Xəbərlərin siyahısı: May 2025 illər » Səhifə 2 » ANS KANAL

Yasin Əlquliyev: "Gələcəyə Ucalan Səs: Heydər Əliyev İrsinin 102-ci İldönümü"

Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin böyük məsləhətçisi (mühəndis) Kənan Babayev  - Prezident İlham Əliyev: “Heydər Əliyev dahi şəxsiyyət, böyük liderdir, uzaqgörən, cəsarətli siyasi xadimdir. O, bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə xidmət edirdi, xalq üçün yaşayırdı, yaradırdı. Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik etmişdir. Hər iki dəfə Azərbaycanı təhlükədən, böhrandan çıxarıb inkişaf yoluna qoymuşdur. Bu onu göstərir ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, Heydər Əliyev həmişə ən düzgün siaysət aparmış, Azərbaycan xalqının maraqlarını müdafiə və təmin etmişdir”.
Xalqların dövlətçilik təcrübəsini sübut edən başlıca amil, heç şübhəsiz ki, həmin xalqların keçdiyi mübarizə yoludur. Bu yolda qarşılaşdığı, dəf etdiyi hadisə və proseslər tarixi əhəmiyyətə malikdir. Odur ki, hər bir xalqın dövlətçilik tarixində özünəməxsus təcrübəsi vardır. Azərbaycan xalqı olaraq uzun əsrlər boyu dövlətçilik tariximizlə bağlı baş vermiş hadisə və proseslər, eləcə də ayrı-ayrı millətlərin və xalqların dövlət quruculuğu prosesləri onu deməyə əsas verir ki, lidersiz nə rifah, nə tərəqqi, nə də dövlət quruculuğu mümkündür. Azərbaycan xalqı məhz öz dahi övladı, görkəmli dövlət xadimi, strateq, Ulu Öndər Heydər Əliyevin simasında bütün dünyaya məhz bunu sübut edib. Bu gün müasir Azərbaycan dövlətinin adı Heydər Əliyev şəxsiyyəti ilə bağlıdır. O özü də xalqının keçmişi, bu günü və gələcəyi ilə qürur duyduğunu qeyd edirdi. Heydər Əliyev dövlət qurdu, xalqını səfərbər etdi, “Azərbaycan dünyaya günəş kimi doğacaqdır” dedi və buna nail oldu. “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib” deyirdi Ulu Öndər.


Heydər Əliyev həm Sovetlər dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi zaman bütün varlığı ilə Azərbaycan dövlətçiliyinin inkişafına çalışdı. Dövlətçiliyimizin əsaslarını yaratdı və formalaşdırdı. Onun inkişaf etdirilməsi üçün zəruri olan bütün addımların atılmasının təməlini qoydu. Azərbaycan xalqının, dövlətinin gələcəyini təmin edəcək hüquqi, siyasi, iqtisadi, sosial və mədəni əsasların özülünü inşa etdi. Bütün bu tarixi nailiyyətlərin sırasında zaman-zaman inkişaf etdirilən, əsasları formalaşdırılan, dövlətimizin varlığının müqəddəs şərti olan ordu quruculuğu işi fəaliyyətinin bütün dövrlərində Ulu Öndərin nəinki xalqımız qarşısında, bugünkü tarixi həqiqətlər sübut edir ki, həm də bütövlükdə regionumuz və bəşəriyyət qarşısında ən böyük xidmətlərindən biri oldu. Məhz Azərbaycanın ordu quruculuğu sahəsində Heydər Əliyevin tarixi xidmətləri torpaqlarımızın azadlığına, yaşadığımız regionda yeni, mütərəqqi reallıqların yaranmasına, xalqımızın və dövlət rəhbərimizin simasında ordunun hər zaman dövlət üçün “məhək daşı” olduğunu, beynəlxalq ictimaiyyətin, təşkilatların, dünyada özünü hegemon hesab edən dövlətlərin uzun illər ərzində gücü çatmadığı tarixi ədalətin bərpası işini məhz onilliklər boyu onun müəyyən etdiyi strategiyaya uyğun yaradılan Azərbaycan Silahlı Qüvvələri təmin etdi. Məhz Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti Azərbaycan xalqının tarixi ideallarının gerçəkləşməsinə vəsilə oldu.


Hələ Sovetlər dönəmində Heydər Əliyevin xalqımız üçün gördüyü quruculuq işləri, bu istiqamətdə həyata keçirdiyi islahatlar, nail olduğu sosial-iqtisadi, mədəni-siyasi yeniliklər dövlətimizin və xalqımızın gələcəyinə hesablanmış tarixi addımlar idi. Bütün bu addımların fonunda Azərbaycan naminə həyata keçirilməli olan daha bir mühüm vəzifənin - ordu quruculuğu vəzifəsinin qarşıya məqsəd kimi qoyulması və bundan ötrü milli hərbi kadr potensialının yaradılması, gənc azərbaycanlıların dünyanın müxtəlif dövlətlərində, müxtəlif profilli hərbi təyinatlı təhsil müəssisələrində oxumalarına şərait yaratması, müxtəlif istiqamətli qoşun birləşmələrində hərbiçi kimi çalışacaq mütəxəssislərin yetişdirilməsi, ölkəmizdə hərbi təyinatlı istehsal müəssisələrinin istifadəyə verilməsi müasir Azərbaycanın təhlükəsizliyinə, süverenliyinə hesablanmış uzaqgörən strateji düşüncənin təzahürləri idi.


Heydər Əliyev Azərbaycan tarixinin dərinliklərini bilirdi. O bilirdi ki, ölkəsi yerləşdiyi coğrafiyaya, malik olduğu təbii sərvətlərə görə zaman-zaman müxtəlif imperiyaların maraq dairəsində olub. Məhz bu səbəbdən Cənubi Qafqazın bu dilbər guşəsi hər zaman hərb meydanını xatırladıb. Düşmənə qarşı olan mübarizə ruhu nə qədər güclü olsa da, nizami hərbi gücün qeyri mövcudluğu xalqımıza məşəqqətlər yaşadıb. Baxmayaraq ki, artıq Azərbaycan vahid Sovet Sosialist Respublikaları İttifaqının tərkibində idi. Ulu Öndər bilirdi ki, bu, sadəcə, ittifaqdır - təsis olunmasının əsasında güc amili mövcud olmuş ittifaq. Nə zamansa, milli dövlətlər bu ittifaqdan qurtulmağa çalışacaq. O zaman təkcə Cənubi Qafqaz deyil, bütün dünya üçün Sosializm sisteminin əhatə etdiyi coğrafiya maraqların toqquşduğu məkana çevriləcək. Belə olan halda əldə olunmuş iqtisadi, sosial, mədəni və siyasi nailiyyətləri qorumaq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək üçün hərbi gücə, güclü silahlı qüvvələrə zəruri ehtiyac yaranacaq. Hələ Sovetlər dönəmində dövlət rəhbəri və xalqının lideri olan Heydər Əliyev atdığı bütün addımları sanki gələcək müstəqil Azərbaycan üçün hesablayırdı. Eləcə də ölkəmizin hərbi qüdrətinin artırılmasından ötrü lazım olan bütün tədbirləri görürdü. Xalqının tarixinə sonsuz məhəbbət və ehtiramla yanaşan Heydər Əliyev həm də tarixi xalq qəhrəmanlarımızın rəşadətini yüksək qiymətləndirir, onların adının əbədiləşdirilməsi - xatirə komplekslərinin, muzeylərin yaradılmasını, yazılı ədəbiyyat nümunələrinin təbliğ olunmasını kütləvi hərb mədəniyyətinin bir hissəsi kimi görürdü. Məhz Ulu Öndərin təşəbbüsü ilə ölkəmizin aidiyyəti elmi tədqiqat institutları tarixi xalq qəhrəmanlarının həyat yolu, onların öz dövləti qarşısındakı xidmətləri öyrənilməyə, məktəblərdə tədris olunmağa başlanıldı. Onun Azərbaycan gəncinin öz əcdadını tanıması istiqamətindəki fəaliyyəti Sovet dövləti rəhbərliyinin qısqanclığına səbəb olsa da, Heydər Əliyev bu tarixi missiyanı xalqı qarşısında özünün şərəf borcu hesab edirdi.
Heydər Əliyevin gələcək, müstəqil Azərbaycanın hərbi quruculuğu sahəsində atdığı ilk möhtəşəm uğurlu addım hərbi təyinatlı internat-məktəbinin təsis edilməsi idi. Müasir Azərbaycanın Silahlı Qüvvələrinin uğurlarının başlıca səbəblərindən biri də məhz uzun illər öncə yaradılmış bu məktəb idi. Sonradan Hərbi Lisey kimi fəaliyyət göstərəcək bu təhsil ocağına Azərbaycanın görkəmli şəxsiyyətlərindən olan, Cəmşid Naxçıvanskinin adının verilməsi Ulu Öndərin milli kimliyinə bağlılığının daha bir bariz nümunəsidir. O bu məktəbin fəaliyyətini daim öz şəxsi nəzarətində saxlayır, vaxtaşırı olaraq şəxsən həmin məktəbə gedir, ordakı təhsilin vəziyyəti və keyfiyyəti, pedaqoji heyətin peşəkarlığı ilə maraqlanır və bu istiqamətdə tapşırıq və tövsiyələrini verirdi. Artıq qısa müddətdə Azərbaycanın təhsilli zabit korpusu öz nüfuzu ilə ad çıxarmağa başlamışdı. Hərbi ixtisasa yiyələnmək ölkəmizdə prestijli sahəyə çevrilirdi. Ulu Öndərin təşəbbüsü ilə təsis edilmiş Cəmşid Naxçıvanski adına internat məktəbin məzunları təhsillərini Leninqrad Hərbi Tibb Akademiyasında, Mühəndis -Texniki və Hərbi Dəniz Məktəblərində, Kiyevdəki Hərbi Radiotexnika Mühəndisləri və Hərbi-Siyasi Dəniz Məktəbində, Hava Hücumundan Müdafiə Hərbi-Siyasi Məktəbində, Simferepol Ali Hərbi-Siyasi Məktəbində, Çerniqov Ali Hərbi Aviasiya Məktəbində, Ali Zenit-Raket Komandirləri Məktəbində, bütövlükdə dünyanın 47 ali məktəbini əhatə edən 26 ölkədə hərbi tədris müəssisələrində təhsillərini davam etdirirdilər. Artıq minlərlə azərbaycanlı gənc hərbçi mütəxəssis kimi yetişir, gələcək-müasir Azərbaycanın ixtisaslı hərbçiləri kimi dövlətimizə və xalqımıza xidmət vəsiqəsi əldə edirdilər. Heydər Əliyev eyni zamanda, yaratdığı məktəbin tədris prosesinin iştirakçılarının sosial qayğıları ilə maraqlanır, hərbi tədris işinə cəlb edilmiş zabitlərin həyat şəraitinin yüksəldilməsindən ötrü zəruri tapşırıqlarını verirdi. O çalışırdı ki, Sovet ordusunun tərkibində Azərbaycanın özünün milli zabit korpusu formalaşsın. Bütün bu addımları ilə O, sanki gələcəkdə müstəqil, suveren Azərbaycanın inkişafının qarantı olacaq ordunun əsasını qoyurdu. Ulu Öndər bilirdi ki, gələcək Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun əsas şərti güclü iqtisadiyyatla yanaşı, həm də güclü ordu quruculuğudur. Heydər Əliyev bilirdi ki, xalqımızın tarixi yaddaşından süzülüb gələn “Ordun varsa, yurdun var” ifadəsi həqiqətdir. Özünün də iştirakçısı olduğu tarixi proseslər, xüsusilə II dünya müharibəsi zamanı alman faşizmi üzərində Sovet dövlətinin bəşəri qalibiyyəti zamanı ordunun rolunun nədən ibarət olduğunun canlı şahidi olmuşdu. Zəngin təbii sərvətlərə, əsrarəngiz coğrafi şəraitə malik Azərbaycanın öz gücü ilə ayaq üstə dura biləcəyini, zəhməti və əzmi ilə azərbaycanlıların öz dövlətini yüksəltməyə hazır olduqlarını, lakin bu coğrafiyada Azərbaycanın dirçəlməsini qəbul edə bilməyənlərlə mübarizədə mütləq hərbi gücə malik olmağın gərəkliyi aydın görünürdü. Odur ki, Heydər Əliyev ordu quruculuğu üçün əsas olan kadr problemini artıq həll etmişdi.


Sovetlər ittifaqının sürətli çöküşü, Heydər Əliyevin İttifaqın rəhbərliyindən məqsədli şəkildə uzaqlaşdırılması, ölkəmizin bütün sahələrində olduğu kimi hərbi quruculuq sahəsində də ciddi problemlərə yol açdı. Sovetlərin süqutu ilə Azərbaycanın da digər müttəfiq respublikalar kimi müstəqilliyini elan etməsi xalqımız üçün nə qədər böyük nailiyyət idisə, bu müstəqilliyi qorumaq gücündə olmayan, səriştəsiz, dövlət idarəçiliyindən bixəbər şəxslərin hakimiyyət başına gəlişi bir o qədər təhlükəli idi. Müstəqilliyin ilk illərində bütün sahələrdə kütləvi geriləmələr olduğu kimi, hərbi quruculuq işi də unudulmuşdu. Erməni işğalının tüğyan etdiyi bir şəraitdə, orduya, hərbi təyinatlı tədris müəssisələrinə biganə münasibət illərin gərgin əməyini heçə endirirdi. Hansı ki, indi orduya, ixtisaslı zabit korpusuna daha çox ehtiyac var idi. İndi zabitləri nəinki düşmənlə mübarizəyə səfərbər edəcək rəhbərlik yox idi, bu azmış kimi ölkənin ordu korpusları bir biri ilə döyüşmək həddinə gətirilmişdi. Məhz belə bir məqamda müdrik xalqımız Heydər Əliyevə sığındı. Onun ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan məhrumiyyətlərdən xilas oldu. Eləcə də, məhz özünün təşəbbüskarı və təsisçisi olduğu Azərbaycan Silahlı Qüvvələrinə yeni nəfəs gəldi. Ölkə iqtisadiyyatının dirçəldilməsi, beynəlxalq arenada ardıcıl diplomatik uğurlarla paralel olaraq ordu quruculuğu işi geniş vüsət aldı. Yenidən hərbi məktəblərimizin fəaliyyəti öz axarına qayıtdı. Təkcə Cəmşid Naxçıvanski adına Hərbi Lisey deyil, sonradan Ulu Öndərin adını daşıyacaq Bakı Ali Hərbi Ümumqoşun Komandanlar məktəbi Ali Hərbi Akademiya kimi daha geniş çeşidli hərbi ixtisaslı kadr hazırlıqlarına start verdi. Ulu Öndərin rəhbərliyi altında hər il yüksələn, həcmi genişlənən ölkə iqtisadiyyatı dövlət büdcəsində də öz əksini tapmağa başladı. İldən-ilə büdcədə nəzərdə tutulan hərbi xərclər artırıldı. İşğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizə üçün zəruri tədbirlər – ordunun texniki, maddi təchizatı, yeni, daha müasir biliklərə yiyələnmiş hərbi kadr korpusunun hazırlanması, xalqın vətənpərvərlik hissinin, ordunun daimi döyüş hazırlığının yüksəldilməsindən ötrü görülən əməli işlər müstəqilliyimizin qarantına, işğal altında olan torpaqlarımızın azadlığının hər gün yaxınlaşmasına vəsilə oldu. Heydər Əliyevin hərbi quruculuq işi nə qədər möhtəşəm və tarixi idisə, onun bu ordunun özündən sonra sərkərdəsi olacaq lideri müəyyən etməsi, 100 illər boyu Azərbaycan xalqının həsrətində olduğu tarixi ideallarına qovuşmasının başlıca şərti oldu. Məhz Ulu Öndərin hüquqi və siyasi varisi, tarixi şəxsiyyət, Müzəffər Ali Baş Komandan, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu, formalaşdırdığı Azərbaycan Silahlı Qüvvələrini inkişaf etdirdi, onun qüdrətini dünyanın ən nəhəng dövlətlərinin qüdrəti ilə müqayisə ediləcək qədər yüksəltdi. Beləliklə də Ulu Öndərin Azərbaycan ordusu ilə bağlı hələ Sovetlər dönəmindən başlayan quruculuğunun nə qədər əhəmiyyətli, gələcəyə hesablanmış tarixi xidmət olduğunu sübuta yetirdi. Uzun illərin keşməkeşli, ağır zəhməti bahasına başa gələn ordu quruculuğu siyasəti Azərbaycan xalqına və dövlətinə tarixi zəfər yaşatdı. O zəfər ki, Ulu Öndər ona hər zaman inanırdı. Tarixi qələbəyə inamını hər zaman çıxışlarında ifadə edirdi. Cənab İlham Əliyev bu möhtəşəm qələbə barədə danışarkən fikrini; - “Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” sözləri ilə ifadə etdi. Bu gün artıq Azərbaycan ordusu dövlətimizin suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərimizin, havada, suda və quruda təhlükəsizliyinin qarantıdır. Cənab İlham Əliyevin sərkərdəliyi ilə Azərbaycan xalqının və ordusunun tarixi zəfəri Heydər Əliyev şəxsiyyətinin miqyasının nə qədər böyük olduğunu bir daha sübut etdi. Məhz Heydər Əliyevin hələ uzun illər öncə Azərbaycan xalqı və dövlətinin gücünün və nüfuzunun bugünkü tərənnümünə çevriləcək ordu quruculuğu siyasətinin milli və bəşəri əhəmiyyəti əyani surətdə isbat olundu.

  • Дата: 12-05-2025, 09:39
  • Автор: anskanal
Полная статья »

Kamaləddin Qafarov: “Azərbaycan-Çin əlaqələri yeni mərhələyə qədəm qoyur”

“Bu gün Azərbaycan-Çin əməkdaşlıq əlaqələri genişlənərək getdikcə daha çox strateji sahələri əhatə etməklə, istər qlobal sülh və sabitliyin qorunması baxımından, istərsə də Şərq-Qərb iqtisadi-ticari əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, bu əlaqələrin inkişafı, ilk növbədə, ölkələrimizin və xalqlarımızın milli maraqlarının təmin olunmasına hesablanıb.” Bütün bu və bir çox digər önəmli məqamlar Prezident İlham Əliyevin aprelin 25-də Çinin CGTN telekanalında yayımlanmış müsahibəsində öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, möhtərəm dövlət başçımızın cari ilin aprel ayının 23-24-də Çin Xalq Respublikasına etdiyi rəsmi dövlət səfəri çərçivəsində ölkələrimiz arasında münasibətləri daha yüksək səviyyəyə qaldıran və bir çox sahəni əhatə edən 20-dən artıq sənəd imzalandı. Bu sənədlər arasında ən önəmlisi cənab Prezident İlham Əliyev ilə Sədr Si Cinpinin imzaladıqları “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”dır. Bu sənəddə bir daha təsdiq olunur ki, ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir və ən əsası, bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirlər. Öz müsahibəsində bu məqama xüsusi toxunan Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan “Vahid Çin” siyasətini qətiyyətlə dəstəkləyir. İmzalanmış Bəyanatın digər hissəsi ticarət, daşımalar, xalqlararası əlaqələr, humanitar tərəfdaşlıq kimi çoxsaylı məsələləri əhatə edir. Beləliklə, sözügedən sənəd mahiyyət etibarı ilə son dərəcə əhəmiyyətlidir. Təsadüfi deyil ki, cənab Prezident Azərbaycanın bir çox ölkələrlə, o cümlədən bəzi Avropa ölkələri ilə Strateji Tərəfdaşlıq haqqında bəyanatlar imzaladığını, lakin məhz Çin ilə imzalanmış Bəyanatın onların hamısından daha güclü olduğunu qeyd etdi.”

K. Qafarov cənab Prezident İlham Əliyevin Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin perspektivləri barədə səsləndirdiyi fikirlərin önəmini vurğulayaraq deyib: “Cənab Prezident öz müsahibəsində son dərəcə mühüm məsələyə də münasibət bildirərək, ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin daha da gücləndirilməsində maraqlı olduğunu qeyd etdi. Sədr Si Cinpin tərəfindən ŞƏT-in Zirvə toplantısına dəvət edildiyini və bir neçə aydan sonra yenidən Çinə səfər edəcəyini bildirən dövlət başçısı bu təşkilatla daha yaxın münasibətlərin bütün tərəflər üçün faydalı olacağını düşündüyünü diqqətə çatdırdı. Azərbaycan Xəzərin qərb sahilində yerləşən və eyni zamanda da güclü siyasi münasibətlərə və nəqliyyat layihələrinə malik Cənubi Qafqaz ölkəsidir. Artıq bu faktın özü istənilən bir ölkənin və ya beynəlxalq təşkilatın Azərbaycanla əməkdaşlıq əlaqələri qurmaqda maraqlı olmasını şərtləndirir. Digər tərəfdən, Azərbaycan Çinlə strateji tərəfdaşdır və bu, ölkəmiz üçün Şanxay Əməkdaşlıq Təşkilatının çətiri altında da əməkdaşlığı inkişaf etdirmək baxımından əlavə imkanlar açır”.

  • Дата: 3-05-2025, 10:15
  • Автор: anskanal
Полная статья »

Mikayıl Nuriyev: "Heydər Əliyev - Azərbaycan Uğurlarının Məbədi və İlham Əliyevin Liderliyindəki Qələbələr"

Azərbaycan xalqının tarixi, böyük liderlərin adı ilə və onların müdrik qərarları ilə zəngindir. Ümummilli lider Heydər Əliyevin 102-ci doğum günü, yalnız onun şəxsiyyətinin və Azərbaycan tarixindəki yerinin xatırlanması ilə məhdudlaşmır, eyni zamanda, bugünkü müstəqil Azərbaycanın əldə etdiyi qələbələrin və inkişafın əsaslarını qoyan bir dönəmin əlamətidir. Onun liderliyi altında, Azərbaycan dünya arenasında mövqeyini möhkəmlətmiş, iqtisadi və siyasi inkişafda böyük irəliləyişlərə imza atmışdır.

Heydər Əliyev, Azərbaycan tarixindəki ən böyük şəxsiyyətlərdən biridir. Onun siyasətə və dövlətçiliyə verdiyi xidmətlər, bu gün Azərbaycanın müstəqil və inkişaf etmiş bir ölkə kimi mövcud olmasına əsaslı təkan vermişdir. Heydər Əliyevin liderliyi, yalnız bir dövrün deyil, ümumilikdə Azərbaycan xalqının gələcəyinin formalaşmasında əvəzsiz rol oynamışdır. O, həm Azərbaycanın müstəqilliyinin bərpasında, həm də dövlətin inkişafında rəhbər şəxs olmuş, xalqının və ölkəsinin maraqlarını hər şeydən üstün tutaraq, böyük tarixi qərarlar vermişdir.

Heydər Əliyev, Azərbaycan dövlətinin müstəqil olmasının və bu müstəqilliyin qorunmasının əsasını qoyan şəxsiyyətlərdən biridir. 1991-ci ildə Sovet İttifaqının dağılması ilə Azərbaycanın müstəqilliyini elan etməsi, həm çətinliklərlə, həm də böyük ümidlərlə qarşılandı. Lakin yeni müstəqil dövlətin qarşısında çoxsaylı daxili və xarici təhlükələr mövcud idi. Bu məqamda, Heydər Əliyev Azərbaycana rəhbərliyə gəldikdən sonra, ölkənin siyasi, iqtisadi və sosial sabitliyini təmin etmək üçün vacib addımlar atmağa başladı. Onun müdrik siyasəti, Azərbaycanı qarşısıalınmaz təhlükələrdən qorudu və müstəqilliyini daha da möhkəmləndirdi.

Heydər Əliyev, Azərbaycanı siyasi parçalanmadan qurtarıb vahid bir dövlət olaraq birləşdirmək üçün ciddi islahatlar həyata keçirdi. O, 1993-cü ildə Naxçıvan Muxtar Respublikası ilə yanaşı, respublikanın başında olan fövqəladə vəziyyətdən çıxmaq üçün bir neçə mühüm qərar verdi. Azərbaycanın gələcəkdəki inkişafına yönəlik nəzərdə tutduğu proqramları və siyasətləri təkcə daxili deyil, həm də beynəlxalq səviyyədə qəbul etdirə bildi. Bu dövrdə Heydər Əliyevin müdrik siyasi yolu, ölkəni böyük təhlükələrdən qoruyaraq, Azərbaycanın dövlətçiliyini və müstəqilliyini bərpa etdi.

Heydər Əliyevin siyasəti, yalnız daxili problemlərin həlli ilə məhdudlaşmırdı. O, Azərbaycanın xarici siyasətindəki mövqeyini möhkəmləndirmək üçün də müstəsna addımlar atdı. Sovet İttifaqının dağılmasından sonra, Azərbaycan dünya miqyasında yalnız özünü tanıtmadı, həm də müstəqil və güclü bir dövlət olaraq öz yerini tapdı. Heydər Əliyevin rəhbərliyi altında, Azərbaycan beynəlxalq aləmdəki mövqeyini gücləndirərək, əsas strateji tərəfdaşlar ilə sıx əlaqələr qurdu. O, Azərbaycanın enerji resurslarını dünyaya tanıtmaqla, ölkənin iqtisadiyyatını möhkəmləndirdi və dünya bazarında mühim bir aktora çevrilməsini təmin etdi.

Bundan əlavə, Heydər Əliyev, Ermənistanla Qarabağ münaqişəsinin həlli istiqamətində də mühüm addımlar atmış, beynəlxalq diplomatik əlaqələr quraraq, Azərbaycanın ərazi bütövlüyünü dünya ictimaiyyətinə tanıtmağa çalışmışdır. Onun bu mövqeyi, Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsi və Ermənistanla olan münaqişənin hüquqi əsaslarda həlli üçün zəmin hazırladı.

Heydər Əliyev həmçinin Azərbaycanın iqtisadiyyatını sürətlə inkişaf etdirmək üçün mühüm islahatlar həyata keçirdi. O, ölkənin təbii sərvətlərinin düzgün idarə olunmasına, xarici investisiyaların cəlb edilməsinə və iqtisadiyyatda müasir standartların tətbiqinə xüsusi önəm verirdi. Heydər Əliyevin rəhbərliyi ilə, Azərbaycanın enerji sektoru dünya səviyyəsinə çıxarıldı. Xəzər dənizindəki neft yataqlarının istismarı və dünya bazarına çıxarılması, Azərbaycanın iqtisadiyyatını sürətlə inkişaf etdirərək ölkəni müstəqil bir iqtisadi güc mərkəzinə çevirdi.

İqtisadi islahatların paralelində, Heydər Əliyev sosial sahədə də geniş miqyaslı layihələr həyata keçirdi. Təhsil, səhiyyə, mədəniyyət və sosial rifah sahələrindəki islahatlar Azərbaycan xalqının həyat səviyyəsini artırdı. Heydər Əliyevin başçılığında, ölkə yalnız enerji sektoru ilə deyil, eyni zamanda insanların sosial rifahını yüksəltmək məqsədilə çoxsaylı layihələr həyata keçirərək, insanların gündəlik həyatını asanlaşdıran mühüm islahatlara imza atdı.

Heydər Əliyev, Azərbaycan xalqının milli kimliyinin qorunmasına və inkişaf etdirilməsinə də xüsusi diqqət yetirirdi. O, ölkə daxilində və xaricində Azərbaycan mədəniyyətinin və dilinin qorunmasına çalışdı. Heydər Əliyev, xalqın mənəvi dəyərlərini yüksək qiymətləndirərək, dövlətin əsas prinsipini "xalqın birliyi" olaraq təyin etdi. Onun ideologiyası, hər bir azərbaycanlının öz milli kimliyini qürurla daşımasında, tarixə olan hörmətini qorumasında və dövlətə bağlılığında əsas prinsip oldu.

Heydər Əliyevin Azərbaycanın inkişafına verdiyi töhfələr, yalnız onun dövrü ilə məhdudlaşmır. Onun atdığı hər bir addım, bu gün Azərbaycanda davam etməkdə olan islahatların əsasını təşkil edir. Heydər Əliyevin əzəmətli irsi, Azərbaycanın müstəqil və güclü bir dövlət olaraq dünya miqyasında tanınmasında böyük rol oynadı. Onun siyasəti, yalnız dövrünün ehtiyaclarına uyğun olmaqla qalmamış, həm də Azərbaycanın gələcəyini düşünərək atılmış strateji addımlar idi.

Azərbaycan bu gün Heydər Əliyevin mirasını yaşadır, onun rəhbərliyində həyata keçirilən islahatlar nəticəsində dünya səviyyəsində tanınan bir dövlətə çevrilib. Azərbaycanın gələcəyi, Heydər Əliyevin müdrik siyasətinin və liderliyinin təməlində qurulur və bu irs, yeni nəsillərə də miras olaraq qalacaqdır.


Müasir Azərbaycanın uğurları, Heydər Əliyevin siyasi xəttinə sadiq olan, ölkənin ikinci prezidenti İlham Əliyevin liderliyi ilə daha da möhkəmlənmişdir. İlham Əliyev, atasının müdrik siyasətini davam etdirərək, yalnız Azərbaycanın ərazi bütövlüyünü qorumaqla kifayətlənməmiş, həmçinin ölkənin güclü iqtisadiyyatını quraraq sosial rifahı artırmağa, müasir infrastruktur layihələrini həyata keçirməyə başlamışdır.

İkinci Qarabağ Müharibəsi: Qələbənin Qurtuluşu

2020-ci ildə baş verən İkinci Qarabağ Müharibəsi, Azərbaycan xalqının birlik və həmrəylik ruhunu bir daha göstərdi. İlham Əliyevin müzəffər komandanlığı altında, Azərbaycan ordusu qısa müddət ərzində ərazilərini işğaldan azad edərək, işğalçılara sarsıdıcı zərbə vurdu. Bu zəfər, yalnız Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə qalmadı, həm də milli ruhu canlandırdı və xalqımızın qalib xalq olduğunu bir daha təsdiqlədi.


Qarabağda qazanılan bu qələbə, Heydər Əliyevin, İlham Əliyevin, vətənpərvər Azərbaycan xalqının güclü əzmi, əzmkarlığı və mübarizə ruhunun bir təcəssümüdür. Azərbaycan xalqı bu qələbə ilə həm özünün tarixində, həm də beynəlxalq aləmdə öz sözünü bir daha möhkəm şəkildə dedi.

Şəhid Ailələri və Qazilərə Dəstək: Azərbaycanın Sosial Həmrəyliyi

İkinci Qarabağ Müharibəsindəki zəfər, şəhidlərimizin qanı və qazilərimizin mübarizliyi ilə mümkün oldu. Bu mərhələdə, İlham Əliyev rəhbərliyindəki Azərbaycan dövləti, şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğı ilə təqdirəlayiq addımlar atdı. Xüsusi sosial proqramlar və layihələr vasitəsilə, şəhid ailələrinin və qazilərin ehtiyacları qarşılanır, onlara müvafiq müavinətlər və sosial dəstək verilir. Azərbaycan xalqı bu insanları heç vaxt unutmayacaq və hər zaman onların yanında olacaqdır.

Bu sosial dəstək, həmçinin, xalqın birliyinin və dövlətin şəhidlərə, qazilərə verdiyi dəyərin göstəricisidir. Müharibədən sonra qazilərə göstərilən maddi və mənəvi dəstək, dövlətin şəhid ailələri ilə bağlı apardığı siyasət, Azərbaycan dövlətinin humanist yanaşmasının ən gözəl nümunəsidir. Vətən uğrunda canını fəda etmiş, torpaqlarımızı azad etmiş qəhrəmanlar, Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Azərbaycanın İqtisadi İnkişafı və Beynəlxalq İtibarının Artması

İlham Əliyevin rəhbərliyi altında, Azərbaycanın iqtisadiyyatı müasir dövrün tələblərinə cavab verəcək şəkildə inkişaf etmişdir. 21-ci əsr Azərbaycanın beynəlxalq aləmdə mövqeyini möhkəmləndirmək üçün mühüm addımların atıldığı bir dövr olub. Azərbaycanın enerji sektorundakı irəliləyişlər, infrastruktur layihələri, hərtərəfli iqtisadi islahatlar, həmçinin ölkənin xarici siyasətindəki uğurlar dünya tərəfindən təqdir edilən böyük uğurlardır.

Son illərdə, Azərbaycanın iqtisadiyyatı yalnız təbii sərvətləri ilə deyil, həm də yüksək texnologiya, təhsil, tibb və kənd təsərrüfatı kimi sahələrdəki inkişafı ilə daha da qüvvətləndi. Azərbaycanın güclü iqtisadiyyatı, dünya bazarlarında güclü mövqe tutmağa imkan verir və eyni zamanda, ölkənin vətəndaşlarının həyat səviyyəsini yüksəldir.


Gələcəyə Baxış və Azərbaycanın Qalib Yolu

Bugün Azərbaycan, qalib bir xalq olaraq öz yolunu daha da inamla irəliləyir. Heydər Əliyevin qoyduğu əsaslar üzərində İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar, sosial, iqtisadi, və siyasi sahələrdə böyük irəliləyişlərə səbəb olmuşdur. Azərbaycanın zəfərləri, xüsusən Qarabağda əldə olunan qələbə, yalnız müharibənin sonu deyil, həm də yeni bir dövrün başlanğıcıdır. Azərbaycanın daha da inkişafı, xalqın birliyi və dövləti ilə bağlı olan məqsədləri doğrultmaq istiqamətində böyük irəliləyişlər gözlənilir.

Azərbaycan, gələcəkdə daha çox beynəlxalq platformalarda səs sahibi olacaq, daha da inkişaf edəcək və dünyada əzəmətli bir ölkə olaraq, bütün xalqların hörmətini qazanacaq. Həmrəylik, inkişaf və qələbə yolunda, Azərbaycan xalqı daim güclü və bir olacaq, həm də müstəqilliyini qoruyacaqdır.

Son söz: Azərbaycan xalqı, müstəqillik və azadlıq yolunda yalnız Heydər Əliyevin deyil, həm də İlham Əliyevin liderliyi ilə daha çox uğurlara imza atmağa davam edəcəkdir. Biz qalib bir xalqıq və bu qalibiyyətlər yalnız müharibədə deyil, həm də inkişafda, sosial rifahda və beynəlxalq aləmdə daha da parlayacaqdır.

  • Дата: 3-05-2025, 00:22
  • Автор: anskanal
Полная статья »

Çörək yeyək, yoxsa yeməyək? – FAYDALARI VƏ ZƏRƏRLƏRİ | Gənc Ailə


Tofiq Hüseynov adı bu gün Sumqayıtda və ölkənin çörəkçilik sahəsində xüsusi hörmətlə çəkilən simalardandır. Onun rəhbərlik etdiyi “Sumqayıt Çörək” ASC uzun illərdir ki, minlərlə insanın süfrəsinə halal zəhmətlə hazırlanmış çörək gətirir. Bu müəssisənin uğurlarının təməlində isə məhz Tofiq Hüseynovun fədakar əməyi, prinsipial idarəçiliyi və insanlara olan dərin məsuliyyət hissi dayanır. O, çörək sənətinə sadəcə peşə kimi deyil, həyat fəlsəfəsi kimi yanaşır – çünki çörək, onun üçün həm zəhmətin simvoludur, həm də xalqla qurulmuş müqəddəs bir körpüdür.

Tofiq Hüseynov fəaliyyətə başladığı ilk gündən bu yana məqsədini yalnız mənfəət əldə etmək yox, həm də etibar qazanmaq kimi müəyyənləşdirib. Onun qurduğu çörəkçilik müəssisəsi bu gün şəhərin ən seçilən, keyfiyyətli və sağlam məhsullar istehsal edən brendlərindən biri kimi tanınır. “Sumqayıt Çörək” ASC-də hər bir məhsulun arxasında ciddi əmək, texniki dəqiqlik və insana hörmət dayanır. Müəssisə müasir avadanlıqlarla təchiz olunmuş, sanitariya və keyfiyyət standartlarına tam cavab verən bir istehsal sahəsinə çevrilmişdir.

Tofiq müəllimin uğurla formalaşdırdığı iş mühiti əməkdaşlar üçün etibarlı bir ailə kimi qəbul edilir. O, hər zaman işçilərinin sosial rifahına önəm vermiş, onların əmək haqlarının, iş şəraitinin və hüquqlarının qorunmasını əsas prioritetlərdən biri kimi görmüşdür. Bu səbəbdən də, müəssisədə çalışan hər kəs rəhbərlərinə yalnız rəhbər kimi deyil, həm də qayğıkeş bir insan kimi dərin hörmət bəsləyir.

Tofiq Hüseynovun sosial duyarlılığı da xüsusi qeyd olunmalıdır. O, mütəmadi olaraq şəhid ailələrinə, müharibə veteranlarına, aztəminatlı insanlara yardım edir, çətin günlərdə xalqın yanında olmağı özünə borc bilir. Pandemiya dövründə ehtiyac içində olan ailələrə çörək və ərzaq yardımları etməklə, sahibkarın cəmiyyət qarşısında olan məsuliyyətini əyani şəkildə nümayiş etdirmişdir. Onun bu nəcib əməlləri təkcə Sumqayıtda deyil, ölkənin müxtəlif bölgələrində də nümunə kimi göstərilir.

Tofiq Hüseynov həm də vətənpərvər və dəyərlərinə sadiq bir şəxsdir. O, hər zaman dövlətə və dövlətçiliyə bağlılığı ilə seçilmiş, sahibkarlığın cəmiyyətə xidmət etməli olduğunu hər çıxışında vurğulamışdır. Onun üçün uğur yalnız maddi nəticələrlə deyil, insanların etibarını və duasını qazanmaqla ölçülür. Bu baxımdan, o, yalnız nüfuzlu bir sahibkar deyil, həm də əsl vətəndaş mövqeyi nümayiş etdirən ziyalı bir şəxs kimi qəbul olunur.

Bu gün Tofiq Hüseynovun rəhbərlik etdiyi “Sumqayıt Çörək” ASC təkcə şəhərin deyil, ölkənin çörəkçilik sahəsində örnək bir modeldir. Burada istehsal edilən hər bir çörək, onun halal zəhmətə, yüksək keyfiyyətə və insana dəyərə verdiyi əhəmiyyətin real ifadəsidir. Tofiq Hüseynovun həyat yolu isə bir daha sübut edir ki, zəhmət və dürüstlük üzərində qurulan hər bir iş, gec-tez öz barəsini verir və xalqın sevgisi ilə taclanır.

  • Дата: 2-05-2025, 14:20
  • Автор: anskanal
Полная статья »