə, o cümlədən iqtisadi və ticari sahələrdə əlaqələr də formalaşmağa başladı. Azərbaycan və Türkiyə həmişə bir-birinə həm siyasi, həm də iqtisadi cəhətdən dəstək göstəriblər. Bu gün dünyada enerji amili dövlətlər üçün əsas təhlükəsizlik probleminə və beynəlxalq münasibətlərdə əsas gündəmlərdən birinə çevrilib. Bu səbəbdən də Türkiyə ilə Azərbaycan arasındakı etibarlı tərəfdaşlıq bir çox sahələri əhatə etməklə bütün Avrasiya məkanı üçün çox böyük önəm kəsb edir. Səmimi qardaşlıq münasibətləri sayəsində Türkiyə və Azərbaycanın enerji perspektivləri və enerji təhlükəsizliyi hər iki tərəf üçün prioritet şəkildə inkişaf etməkdədir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru xətləri layihələri nəinki ölkələrimizi birləşdirdi, eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi. İğdır-Naxçıvan qaz kəməri isə, Naxçıvanın enerji təhlükəsizliyinin ən etibarlı şəkildə təmin olunması deməkdir.

- Eldar müəllim, icazənizlə bu mövzunu bir qədər də genişləndirək və etiraz etmirsinizsə, söhbətimizi Azərbaycanın iştirakı ilə Xəzərin Mərkəzi Asiyaya çıxan sahillərində cərəyan edən hadisələrə yönəldək. Daha dəqiq olsam, indi də mən avqust ayında Türkmənbaşı şəhərində keçirilmiş Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin Zirvə Görüşü barədə fikirlərinizi almaq istərdim.

- Əlbəttə ki, Azərbaycanın xarici siyasətində türkdilli dövlətlərlə əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi vacib prioritet istiqamətlərdən biridir. Bu baxımdan ölkəmizin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyəti xüsusi önəm kəsb edir. Eyni zamanda Azərbaycan türkdilli dövlətlərlə ikitərəfli və çoxtərəfli formatlarda əlaqələrin inkişafını da daim xüsusi diqqət mərkəzində saxlayır. Bu baxımdan cənab Prezident İlham Əliyevin avqustun 22-də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə bu dost ölkəyə işgüzar səfəri də xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunmalıdır ki, Azərbaycanın həm Özbəkistan, həm də Türkmənistanla siyasi əlaqələrinin yüksək səviyyədə və möhkəm əsaslar üzərində qurulmuş olması Üçtərəfli Zirvə Görüşünün effektivliyini artıran əsas amillərdən biri kimi çıxış edir. Dövlət başçımızın Sammitin yekunlarına dair mətbuata bəyanatla etdiyi çıxışında qeyd olunduğu kimi, hazırda Azərbaycanın həm Özbəkistan, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Əlbəttə ki, Sammitin gedişində əldə olunmuş razılaşmaların nəticələri olaraq Azərbaycan və Türkmənistan arasında beynəlxalq hava əlaqələrinin gələcək inkişafı haqqında Anlaşma Memorandumu, Füzuli şəhəri ilə Türkmənistanın Arxadağ şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol və Azərbaycan, Türkmənistan və Özbəkistan arasında nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandu kimi mühüm sənədlərin imzalanması da üç qardaş ölkə arasında əlaqələrin genişlənməsinə və daha da möhkəmlənməsinə böyük töhfə olacaq. Əminliklə demək olar ki, Azərbaycan-Türkmənistan-Özbəkistan əlaqələri bundan sonra da səmimi dostluq və qardaşlıq münasibətləri əsasında inkişaf edəcək və hər üç ölkənin xalqlarının rifahına xidmət edəcəkdir.

- Və nəhayət son sualım. Cənab Prezident İlham Əliyevin sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışını necə şərh edərdiniz?

- Cənab Prezidentin qeyd etdiyiniz çıxışında Azərbaycan həqiqətlərini, eləcə də ölkəmizin müəllifi olduğu yeni mütərəqqi regional reallıqları dünyaya ən doğru baxış bucağından təqdim edən bir çox mühüm məqamlar yer almışdır. İlk növbədə dövlətimizin başçısı bir daha vurğuladı ki, otuz ilə yaxın müddətdə ölkəmizin suveren ərazisinin təqribən iyirmi faizinin Ermənistanın hərbi işğalı altında qalması təkcə Azərbaycanın suverenliyinin deyil, həm də beynəlxalq hüququn kobud şəkildə pozulması idi. Dünyanın aparıcı təşkilatlarının qəbul etdiyi qətnamələr illərlə icra olunmadı və ədalət yalnız Azərbaycanın öz gücü hesabına bərpa edildi. 44 günlük Vətən müharibəsi bu baxımdan dönüş nöqtəsi oldu. Azərbaycan Ordusu işğal altındakı torpaqları azad etməklə həm özünün ərazi bütövlüyünü təmin etdi, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrini reallığa çevirdi. Cənab Prezidentin çıxışında xüsusi vurğulanan mühüm məqamlardan biri məhz bu oldu ki, Azərbaycan beynəlxalq hüququn işlək mexanizmə çevrilməsinin canlı nümunəsini ortaya qoydu. Eləcə də müharibədən sonrakı mərhələdə Azərbaycanın sülh gündəliyinə üstünlük verməsi diqqətə çatdırıldı. Əlbəttə ki, bu gündəlik qalib ölkə olan Azərbaycanın haqlı tələblərini və yaranmış yeni geosiyasi reallıqları özündə ilk növbədə ehtiva etməlidir. Ümumiyyətlə, Azərbaycan Prezidentin BMT tribunasından səsləndirdiyi hər bir fikir beynəlxalq ictimaiyyətə aydın mesaj idi: artıq regionda köhnə mexanizmlərə yer yoxdur, proses birbaşa tərəflərin siyasi iradəsi ilə aparılmalıdır. Bu mesajın mahiyyətində duran əsas ideya isə bundan ibarətdir ki, Azərbaycan özünün ərazi bütövlüyünü və suvrenliyini tam bərpa edib, indi isə bölgəni sülh və inkişaf məkanına çevirmək istiqamətində qətiyyətlə irəliləyir.

- Eldar müəllim, hər zaman olduğu kimi, səmimi və ətraflı müsahibənizə görə Sizə həm oxucularımız adından, həm də bütün redaksiya heyətimiz adından səmimi minnətdarlığımızı bildirirəm. Sağ olun, sağlıqla qalın.

- Mən də sizə dolğun və məzmunlu suallarınıza görə təşəkkür edirəm. Sağ olun.

Söhbətləşdi: Azər Məmmədov
aia.az

  • Дата: 18-12-2025, 09:21
  • Автор: anskanal
Полная статья »

Eldar Quliyev: “Azərbaycan-ABŞ ikitərəfli münasibətləri regionumuzda gedən konstruktiv proseslərin istiqamətini müəyyənləşdirən mühüm amillərdən biridir”

Azərbaycan xalqı Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən sonra keçən beşinci ili yola salmaq ərəfəsindədir. Ölkəmizdə Konstitusiya və Suverenlik İli elan olunmuş 2025-ci il xalqımız üçün bir çox önəmli hadisələrlə əlamətdar oldu. Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə, qlobal miqyasda mövqelərinin möhkəmlənməsinə xidmət edən bu hadisələr istər ölkə ictimaiyyəti tərəfindən, istərsə də planetar miqyasda dövlətimizin xarici siyasət kursunun uğuru, Azərbaycan diplomatiyasının yüksək effektivliyi kimi dəyərləndirilir. Əlbəttə ki, il ərzində şahidi olduğumuz ən mühüm hadisələrdən biri cənab Prezident İlham Əliyevin avqust ayında ABŞ Prezidenti Donald Trampın dəvətilə Vaşinqtona etdiyi işgüzar səfər oldu. Bu səfər istər Azərbaycan-Amerika münasibətlərinin yeni, strateji əməkdaşlığı özündə ehtiva edən mərhələyə keçidi üçün möhkəm zəminin yaradılması, istərsə də Ermənistanla imzalanacaq sülh sazişinin paraflanması və buna dair Birgə Bəyannamənin qəbul edilməsi ilə bağlı müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda da bu səfərin gedişində əldə olunmuş tarixi nəticələr Azərbaycanın Avropa ölkələri ilə münasibətlərin formalaşması və davam etdirilməsi baxımından mövqelərini daha da möhkəmləndirmişdir. Bunu dövlət başçımızın dekabrın 8-də Slovakiyaya ilk rəsmi səfərinin gedişində də aydın şəkildə müşahidə etmək oldu. Beləliklə, Azərbaycan 2025-ci ili böyük uğurlar və mühüm nəticələrlə başa vurur.

Bugünkü buraxılışımızda ilin ən mühüm hadisələri, eləcə də ölkə ictimaiyyətini maraqlandıran bir sıra mövzular barədə aia.az-ın suallarını Milli Məclisin deputatı, Parlamentin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.

- Xoş gördük Sizi, Eldar müəllim. Yenidən Sizinlə görüşmək bizə çox xoşdur. Bugünkü söhbətimizin mövzusu yola salmaqda olduğumuz ilin ən mühüm hadisələri ilə bağlı olacaq...

- Mən də sizi ürəkdən salamlayıram və yenidən görüşməyimizdən çox məmnun olduğumu bildirmək istəyirəm. İlk növbədə birmənalı olaraq qeyd edilməlidir ki, 2025-ci ildə ölkləmizin ictimai-siyasi həyatında baş vermiş ən mühüm hadisə əlbəttə ki, cənab Prezident İlham Əliyevin ABŞ Prezidentinin təşəbbüsü və dəvəti ilə avqustun 7-də Vaşinqtona etdiyi rəsmi səfər olmuşdur. Bu, həqiqətən də tarixi əhəmiyyət kəsb edən bir hadisədir. Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammitinin Ağ Evdə keçirilməsi rəsmi Vaşiqtonun bu gün artıq Cənubi Qafqazda gedən proseslərə tamamilə fərqli prizmadan yanaşdığını deməyə əsas verir. Prezident Trampın Azərbaycanla münasibətləri inkişaf etdirməkdə maraqlı olması, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Cənubi Qafqazda sülhün bərqərar edilməsi istiqamətində göstərdiyi səyləri düzgün şəkildə yüksək qiymətləndirməsi və bir çox başqa amillər ölkələrimiz arasında artıq Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanmasına dair qərar verilməsinə şərait yaratdı. Ümumilikdə isə, cənab Prezident İlham Əliyevin ABŞ-a səfəri bir neçə mühüm nailiyyətlə əlamətdar oldu. Həmin tarixi səfərdən keçən dörd ay ərzində də biz Azərbaycan-Amerika ikitərəfli münasibətlərinin regionumuzda gedən konstruktiv proseslərin əsas istiqamətlərinin müəyyən edilməsinə ən çox təsir edən mühüm amillərdən biri olduğunu aşkar şəkildə izləmək imkanına malik olmuşuq.

- Razıyam sizinlə, Eldar müəllim. Əlbəttə ki, bu səfər həqiqətən də tarixi hadisədir və biz bu gün Azərbaycan-Amerika ikitərəfli münasibətlərinin təkcə regional proseslərə deyil, həmçinin ölkəmizin Avropa dövlətləri ilə münasibətlərinin formalaşması prosesinə önəmli təsir etdiyini də deyə bilərik. Bu baxımdan cənab Prezident İlham Əliyevin Slovakiyaya səfərini necə şərh edərdiniz?

- Hər şeydən öncə deməliyəm ki, dövlət başçımızın dekabrın 8-də Slovakiyaya ilk rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlığın artıq konseptual mərhələdən çıxaraq praktik və dayanıqlı əməkdaşlıq modelinə çevrildiyini nümayiş etdirdi. Hər iki ölkənin Prezidentləri mətbuata verdikləri bəyanatlarında ikitərəfli münasibətləri sadəcə diplomatik etiketi qorumaq üçün deyil, real geosiyasi maraqların uzlaşdığı, qarşılıqlı etimadın maksimum səviyyədə formalaşdığı bir müstəvidə inkişaf etdirdiklərinə dair aşkar mesajlarını verdilər. Cənab Prezident İlham Əliyevin “Slovakiya və Azərbaycan sözün əsl mənasında dost ölkələrdir və strateji tərəfdaşlardır” fikri təsadüfi bəyanat deyil, son illərdə imzalanan sənədlərin və həyata keçirilən layihələrin məntiqi nəticəsidir. Xüsusilə ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələri yalnız siyasi deyil, həm də iqtisadi, enerji və təhlükəsizlik müstəvilərində ən yüksək səviyyəyə qaldırdı. Cənab Prezidentin vurğuladığı kimi, bu sənədin imzalanmasından sonra əməkdaşlığın bütün istiqamətlərində dinamika kəskin şəkildə artdı və bu gün tərəflər sözdə deyil, əməldə strateji tərəfdaşlıq nümayiş etdirirlər. Prezident Pelleqrini isə slovak xalqı adından Azərbaycanı Ermənistan ilə sülh müqaviləsinin mətninin paraflanması münasibətilə təbrik edərkən bu hadisənin Ağ Evdə Prezident Donald Trampın iştirakı ilə baş verdiyini xüsusi vurğuladı. Bununla da Azərbaycan-ABŞ münasibətlərinin Avropada diqqətlə izləndiyi və təhlil olunduğu bir daha öz təsdiqini tapmış oldu.

- Eyni zamanda Slovakiya Prezidentinin səsləndirdiyi fikirlərin qarşılıqlı siyasi iradənin təkcə Bakının deyil, həm də Bratislavanın prioritet yanaşması olduğunu nümayiş etdirdi...

- Tamamilə doğrudur. Elə Prezident Pelleqrininin “Slovakiya Azərbaycanı regionda strateji əhəmiyyətə malik tərəfdaş hesab edir” sözləri də rəsmi Bratislava tərəfindən Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolun yüksək qiymətləndirilməsinin göstəricisidir. Bu kontekstdə cənab Prezident İlham Əliyevin enerji təhlükəsizliyi haqqında verdiyi bəyanat xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayının 14-ə çatması, həmçinin boru kəmərləri ilə qaz ixracında birinci yerə çıxması artıq ölkəmizin qlobal enerji xəritəsində aparıcı oyunçuya çevrildiyini sübut edir. Yeni yataqların işə düşməsi ilə Slovakiyaya və onun qonşularına qaz tədarükünün artırılması perspektivi Azərbaycanın Avropa üçün yalnız bugünün deyil, həm də yaxın onilliklərin etibarlı enerji tərəfdaşı olaraq qalacağını göstərir. Bu səfər bir daha sübut etdi ki, Bakı–Bratislava xətti təkcə siyasi dialoq deyil, Avropanın enerji təhlükəsizliyinə və regional sabitliyə real töhfə verən strateji xəttdir və Azərbaycan bu əməkdaşlığın mərkəzində duran əsas aparıcı qüvvədir.

- Eldar müəllim, elə bilirəm ki, biz indi Azərbaycan-Avropa tərəfdaşlıq əlaqələri mövzusunu davam etdirmək istəsək, ölkəmizlə münasibətləri inkişaf etdirməkdə maraqlı olan bir çox dövlətlərin adlarını çəkə bilərik ki, bunların da sırasında qitənin istər siyasi, istərsə də iqtisadi baxımdan lider ölkələri yer alıblar. Bu barədə nə deyə bilərsiz?

- Bu gün Azərbaycanla təkcə Avropanın deyil, dünyanın aparıcı dövlətləri əməkdaşlıq etməkdə son dərəcə maraqlı olduqlarını açıq-aydın nümayiş etdirirlər. Əgər biz sırf Avropa ölkələrindən danışırıqsa, bu zaman qitənin İtaliya və Almaniya kimi aparıcı mövqelərdə duran dövlətlərini qeyd edə bilərik. Məsələn, bu ilin aprel ayında Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin ölkəmizə rəsmi səfəri də bu deyilənlərin daha bir önəmli təsdiqidir. Səfər çərçivəsində Azərbaycan və Almaniya dövlət başçılarının keçirdikləri görüşlərdə müzakirə olunan əsas mövzulardan birinin də Ermənistanla sülh sazişinin imzalanması barədə olması Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olmasında Almaniyanın xüsusilə maraqlı olduğunu deməyə əsas verir. Hələ də davam edən Rusiya-Ukrayna müharibəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük təhdidlər törətməkdədir. Bu səbəbdən yeni enerji mənbələri axtaran Avropa İttifaqı üçün Azərbaycanın önəmi getdikcə daha qabarıq formada özünü göstərir. Zəngin enerji resurslarına malik olan və eyni zamanda da müstəqil praqmatik xarici siyasət, o cümlədən stabil enerji siyasəti yürüdən Azərbaycanda hökm sürən dayanıqlı ictimai-siyasi sabitlik Avropanın seçiminə təsir edən əsas amillərdəndir. Bütün bunlar Azərbaycanı Avropa İttifaqı üçün əsl etibarlı tərəfdaşa çevirib. Belə olan halda ölkəmizin yerləşdiyi coğrafiyada, Cənubi Qafqazda davamlı sülhün və əmin-amanlığın bərqərar olması da əlbəttə ki, Avropa ölkələrinin, o cümlədən Almaniyanın maraqlarına cavab verən məqamdır. Azərbaycan və Almaniya dövlət başçılarının mətbuata verdikləri bəyanatlarda da bütün bu məqamlar öz əksini tapmışdır. Almaniya Prezidenti o cümlədən Orta Dəhlizin öz ölkəsi üçün vacibliyini xüsusi vurğulamışdır. Qeyd olunmuşdur ki, təkcə Mərkəzi Asiya ilə deyil, həmçinin Uzaq Şərq, Cənub-Qərbi Asiya, eləcə də Çin ilə iqtisadi və ticarət əlaqələrində maraqlı olan Almaniya Orta Dəhlizin vəd etdiyi perspektivləri yüksək dəyərləndirir və getdikcə bu perspektivlər daha da cəlbedici olacaqdır.

- Yeri gəlmişkən, İtaliya Prezidentinin sentyabr ayında ölkəmizə etdiyi rəsmi səfəri də kifayət qədər önəmli hadisə kimi dəyərləndirilə bilər...

Əlbəttə ki, Prezident Mattarellanın Azərbaycana rəsmi səfəri mühüm əhəmiyyət kəsb edən bir hadisə idi. Həm də bu səfərin önəmi təkcə Azərbaycan-İtaliya əlaqələrinin deyil, həmçinin Azərbaycan-Avropa İttifaqı, Azərbaycan-NATO əlaqələrinin də dərinləşməsinə və daha da möhkəmlənməsinə verə biləcəyi dəyərli töhfələrlə bağlıdır. İtaliya ilə münasibətlər Azərbaycanın Qərblə əlaqələrinin formalaşmasında mühüm rol oynayır. Dövlət başçımızın da öz çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək vermişdir və son vaxtlar Avropa İttifaqı-Azərbaycan əlaqələrində müsbətə doğru addımların atılmasında da bu dəstək öz təzahürlərini tapır. Əlbəttə, bu gün İtaliya ilə münasibətlər onsuz da çox yüksək səviyyədə inkişaf etməkdədir və bu fakt öz təsdiqini cənab Prezident İlham Əliyevin sentyabr ayında mətbuata verdiyi bəyanatında da tapmışdır. Bununla belə dövlət başçısı xüsusi olaraq vurğuladı ki, mövcud əlaqələrin dayanıqlılığı yalnız energetika layihələri ilə məhdudlaşmamalıdır. Təqdirəlayiq haldır ki, bu münasibətlərin getdikcə daha çox sahəyə sirayət etməsi üçün bu gün həm Azərbaycan, həm də İtaliya tərəfindən məqsədyönlü addımlar atılır, əlaqələrin institusional formatda genişlənməsi üçün tədbirlər görülür. Əlbəttə ki, Azərbaycan və İtaliya arasında parlamentlərarası platformaların, gənclər forumlarının gücləndirilməsi, vətəndaş cəmiyyəti təmaslarının təşviqi bu məsələyə önəmli töhfələr verə bilər. O cümlədən İtaliya-Azərbaycan Universiteti kimi layihələr strateji tərəfdaşlığın mədəni və təhsil aspektinə uğurlu keçidinin bariz göstəricisidir. Həm də bu cür layihələrin çox önəmli mənəvi-siyasi dəyər daşıyıcısı olduqlarını da diqqətdən kənarda qoymaq olmaz.

Söhbətləşdi: Azər Məmmədov
ardı var...

  • Дата: 17-12-2025, 10:42
  • Автор: anskanal
Полная статья »

Kamaləddin Qafarov: “Mövcud münasibətlər  Azərbaycanın Avropaya inteqrasiya xəttinə tam uyğun gəlir”


“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Slovakiyaya rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlığın artıq konseptual mərhələdən çıxaraq praktik və dayanıqlı əməkdaşlıq modelinə çevrildiyini bir daha nümayiş etdirdi.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Onun fikrincə, Prezidentlərin mətbuata bəyanatları göstərdi ki, tərəflər münasibətləri sadəcə diplomatik etiketi qorumaq üçün deyil, real geosiyasi maraqların uzlaşdığı, qarşılıqlı etimadın maksimum səviyyədə formalaşdığı bir müstəvidə inkişaf etdirirlər. “Cənab Prezident İlham Əliyevin “Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır” fikri təsadüfi bəyanat deyil, son illərdə imzalanan sənədlərin və həyata keçirilən layihələrin məntiqi nəticəsidir. Xüsusilə ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələri yalnız siyasi deyil, iqtisadi, enerji və təhlükəsizlik müstəvilərində də ən yüksək səviyyəyə qaldırdı. Cənab Prezidentin vurğuladığı kimi, bu sənəddən sonra əməkdaşlığın bütün istiqamətlərində dinamika kəskin şəkildə artdı və bu gün tərəflər sözdə deyil, əməldə strateji tərəfdaşlıq nümayiş etdirirlər. Bu, həm Azərbaycanın Avropaya inteqrasiya xəttinə, həm də Slovakiyanın Cənubi Qafqaz regionunda etibarlı tərəfdaş axtarışına tam uyğun gəlir.”

Fikirlərini davam etdirən millət vəkili daha sonra bildirib ki, Slovakiya Prezidenti Peter Pelleqrininin səsləndirdiyi fikirlər qarşılıqlı siyasi iradənin təkcə Bakıda deyil, eyni zamanda, Bratislavada da prioritet səviyyədə olduğunu nümayiş etdirdi: “Prezident Pelleqrininin “Slovakiya Azərbaycanı regionda strateji əhəmiyyətə malik tərəfdaş hesab edir” sözləri Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolun yüksək qiymətləndirilməsinin göstəricisidir. Bu kontekstdə cənab Prezident İlham Əliyevin enerji təhlükəsizliyi haqqında verdiyi bəyanat xüsusi əhəmiyyət daşıyır: Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayının 14-ə çatması, həmçinin boru kəmərləri ilə qaz ixracında birinci yerə çıxması artıq ölkəmizin qlobal enerji xəritəsində aparıcı oyunçuya çevrildiyini sübut edir. Yeni yataqların işə düşməsi ilə Slovakiyaya və onun qonşularına qaz tədarükünün artırılması perspektivi Azərbaycanın Avropa üçün yalnız bu günün deyil, həm də yaxın onilliklərin etibarlı enerji tərəfdaşı olaraq qalacağını göstərir. Bu səfər bir daha sübut etdi ki, Bakı–Bratislava xətti təkcə siyasi dialoq deyil, Avropanın enerji təhlükəsizliyinə və regional sabitliyə real töhfə verən strateji xəttdir və Azərbaycan bu əməkdaşlığın mərkəzində duran əsas aparıcı qüvvədir” .

  • Дата: 10-12-2025, 15:44
  • Автор: anskanal
Полная статья »

Aqiyə Naxçıvanlı: “Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycan xalqının taleyini dəyişdi”

“12 dekabr — Ümummilli Lider Heydər Əliyevin anım günü Azərbaycan xalqı üçün yalnız tarixi bir xatırlatma deyil, həm də dövlətçilik təfəkkürünün yenidən qiymətləndirildiyi, milli iradənin formalaşmasının dərin mahiyyətinə nəzər salınan xüsusi bir gündür. Hər il olduğu kimi bu il də xalqımız dahi liderin ölkəmizin taleyinə həsr etdiyi ömrü böyük ehtiramla yad edir. Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində dönüş nöqtəsi, milli yaddaşda isə qurtuluş, təhlükəsizlik, sabitlik və inkişaf rəmzi kimi yaşayır. Çünki Ulu Öndərin hakimiyyətə gəlişi təkcə siyasi rəhbər dəyişikliyi deyil, dövlətçilik məfkurəsinin möhkəmləndirilməsi, xalqın öz gələcəyinə inamının bərpası demək idi.”

Bu sözləri 12 dekabr – Ümummilli Lider Heydər Əliyevin Anım günü münasibətilə mətbuata verdiyi açıqlamasında siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlı deyib.

Müsahibimiz daha sonra Azərbaycanda müasir dövlət quruculuğu işinin əsasının məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu diqqət mərkəzinə çəkib: “XX əsrin sonlarında Azərbaycan üçün son dərəcə mürəkkəb və ziddiyyətli bir dövr yaşanırdı. Təhlükəsizlik böhranı, separatizm və idarəetmədə xaos yeni müstəqil dövlətin mövcudluğunu sual altına qoymuşdu. Məhz belə bir həssas məqamda Heydər Əliyevin siyasi səhnəyə qayıdışı millətin taleyində dönüş yaratdı. Ulu Öndərin qətiyyətli iradəsi, siyasi müdrikliyi və geniş təcrübəsi sayəsində ölkədə sabitlik bərpa edildi, dövlət quruculuğu prosesləri sistemli xarakter aldı. O dövrdə Azərbaycan üçün ən mühüm məsələ dövlət aparatı, ordu, hüquq-mühafizə və idarəçilik sistemlərinin yenidən qurulması idi. Ümummilli Lider bu proseslərin hər birinə şəxsən rəhbərlik etməklə müstəqilliyin qorunmasını təmin etdi. Bu səbəbdən də 1993-cü il siyasi tariximizdə dövlətçiliyimizin xilas olduğu il kimi yadda qaldı. Dövlətçilik fəlsəfəsi Heydər Əliyevin fəaliyyətində mərkəzi yer tuturdu. Ulu Öndər Azərbaycanı təhdidlərdən qorumaqla kifayətlənmədi, həm də ölkənin müasir dünya sisteminə inteqrasiyası üçün möhkəm baza formalaşdırdı. Əsrin müqaviləsinin imzalanması bunun ən bariz nümunəsidir. Bu tarixi sənəd təkcə iqtisadi inkişafa yol açmadı, həm də Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasında mühüm rol oynadı. Ölkəyə sərmayələr cəlb edildi, enerji strategiyası formalaşdı, Azərbaycanın dünyaya açılan güc mərkəzi kimi mövqeyi möhkəmləndi. Bu gün Azərbaycanı regionda enerji təhlükəsizliyinin əsas təminatçılarından biri kimi görən dövlətlər Ulu Öndərin uzaqgörən siyasətini daha aydın dərk edirlər. Əlbəttə ki, Ümummilli Liderin mühüm tarixi xidmətlərindən biri də milli həmrəylik fəlsəfəsinin dövlət idarəçiliyində əsas prinsipə çevrilməsidir. Heydər Əliyev bütün çıxışlarında xalqın birliyinin dövlətin sütunu olduğunu vurğulayırdı. Bu gün müstəqil Azərbaycan cəmiyyətində müşahidə olunan həmrəylik və birlik ənənəsi məhz Ulu Öndərin yaratdığı ideoloji zəmin üzərində formalaşıb. Bununla yanaşı, Ümummilli Lider təhsil, mədəniyyət, ordu quruculuğu və gənclər siyasəti kimi sahələrdə də sistemli islahatların əsasını qoydu. Xüsusilə ordu quruculuğu istiqamətində atılan addımlar sonralar Azərbaycanın hərbi-siyasi qüdrətinin təməlini təşkil etdi. 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Zəfər də məhz Ulu Öndər Heydər Əliyevin yaratdığı ordunun, kadr potensialının və hərbi strategiyanın davamı idi.”

Fikirlərini davam etdirən A.Naxçıvanlı həmçinin qeyd edib ki, bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən son dərəcə uğurlu siyasi strategiya da Heydər Əliyev ideyalarının məntiqi davamıdır: “Müstəqilliyimizin möhkəmləndirilməsi, Azərbaycanın qlobal nüfuzunun yüksəldilməsi, iqtisadi və hərbi gücünün artırılması Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyasına söykənir. Məhz bu davamlılıq sayəsində Azərbaycan regionun aparıcı siyasi və iqtisadi gücünə çevrilib. Bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünya dövlətləri ilə münasibətləri balanslı şəkildə inkişaf edir, ölkəmizin suverenliyi və təhlükəsizliyi ən yüksək səviyyədə təmin olunur. Dövlət başçısının müəyyən etdiyi strateji xətt ölkənin hərbi-siyasi mövqelərini getdikcə möhkəmləndirir. Bu gün Azərbaycan regionda təhlükəsizliyin, inkişafın və sülhün təminatçısı kimi çıxış edir. Ordu quruculuğunda əldə olunan nəticələr, həyata keçirilən sosial-iqtisadi islahatlar və möhkəm siyasi sabitlik Heydər Əliyev ideyalarının bu gün də dövlət idarəçiliyinin əsasını təşkil etdiyini göstərir. Sonda bir fikrimi də xüsusi olaraq qeyd etmək istərdim. 12 dekabr təkcə bir anım günü deyil — bu tarix hər birimiz üçün milli kimliyimizin, dövlətçiliyimizin və gələcək hədəflərimizin yenidən dərk edilməsinə imkan verir. Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri, onun ideyaları, siyasi irsi və dövlətçilik modeli əsrlər boyu yaşayacaq, Azərbaycan xalqına yol göstərəcək. Bu gün Azərbaycan öz xalqının taleyini dəyişən xilaskar oğlunun, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini sonsuz ehtiramla anır” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.

  • Дата: 10-12-2025, 13:27
  • Автор: anskanal
Полная статья »

“Günəşli” sağlamlıq mərkəzində müalicə və istirahət şəraiti yaxşılaşdırılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən həmkarlar ittifaqı üzvlərinin əmək hüquqlarının müdafiəsi, layiqli iş şəraitinin yaradılması, əməyin təhlükəsizliyi, asudə vaxtının mənalı keçirilməsi tədbirləri ilə yanaşı, sağlamlığının qorunması və istirahətinin səmərəli təşkili istiqamətində də ardıcıl və sistemli tədbirlər həyata keçirilir, müalicə və istirahət mərkəzlərində şərait yaxşılaşdırılır.

Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən AHİK-in “Günəşli” sağlamlıq mərkəzində də şərait yaxşılaşdırılıb, infrastruktur yenilənib, mərkəz müasir tibbi avadanlıqlarla təchiz edilib.
AHİK-in, dövlət qurumlarının nümayəndələri və Milli Məclisin deputatları mərkəzdə görülən işlərlə tanış olublar.

Məlumat verilib ki, “Günəşli” sağlamlıq mərkəzi inzibati bina, iki yataq korpusu, müalicə korpusu, diaqnostika mərkəzi, klub, rəqs və idman meydançalarından ibarətdir. Burada ümumilikdə 243 çarpayılıq 133 otaq vardır. Sinir sistemi xəstəliklərinin müalicəsi üzrə ixtisaslaşan mərkəz fizioterapiya xidmətləri, müalicəvi naftalan, paranaft və mineral su vannaları təqdim edir. Burada həmçinin kedr çəlləyi, akupunktura, biopunktura, limfodrenaj, neyroson, ozonoterapiya, inhalyasiya və digər müalicə-profilaktik prosedurlar həyata keçirilir.

Bildirilib ki, sağlamlıq mərkəzinin yararsız halda olan yataq korpuslarının biri əsaslı şəkildə yenidən qurulub, şərait müasir standartlara uyğun olaraq yaxşılaşdırılıb. Korpusda zəruri avadanlıqlarla təchiz edilmiş 80 çarpayılıq 50 otaq vardır. Burada yeni tibbi avadanlıqlarla təchiz olunmuş həkim, masaj və vanna otaqları, həmçinin fizioterapiya kabinetləri müalicə alanların xidmətindədir.

Bununla yanaşı, ərazinin infrastrukturu yenilənib, daxili yollara yeni asfalt örtüyü çəkilib. Yaşıllaşdırma işləri çərçivəsində əraziyə ağac və bəzək kolları əkilib, işıqlandırma sistemi yenilənib, su təchizatı yaxşılaşdırılıb. Sağlamlıq mərkəzi Wi-Fi internet, IP telefoniya və təhlükəsizlik kameraları ilə təmin edilib. 
Tədbir iştirakçıları “Günəşli” sağlamlıq mərkəzində yaradılan şərait, müalicə və istirahət imkanlarını yüksək qiymətləndiriblər.


  • Дата: 10-12-2025, 11:47
  • Автор: anskanal
Полная статья »