Xəbərlərin siyahısı: Avqust 2025 illər » Səhifə 2 » ANS KANAL





Azərbaycanın pərakəndə ticarət sahəsində özünəməxsus mövqeyə sahib olan “Möcüzə Market”, yalnız alış-veriş məkanı deyil, həm də müştəri məmnuniyyətini prioritet tutan bir həyat fəlsəfəsinin daşıyıcısıdır. Bu uğurun arxasında isə, illərin təcrübəsi, idarəçilik bacarığı və insana dəyər verən yanaşması ilə tanınan Rasim müəllim dayanır.

Uğur Yolunun Memarı – Rasim müəllim

Rasim müəllim rəhbərliyi dövründə “Möcüzə Market”i sadəcə ərzaq və gündəlik tələbat mallarının satıldığı yer kimi deyil, keyfiyyətli, təmiz, rahat və etibarlı alış-veriş mühiti kimi formalaşdırıb. Onun əsas prinsipindən biri hər bir müştərinin özünü burada hörmət və diqqət içində hiss etməsidir.

Keyfiyyət Standartları və Seçim Çeşidi

“Möcüzə Market”də məhsulların seçimi ciddi nəzarət altındadır. Rasim müəllim təmizlik, keyfiyyət və təzəlik məsələlərinə xüsusi önəm verir. Alıcılar burada yerli istehsalçılardan tutmuş, dünyaca məşhur brendlərin məhsullarına qədər zəngin çeşidlə qarşılaşırlar. Bu yanaşma həm yerli iqtisadiyyata dəstək olur, həm də müştərilərə ən yaxşısını təqdim etməyə imkan yaradır.

Müştəri Məmnuniyyəti və Sosial Məsuliyyət

Rasim müəllim üçün marketin uğuru yalnız satış rəqəmlərində ölçülmür. Onun üçün ən önəmli göstərici müştərinin məmnuniyyətidir. Müştəri xidmətinin yüksək səviyyədə olması üçün əməkdaşlar peşəkar təlimlər keçir, gülərüz və yardımsevər davranış nümayiş etdirirlər.
Bundan başqa, Rasim müəllim şəhid ailələri, qazilər və aztəminatlı ailələrə yardım aksiyaları ilə də tanınır. Onun rəhbərliyi altında “Möcüzə Market” tez-tez sosial layihələrdə iştirak edir, ehtiyacı olanlara dəstək göstərir.

İşçi Heyətinə Dəyər və Komanda Ruhu

Uğurlu rəhbərlik işçi heyətinə verilən dəyərlə də ölçülür. Rasim müəllim işçilərin rahat və motivasiyalı mühitdə çalışmasını təmin edir. Əməkdaşlar burada bir ailə kimi fəaliyyət göstərir və bu da xidmətin keyfiyyətinə birbaşa təsir edir.

Gələcəyə Baxış

Rasim müəllim “Möcüzə Market”in gələcəyini yenilikçi yanaşma, müasir texnologiyalar və xidmət keyfiyyətinin daha da yüksəldilməsi ilə əlaqələndirir. Məqsədi, bazarda lider mövqeyini qorumaqla yanaşı, ölkənin ən nümunəvi ticarət mərkəzlərindən biri olmaqdır.


  • Дата: 15-08-2025, 22:33
  • Автор: anskanal
Полная статья »
Eldar Quliyev: “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanmasına dair qərarın qəbul edilməsi çox böyük tarixi nailiyyətdir”
 
 
Bugünkü buraxılışımızda cənab Prezident İlham Əliyevin Vaşiqtona səfəri, Ağ Evdə imzalanmış Birgə Bəyannamənin müddəalarında nəzərdə tutulan məsələlərin önəmi, Ermənistanla bağlanacaq sülh sazişinin paraflanmasından irəli gələn məsuliyyətlər, eləcə də ölkə ictimaiyyətini maraqlandıran bir sıra digər mövzular barədə aia.az-ın suallarını Milli Məclisin deputatı, Parlamentin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.
 
- Azərbaycan Prezidentinin Vaşinqtona səfəri çərçivəsində baş vermiş daha bir mühüm hadisə 907-ci düzəlişin ləğv olunmasıdır. Eldar müəllim, bu düzəlişin iqtisadi mahiyəti nəzərə alınaraq, onun ləğvi bu gün Azərbaycan üçün nə dərəcədə önəmlidir?
 
- İlk növbədə bunu deməliyəm ki, Azərbaycanın 1992-ci ilin oktyabr ayından bəri ABŞ Konqresi tərəfindən məruz qoyulduğu ədalətsiz sanksiyanın, 907-ci düzəlişin ləğv olunması ölkələrimiz arasında ikitərəfli münasibətlərinin yeni müstəvidə inkişafına güclü təkan olacaq. Bu düzəliş qəbul olunduğu dövrdə Amerika konqresmenləri Azərbaycandakı və ümumilikdə Cənubi Qafqazdakı vəziyyətdən xəbərsiz idilər. Onlara kifayət qədər təsir imkanlarına malik olan Ermənistanın lobbi qruplaşmaları isə, ölkəmizi təcavüzkar kimi təqdim etmişdilər. Müstəqilliyini yeni bərpa etmiş Azərbaycan onsuz da mürəkkəb vəziyyətdə idi. Bu düzəliş isə ölkəni birbaşa ABŞ-ın dəstəyindən məhrum etdi. Sonradan ABŞ hökumətinin Əfqanıstanda Azərbaycanın dəstəyinə ehtiyacı olması səbəbindən 907-ci düzəlişin tətbiqi dayandırıldı. Bu hal 2023-cü ilə qədər davam etdi və hər il ABŞ prezidentləri bu düzəlişi müvəqqəti olaraq dayandırırdılar. Lakin 2023-cü ildə Bayden administrasiyası artıq Əfqanıstanda bizə ehtiyac olmadığı bir zamanda, amerikalılar oranı tərk edəndən sonra həmin sanksiyaları yenidən Azərbaycana tətbiq etdi. Bu da iki ölkə arasında münasibətlərə ciddi şəkildə mənfi təsir göstərdi. Əlbəttə ki, Azərbaycanın hazırda heç bir xarici dəstəyə, xarici yardıma ehtiyacı yoxdur. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bizim iqtisadiyyatımız sabitdir, dövlətin xarici borcu ümumdaxili məhsulun 7 faizindən də aşağıdır. Bununla belə, artıq rəmzi bir xarakter daşıyan bu düzəlişin ləğv olunması, həm də bunun məhz Azərbaycan Prezidentinin iştirakı ilə baş tutması ABŞ Prezidenti tərəfindən ölkəmizə qarşı siyasi bir jest oldu. Yənu bu hadisənin siyasi-mənəvi əhəmiyyəti əlbəttə ki, daha böyükdür.
 
- Necə bilirsiniz, biz 907-ci düzəlişin ləğvini həm də Amerikada, ABŞ Konqresində anti-Azərbaycan qüvvələrin fiaskosu kimi qiymətləndirə bilərikmi?
 
- Əlbəttə. Bu, tamamilə doğru yanaşmadır. Möhtərəm dövlət başçımızın qeyd etdiyi kimi, Prezident Trampın ədalətli şəkildə “saxta xəbər” adlandırdığı media orqanları, o cümlədən “Washington Post”, “New York Times”, “Newsweek” və digər media qurumları uzun illər boyunca müntəzəm olaraq Azərbaycan haqqında şayiələr yayır, ölkəmizə informasiya hücumları edir, təhqiramiz məqalələr dərc edir və Amerika ictimai rəyini yanlış istiqamətə yönəldirdilər. Bunu əsasən erməni lobbi nümayəndələri edirdi. Elə həmin qrup bu gün erməni maraqlarına qarşı çıxış edir. Çünki onların ideyaları, məsləhətləri, pulları və müxtəlif erməni hökumətlərinə təsiri Ermənistanın özündə dağıdıcı rol oynadı. Əgər onlar olmasaydı, Ermənistan bu gün daha inkişaf etmiş, müstəqil və möhkəm dövlət sisteminə malik bir ölkə olardı. Onlar isə sadəcə, vaxt itirdilər. Razılaşın ki, bir ölkənin inkişafında 30 il az müddət deyil. Azərbaycan haqqında yayılan bütün şayiələr və yalan məlumatlar, ölkəmizi tanıyanlar üçün tamamilə qərəzli görünür. Çünki Azərbaycan etnik və dini müxtəlifliyi ilə tanınan ölkələrdən biridir. Bütün dini abidələr dövlət tərəfindən qorunur. Azərbaycanda heç vaxt etnik və dini zəmində nə münaqişə, nə də anlaşılmazlıq olub. Əksinə, Azərbaycan bu gün dünyanın multikulturalizmin mərkəzlərindən biridir. Burada müxtəlif dini və etnik qrupların nümayəndələri bir ailə kimi yaşayırlar. Odur ki, cənab Prezident İlham Əliyevin Vaşiqtona səfərinin nəticələri Azərbaycanın demonizasiyası üçün çalışanlara tutarlı bir cavab oldu.
 
- Eldar müəllim, yəqin mənimlə razılaşarsınız ki, bu səfərin ən önəmli nəticələrindən biri Azərbaycan ilə Ermənistan arasında imzalanacağı gözlənilən sülh sazişinin mətninin paraflanması oldu. Bu barədə nə deyə bilərsiz?
 
Əgər bu gün Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Vaşinqton Zirvə görüşü regionda sülh prosesi baxımdan mühüm mərhələ kimi qiymətləndirilirsə, bu ilk növbədə həm də sülh sazişinin paraflanması barədə qərarın qəbul edilməsi səbəbindəndir. Azərbaycan və Ermənistan hələ indiyədək sülhə bu qədər yaxın olmayıblar. Görüşdən sonra tərəflərin sülh sazişinin mətni üzərində razılığa gəlməsi, sənədin paraflanması və növbəti addımların müzakirəsi prosesin həlledici mərhələyə daxil olduğu anlamına gəlir. Məsələ bundadır ki, beynəlxalq hüquqa görə paraflanmış sənədə dəyişiklik etmək mümkün deyil. Onu ya tam şəkildə qəbul etmək, ya da ləğv etmək olar. Bu isə o deməkdir ki, həm Ermənistan, həm də Azərbaycan indiki mətndən razıdırlar və onu təsdiqləyirlər. Təbii ki, sülh sazişinin imzalanması üçün Ermənistan hələ daha bir addım atmalıdır. Bilirsiniz ki, Azərbaycanın irəli sürdüyü tələblərdən biri də məhz Ermənistanın konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarını ehtiva edən müddəaların götürülməsindən ibarətdir...
 
- Sizcə Ermənistan buna gedəcəkmi ?
 
- Mən Sizin bu sualınıza cənab Prezident İlham Əliyevin sözləri ilə cavab vermək istəyirəm. Dövlətimizin başçısı Ağ Evdə Azərbaycan media təmsilçilərinə verdiyi müsahibəsində bildirdi ki, Ermənistanın əsas qanunundan - Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması tam real görünür. Çünki Azərbaycanın bütün şərtləri tam məntiqli, əsaslı və qanunauyğundur. Müxtəlif mərhələlərdə Ermənistan cəmiyyətində və hakim dairələrində belə bir fərziyyə irəli sürülürdü ki, sanki Azərbaycan Ermənistanın daxili işlərinə qarışmaq istəyir və hətta danışıqlar zamanı dəfələrlə belə bir məsələ qaldırılmışdı. Lakin Azərbaycanın mövqeyi ondan ibarət idi ki, bu, belə qəbul edilməməlidir. Bu, ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş açıq-aşkar tələb olduğuna görə, birbaşa Azərbaycana aidiyyəti olan məsələdir və bu düzəliş edilmədən sülh sazişi imzalana bilməz. Yeri gəlmişkən, məhz Ermənistan konstitusiyasında olan Azərbaycana qarşı ərazi iddiası məsələsi imkan vermədi ki, avqustun 8-də Ağ Evdə sülh sazişi imzalansın. Ermənistan Konstitusiyası dəyişdiriləndə Azərbaycana olan ərazi iddiası oradan çıxarılacaq. Ermənistan tərəfi özü də təsdiq edir ki, belə dəyişikliklər edilməlidir. Əks təqdirdə, bu, birinci növbədə Amerika Birləşmiş Ştatlarına hörmətsizlik olacaq. Azərbaycanın isə mövqeyi demək olar ki, bütün aparıcı beynəlxalq aktorlar, o cümlədən Amerika Birləşmiş Ştatları tərəfindən anlayışla qarşılanır. Çünki sülh sazişi imzalananda hər bir məsələ öz həllini tapmalıdır və ölkəmizə qarşı olan əsassız ərazi iddiası oradan çıxarılmalıdır. Hər halda əminliklə demək olar ki, paraflanan sülh sazişi də artıq bölgəyə sülh gətirib. Bu, həm Azərbaycan, həm Ermənistan, həm bütün Cənubi Qafqaz üçün xüsusi əhəmiyyətə malik olan məsələdir. Həm Azərbaycan-Amerika ikitərəfli münasibətlərinin inkişafında, həm Azərbaycan-Ermənistan normallaşması işində atılan addımlar, Birgə Bəyannamənin qəbul edilməsi, imzalanması və dünyanın ən qüdrətli dövləti olan Amerikanın Prezidentinin buna dəstəyi və şahidlik etməsi bir daha bu Bəyannamənin önəmini göstərir.
 
- Eldar müəllim, son olaraq mən Prezident Donald Tramp tərəfindən cənab Prezident İlham Əliyevə Ağ Evin rəmzi açarının təqdim olunması ilə bağlı fikirlərinizi eşitmək istərdim...
 
- Çox maraqlı bir məqama toxundunuz. Ağ Evin rəmzi açarı Prezident Trampın ən nadir və simvolik hədiyyələrindən biri hesab edilir. Məhz buna görə də Ağ Evdə keçirilən tarixi görüş zamanı baş tutan bu jest, həmin açarın Azərbaycan Prezidentinə təqdim olunması Vaşinqton-Bakı münasibətlərində yeni mərhələ kimi qiymətləndirilir. Mən ABŞ və Azərbaycan Prezidentlərinin şəxsi münasibətlərinin formatına aydınlıq gətirən daha bir məqamı qeyd etmək istərdim. Məsələ bundadır ki, Prezident Tramp Ağ Evin rəmzi açarını cənab Prezident İlham Əliyevə təqdim etməkdən başqa, həm də dövlət başçımızı şəxsən özü Ağ Evdə gəzdirərək onu ABŞ prezidentlərinin iqamətgahı ilə tanış etmişdir. Əlbəttə ki, Ermənistanın Baş naziri bu iltifatlardan heç birinə layiq görülməyib. Bu da öz növbəsində həm Ermənistan ictimaiyyətində, həm də ABŞ-da fəaliyyət göstərən erməni diasporu dairələrində narazılıqlara səbəb olub. Əlbəttə ki, cənab Prezident İlham Əliyevə göstərilən bu diqqət dərin siyasi-diplomatik məna kəsb edir, etimad, strateji tərəfdaşlıq və şəxsi aspektdə yüksək hörmətin göstəricisi sayılır. Hesab edirəm ki, bu yanaşma sadəcə protokol jesti deyil, eyni zamanda həm də strateji mesajdır.
 
- Eldar müəllim, hər zaman olduğu kimi, səmimi və ətraflı müsahibənizə görə Sizə həm oxucularımız adından, həm də bütün redaksiya heyətimiz adından səmimi minnətdarlığımızı bildirirəm. Sağ olun, sağlıqla qalın.
 
- Mən də sizə dolğun və məzmunlu suallarınıza görə təşəkkür edirəm. Sağ olun.
 
Söhbətləşdi: Azər Məmmədov


aia.az


  • Дата: 14-08-2025, 09:38
  • Автор: anskanal
Полная статья »
Eldar Quliyev: “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanmasına dair qərarın qəbul edilməsi çox böyük tarixi nailiyyətdir”
 
Azərbaycan Prezidenti cənab İlham Əliyevin 07-09 avqust 2025-ci il tarixlərində ABŞ Prezidenti Donald Trampın dəvətilə Vaşinqtona etdiyi işgüzar səfər bu ilin ən mühüm hadisələrindən biri kimi ölkəmizin tarixində qalacaq. Bu səfər istər Azərbaycan-Amerika münasibətlərinin yeni, strateji əməkdaşlığı ehtiva özündə edən mərhələyə keçidi üçün möhkəm zəminin yaradılması, istərsə də Ermənistanla imzalanacaq sülh sazişinin paraflanması və buna dair Bigə Bəyannamənin qəbul edilməsi ilə bağlı müstəsna əhəmiyyət kəsb edir. Əldə olunan tarixi nəticələr isə Azərbaycan diplomatiyasının növbəti böyük qələbəsi olmaqla təkcə Cənubi Qafqaz regionu üçün deyil, həm də bütün Avrasiya məkanı üçün möhtəşəm perspektivlər açır. Sadəcə imzalanmış Bəyannamədə təsbit olunan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata keçirilməsi artıq Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin səmərəliliyini dəfələrlə artıracaq, Avropa ilə Asiya arasında bağlantıları daha möhkəm və etibarlı edəcək. ATƏT-in Minsk qrupunun ləğvi isə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması yolunda ən ciddi manelərdən birini aradan qaldırmış olacaq.
 
Bugünkü buraxılışımızda cənab Prezident İlham Əliyevin Vaşiqtona səfəri, Ağ Evdə imzalanmış Birgə Bəyannamənin müddəalarında nəzərdə tutulan məsələlərin önəmi, Ermənistanla bağlanacaq sülh sazişinin paraflanmasından irəli gələn məsuliyyətlər, eləcə də ölkə ictimaiyyətini maraqlandıran bir sıra digər mövzular barədə aia.az-ın suallarını Milli Məclisin deputatı, Parlamentin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.
 
- Xoş gördük Sizi, Eldar müəllim. Yenidən Sizinlə görüşmək bizə çox xoşdur. Bugünkü mövzumuz da əlbəttə ki, Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin 7 avqust tarixində Amerika Biləşmiş Ştatlarına işgüzar səfəri ilə bağlı olacaq...
 
- Mən də sizi ürəkdən salamlayıram və yenidən görüşməyimizdən məmnun olduğumu bildirmək istəyirəm. İcazənizlə suallara keçməzdən öncə mən bir fikrimi ifadə etmək istərdim. Birmənalı olaraq qeyd edilməlidir ki, cənab Prezident İlham Əliyevin ABŞ Prezidentinin təşəbbüsü və dəvəti ilə Vaşinqtona etdiyi səfər həqiqətən də tarixi əhəmiyyət kəsb edən bir hadisədir. Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammitinin Ağ Evdə keçirilməsi Tramp administrasiyasının və şəxsən ABŞ Prezidentinin artıq Cənubi Qafqazda gedən proseslərə tamamilə fərqli prizmadan baxdıqlarını deməyə əsas verir. Mən fərqli dedikdə, əlbəttə ki, keçmiş prezident Baydenin dövründə formalaşmış destruktiv və qərəzli yanaşma tərzini nəzərdə tuturam. Cənab Trampın Azərbaycanla münasibətləri inkişaf etdirməkdə maraqlı olması, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Cənubi Qafqazda sülhün bərqərar edilməsi istiqamətində göstərdiyi səyləri düzgün şəkildə yüksək qiymətləndirməsi və bir çox başqa amillər buna şərait yaratdı ki, artıq Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanmasına dair qərar verildi. Əlbəttə ki, bu, artıq özü-özlüyündə çox böyük nailiyyətdir. Lakin cənab Prezident İlham Əliyevin ABŞ-a səfəri bir neçə belə nailiyyətlə əlamətdar oldu ki, məhz onların da külliyatı bu səfəri tarixi hadisəyə çevirdi.
 
- Razıyam sizinlə, Eldar müəllim. Əlbəttə ki, bu səfər həqiqətən də tarixi hadisədir və mən hətta deyərdim ki, ümumilikdə Cənubi Qafqaz regionu üçün bəlkə də yeni bir tarixi dövrün başlanğıc nöqtəsidir. Lakin mən ilk növbədə Sizdən bilavasitə Azərbaycan-Amerika ikitərəfli münasibətləri barədə fikirlərinizi davam etdirməyinizi xahiş etmək istərdim...

- Əlbəttə ki, Azərbaycan-Amerika ikitərəfli münasibətləri bu gün izlədiyimiz konstruktiv proseslərin bundan sonra da hansı məcrada davam edəcəyinə ən çox təsir edəcək mühüm amillərdən biridir. Təbii ki, ölkəmiz dünyanın nömrə bir supergücü sayılan ABŞ ilə əlaqələrin hərtərəfli inkişafında hər zaman maraqlı olub. Ötən illərdə, xüsusən də elə cənab Trampın ilk prezidentliyi dövründə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi baxımından bir çox nailiyytlər də əldə olunmuşdu. Lakin təəssüflər olsun ki, son bir neçə il ərzində həmin nailiyyətlər demək olar ki, bütünlüklə itirilmiş, hətta iki ölkə arasında kifayət qədər gərginliklər də yaşanmışdı. Bunun əsas səbəbi isə Bayden administrasiyasında, ABŞ senatında olan bəzi ermənipərəst qüvvələrin ölkəmizə qarşı yönəlmiş destruktiv fəaliyyətləri idi. Bayden isə həmin vaxt Ağ Evin rəhbəri olaraq Azərbaycanla bağlı tamamilə səhv mövqe seçdi. Bütün bunlar da öz mənfi nəticələrini göstərməkdə gecikmədi. Lakin 2024-cü ilin noyabrında Donald Trampın ikinci dəfə ABŞ Prezidenti seçilməsi ölkələrimiz arasında əlaqələrin yenidən normallaşacağına dair böyük gözləntilər yaratdı. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev də Donald Trampa ünvanladığı təbrik məktubunda bundan sonra Azərbaycan-ABŞ münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyacağına əminliyini ifadə etmişdi. Təbii ki, belə bir əminlik üçün dövlət başçımızın bütün əsasları var idi. Artıq qeyd etdiyim kimi, cənab Tramp hələ birinci prezidentliyi dövründə də Azərbaycanla dostluq və əməkdaşlığın möhkəmləndirilməsini xüsusi diqqət mərkəzində saxlayırdı və bu gün ölkələrimiz arasında ikitərəfli münasibətlərin yeni mərhələyə keçidi təmin edəcək mühüm amillərdən biri də məhz elə o dövrdə formalaşmış qarşılıqlı hörmət və etimad prinsipləridir. Başqa sözlə desək, Azərbaycan-ABŞ münasibətlərinin yeni, daha yüksək və daha səmərəli səviyyəyə keçidi üçün bu gün həm siyasi iradə, həm iqtisadi əsaslar, həm də önəmli tarixi bağlantılar mövcuddur.
 
- Eldar müəllim, Siz az öncə Strateji Tərəfdaşlıq Xartiyasını xatırlatdınız. Necə bilirsiniz, bu sənədin tam hazırlanaraq imzalanmasının yaxın vaxtlarda şahidi ola biləcəyikmi?
 
- Buna heç bir şübhə ola bilməz. Lakin nəzərə almaq lazımdır ki, bu sənədin mətninin tam işlənib hazırlanması kifayət qədər mürəkkəb və zaman tələb edən bir prosesdir. Hal-hazırda Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupun yaradılmasına Azərbaycan və ABŞ hökumətləri arasında Anlaşma Memorandumu imzalanıb. Əlbəttə ki, bu sənədin özünün böyük əhəmiyyəti var. Orada gələcək əməkdaşlıq istiqamətləri də açıq-aydın təsbit edilib. Bunlar qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat, bağlantılar, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi və müdafiə sahələrində əməkdaşlığı və digər məsələləri ehtiva edir. Yəni, sadəcə olaraq, bu istiqamətlərin sadalanması onu göstərir ki, ölkəmiz qarşısında nə qədər böyük imkanlar açılır və artıq möhtərəm dövlət başçımızın göstərişi ilə Azərbaycan tərəfini təmsil edəcək tərkib müəyyən olunub. İmzalanmış Anlaşma Memorandumuna əsasən, qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək Strateji Tərəfdaşlıq Xartiyasının növbəti 6 ay ərzində hazırlanması nəzərdə tutulur. Xartiyanı hazırlayacaq Strateji İşçi Qrupu çərçivəsində enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə, eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrin prioritetləşdirilməsi nəzərdə tutulur. Bu, ikitərəfli praktiki əməkdaşlıq üçün institusional çərçivənin təsis edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Əlbəttə, bu kimi ciddi məsələlərdə proqnoz vermək böyük məsuliyyətdir. Bununla belə mən düşünürəm ki, növbəti ilin ilk rübündə biz Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması kimi daha bir önəmli tarixi hadisənin canlı şahidləri olmaq fürsəti əldə edə bilərik.
 
- Cənab Prezident İlham Əliyevin Vaşiqtona işgüzar səfərinin daha bir tarixi əhəmiyyət kəsb edən nəticəsi Azərbaycan və ABŞ Prezidentləri və Ermənistanın baş naziri tərəfindən Birgə Bəyannamənin imzalanması oldu. Bu mötəbər sənəddə ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı bu təşkilatın sədrinin ünvanına birgə müraciət göndərilməsi barədə müddəanın yer alması Azərbaycan diplomatiyasının parlaq qələbəsi kimi qiymətləndirilir. Bu barədə nə deyə bilərsiz?
 
- Tamamilə doğrudur. Azərbaycan irəli sürdüyü bütün şərtlərin qarşı tərəfin qəbullanmasına nail oldu. ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu da artıq Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri tərəfindən imzalanıb. Dövlət başçımızın dediyi kimi, birgə müraciətin ünvanlanması 2020-ci ildən bəri Azərbaycan tərəfinin davamlı olaraq gündəlikdə tutduğu, sülh və normallaşma prosesi üçün ən ciddi əngəllərdən birinin aradan qaldırılması istiqamətində atılan son dərəcə vacib addımdır. Ağ Evdə Azərbaycanın media nümayəndələrinin suallarını cavablandırarkən cənab Prezident bu məsələyə də detallı şəkildə toxundu və ölkəmizin prinsipial mövqeyinin haqlı olduğunu bir daha tutarlı dəlillərlə əsaslandırdı. Qeyd olundu ki, İkinci Qarabağ müharibəsi başa çatanda Ermənistan-Azərbaycan gələcək əlaqələri və təmasları sahəsində bir boşluq yaranmışdı. O vaxt hələ fəaliyyət göstərmək istəyən ATƏT-in Minsk qrupu da demək olar ki, iflic vəziyyətinə düşmüşdü. Onlar bilmirdilər ki, nə etmək lazımdır. Çünki Azərbaycan bütün məsələləri beynəlxalq hüquq çərçivəsində özü həll etmişdi. Qarabağ münaqişəsi, Azərbaycan-Ermənistan münaqişəsi hərbi-siyasi yollarla öz həllini tapmışdı. Azərbaycan məhz o vaxt gələcək baxışlarını ortaya qoydu və sülh müqaviləsi təşəbbüskarı oldu. Sonra danışıqlar prosesi başlandı. Lakin bu proses də hamar getmirdi. Səbəb də bu idi ki, o vaxt Ermənistan tərəfi sülh sazişinə Qarabağla bağlı müddəanı daxil etdirmək istəyirdi. Bu isə, dövlət başçımızın dediyi kimi, heç bir məntiqə sığmayan, heç bir hüquqi və siyasi əsası olmayan məsələdir. Yalnız 2023-cü ilin antiterror əməliyyatından sonra Ermənistan artıq reallıqlarla barışmalı oldu. 1992-ci ildən başlayan Minsk prosesi isə, ümumiyyətlə nə münaqişənin ədalətli həllinə, nə də artıq postmünaqişə dövründə sülh prosesinə heç bir töhfəsi ilə yadda qalmadı. ATƏT-in Minsk qrupunun 30 illik fəaliyyətinin heç bir nəticəsi olmaı. Buna görə də həmin təsisatın ləğvi Azərbaycan tərəfindən Ermənistanla sülh sazişinin bağlanması üçün zəruri şərtlərdən biri kimi irəli sürülmüşdü və cənab Prezident İlham Əliyevin uğurlu diplomatiyası bu nailiyyəti də əldə etdi.
 
-Eldar müəllim, Azərbaycanın haqlı tələblərindən biri də Zəngəzur dəhlizinin açılması idi ki, Ağ Evdə imzalanmış Birgə Bəyannamə bu şərtin də yerinə yetirilməsini özündə ehtiva edir. Bu barədə nə deyə bilərsiz?
 
- Birgə Bəyannamədə yer almış Azərbaycan ilə Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənd əlbəttə ki, xüsusi əhəmiyyət kəsb edən daha bir müddəadır. Burada, regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb. Bu məqsədlə Bəyannamədə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata keçiriləcəyi təsbit olunub. Bu müddəa, Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur. Lakin bu bəndin əhəmiyyəti bir ölkə və ya hətta bütöv bir region maraqlarından daha yüksəkdir. Yaradılacaq “Tramp marşrutu” bütün Avrasiya məkanı ölkələri qarşısında yeni perspektivlər açacaq. Cənab Prezident İlham Əliyevin dediyi kimi, məhz “Tramp rifah və sülh marşrutu” rabitə, əlaqələr baxımından divarları yox edəcək, yeni əlaqələr yaradacaq və bir sıra ölkələr üçün investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacaqdır. Amma bu imkanlardan maksimum yararlana bilmək üçün ən qısa zamanda işə başlamaq lazımdır. Bu obyektə ABŞ-nın rəhbərlik etməsi də bütün region ölkələrinin xeyrinə olacaq bu əlaqə xətlərinin qurulması kimi mühüm vəzifələri öz üzərinə götürəcək investorların tapılmasını asanlaşdıracaq.
 
Söhbətləşdi: Azər Məmmədov
 
(ardı var...)


  • Дата: 13-08-2025, 11:09
  • Автор: anskanal
Полная статья »

METAK şirkətinin təsisçisi Alik Kərimov - Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqtona işgüzar səfəri Azərbaycanın diplomatik tarixində mühüm mərhələ kimi daim yadda qalacaqdır. Bu səfər, bütövlükdə regionun siyasi və iqtisadi gələcəyinin formalaşmasında dönüş nöqtəsi kimi dəyərləndirilir. Son illər ərzində Azərbaycanın qazandığı uğurlar Zəfər diplomatiyasının yeni səhifəsini açaraq, dövlətimizin beynəlxalq arenadakı nüfuzunu əhəmiyyətli dərəcədə gücləndirib. ABŞ səfəri ölkəmizin regional və qlobal səviyyədə əldə etdiyi siyasi-diplomatik nailiyyətlərin bariz ifadəsi kimi tarixə qızıl hərflərlə yazılıb.

Səfərin siyasi məzmunu Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda keçirilmiş tarixi Sammitin nəticələrinə əsaslanır. Bu görüş Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində yeni mərhələnin başlanğıcı olub. Sammitin nəticəsi olaraq Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamə imzalanıb. Həmin sənəd Azərbaycanın uzun illər irəli sürdüyü sülh gündəliyinin beynəlxalq səviyyədə rəsmi təsdiqi və dəstəyi kimi mühüm əhəmiyyət kəsb edir. Bəyannamə həm regionda davamlı sülhün bərqərar olunmasına, həm də iki ölkə arasında qarşılıqlı etimad mühitinin formalaşmasına xidmət edən strateji sənəd kimi tarixi əhəmiyyət kəsb edir.

Bəyannamədə xüsusi yer tutan müddəalardan biri “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması ilə bağlı qərar olub. Burada Sazişin qısa müddətdə imzalanması və ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin vacibliyi açıq şəkildə vurğulanıb.

Sammit çərçivəsində mühüm diplomatik addımlardan biri də hər iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması və ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların bağlanması ilə əlaqədar ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubunun imzalanması olub. Bu addım 2020-ci ildən bəri Azərbaycan tərəfindən ardıcıl olaraq gündəmdə saxlanılan və sülh prosesinin qarşısında duran ən ciddi maneələrdən birinin aradan qaldırılması baxımından strateji əhəmiyyətə malikdir.

Birgə Bəyannamədə əksini tapan digər mühüm məsələ regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası ilə bağlı müddəa olub. Burada Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin vacibliyi vurğulanıb. Bu çərçivədə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlı yeni infrastruktur layihəsinin həyata keçirilməsi qərara alınıb. ABŞ tərəfindən reallaşdırılacaq bu layihə Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında fasiləsiz və təhlükəsiz nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutur. Layihə təkcə iki bölgə arasında birbaşa əlaqə təmin etməklə kifayətlənməyəcək, həm də regionun iqtisadi inteqrasiyasına, ticarət həcminin artmasına və ümumi sabitliyin güclənməsinə töhfə verəcəkdir.

Səfər çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin prezidentləri tərəfindən Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzalayıblar. Bu sənədə əsasən, qarşıdakı altı ay ərzində iki ölkə arasında enerji, ticarət, tranzit, süni intellekt, rəqəmsal infrastruktur, müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi prioritet istiqamətləri əhatə edən Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması nəzərdə tutulur. Bu təşəbbüs ikitərəfli münasibətlərin institusional əsasda möhkəmlənməsinə, qarşılıqlı maraqların daha da genişləndirilməsinə və gələcək əməkdaşlığın uzunmüddətli çərçivəsinin yaradılmasına xidmət edəcəkdir.

Vaşinqton səfərinin siyasi baxımdan ən əhəmiyyətli hadisələrindən biri ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə Sərəncamın imzalanması olub. Azərbaycan–ABŞ münasibətlərində uzun illər mənfi amil kimi qalan bu düzəlişin məhz Prezident İlham Əliyevlə görüş çərçivəsində ləğv edilməsi həm ikitərəfli münasibətlərdə yeni səhifənin açılması, həm də ölkəmizin beynəlxalq nüfuzunun artmasının bariz göstəricisi kimi dəyərləndirilir.

Səfər zamanı iqtisadi əməkdaşlıq istiqamətində də mühüm addımlar atılıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə ABŞ-ın enerji nəhəngi ExxonMobil korporasiyası arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Bu sənəd ənənəvi neft-qaz sahələrində, həmçinin qeyri-ənənəvi enerji imkanlarının dəyərləndirilməsi istiqamətində birgə layihələrin icrasını nəzərdə tutur. Memorandum iki şirkət arasında mövcud əməkdaşlığı daha da gücləndirəcək və enerji sahəsində qarşılıqlı faydalı tərəfdaşlıq üçün yeni perspektivlər açacaqdır.

Nəticə etibarilə, Prezident İlham Əliyevin Vaşinqtona işgüzar səfəri Azərbaycan–Ermənistan sülh prosesində yeni və ümidverici mərhələnin başlanğıcını qoymaqla yanaşı, Azərbaycan–ABŞ münasibətlərində strateji tərəfdaşlığın dərinləşməsi və genişlənməsi üçün möhkəm zəmin yaradıb. İmzalanan sənədlər, əldə olunan razılaşmalar və qəbul edilən qərarlar Azərbaycan diplomatiyasının gücünü, dövlət başçısının uzaqgörən siyasi strategiyasını və ölkəmizin beynəlxalq arenadakı nüfuzunun əhəmiyyətli dərəcədə artmasını bir daha təsdiqləyib.

  • Дата: 11-08-2025, 23:46
  • Автор: anskanal
Полная статья »

SALEH MƏMMƏDOV PREZİDENTƏ HESABAT VERDİ: ÖDƏNİŞLİ YOL AÇILDI! - Təzadlar |  www.tezadlar.az

Qəbələ Yol İstismar İdarəsinin rəisi Naməddin Qədirov, yol infrastrukturunun qorunub saxlanması, yenilənməsi və müasir tələblərə uyğun inkişaf etdirilməsi sahəsində böyük təcrübəyə və zəngin idarəçilik bacarığına malik nüfuzlu bir rəhbərdir. Onun rəhbərliyi dövründə Qəbələ rayonunda avtomobil yollarının təmiri, bərpası və abadlaşdırılması sahəsində mühüm işlər həyata keçirilmiş, həm şəhər daxili, həm də kənd yollarında keyfiyyətli asfalt örtüyünün çəkilməsi təmin edilmişdir. Naməddin Qədirov öz işində yüksək məsuliyyət hissi ilə seçilir, yol infrastrukturuna dair hər bir layihəni sadəcə texniki tapşırıq kimi deyil, insanların rahatlığı və təhlükəsizliyi üçün strateji əhəmiyyət kəsb edən məsələ kimi dəyərləndirir.

O, iş prosesində yalnız mövcud vəziyyəti qorumaqla kifayətlənmir, həm də innovativ yanaşmaları tətbiq edərək idarənin fəaliyyətini daha səmərəli və müasir standartlara uyğun istiqamətləndirir. Xüsusilə, kənd təsərrüfatı və turizm potensialı yüksək olan Qəbələ rayonunun yol şəbəkəsinin inkişafı, bölgədə sosial-iqtisadi aktivliyin artmasına da mühüm töhfə verir. Naməddin Qədirov hər zaman yerli əhalinin müraciətlərinə həssas yanaşır, onların gündəlik həyatında qarşılaşdıqları yol problemlərini operativ şəkildə həll etməyə çalışır.

Kollektiv daxilində yüksək nüfuz qazanan Naməddin Qədirov əməkdaşları ilə qarşılıqlı hörmət və etimad üzərində qurulan bir iş mühiti formalaşdırıb. Onun rəhbərlik üslubu həm peşəkarlığı, həm də insani dəyərlərə verdiyi önəmi ilə seçilir. Daim dövlətin yol təsərrüfatı sahəsində həyata keçirdiyi strategiyalara uyğun şəkildə fəaliyyət göstərən Qədirov, Prezident İlham Əliyevin infrastruktur layihələrinə verdiyi önəmi öz işində əsas istiqamət kimi qəbul edir.

Yolların sadəcə nəqliyyat vasitələri üçün deyil, həm də insanların rifahı və iqtisadi inkişaf üçün əsas arteriya olduğunu yaxşı bilən Naməddin Qədirov, Qəbələ rayonunun bu sahədə nümunəvi bölgələrdən biri olması üçün yorulmadan çalışır. Onun uzaqgörənliyi, prinsipiallığı və işinə sadiqliyi nəticəsində idarə həm texniki imkanlarını genişləndirib, həm də yol keyfiyyətinə dair standartları daha da yüksəldib. Bu səbəbdən Naməddin Qədirov təkcə peşəkar bir rəhbər kimi deyil, həm də Qəbələnin inkişafına səmərəli töhfələr verən fədakar bir vətəndaş kimi tanınır.

  • Дата: 11-08-2025, 23:39
  • Автор: anskanal
Полная статья »

Mürsəl Eminov: Azərbaycan yeni inkişaf mərhələsi yaşayır



Binəqədi bələdiyyəsinin sədri
Mürsəl Eminov

7–8 avqust 2025-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına (ABŞ) rəsmi səfəri ölkənin müasir diplomatiya tarixində mühüm dönüş nöqtəsidir. Ağ Evdə keçirilən yüksək səviyyəli görüşlər, imzalanan strateji sənədlər və əldə olunan razılaşmalar Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunması istiqamətində real zəmin formalaşdırmaqla yanaşı strateji tərəfdaşlıq kontekstində dünyanın ən böyük ölkəsi ilə əlaqələr qurulmasına və Azərbaycan - ABŞ münasibətlərini yeni mərhələyə çıxarmağa vəsilə oldu. Belə ki, səfərin ən mühüm nəticələrindən biri Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Azərbaycan və ABŞ arasında Strateji İşçi Qrupunun yaradılması haqqında anlaşma memorandumunun imzalanmasıdır. Bu sənəd iki ölkənin siyasi, iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığının dərinləşdirilməsinə zəmin yaradacaq. Eyni zamanda, ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması, Azərbaycanın xarici siyasətində olduqca mühüm addım oldu.

Səfəri “tarixi gün” kimi qiymətləndirən Prezident İlham Əliyev müharibələr dövrünün arxada qaldığını, gələcəyə böyük nikbinliklə baxdığını vurğuladı. Beynəlxalq münasibətlərdə mühüm dönüş kimi diqqət çəkən digər məqam isə ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının fəaliyyətinin dayandırılması oldu. Bu addım, Azərbaycan və Ermənistan arasında münaqişənin həlli prosesində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Belə ki, hər iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsi paraflanması və ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubunun ünvanlanması 2020-ci ildən bəri Azərbaycan tərəfinin davamlı olaraq gündəlikdə tutduğu, sülh və normallaşma prosesi üçün ən ciddi əngəllərdən birinin aradan qaldırılması istiqamətində vacib addım oldu.

Səfər zamanı Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin keçirilən Sammitində imzalanan Birgə Bəyannamə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi kontekstində mühüm nəticələr ilə əlamətdar oldu. Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması Azərbaycanın irəli sürdüyü sülh gündəliyini təsdiq etdi. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması ilə bağlı müddəa çərçivəsində, Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu təsbit edildi. Bu kontekstə, Azərbaycan tərəfi Sazişin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılacağını gözləyir.

Birgə Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən daha bir müddəa iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənddir. Burada, regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanır.

Beləliklə, 7–8 avqust 2025-ci il tarixlərində baş tutan ABŞ səfəri, Azərbaycanın beynəlxalq mövqelərini gücləndirməklə yanaşı, Cənubi Qafqazda dayanıqlı sülh, regional əməkdaşlıq və iqtisadi rifahın təmin olunmasına mühüm töhfə verdi. Bu səfər diplomatiya tariximizdə yalnız bir diplomatik hadisə deyil, həm də strateji əhəmiyyətli mərhələyə keçid kimi qalacaq.

  • Дата: 11-08-2025, 23:34
  • Автор: anskanal
Полная статья »


Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev - Prezident İlham Əliyevin ABŞ-ın paytaxtı Vaşinqtona işgüzar səfəri Azərbaycan diplomatiyasının Zəfər səhifələrindən biri kimi tarixə düşüb. Bu səfər ölkəmizin beynəlxalq siyasi arenada nüfuzunu və mövqeyini daha da gücləndirməklə yanaşı, regionda uzunmüddətli sülhün təmin olunması istiqamətində yeni perspektivlər açıb. Prezident İlham Əliyevin liderliyi ilə aparılan sülh Azərbaycanın xarici siyasətinin qətiyyətlə və uğurla davam etdiyini bir daha təsdiqləyib. Həmin səfər Azərbaycan üçün regional sabitliyin və dayanıqlı inkişafın təminatı baxımından əhəmiyyətli dönüş nöqtəsidir.

Səfərin ən mühüm və diqqətçəkən hadisələrindən biri Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə Vaşinqtonda keçirilən tarixi Sammit olub. Bu görüşün yekununda Azərbaycan və Ermənistan liderləri, ABŞ Prezidenti isə şahid qismində Birgə Bəyannaməni imzalayıblar. Bəyannamə Azərbaycanın uzun illər ərzində irəli sürdüyü sülh təşəbbüsünün beynəlxalq səviyyədə geniş dəstəklə qarşılandığını və rəsmən qəbul olunduğunu nümayiş etdirir. Sözügedən sənəd həm regionda sülhün bərqərar olması üçün vacib siyasi çərçivədir, həm də gələcək qarşılıqlı anlaşmanın əsasını təşkil edir. Həmçinin, sənəddə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması da mühüm dönüş nöqtəsi kimi əksini tapıb. Bu razılaşma imzalanmaq və ratifikasiya olunmaq üçün əlavə tədbirlərin görülməsini tələb edir.

Vaşinqton Sammitində, həmçinin ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının fəaliyyətinin rəsmən dayandırılması qərara alınıb. Hər iki ölkənin xarici işlər nazirləri tərəfindən imzalanan ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu bu mexanizmin fəaliyyətinin bağlanmasını rəsmiləşdirib. Minsk Prosesi uzun illər sülh danışıqlarının əsas platforması olmasına baxmayaraq nəticə verməmiş, artıq əvəzinə vaxtilə yeni və effektiv mexanizmlərin tətbiqi tələb olunub. Bu qərar regionda sülhün və stabilliyin təminatı üçün yeni mərhələnin başlanğıcıdır.

Bundan başqa, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlı xüsusi nəqliyyat və əlaqə layihəsi Ermənistan ərazisində həyata keçiriləcək. Həmin layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin etməyi hədəfləyir və ABŞ tərəfindən dəstəklənir. Bu marşrut regionda nəqliyyat və iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayacaq, həmçinin dövlətimizin ərazi bütövlüyünün daha da möhkəmləndirilməsinə töhfə verəcəkdir.

Səfər çərçivəsində Azərbaycan ilə ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi məqsədilə mühüm sənədlər imzalanıb. Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunun imzalanması buna nümunədir. Həmin qrupun fəaliyyəti enerji, ticarət, tranzit, süni intellekt, rəqəmsal infrastruktur, müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi prioritet sahələrdə qarşılıqlı əməkdaşlığı gücləndirməyə yönəlib. Bu, Azərbaycan və ABŞ arasında ikitərəfli əlaqələrin daha sistemli və uzunmüddətli şəkildə inkişaf etdirilməsi üçün vacib addımdır. Strateji İşçi Qrupunun fəaliyyəti iki ölkənin müxtəlif sahələrdə sinerji yaratmasını, həm iqtisadi, həm də təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməsini təmin edəcək.

ABŞ Prezidenti Donald Tramp 1992-ci ildən qüvvədə olan və Azərbaycan-ABŞ münasibətlərində məhdudlaşdırıcı rol oynayan Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqinin dayandırılması barədə Sərəncam imzalayıb. Bu qərar Azərbaycan diplomatiyası üçün böyük əhəmiyyət daşıyır və iki ölkə arasındakı münasibətlərin inkişafında yeni mərhələ açır. Həmin addım iki ölkə arasında etimad və strateji əməkdaşlığın möhkəmlənməsinə güclü stimul verir.

Səfər çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə ABŞ-ın ExxonMobil korporasiyası arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Sənəd ölkəmizdə həm ənənəvi, həm də qeyri-ənənəvi enerji mənbələrinin daha səmərəli istifadə olunmasına yönəlmiş əməkdaşlıq perspektivlərini özündə ehtiva edir və iki şirkət arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Bu memorandum Azərbaycanın enerji sektorunun inkişafı və diversifikasiyası istiqamətində atılan mühüm addımdır və ölkənin enerji təhlükəsizliyinin artırılması üçün yeni imkanlar yaradır. Həmçinin, bu əməkdaşlıq beynəlxalq investisiyaların cəlb olunmasına və dövlətimizin enerji resurslarının dünya bazarlarında daha effektiv idarə olunmasına şərait yaradır.

Beləliklə, Prezident İlham Əliyevin Vaşinqtona işgüzar səfəri ölkəmizin regional və qlobal miqyasda nüfuzunun möhkəmlənməsinə, sülh və əməkdaşlıq proseslərinin irəliləməsinə, həmçinin strateji tərəfdaşlıqların dərinləşməsinə geniş imkanlar açıb. Azərbaycan Zəfər diplomatiyasının yeni səhifəsi kimi qeyd olunan bu hadisə dövlətimizin və regionun gələcək inkişafına mühüm töhfə verəcək. Bu uğur ölkəmizin beynəlxalq arenada mövqeyini gücləndirməklə yanaşı, həm də regionda sülhün və sabitliyin təmin edilməsində əsas rol oynayacaqdır.

  • Дата: 11-08-2025, 23:31
  • Автор: anskanal
Полная статья »

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezident Ziyəddin Quliyev - “Azərbaycan özünün milli maraqlarının qorunması üçün Amerika Birləşmiş Ştatları ilə ən yüksək səviyyədə münasibətlərin qurulmasında əlbəttə ki, çox maraqlıdır. Bu baxımdan Ölkə Prezidenti cənab İlham Əliyevin ABŞ Prezidentinin dəvətilə Vaşinqtona işgüzar səfəri son dərəcə önəmli bir hadisədir. Diqqətəlayiq haldır ki, avqustun 8-də möhtərəm dövlət başçımız Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə verdiyi müsahibədə bu səfərin nəticələrini çox yüksək qiymətləndirib. Qeyd olunub ki, məhz bu səfərlə Amerika-Azərbaycan münasibətlərində yeni bir səhifə, əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi açılır. Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün Strateji İşçi Qrupun yaradılması da bu istiqamətdə atılmış çox mühüm addımdır. Əlbəttə ki, ölkələrimiz arasında münasibətlərin bundan sonra səmimi əsaslar üzərində inkişaf edəcəyini nümayiş etdirən mühüm məqamlardan biri də ədalətsizlik simvolu olan 907-ci düzəlişin ləğv olunmasıdır. Öz müsahibəsində bu məsələyə toxunan cənab Prezident bildirdi ki, 1992-ci ilin oktyabr ayında Azərbaycanın ədalətsiz şəkildə ABŞ Konqresi tərəfindən məruz qoyulduğu bu sanksiyanın bu gün birbaşa Azərbaycan Prezidentinin iştirakı ilə ləğv edilməsi tarixi hadisədir və çox rəmzi xarakter daşıyır.”

Fikirlərini davam etdirən Ziyəddin Quliyev Vaşiqtonda imzalanmış “Azərbaycan Prezidentinin və Ermənistanın Baş nazirinin Vaşinqton şəhərində keçirilmiş görüşünə dair” Birgə Bəyannamənin əhəmiyyətini vurğulayaraq bunları deyib: “Avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyanat Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması yolundakı əngəllərin əksəriyyətinin aradan qaldırıldığını təsdiq edir. Onlardan biri ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı idi. Hansı ki, dünən Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ATƏT-in Baş katibinə bununla bağlı müraciət imzaladılar. Əslində İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu təsisat demək olar ki, iflic vəziyyətinə düşmüşdü və onun ləğvi dərhal baş verməli idi. Çünki Azərbaycan bütün məsələləri beynəlxalq hüquq çərçivəsində özü həll etdi, Qarabağ münaqişəsi, Azərbaycan-Ermənistan münaqişəsi hərbi-siyasi yollarla öz həllini tapdı. Birgə Bəyannamədə əks olunan və Azərbaycanın mövqeyini göstərən daha bir önəmli müddəa – Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz çıxışın olmasıdır. Bu, həm də Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı öhdəlikdə də nəzərdə tutulub. Cənab Prezident İlham Əliyevin dediyi kimi, ölkəmizin iki hissəsi arasında təhlükəsiz keçidin yaranması daha geniş region, hətta Ermənistanın özü üçün də çoxlu imkanlar açacaq. Ermənistan tranzit ölkəyə çevrilə bilər. Lakin buna yalnız Azərbaycan vasitəsilə nail ola bilər. Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) başqa bir tarixi nailiyyət olacaq və bütün region ölkələri bunun faydasını görəcəklər”.

  • Дата: 10-08-2025, 23:11
  • Автор: anskanal
Полная статья »

Gəncə Şəhər Su İdarəsinin rəhbəri Şöhrəddin Verdiyev - “Azərbaycan Amerika Birləşmiş Ştatları ilə münasibətlərin hərtərəfli inkişafında hər zaman maraqlı olub və bu inkişafı təmin etmək üçün öz tərəfindən bütün gərəkən addımları atıb. Təəssüflər olsun ki, son bir neçə il ərzində əvvəllər əldə olunmuş çox sayda nailiyyətlər itirilmiş, hətta iki ölkə arasında kifayət qədər gərginliklər də yaşanmışdı. Bunun əsas səbəbi isə Bayden administrasiyasında, ABŞ senatında olan bəzi ermənipərəst qüvvələrin bu ölkənin rəhbərliyinə geniş təsir imkanlarına malik olmalarında və bu imkanlardan ölkəmizə qarşı gen-bol yararlanmalarında idi. Lakin 2025-ci il Azərbaycan ilə ABŞ arasında münasibətlərdə bir çox əsaslı korrektələrin ediləcəyi gözləntiləri ilə başladı. Aydındır ki, bunun da əsas səbəbi 2024-cü ilin noyabrında Donald Trampın ikinci dəfə ABŞ Prezidenti seçilməsi oldu. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev də Donald Trampa ünvanladığı təbrik məktubunda bundan sonra Azərbaycan-ABŞ münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyacağına əminliyini ifadə etmişdi. Təbii ki, belə bir əminlik üçün dövlət başçımızın bütün əsasları var. Belə ki, Donald Tramp hələ birinci prezidentliyi dövründə də Azərbaycanla dostluq və əməkdaşlığın möhkəmləndirilməsini xüsusi diqqət mərkəzində saxlayırdı. Əslində bu gün ölkələrimiz arasında ikitərəfli əlaqələrin yeni mərhələyə keçidi üçün əsas rolunu oynaya biləcək mühüm amillərdən biri də məhz elə o dövrdə formalaşmış qarşılıqlı etimad prinsipləridir.”

Fikirlərini davam etdirən Şöhrəddin Verdiyev Azərbaycan-ABŞ əlaqələrinin inkişafına müsbət təsiri baxımından hər iki ölkənin prezidentləri tərəfindən bu məsələyə strateji yanaşmanın sərgilənməsini mühüm faktor kimi qeyd edib: “İki ölkə arasında münasibətlərin konstruktiv əsaslar üzərində formalaşması və inkişaf perspektivlərinə malik olması üçün tələb olunan mühüm şərtlərdən biri də siyasi iradənin mövcud olmasıdır. Məhz bu amil Azərbaycan və ABŞ prezidentləri tərəfindən kifayət qədər aşkar şəkildə nümayiş etdirilməkdədir. Məsələn, əgər biz cənab Trampın 2025-ci il mayın 28-də Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktubuna nəzər salsaq, bu zaman həmin sənədin mətnində ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin genişlənməsinə aşkar çağırışların olduğunu görərik. ABŞ Prezidenti yazır: “Biz Azərbaycan Respublikası ilə əlaqələrimizi və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, qonşunuzla sülhə nail olmaq istiqamətində ABŞ ilə tərəfdaşlığınızı yüksək qiymətləndiririk. 30 ildən artıq diplomatik münasibətlərimiz müddətində əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib. Biz ümidvarıq ki, ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək...”

Təbii ki, analoji çağırış mesajlarını biz cənab Prezident İlham Əliyevin ABŞ-nın Müstəqillik Günü münasibətilə Prezident Donald Trampa iyulun 4-də ünvanladığı təbrik məktubunda da oxuyuruq: “İnanıram ki, qəti siyasi iradəmiz və birgə səylərimiz sayəsində dost və tərəfdaş ölkələrimiz arasında əlaqələr və əməkdaşlıq xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da hərtərəfli genişlənməyə davam edəcəkdir.” Beləliklə, Azərbaycan-ABŞ münasibətlərinin yeni, daha yüksək və daha perspektivli səviyyəyə keçidi üçün həm siyasi iradə, həm iqtisadi əsaslar, həm də qarşılıqlı etimad prinsiplərini formalaşdırmış tarixi bağlantılar mövcuddur. Bütün bunları nəzərə alaraq cənab Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvətilə Vaşinqtona etdiyi işgüzar səfəri iki ölkə arasında əlaqələrin inkişafında yeni mərhələyə keçidi şərtləndirəcək mühüm hadisə kimi dəyərləndirmək lazımdır”.

  • Дата: 10-08-2025, 23:08
  • Автор: anskanal
Полная статья »

Bu gün Azərbaycan beynəlxalq birliyin fəal üzvünə çevrilib. Bu statusunu gündən-günə daha da genişləndirən Azərbaycanın ayrı-ayrı ölkələrlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri yüksələn xətlə inkişaf edir. Ölkəmizin yerləşdiyi coğrafi məkan dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir. Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, mövqeyinin möhkəmləndirilməsinə yönələn addımların miqyası genişliyi ilə diqqətdədir. Qarşılıqlı etimada böyük önəm verən Azərbaycan dövləti xarici siyasətinin dəyişməz prinsipləri ilə daim dünyanın diqqətindədir. Azərbaycan bütün dövlətlərlə qarşılıqlı hörmət və maraq prinsipləri əsasında bərabərhüquqlu münasibətlər qurur.

Bu baxımdan Prezident İlham Əliyevin ABŞ-a səfəri həm Azərbaycan-Amerika ikitərəfli münasibətləri, həm də Azərbaycan-Ermənistan sülh gündəliyi, regional sabitlik və qlobal təhlükəsizlik kontekstində də xüsusi əhəmiyyət kəsb edir. Birləşmiş Ştatların Prezidenti Donald Trampın rəsmi dəvəti ilə gerçəkləşən səfər tarixi xarakter daşıyır. Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər təkcə ənənəvi diplomatik əməkdaşlıq çərçivəsində inkişaf etməklə kifayətlənmir, eyni zamanda, keyfiyyətcə yeni - strateji müttəfiqlik səviyyəsinə yüksəlməkdədir. Tarixə nəzər salsaq görərik ki, Donald Trampın birinci prezidentliyi dövründə də Azərbaycan-Amerika münasibətlərinin yüksələn xətlə inkişafı əsas prioritetlər sırasında idi. Xüsusilə Ağ Evin indiki sahibinin ikinci prezidentliyi dövründə Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycanın rolu daha da ön plana çıxıb. Enerji təhlükəsizliyi, regional sabitlik və beynəlxalq terrorizmə qrşı mübarizə kimi sahələrdə maraqların üst-üstə düşməsi bu iki ölkə arasında münasibətlərin daha dərin və qarşılıqlı etimada əsaslanan bir platformaya keçməsini şərtləndirir. Hələ 2024-cü ilin 5 noyabrında ABŞ-da keçirilən prezident seçkilərindən 3 ay öncə Şuşada keçirilən Qlobal Media Forumunda Birləşmiş Ştatlardakı seçkilərlə bağlı jurnalistin sualını cavablandırarkən Azərbaycan dövlətinin başçısı İlham Əliyev böyük uzaqgörənlik və cəsarət nümayiş etdirərək o zaman prezidentliyə namizəd olan D.Tramp haqqında müsbət fikirlər söyləmiş, diplomatik dillə desək, onun namizədliyini dəstəkləmişdi. Dövlət başçısı İlham Əliyevin ötən ay Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə Azərbaycan-ABŞ münasibətləri ilə bağlı səsələndirdiyi fikirləri ABŞ Prezidenti Donald Trampın özünün sosial media platformasında paylaşması əslində iki dövlət arasında münasibətlərin yeni mərhələyə qədəm qoymaqda olduğuna dair mühüm mesaj idi. ABŞ Prezidenti Donald Trampın “Truth Social” platformasındakı səhifəsində Prezident İlham Əliyevin həmin çıxışı ilə bağlı dünən növbəti dəfə paylaşım etməsi Birləşmiş Ştatların dövlət başçısının Azərbaycan liderinə dərin hörmətinin nümunəsi və artıq münasibətlərin yeni mərhələyə keçdiyinin göstəricisi idi. Əminliklə söyləmək olar ki, bu səfərin nəticələrinə əsasən ABŞ-Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Səfər çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalandı. Anlaşma Memorandumuna əsasən, qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək Strateji Tərəfdaşlıq Xartiyasının növbəti altı ay ərzində hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupu yaradılması nəzərdə tutulur. Strateji İşçi Qrupu çərçivəsində enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə, eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrin prioritetləşdirilməsi planlaşdırılır. Bu, ikitərəfli praktiki əməkdaşlıq üçün institusional çərçivənin təsis edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

ABŞ-Azərbaycan strateji tərəfdaşlığı Amerika texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, Birləşmiş Ştatların iqtisadi fəallığı deməkdir. Səfər, həmçinin iki ölkə lideri arasında keçirilən görüş çərçivəsində ABŞ Prezidenti tərəfindən "Azadlığa Dəstək Aktı"na “907”ci düzəlişin tətbiqinin dayandırılması barədə Sərəncamın imzalanması ilə əlamətdar oldu. Azərbaycan-Amerika münasibətlərində keçmişin mənfi mirası olan “907”ci düzəlişin tətbiqinin ABŞ Prezidenti tərəfindən Prezident İlham Əliyevlə görüş çərçivəsində dayandırılması son dərəcə əhəmiyyətli addım kimi dəyərləndirilməlidir. Torpaqlarımızın Ermənistan tərəfindən işğalının davam etdiyi bir dövrdə ABŞ Konqresi 1992-ci ildə Azərbaycanın guya Ermənistana "blokada" tətbiq etməsini bəhanə kimi göstərərək, Azərbaycana Amerika tərəfindən dövlət yardımının göstərilməsini qadağan edən ədalətsiz qanunu qəbul etmişdi. Bayden-Blinken Administrasiyası Əfqanıstan əməliyyatları başa çatan kimi nankorcasına “907” saylı düzəlişi yenidən canlandırmış, Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışmışdı. Ümumiyyətlə, Bayden-Blinken Administrasiyasının məqsədi Azərbaycan qaralamaq, gözdən salmaq idi. Bu cütlük ölkəmizin Qarabağ iqtisadi rayonunda uğurlu antiterror əməliyyatından sonra Azərbaycandan rəsmi nümayəndə heyətinin səfərlərini təxirə salmışdı. Hətta Azərbaycana qarşı sanksiyalar barədə düşünənlər də var idi. Lakin Azərbaycan bütün bu təzyiqlərin qarşısında sınmadı, ləyaqətini itirmədi, milli maraqlarından bir addım da geri çəkilmədi. Bu siyasətin nəticəsi olaraq dünən ABŞ Prezidenti tərəfindən “907”ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncam imzalandı.

Azərbaycan-Amerika münasibətlərində açılan yeni səhifə tərəflərin birgə səyləri nəticəsində atılan addımların əsasında daha böyük uğurlarla zənginləşəcək. İki ölkə arasında əlaqələrin inkişafında əsas istiqamətlərdən biri də enerji sahəsidir. Ölkəmizin istər ənənəvi, istərsə də bərpaolunan enerji sahəsində qazandığı uğurlar davamlılığı ilə diqqətdədir. Xəzər regionunun zəngin enerji ehtiyatlarının Qərb bazarlarına təhlükəsiz və səmərəli şəkildə nəql olunması sahəsində ABŞ-ın dəstəyi mühüm rol oynayır. Xüsusilə Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin uğurla həyata keçirilməsində Donald Tramp Administrasiyasının siyasi və diplomatik dəstəyi strateji əhəmiyyət kəsb edir. Trampın praqmatik enerji siyasəti Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verib və Azərbaycan üçün yeni iqtisadi imkanların açılmasına şərait yaradıb. Strateji tərəfdaşlıq çərçivəsində Azərbaycan və ABŞ enerji, nəqliyyat, ticarətdən tutmuş, süni intellekt, müdafiə sahəsinə qədər çoxsaylı istiqamətlər üzrə əməkdaşlıq edəcəklər. Vaşinqtonda SOCAR-la “ExxonMobil” şirkəti arasında Əməkdaşlıq Memorandumunun imzalanması bu sahədə əməkdaşlığın daha da genişlənəcəyinin təsdiqidir. Sənəd şirkətlər arasında mövcud olan müsbət əlaqələri möhkəmləndirmək və Azərbaycan Respublikasında həm qeyri-ənənəvi, həm də ənənəvi enerji resurslarının, o cümlədən neft və qaz imkanlarının dəyərləndirilməsi istiqamətində potensial əməkdaşlıq sahələrini ehtiva edir.

Azərbaycan 2020-ci il Vətən müharibəsində əldə etdiyi Qələbə ilə Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdırıb və bu reallıqlar beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq regionda sülhün qurulması üçün yeni əsaslar yaradıb. Bu gün Bakı qalib tərəf kimi regionda sülh gündəliyini müəyyən edən əsas aktor olmaqla, yaranmış reallıqların beynəlxalq miqyasda tanınması və hüquqi çərçivəyə salınması mərhələsinə qədəm qoyub. Bu baxımdan Azərbaycan Prezidentinin ABŞ-a səfəri, həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi kontekstində mühüm nəticələr ilə əlamətdar oldu. Səfər zamanı Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammiti keçirildi və bu görüşün nəticəsində Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamə imzalandı. Bununla yanaşı, hər iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsi paraflandı və ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu imzalandı.

Sülh müqaviləsinin paraflanması saziş mətninin tərəflər arasında razılaşdırıldığını təsdiq edir. Paraflanma hələ sülh müqaviləsinin imzalanması demək deyil. Bununla belə bu istiqamətdə ciddi addımdır. ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması barədə ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətin ünvanlanması 2020-ci ildən bəri Azərbaycan tərəfinin davamlı olaraq gündəlikdə tutduğu, sülh və normallaşma prosesi üçün ən ciddi əngəllərdən birinin aradan qaldırılması istiqamətində digər vacib addımdır. Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması Azərbaycanın irəli sürdüyü sülh gündəliyini təsdiq edib. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması ilə bağlı müddəa çərçivəsində, Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu təsbit edilib. Bu kontekstdə, Azərbaycan tərəfi Sazişin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılacağını gözləyir. Yəni yekun sülh sazişinin imzalanması üçün əsas tələblərdən biri – Ermənistan konstitusiyasının dəyişdirilməsinin zəruriliyi təsdiq olundu.

Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Prezident İlham Əliyevin bu tələbi də Ermənistan tərəfindən qəbul edildi. Belə ki, imzalanmış Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olundu. Birgə Bəyannamədə regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb. Sənəddə, həmçinin Ermənistan ərazisində xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata keçiriləcəyi təsbit olunub. Bu müddəa Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur. Beləliklə, Zəngəzur dəhlizi reallaşır. Təxminən 5 ilə qədərdir ki, Ermənistanın məsələni yubatmağa, “Sülh kəsişməsi” adlı utopik layihə irəli sürərək oyunbazlıqla məşğul olmasına baxmayaraq, Azərbaycan ən böyük məqsədlərindən birinə - Zəngəzur dəhlizinin açılmasına nail olur. “Tramp yolu” adlanmasına baxmayaraq, hamı başa düşür ki, söhbət məhz Zəngəzur dəhlizindən gedir. Azərbaycan ilk gündən təkid etdiyi maneəsiz gediş-gəlişə nail olur. Zəngəzur dəhlizinin açılması Azərbaycanın beynəlxalq nəqliyyat və iqtisadi əlaqələrdə bərabərhüquqlu iştirakını təmin edən fundamental hüququdur. Bu dəhlizin reallaşması həm region dövlətləri, həm də daha geniş geoiqtisadi məkan üçün yeni tranzit imkanları və uzunmüddətli sabitlik perspektivləri yaradır.

Qalib, qüdrətli Azərbaycan dövləti Prezident İlham ƏIiyevin liderliyi ilə bütün hədəflərinə nail olur. 2020-ci il Vətən müharibəsi nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad edərək tarixi Zəfərə imza atdı. Bu gün müharibənin qalibi olmaqla yanaşı, sülh gündəliyinin banisi də Prezident İlham Əliyevdir. 2022-ci ilin əvvəlində sülh müqaviləsinin əsasını təşkil edən 5 əsas prinsip Azərbaycan tərəfindən Ermənistana təqdim edildi. Lakin Ermənistan qeyri-səmimiliyi, Bayden-Blinken Administrasiyasının, Fransa Prezidenti Emmanuel Makronun ölkəmizə qarşı qərəzli mövqeləri sülh müqaviləsinin mətnini razılaşdırmağa imkan vermirdi. Yalnız bir sutkadan az davam edən lokal xarakterli antiterror tədbirlərindən sonra Ermənistanla Azərbaycan arasında həqiqi danışıqlar başladı və 2025-ci ilin mart ayında sülh müqaviləsi üzrə danışıqlar yekunlaşdı. Vaşinqtonda imzalanan Birgə Bəyannamə Azərbaycanın, Prezident İlham Əliyevin növbəti parlaq qələbəsidir. Prezident İlham Əliyevin bu prosesdəki liderliyi, strateji baxışı və siyasi uzaqgörənliyi yenə də qalib gəldi. Dövlət başçımızın milli maraqarların qorunmasında ortaya qoyduğu qəti, ardıcıl və prinsipial mövqe nəticəsində qalib Azərbayanın yaratdığı status-kvo bir daha təsbit olundu, beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ yeni reallığı qəbul etdi. Müharibədə qalib gəlmiş Prezident İlham Əliyev sülhü də qazandı.

  • Дата: 10-08-2025, 23:04
  • Автор: anskanal
Полная статья »