Xəbərlərin siyahısı: Mart 2025 illər » Səhifə 5 » ANS KANAL

Bakıda evdə partlayış: yaralananlar var

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Yusif Qasımov küçəsində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

Bu barədə FHN-dən bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 80kv.m. olan birmərtəbəli üçotaqlı fərdi yaşayış evində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış dalğasının təsirindən evə ciddi ziyan dəyib, 2-si uşaq olmaqla 5 nəfər xəsarət alıb.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

  • Дата: 6-03-2025, 09:54
  • Автор: anskanal
Полная статья »

Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir”

Paytaxtın Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin müəllimləri direktor Sevda Sarıyevanın dərs saatlarını rüşvətlə bölüşdürdüyünü iddia edirlər.

“Ölkə.az” xəbər verir ki, müəllimlərin sözlərinə görə, onlar direktor tərəfindən təhqir, hətta, təhdid də edilir: “Müəllimləri valideynlərin yanında təhqir edir. Bizə “dərs dilənçiləri”, “hinduşkabaş” deyir”. İddialara görə, direktor tərəfindən məktəbin bir korpusu da bağlanıb. Səbəb kimi binanın qəzalı vəziyyətdə olduğu bildirilib. Amma həmin binada hazırda sakinlər yaşayırlar. Müəllimlər bildiriblər ki, üzləşdikləri problemlərlə bağlı müxtəlif dövlət qurumlarına müraciət ediblər. Məsələ ilə bağlı direktor bildirib ki, əməliyyat olunduğu üçün hazırda işləmir. Əlavə edib ki, məktəb məcburi köçkünlərin və aztəminatlı ailələrin məskunlaşdığı ərazidə yerləşdiyi üçün rüşvətdən söhbət gedə bilməz:

“Ora Zəngilan rayonundan məcburi köçkünlərin və aztəminatlı ailələrin yaşadığı yerdir. Sizcə orada rüşvətdən necə söz gedə bilər?” Daha ətraflı: “Xezerxeber.az”ın videomaterialında:

<embed width="640" height="360" src="https://player.olke.az?v=40334&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>

  • Дата: 6-03-2025, 09:49
  • Автор: anskanal
Полная статья »

Trampın “qlobal xaos” planı baş tutur: “Qoca qitə”nin bütün sərvəti ABŞ-yə “axacaq”

Avropa Birliyi ölkələri hərbi xərcləri artırsalar da, qısa müddətdə yetərincə müasir hərbi texnika istehsal etmək imkanından uzaqdırlar, yəni, ABŞ istehsalı olan bahalı silahları almağa məcburdurlar... Ağ Ev sahibi Donald Trampın “qlobal xaos strategiyası”nın əsas hədəflərindən biri də elə məhz Avropa Birliyi məkanını ABŞ hərbi-sənaye kompleksi üçün “silah bazar”ına çevrilməyə məhkum buraxmaqdır...
Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evə qayıtdığı qısa müddət ərzində bütün dünyanın gələcək taleyini dəyişə biləcək qərarlar qəbul etməyə və indiyə qədər qeyri-real görünən radikal addımlar atmağa nail olub. İndi dünyada təhlükəsizlik təminatına sahib olan hər hansı dövlətin mövcidluğu barədə danışmaq belə, tamamilə yersiz görünür. Üstəlıik, Qərb ölkələrinin təkrarlamağa vərdiş etdikləri narrativlər və reallaşdırmağa çalışdıqları strateji hədəflər də indi artıq öz əhəmiyyətini itirmək üzrədir. Və bu, o deməkdir ki, müasir dünya artıq yeni, ancaq qeyri-müəyyən mərhələyə keçid etməyə hazırlaşır.

Onu da qeyd etmək lazımdır ki, mövcud qlobal situasiyada dünyanın siyasi-hüquqi sistemindən danışmaq da realist yanaşma təsiri bağışlamır. Çünki prezident Donald Tramp həmin sistemi artıq demək olar ki, dağıtmağa nail olub. Yəni, beynəlxalq siyasi-hüquqi sistem daha işləmir. Bu sistemin hansısa dövlətin və ya xalqın pozulan hüquqlarını qoruya biləcəyinə indi yalnız sadəlövhlər inana bilərlər. Və Ağ Ev sahibi ümumiyyətlə, ikinci dünya savaşının nəticələrini ifadə edən hər şeyi darmadağın etmək istiqamətində addımlar atır.

6b39c1b60123df8d0e5a0bd0c2454571.jpg (169 KB)

Məsələ ondadır ki, müasir dünyada əsas hüquqi tənzimləyici mexanizm rolunu oynayan BMT-nin də sonu çatmaqda olduğu müşahidə edilir. Ağ Ev ABŞ-ın BMT-dən çıxması ilə bağlı müzakirələri konkret addımların atılmasına qədər inkişaf etdirib. Yaxın vaxtlarda bu barədə rəsmi qərarın elan edilə biləcəyi qətiyyən istisna deyil. Əgər, bu, baş verərsə, ABŞ BMT-ni tərk edərsə, dünya siyasi-hüquqi sisteminin dağılma prosesi geriyədönməz xarakter alacaq.

Çünki ABŞ olmadan, BMT-də qəbul ediləcək qərarların icrası böyük suallar doğuracaq. Xüsusilə də, onilliklər boyu bütün dünyanın idarə olunmasında önəmli rol oynamış BMT-nin beş daimi üzvünün – ABŞ, Çin, Böyük Britaniya, Rusiya və Fransanın ədalətsiz ortaq hegemoniyası da sona çatmış olacaq. Və bu halda, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, məhz dünyanın beşdən böyük olduğunu göstərən yeni situasiya yaranmış olacaq.

Ancaq bu prosesin belə sürətlə, üstəlik, yeni sistem qurulmadan inkişaf etməsi də qlobal məkan üçün yeni təhlükə faktorları vəd edir. Hər halda, dünya ölkələrinin qarşısında bloklayıcı və beynəlxalq məsuliyyəti təmin edən əsas mexanizm qalmayacağından, güclü dövlətlərin zəif rəqiblərinə qarşı zorakılığı artmış olacaq. Dünya yeni silahlı münaqişələrlə müşayiət olunacaq qlobal xaosa maksimum səviyyədə yaxınlaşacaq. Və belə vəziyyət hərbi mexanizmlərin himanitar faktorları sıradan çıxara biləcəyi bir təhlükəli mərhələnin başlanma ehtimalını artırır.

aid-image-30342236-hires-104_1280x720.jpg (76 KB)

Nəhayət, Ağ Ev sahibi Donald Trampın əsas hədəfləri sırasında NATO da var. ABŞ onilliklər boyu NATO-dan öz strateji hədəflərini reallaşdırmaq üçün hərbi-siyasi güc faktoru olaraq, istifadə edib. Bunun əvəzindəsə, üzv dövlətlərin təhlükəsizlik təminatı ən yüksək səviyyədə olub. İndi isə prezident Donald Tramp ABŞ-ın NATO-dan çıxarılması ilə bağlı prosesə siyasi cəhətdən start vermiş kimi görünür. Ağ Ev sahibi NATO-nun bundan sonra ABŞ büdcəsindən maliyyələşdirilməsinə son veriləcəyini bəyan edib. NATO üzvü olan Avropa Birliyi dövlətlərini isə buna hazır olmağa və öz hərbi təhlükəsizlik xərclərini vaxt itirmədən artırmağa çağırıb. Və ABŞ-ın hərbi siyasi dairələri, xüsusilə də, generalitetə aid yüksək rütbəli hərbçilər NATO-nun demontaj edilərək, ləğvinin qaçılmaz olduğunu vurğulayırlar.  

Təbii ki, bütün bunlar ilk növbədə Avropa Birliyi ölkələrini ciddi təhdidlərlə üzləşdirə bilər. Belə ki, onilliklər boyu NATO-nun “təhlükəsizlik çətiri”nə vərdiş etmiş Avropa məkanı bu radikal qlobal dəyişikliklərə hazırlıqsız yaxalanıb. Bu məkana aid ölkələr öz maliyyə-iqtisadi potensialını əsasən, sosial sektora yönəldiblər, əhalinin rifah halını yüksəldiblər. Hərbi təhlükəsizliyə yönəlik xərclərə isə ehtiyac duymayıblar. Və indi Avropa Birliyi ölkələri dərhal hərbi xərcləri artırmaqla, sürətlə silahlanma məcburiyyəti qarşısında qalıblar.

Maraqlıdır ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen də artıq bəyan edib ki, “qoca qitə” yenidən silahlanma dövrünə daxil olur. Onun dediyinə görə, bu istiqamətdə hazırlanmış hərbi layihə üzrə Avropa Birliyi ölkələrinə müdafiə investisiyaları üçün 150 milyard avro kredit verəcək. Ursula fon der Lyayen hesab edir ki, Avropa Birliyi təhlükəsizliyin təminatı üçün təxminən 800 milyard avrolıq müdafiə xərclərinə qadirdir.

trump-europe-Снимок.JPG (108 KB)

İlkin qənaətlərə görə, əgər, Avropa ölkələri müdafiə xərclərini ÜDM-in orta hesabla 1,5 faizi qədər artırsalar, bu, dörd il ərzində 650 milyard avroya bərabər olacaq. Avropa Birliyi ölkələri birgə silah satın ala biləcəklər və bu, böyük sifarişlər hesabına qiymətlərin azalmasına imkan verəcək. Eyni zamanda, NATO üzrə müttəfiqlər ilə ortaq şəkildə Avropanın kollektiv təhlükəsizliyinin gücləndirilməsinə də cəhd göstəriləcək.

Ancaq “qoca qitə”nin siyasi liderləri Avropa əhalisinin olduqca çətin dövrlərlə üzləşməli olacaqlarını da etiraf edirlər. Çünki avropalı vergi ödəyiciləri silahlanmaya böyük məbləğlər yönəltmək məcburiyyətində qalacaqlar. Səhiyyə, təhsil sistemi, biznesin inkişafı və digər vacib sahələrə investisiya qoymaq əvəzinə, Avropa ölkələri bundan sonra hərbi xərclərin artırılmasına əlavə maliyyə qaynaqları axtarmalı olacaqlar. Bu, istənilən halda, Avropa əhalisinin rifahına yönəlik sosial-iqtisadi təşəbbüsləri arxa plana keçirəcək. Və Avropa ölkələri sosial təminatların artırılması əvəzinə, nəhəng məbləğləri silah-sursata xərcləməklə, əslində, "dibsiz bir quyu”ya atmalı olacaqlar.

Göründüyü kimi, ABŞ prezidenti Donald Tramp həm Avropa ölkələrinin təhlükəsizliyini, həm də avropalıların rifahını böyük risk altında buraxıb. Üstəlik, Avropa Birliyi ölkələri hərbi xərcləri artırsalar da, qısa müddətdə yetərincə silah-sursat və müasir hərbi texnika istehsal etmək imkanından uzaqdırlar. Ona görə də, Avropa Birliyi ölkələrinin hərbi xərclər üçün ayırdıqları maliyyə vəsaiti ilə məhz ABŞ istehsalı olan bahalı silahları almaq məcburiyyıətində qalacaqları qətiyyən şübhə doğurmur. Ağ Ev sahibi Donald Trampın “qlobal xaos strategiyası”nın əsas hədəflərindən biri də elə məhz Avropa məkanının ABŞ hərbi-sənaye kompleksi üçün məcburi “bazara” çevrilməsindən ibarətdir.

  • Дата: 6-03-2025, 09:44
  • Автор: anskanal
Полная статья »

Prezident: Bakı-Tbilisi-Qars dəmir yolunun xüsusilə Türk dünyasını birləşdirmək üçün çox böyük faydası var

Bizim birgə həyata keçirdiyimiz enerji layihələrimiz, eyni zamanda, nəqliyyat layihələrinin reallaşdırılmasına da imkan verdi.

Bu barədə Prezident İlham Əliyev İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılışında çıxışında deyib.

“Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu çox gözəl üstünlüklər təmin edir. Həm ölkələrimiz üçün, həm də daha geniş coğrafiya üçün, xüsusilə Türk dünyasını birləşdirmək üçün bu nəqliyyat xəttinin çox böyük mənası var, çox böyük faydası var. Təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir”, - deyə dövlətimizin başçısı əlavə edib.

  • Дата: 5-03-2025, 19:56
  • Автор: anskanal
Полная статья »

Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir

Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru kəmərləri layihələri nəinki ölkələrimiz birləşdirdi, eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi.

Bu barədə Prezident İlham Əliyev İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılışında çıxışında deyib.

Dövlətimizin başçısı qeyd edib ki, bu gün Azərbaycanda Türkiyə ərazisindən gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir.

  • Дата: 5-03-2025, 19:50
  • Автор: anskanal
Полная статья »

Azərbaycan və Türkiyə prezidentləri İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində iştirak ediblər   YENİLƏNİB-2

Martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mərasimdə çıxış etdilər.

Sonra videobağlantı formatında İğdır-Naxçıvan qaz kəmərinin açılışı oldu.







  • Дата: 5-03-2025, 19:43
  • Автор: anskanal
Полная статья »