Xəbərlərin siyahısı: İyun 2025 illər » Səhifə 3 » ANS KANAL

Prezident İlham Əliyevin doğum günüdür

“1991-ci ilin axırlarında müstəqilliyini bərpa edən Azərbaycan xalqı hakimiyyətə gələn siyasi qüvvələrin səriştəsizliyi nəticəsində xaos, vətəndaş müharibəsi, iqtisadi böhran, ərzaq qıtlığı ilə üzləşməli oldu. Ölkəmizin hər yerində özbaşınalıq artdı, daxili stabillik, milli birlik pozuldu. Yaranan boşluqdan yararlanan Ermənistan Azərbaycana qarşı hərbi təcavüzünü daha da şiddətləndirdi. Müqəddəs torpaqlarımızı, ərazi bütövlüyümüzü qorumalı olan qüvvələrin başı isə Bakıda hakimiyyət uğrunda mübarizəyə qarışmışdı. Qoşun hissələri döyüş bölgələrindən çıxarılaraq  Bakıya istiqamətləndirilirdi. Nəticədə torpaqlarımızın 20 faizi işğal olundu, minlərlə şəhid verdik, minlərlə vətəndaşımız əsir düşdü,  bir milyondan artıq soydaşımız öz doğma el-obasından didərgin düşdü. Böhran getdikcə dərinləşirdi. Azərbaycan parçalanmaq, müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Ümummilli mənafeyin şəxsi ambisiyalara qurban verilməsi o dövrdə hakimiyyətdə olan qüvvələrə xalqın inamını sarsıtdı. İnsanlar haqlı olaraq yeni qüvvə - xilaskar axtarışına çıxdı. Bütün diqqət, təbii olaraq, Naxçıvana yönəlmişdi. Xalqımız və ziyalılarımız çox yaxşı başa düşürdülər ki, dövlətimizi, ölkəmizi uçurumdan yalnız bir nəfər – ümummilli lider Heydər Əliyev çıxara bilər. Heç bir siyasi təcrübəsi olmayan başıpozuq bir qrupun yarıtmaz idarəçiliyi üzündən yox olmaq təhlükəsi ilə üzləşən dövlətimiz, itirilməkdə olan müstəqilliyimiz məhz Heydər Əliyevin böyük məharətinin sayəsində ayaqda qaldı, gücləndi”. 

1993-cü ilin 15 iyun Milli Qurtuluş günü xalqımızın və dövlətimizin ictimai-siyasi həyatında ciddi dönüş yaradan tarixi hadisədir: “Ölkəmizin ziyalıları, ictimai-siyasi xadimləri və xalq haqlı olaraq Ulu öndər Heydər Əliyevin ətrafında birləşərək Müstəqil Azərbaycan dövlətinin məhv olmasına, parçalanmasına imkan vermədilər. Bir məqamı da xüsusilə qeyd etmək lazımdır ki, 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb oldu. Çünki Yeni Azərbaycan Partiyası ovaxtkı antimilli iqtidara qarşı milli müxalifət kimi yaranmışdır. Yeni Azərbaycan Partiyasının yaranması bütün Azərbaycanda böyük əks-səda yaratmışdı. Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrildi və Heydər Əliyevin siyasət olimpini fəth etməsinə böyük töhfələr verdi. Partiyamız bu gün də Prezodent cənab İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin siyasi irsini ləyaqət və qürurla davam etdirir”.

Xalqın çağırışlarını, ziyalıların, iqtidar mənsublarının təkidli xahişlərini nəzərə alaraq, 1993-cü il iyun ayının 15-də Azərbaycan Respublikası Milli Məclisinin fövqəladə sessiyasında gizli səsvermə yolu ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməklə hakimiyyətə qayıtdı: “Həmin il iyunun 24-də isə Milli Məclisin qərarı ilə prezident səlahiyyətləri Ali Sovetinin sədrinə - Heydər Əliyevə həvalə edildi. Ulu öndər Heydər Əliyev deyirdi: “Mənim heç bir silahım yoxdur: nə topum,nətapançam, nə də avtomatım var. Mənim idrakım var, iradəm var və xalq mənə ümid bəsləyirsə, xalq mənə bu səlahiyyəti vermişdirsə, xalqı bu ağır vəziyyətdən çıxarmağı öz öhdəmə götürmüşəmsə, güman edirəm ki, xalq məni müdafiə edəcəkdir”.

Yaxın keçmişimiz olan 1993-cü ildə baş verənlər hər kəsin xatirindədir. Dövlət büdcəsi boşaldılmış, sərvətləri talan edilmiş, idarəçilik sistemi dadağılmışdı: “Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı. Məhz xalqın böyük oğlu Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda illərlə davam edən anarxiyaya, başıpozuqluğa, siyasi hakimiyyətsizliyə, etnik separatçılığa, hərbiləşmiş cinayətkar dəstələrin qətl və qarətlərinə, özbaşınalıqlarına son qoyuldu. 1994-cü ildə oktyabr, 1995-ci ildə mart aylarında  dövlət çevrilişinə cəhdlərin qarşısı qətiyyətlə alındı. Azərbaycanın iqtisadi diçəlişinin tarixi bünövrəsi dəməhz Heydər Əliyevin hakimiyyətdə olduğu dövrə təsadüf edir. Ulu öndərin ikinci dəfə hakimiyyətə gəlişinin ilk illərində iqtisadi sektorda çox böyük addımlar atıldı, islahatlar həyata keçirildi.  “Əsrin müqaviləsi” imzalandı, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin tikintisinə başlanıldı, Böyük İpək Yolunun bərpası üzrə konkret addımlar atıldı”.

Əgər Əliyev siyasi hakimiyyətə gəlməsəydi, Ermənistan daha böyük əraziləri işğal edib onun üzərində nəzarətini hüquqi müstəvidə dünyaya tanıtdıracaqdı: “Hələ sovet dövründə ermənilərin yeganə çəkindiyi, ehtiyat etdiyi siyasətçi Heydər Əliyev idi. Ulu öndər hələ 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verəndə buna ilk sevinənlər erməniklər oldu. İstefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmış və Azərbaycan xalqının faciələri o gündən başlamışdır. Əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Ermənilər onu da etiraf edirlər ki, cənab Prezident İlham Əliyev Qarabağ məsələsində hətta atası Heydər Əliyevdən də daha barışmaz idi. Əlbəttə ki, cənab İlham Əliyevin prinsipial vətənpərvər ruhda formalaşması, müstəqillik, ərazi bütövlüyü kimi həyati əhəmiyyətli məsələlərdə heç bir kompramisəgetməmək kimi mövqeyə sahiblənməsi  valideynlərinin ailədə aşıladığı tərbiyədən, ideologiyadan irəli gəlir. 2020-ci il 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbə ilə Ulu öndərim yarımçıq qalan missiyasını tamamlayan cənab İlham Əliyev bütün dünyada tarix yazdı. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv, azad görmək idi. Ümummilli Liderin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla deyirdi: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”. Ulu Öndər Heydər Əliyevin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Qarabağ və Şərqi Zəngəzur müasir tələblərə uyğun olaraq yenidən qurulur. Böyük Qayıdış proqramı mərhələli, xüsusi düşünülmüş proqram əsasında həyata keçirilir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev torpaqlarımızın xilaskarı kimi adını tarixə qızıl hərflərlə yazdırmaqla Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciətində ona göstərilən inamı və etimadı doğrultdu, dahi şəxsiyyətin vəsiyyətini yerinə yetirdi. Əminliklə deyə bilərik ki, qalib Azərbaycan bundan sonra da Heydər Əliyev yolu ilə yeni zəfərlərə doğru irəliləyəcək. Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməkləmöhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir”.

Hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş Heydər Əliyevin böyüklüyü öz dövrünün siyasi xadimləri tərəfindən də etiraf olunub. ABŞ-ın sabiq Prezidenti Corc Buşun “şəksiz lider”, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “türk dünyasının tanınan və sevilən lideri”, Rusiya Prezidenti Vladimir Putinin“siyasi nəhəng”, Fransanın sabiq Prezidenti JakŞirakın “qeyri-adi şəxsiyyət” adlandırdıqları Heydər Əliyev şəxsiyyətinin nəhəngliyini zaman keçdikcə daha aydın dərk edirik.  Ulu öndər Heydər Əliyevin yorulmaz və gərgin siyasi-diplomatik fəaliyyəti, dövlətçilik təcrübəsi, Azərbaycan xalqının milli maraq və mənafeyinə bağlılığı ilə ümummilli rəhbər olduğunu bütün dünyaya bir daha sübut etdi”.

  • Дата: 11-06-2025, 00:31
  • Автор: anskanal
Полная статья »

Qurban Bayramı – həm dini, həm də milli həmrəylik və xeyirxahlıq günüdür. Bu müqəddəs bayramın hər bir vətəndaşın həyatında özəl yeri var, xüsusilə də ictimai-siyasi xadimlər və dövlət qulluqçuları üçün sosial ədalət və insanlara qayğı mövzusunu daha da önə çıxaran mühüm çağırışdır. Ağstafa Rayon İcra Hakimiyyətinin Başçının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Hacıyev bu mənada həm yüksək peşəkarlığı, həm də insanlara xidmətində sədaqəti ilə seçilən dövlət xadimlərindən biridir.

İlqar Hacıyev rayonun sosial-iqtisadi vəziyyətinin dərindən təhlili və gələcək inkişaf istiqamətlərinin proqnozlaşdırılması sahəsində uzun illərdir fədakarcasına çalışır. Onun rəhbərliyi altında həyata keçirilən tədbirlər və strateji planlar Ağstafanın inkişafına mühüm töhfələr verir. Bu isə öz növbəsində rayon sakinlərinin həyat səviyyəsinin yaxşılaşmasına, sosial rifahın artmasına, infrastruktur layihələrinin icrasına təkan verir.

Qurban Bayramı ərəfəsində İlqar Hacıyev və onun rəhbərlik etdiyi şöbə, xüsusilə şəhid ailələri, müharibə qaziləri və aztəminatlı ailələrə diqqəti artırır, onlara mənəvi və maddi dəstək göstərilməsi üçün geniş təşəbbüslər həyata keçirir. Bu əziz günlərdə rayonun müxtəlif sosial proqramları çərçivəsində şəhid ailələri və qazilər üçün bayram sovqatları hazırlanır, onların problemləri araşdırılır və həlli istiqamətində addımlar atılır. İlqar Hacıyev bu məsələlərə xüsusi həssaslıqla yanaşır, insanların qayğılarını öz qayğısı kimi qəbul edir.

Onun sosial-iqtisadi təhlilləri əsasında görülən işlər həmçinin, pandemiya dövründə və digər çətin zamanlarda rayon sakinlərinin həyatına dəstək məqsədilə düzgün və operativ qərarların qəbul olunmasına xidmət edib. Bu, onun həm iqtisadi, həm də sosial sahədə balanslı və düşünülmüş idarəetməsinin göstəricisidir.

İlqar Hacıyev həmçinin ictimaiyyətlə sıx əlaqədə olaraq vətəndaşların problemlərini dinləyir, onların qayğılarını yuxarı instansiyalara çatdırmaqla dövlətin sosial siyasətinin uğurla icra olunmasına şərait yaradır. Onun rəhbərliyi altında həyata keçirilən layihələr sosial ədalətin təmin olunmasına, insanların rifahının yüksəlməsinə yönəlir və bu da Ağstafada birgəyaşayış mədəniyyətinin möhkəmlənməsinə xidmət edir.

Qurban Bayramı münasibətilə İlqar Hacıyev bütün rayon sakinlərini və xüsusilə şəhid ailələri ilə qaziləri təbrik edir, onların qəhrəmanlığını, vətənpərvərliyini yüksək qiymətləndirir və belə deyir:
“Bayramların ruhu – birlikdə olmaqda, paylaşmaqda, mənəviyyatı yaşatmaqda, həmrəylik göstərməkdədir. Bizim borcumuz bu dəyərləri hər zaman ön planda tutmaq, ehtiyacı olanların yanında olmaqdır. Ağstafa rayonu olaraq şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğı daim davam edəcək.”

Onun dediyi kimi, sosial-iqtisadi inkişafın davamlılığı, insanlara qayğı göstərilməsi və vətəndaşların rifahının yaxşılaşdırılması dövlət siyasətinin əsas sütunlarıdır və İlqar Hacıyev bu işdə öz məsuliyyətini dərindən dərk edərək fəaliyyət göstərir.

Beləliklə, İlqar Hacıyev həm peşəkar idarəçi, həm də böyük ürək sahibi kimi Ağstafanın inkişafı və sakinlərin rifahı yolunda dayanmadan çalışır, Qurban Bayramının ali mənəvi dəyərlərini hər zaman öz işində yaşadır və bu yolla dövlətə və cəmiyyətə əvəzsiz xidmət göstərir.

  • Дата: 4-06-2025, 22:48
  • Автор: anskanal
Полная статья »
Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə olmasına rəğmən, Avrasiyanın vacib nəqliyyat qovşaqlarından birinə çevrilib”
 
Azərbaycanın qlobal siyasi-iqtisadi arenada nüfuzunun getdikcə artması, mövqelərinin möhkəmlənməsi öz təzahürlərini ən müxtəlif formalarda büruzə verməkdədir. O cümlədən ölkəmizin bəzi hallarda ev sahibliyi etdiyi, bəzi hallarda isə təşəbbüskarı olduğu bir çox mötəbər beynəlxalq tədbirlərin zaman keçdikcə ənənəvi hal alması, beynəlxalq miqyasda önəminin yüksəlməsi də bu kimi Azərbaycanın aktivinə yazılan tendensiyalara aid olunmalıdır. Məlumdur ki, cari ilin may ayının 21-də Macarıstanın paytaxtı Budapeşt şəhərinin ev sahibliyi etdiyi Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü ilk dəfə keçən il, məhz cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Şuşada keçirilmişdir. Bundan cəmi bir həftə sonra, may ayının 28-də Azərbaycan, Türkiyə və Pakistan ölkə rəhbərlərinin Laçında keçirilmiş ikinci Zirvə görüşü də artıq ənənəvi xarakter alıb. Və əlbəttə ki, dünən start götürmüş Bakı Enerji Həftəsi artıq uzun illər ərzində özünü təsdiqləmiş və qlobal enerji gündəliyində önəmli yer tutmuş mühüm beynəlxalq platforma kimi xüsusi qeyd olunmalıdır. Bütün bunlar ilk növbədə Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müstəqil və praqmatik xarici siyasətin önəmli nəticələri kimi qiymətləndirilməlidir. Məhz bu uğurlu siyasətin nəticəsidir ki, bu gün artıq aparıcı dünya gücləri xüsusilə Avrasiya məkanında geniş miqyaslı transmilli layihələrin reallaşdırılması üçün Azərbaycanla məsləhətləşmələr aparılmasının, ölkəmizin maraqlarının nəzərə alınmasının zəruriliyini qəbul edirlər.
 
Bugünkü buraxılışımızda son bir neçə ay ərzində regional və qlobal müstəvilərdə müzakirə olunan və Azərbaycanın milli mənafelərinə bu və ya digər formada təsiri baxımından önəm kəsb edən məsələlər, eləcə də ölkə ictimaiyyətini maraqlandıran bir sıra digər mövzular barədə aia.az-ın suallarını Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.
 
- Xoş gördük Sizi, Eldar müəllim. Yenidən Sizinlə görüşmək bizə çox xoşdur. İcazənizlə ilk sualım iyun ayının 2-də öz işinə başlamış “Bakı Enerji Həftəsi” və bu mühüm beynəlxalq tədbir çərçivəsində keçirilən forumda müzakirə olunan məsələlərlə bağlı olacaq...
 
- Mən də sizi ürəkdən salamlayıram və yenidən görüşməyimizdən məmnun olduğumu bildirmək istəyirəm. Sualınıza keçid etmədən öncə onu deyim ki, bu gün regionun aparıcı sənaye tədbiri olan və hər il qlobal enerji liderlərini bir araya gətirən “Bakı Enerji Həftəsi” artıq uzun müddətdir ki, beynəlxalq səviyyədə ən etibarlı platforma kimi formalaşaıb. Siz də bilirsiniz ki, bu enerji həftəsi çərçivəsində keçirilən tədbirlərdə energetika sahəsində mövcud vəziyyəti, yaranmış yeni imkanları və perspektivləri müzakirə etmək məqsədilə 39 ölkədən yüzdən çox şirkətin nümayəndəsi iştirak edir. Bu faktın özü tədbirin beynəlxalq önəmini bir daha qabarıq şəkildə qeyd edir. Enerji Həftəsinin ilk günündə Bakı Ekspo Mərkəzində tədbir çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi – “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi – “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”unun rəsmi açılış mərasimi olub. Bu da məlumdur ki, Azərbaycanda ilk neft-qaz sərgisi 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə və bilavasitə səyləri nəticəsində təşkil edilmişdir. Cənab Prezident İlham Əliyevin nitqində qeyd olunduğu kimi, məhz 31 il bundan öncə keçirilmiş həmin ilk sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı. Bu, ölkəmizin bütün gələcək uğurlarının möhkəm təməlin qurulması demək idi. Bu gün neft və qaz istehsalının ÜDM-də payı təqribən 30 faizdən artıqdır. Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir və nəticə olaraq ölkə iqtisadiyyatı özünü tam təmin edir. Azərbaycanın xarici borcunun səviyyəsi ÜDM-in 7 faizindən aşağıdır və maliyyə ehtiyatları xarici borcumu 14 dəfə üstələyir. Milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olunub və bu gün yoxsulluq səviyyəsi cəmi 5 faizə bərabərdir. Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə olmasına rəğmən, Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilib. Bu da onun nəticəsidir ki, Azərbaycan dövləti infrastruktur layihələrinə çox böyük sərmayə yatırıb. Bununla yanaşı, Azərbaycanın enerji layihələrimiz sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib.
 
- Eldar müəllim, Siz Azərbaycanın enerji layihələrini qeyd etdiniz. Elə bilirəm ki, bu barədə danışarkən Cənub Qaz Dəhlizinin əhəmiyyəti xüsusi vurğulanmalıdır. Sizcə məhz bu dəhlizin ölkəmizin qlobal enerji sahəsində mövqelərinin möhkəmlənməsində rolu nə dərəcədə önəmlidir?
 
- Əslində bu sualın cavabı öz əksini dövlət başçımızın çıxışında aşkar şəkildə tapıb. Cənab Prezident birmənalı olaraq bəyan etdi ki, Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizi bütün bu enerji layihələrinin tacıdır. Aydındır ki, neft və qaz hələ uzun illər bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaq. Mhz buna görə də həmin ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Bu gün Azərbaycandan təbii qaz alan ölkələrin sayı artıq 12-yə çatıb və bu da hələ son deyil. Bəzi ölkələrlə aparılan danışıqlar və sərmayə qoyuluşu Azərbaycan qazının ixrac coğrafiyasını daha da genişləndirəcək. Çox önəmli bir haldır ki, boru kəməri ilə müəyyən coğrafiyanın qazla təmin edilməsi baxımından Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir. Bütün bunlar sözsüz ki, çox müsbət dinamikadır. Eyni zamanda da Azərbaycanın enerji sahəsinin inkişafı təkcə öz ölkəmizin potensialına deyil, həmçinin qonşuluğumuza da böyük töhfə verir. Enerji resurslarının düzgün idarə olunması, investorlar, tranzit ölkələr və istehsalçılar arasında əməkdaşlığın yüksək səviyyədə qurulması çox böyük uğurla nəticələnir. Ən vacib məqamlardan biri də budur ki, istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında maraqların balansına bu layihələrin reallaşdırılması zamanı daim diqqət yetirilir. Məhz bu amil gələcək enerji əməkdaşlığı baxımından olduqca vacibdir. Azərbaycanın təbii qaz ixracı ötən il 25 milyard kubmetrə çatmışdır. Lakin hasilatın həcmi artırılacaq, çünki artıq müqavilələr imzalanıb və proses gedir. Cənab Prezident İlham Əliyev bildirdi ki, 2030-cu ilədək qaz ixracı 8 milyard kubmetrə qədər artacaq. Bununla yanaşı, növbəti beş il ərzində Azərbaycan 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacaq.
 
- Mən bir qədər sonra Bakı Enerji Həftəsində müzakirə olunan məsələlər mövzusuna yenidən qayıdacağam. Lakin məhz bu məqamda artıq ölkə mətbuatında Laçın Sammiti kimi təqdim olunan digər bir mühüm beynəlxalq tədbirə diqqətinizi yönəltmək istərdim. Məsələ bundadır ki, bu tədbirdə müzakirə olunan müəyyən məsələlər də Bakı Enerji Həftəsinin bəzi müzakirə mövzuları ilə çox uyğunlaşır...
 
- Əlbəttə ki, siz Laçın Sammiti deyərkən may ayının 28-də, xalqımızın Müstəqillik Gününü qeyd etdiyi möhtəşəm bir tarixdə Azərbaycan, Türkiyə və Pakistanın ölkə rəhbərlərinin Laçında keçirilmiş ikinci Zirvə görüşünü nəzərdə tutursunuz. Tamamilə sizinlə razıyam və bu mötəbər toplantının Laçın Sammiti adlandırılmasını məmnuniyyətlə qəbul edirəm. İlk növbədə demək lazımdır ki, bu Zirvə görüşü ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə, iqtisadi tərəfdaşlıq əlaqələrinin dərinləşməsinə böyük töhfə oldu. Bilirsiniz ki, bu gün Azərbaycanın xarici siyasətində Türkiyə və Pakistanla dostluq və qardaşlıq əlaqələri xüsusi yer tutur. Zirvə görüşündə çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycan, Türkiyə və Pakistanın hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olduqlarını diqqət mərkəzinə çəkərək qeyd etdi ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstək xalqımız üçün böyük önəm kəsb etmişdir. Möhtərəm dövlət başçımız Azərbaycanın da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olduğunu və bu gün xalqlarımız arasında olan birliyin də bunu təsdiqlədiyini xüsusi vurğuladı. Qeyd olundu ki, ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar mövcuddur.
 
- Elə isə Eldar müəllim, bu üç ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin, xüsusilə də Azərbaycanın qardaş Türkiyə ilə enerji sahəsində əməkdaşlığının Avrasiya məkanında yerləşən ölkələr üçün əhəmiyyəti barədə nə deyə bilərsiz?
 
- Həqiqətən də Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, kifayət qədər böyük coğrafiyanın enerji xəritəsi dəyişib. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev də bu məqamı öz çıxışında xüsusi vurğuladı. Ölkələrimiz bir çox Avropa dövlətinin enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayırlar. Eyni zamanda bu gün Azərbaycan və Türkiyə bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələr reallaşdırmağa başlayıblar. Həmçinin Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Təbii ki, Azərbaycan, Türkiyə və Pakistan arasında hərbi və müdafiə sənayesi sahələrində əməkdaşlıq xüsusi yer tutur. Məhz bu sahədə əməkdaşlıq böyük bir coğrafiyada sülhün və sabitliyin qorunması baxımından mühüm önəm daşıyır. Lakin bu saydıqlarımız əlbəttə ki, əməkdaşlığın heç də bütün mümkün istiqamətlərini əhatə etmir. Dövlət başçımız həmçinin rəqəmsal innovasiyalar, süni intellekt və kosmik texnologiyalar kimi yeni əməkdaşlıq sahələrinin araşdırılmasının vacibliyini xüsusi qeyd etdi. Daha bir vacib məqam budur ki, Azərbaycan, Türkiyə və Pakistanın beynəlxalq platformalarda və təşkilatlarda həmrəyliyi hər üç ölkənin gücünə güc qatır. Buna görə də ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), habelə D-8 kimi beynəlxalq platformalarda birgə səylərini daha da möhkəmləndirmək əzmində olduqlarını bir daha bəyan etdilər
 
- Azərbaycanın irəli sürdüyü bir çox beynəlxalq təşəbbüslərin sonradan ənənəvi xarakter alması artıq bir müsbət tendensiyaya çevrilib. Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının II qeyri-rəsmi Zirvə görüşü də bunun daha bir sübutudur. Belə ki, TDT-nın ilk qeyri-rəsmi Zirvə görüşü keçən il, həm də məhz cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Şuşada keçirilmişdi və bu il Azərbaycandan estafeti Macarıstan qəbul etdi. Eldar müəllim bu sammitin nəticələrini necə səciyyələndirə bilərsiz?
 
- Ümumiyyətlə Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrin daha da gücləndirilməsi prioritet istiqamət kimi müəyyən olunub. Dövlətimizin başçısı öz çıxışlarında xüsusi olaraq vurğulayır ki, Türk dünyasının birləşməsi, mövcud potensialların vahid məqsədlərə yönləndirilməsi ölkələrimizin müasir dünyada öz layiqli yerlərini tutmaqlarının yeganə yoludur. Eyni zamanda Azərbaycanın Cənub-Şərqi Avropa ölkələri ilə münasibətlərini hər zaman diqqət mərkəzində saxlayır. Bu ölkələr arasında isə məhz Macarıstanla münasibətlər daha çox səmimiyyəti və yaxınlığı ilə diqqəti cəlb edir. Təsadüfi deyil ki, cənab Prezident Budapeşt Sammitində etdiyi çıxışında Azərbaycan ilə Macarıstan arasında əlaqələrin mövcud durumunun və inkişaf perspektivlərinin məmnunluq doğurduğunu vurğuladı. Qeyd olundu ki, Macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır.
 
(ardı var...)
Söhbətləşdi: Azər Məmmədov
aia.az
  • Дата: 4-06-2025, 10:57
  • Автор: anskanal
Полная статья »




Ucar Gənclər Evində “Karyerada inkişaf naviqatoru” layihəsinin ilk mərhələsi baş tutub.

Tədbirdə Ucar Gənclər Evinin direktoru kazım Məmmədov, müsabiqənin qalibi və layihə rəhbəri Zinhar Bəbişov və əgnclər iştirak ediblər.

Layihə çərçivəsində gənclərə karyera planlaması, iş axtarışı strategiyaları, CV hazırlanması və müsahibəyə hazırlıq, şəxsi brendinq, işgüzar ünsiyyət və praktiki iş təcrübəsi mövzularında təlimlər keçirilib.

Qeyd  edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun fərdi qrant müsabiqəsi çərçivəsində həyata keçirilib. Müsabiqənin qalibi və layihə rəhbəri Zinhar Bəbişovdur.















  • Дата: 4-06-2025, 10:03
  • Автор: anskanal
Полная статья »

 


Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, bölgənin sosial-iqtisadi inkişafını təmin etmək, əhalinin rifahını yüksəltmək və dayanıqlı idarəçilik prinsiplərini həyata keçirmək istiqamətində mühüm fəaliyyət göstərən nüfuzlu dövlət xadimidir. Onun rəhbərliyi altında Ağstafa rayonu dinamik inkişaf edir, yeni layihələr həyata keçirilir və sakinlərin sosial problemləri sistemli şəkildə həll olunur.

Seymur Orucov öz işində dövlətimizin inkişaf strategiyasına sadiq qalaraq, Prezident İlham Əliyevin sosial siyasətinə tam dəstək verir. O, şəhid ailələri, qazilər və aztəminatlı təbəqələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atır, onların ehtiyaclarının ödənilməsi üçün müvafiq proqramların tətbiqində fəal rol oynayır. Bu sahədə başçının xüsusi diqqəti və humanist yanaşması rayon ictimaiyyətində böyük rəğbətlə qarşılanır.

Başçı Ağstafada iqtisadiyyatın diversifikasiyası, kənd təsərrüfatının inkişafı, sənaye müəssisələrinin yaradılması və modernləşdirilməsi kimi sahələrdə məqsədyönlü iş aparır. Yeni iş yerlərinin açılması, sahibkarlığın dəstəklənməsi və investisiya mühitinin yaxşılaşdırılması rayonda sosial sabitliyin təmin edilməsinə xidmət edir.

Seymur Orucovun rəhbərliyi altında rayonun infrastrukturunun müasirləşdirilməsi, yolların təmiri və abadlıq işləri prioritet təşkil edir. Eyni zamanda, təhsil, səhiyyə və mədəniyyət sahələrində də ciddi tədbirlər görülür, vətəndaşların həyat keyfiyyətinin artırılması üçün kompleks layihələr icra olunur.

Ağstafa rayonunun ekoloji vəziyyətinin yaxşılaşdırılması, təmiz içməli suyun təmin olunması, ətraf mühitin qorunması kimi məsələlər başçının diqqət mərkəzindədir. O, əhalinin sağlam və rahat həyat şəraitində yaşaması üçün bütün imkanlardan istifadə edir.

Seymur Orucovun idarəçiliyi şəffaflıq, səmimiyyət və vətəndaşlara yaxınlıq prinsiplərinə əsaslanır. Rayon sakinlərinin müraciətlərinə operativ cavab vermək, onların problemlərini diqqətlə dinləmək və həll yolları tapmaq onun fəaliyyətinin əsas xüsusiyyətlərindəndir.

Başçının bu uğurlu fəaliyyəti Ağstafa rayonunun sosial-iqtisadi inkişafını yeni səviyyəyə qaldırmış, bölgədə sabitlik və əmin-amanlıq mühitini təmin etmişdir. Onun rəhbərliyi ilə rayon daha da güclənir, vətəndaşların rifahı artır və dövlətin qoyduğu hədəflər uğurla reallaşdırılır. Seymur Orucov həm də yüksək nüfuzlu və etibarlı dövlət xadimi kimi Ağstafa xalqının etimadını qazanmışdır.

  • Дата: 3-06-2025, 00:23
  • Автор: anskanal
Полная статья »