Xəbərlərin siyahısı: Mart 2025 illər » Səhifə 4 » ANS KANAL

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilir

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.

 "Report" xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilir.

Xatırladaq ki, ötən prosesdə təqsirləndirilən şəxslərdən Arayik Harutyunyan, Lyova Mnaksakanyan və Vasili Beqlaryan sərbəst ifadə veriblər.

Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • Дата: 6-03-2025, 12:30
  • Автор: anskanal
Полная статья »

Eltun Süleymanov: "İğdır-Naxçıvan Qaz Kəmərinin Açılışı: Azərbaycan-Türkiyə Strateji Əməkdaşlığının Yeni Səhifəsi"

Martın 5-də Ankarada Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirildi. Bu hadisə təkcə iqtisadi və enerji təhlükəsizliyi kontekstində deyil, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu layihənin həyata keçirilməsi ilk növbədə Naxçıvanın enerji asılılığının aradan qaldırılması baxımından strateji addımdır. Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, Naxçıvan uzun müddət blokada şəraitində yaşayıb və onun enerji təhlükəsizliyinin təmin olunması hər zaman prioritet məsələ olub. Bu qaz kəməri sayəsində Naxçıvan artıq enerji təminatı baxımından daha stabil bir mərhələyə qədəm qoyacaq. Türkiyə və Azərbaycan arasında həyata keçirilən bu layihə həm də iki qardaş ölkə arasındakı sıx əməkdaşlığın, ortaq maraqların və strateji baxışların nəticəsidir.

Bu sözləri aia.az-a açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz deyib ki, İğdır-Naxçıvan qaz kəmərinin açılışı Azərbaycanın enerji diplomatiyasında növbəti uğurlu addımdır. Artıq Bakı-Tbilisi-Ceyhan, TANAP və digər layihələr kimi, bu kəmər də regionda enerji balansına təsir edəcək. Azərbaycan öz qaz resurslarını müxtəlif istiqamətlərə yönləndirməklə, həm öz mövqeyini gücləndirir, həm də regional təhlükəsizliyə töhfə verir. Bu baxımdan, İğdır-Naxçıvan qaz kəməri Azərbaycan qazının diversifikasiyası siyasətinin bir hissəsi kimi qiymətləndirilməlidir. Cənab Prezident çıxışında deyib ki, “Bu gün Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gündür – İğdır-Naxçıvan qaz xəttinin açılışı qeyd edilir. Burada deyildiyi kimi, Naxçıvanda hörmətli Cümhurbaşqanı ilə birlikdə bir il yarım bundan öncə biz bu qaz xəttinin təməlini qoyduq və artıq bu gözəl mərasimdə iştirak edirik. Bildiyiniz kimi, Naxçıvan qədim Azərbaycan torpağıdır. Ancaq artıq bir əsrdən çoxdur ki, Azərbaycanın əsas hissəsindən ayrılıb. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edəndən beş ay sonra sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi və beləliklə, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlantısı pozulub. Bir əsrdən çox davam edən bu ədalətsizlik Naxçıvanda yaşayan bizim soydaşlarımızın həyatına çox mənfi təsir göstərmişdir. Xüsusilə Birinci Qarabağ savaşı başlayan kimi Ermənistan Qarabağı işğal etdi və eyni zamanda, Naxçıvanı blokadaya aldı. Onların planları Naxçıvanı da işğal etmək idi. Ancaq o zaman mənim atam Heydər Əliyev Naxçıvanın rəhbəri kimi buna imkan vermədi və Naxçıvanı qorumaq üçün bütün naxçıvanlılar səfərbər oldular, öz doğma torpaqlarını qorudular və işğalçını yerində oturtdular. Naxçıvanın o zaman işğal altına düşməməsinin səbəblərindən biri də o idi ki, o zaman Naxçıvanı Türkiyə ilə birləşdirən “Ümid” körpüsü inşa edilmişdir və Türkiyədən gələn yardımlar Naxçıvanın qorunmasına çox önəmli töhfə vermişdir. Bu gün Türkiyə və Azərbaycan - iki qardaş ölkə nəhəng layihələr reallaşdırır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru xətləri layihələri nəinki ölkələrimizi birləşdirdi, eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Bu gün Azərbaycandan Türkiyə ərazisindən gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Keçən il Azərbaycanın qaz ixracatı 25 milyard kubmetrə çatmışdır. Onun təxminən yarısı Türkiyəyə olan ixracatdır və Türkiyədən başqa da 11 ölkə, onlardan 10 Avropa ölkəsi Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini gücləndirir”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu layihəni Türkiyə-Azərbaycan dostluğunun daha bir sübutu kimi dəyərləndirib. Həqiqətən də, bu layihə iki dövlətin iqtisadi inteqrasiyasını daha da gücləndirəcək, ortaq enerji layihələrinin davamı üçün yeni imkanlar yaradacaq. Bundan əlavə, bu əməkdaşlıq türk dünyasının enerji siyasətində daha sıx koordinasiyasına da stimul verə bilər. Bu layihənin geosiyasi əhəmiyyəti də danılmazdır. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Naxçıvanın əsas hissədən ayrılması region üçün ciddi problemlər yaratmışdı. Üstəlik, Ermənistanın illər boyu Naxçıvanı blokadada saxlaması, onun inkişafına əngəl törətmişdi. Lakin bu gün Türkiyə və Azərbaycanın birgə addımları nəticəsində Naxçıvan yalnız enerji sahəsində deyil, həm də nəqliyyat baxımından daha əlçatan olacaq. Xüsusilə, Zəngəzur dəhlizinin perspektivdə açılması bu prosesin tamamlayıcı elementi ola bilər. İğdır-Naxçıvan qaz kəməri təkcə iki ölkə arasındakı iqtisadi əlaqələri gücləndirmir, həm də siyasi sabitliyə töhfə verir. Regionda enerji təminatının stabilliyi yalnız iqtisadi inkişaf üçün deyil, həm də geosiyasi təhlükəsizlik üçün mühüm faktordur. Azərbaycan və Türkiyənin bu layihəni uğurla başa çatdırması bir daha göstərir ki, bu iki dövlət bir-birinin strateji maraqlarını qorumaq üçün ortaq fəaliyyət göstərməyə davam edəcək. Nəticə etibarilə, İğdır-Naxçıvan qaz kəmərinin açılışı Azərbaycan və Türkiyənin birgə strateji layihələrinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bu layihə yalnız enerji sahəsində deyil, həm də geosiyasi aspektdə yeni bir mərhələ açır. Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri təkcə iqtisadi deyil, həm də regional təhlükəsizlik və stabillik üçün əhəmiyyətli rol oynayır. Bu layihənin uğurlu icrası gələcəkdə yeni birgə infrastruktur və enerji layihələrinin həyata keçirilməsi üçün zəmin yaradacaq və hər iki dövlətin maraqlarına xidmət edəcəkdir-deyə E. Süleymanov fikrini tamamlayıb.

  • Дата: 6-03-2025, 11:35
  • Автор: anskanal
Полная статья »

Lukaşenko: Putin belə düşünmürdü, Zelenskiyə yazığım gəlir

"Mən Zelenskiyə dedim ki, ABŞ-də hakimiyyətə yeni administrasiya gələcək və siyasət dəyişəcək. Müharibədə sizi heç kim dəstəkləməyəcək”.

Bunu Belarus prezidenti Aleksandr Lukaşenko amerikalı bloger Mario Naufala müsahibəsində  deyib.

O əlavə edib ki, belə oldu: “Belə bir proses proqnozlaşdırılırdı. Ona görə yox ki, mən böyük proqnozlaşdıran adamam. Amma dediyim hər şey mediada var. Müvafiq səsyazma var. Bütün bunlar olub.

Mənim Zelenskiyə yazığım gəlir. Mən onunla öz oğlum kimi davranırdım. Bizim çox yaxşı münasibətlərimiz var idi”.

Putinin Ukrayna müharibəsi ilə bağlı mövqeyinə gəldikdə Lukaşenkonun fikrincə, Putin proseslərin belə bir müharibə ilə nəticələnəcəyini düşünmürdü: 

“Əks halda, o, danışıqlara getməzdi. Çoxlu sayda insanın həlak olduğunu görəndə Putin dərhal münaqişəni dayandırmaq, razılığa gəlmək üçün danışıqlara getdi. Amma müharibədən qaçmaq üçün hər zaman seçim var. Putinin bəlkə də, belə bir seçimi var idi”. 

  • Дата: 6-03-2025, 11:17
  • Автор: anskanal
Полная статья »

Səttar Möhbalıyev: "Cənab Prezident ölkəmizin inkişafında, xalqımızın və dövlətimizin qazandığı uğurlarda qadınların rolunu daim yüksək qiymətləndirir”

“Müasir Azərbaycan cəmiyyətində qadınların aparıcı rolu, bir çox məsul ictimai və dövlət vəzifələrində kişilərlə eyni səviyyədə uğurla fəaliyyət göstərmələri, elm, mədəniyyət, idman və digər sahələrdə yüksək nailiyyətlərə imza atmaları birmənalı olaraq ölkəmizdə həyata keçirilən dövlət qadın siyasətinin bariz nəticələri kimi qiymətləndirilməidir. Qeyd etmək lazımdır ki, bu siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ümummilli Liderimiz qadın məsələsinə daim yüksək həssaslıqla yanaşaraq, Azərbaycan qadınlarının ictimai, siyasi və sosial həyatın bütün sahələrində irəli çəkilməsinin vacibliyini hər zaman xüsusi qeyd etmişdir. Azərbaycana rəhbərlik etdiyi sovet dönəmində də, müstəqillik dövründə də Ulu Öndər qadın hüquqlarının qorunması və təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılmasını vacib məsələ kimi hər zaman önə çəkmişdir.”

Bu sözləri 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Deputat vurğulayıb ki, Azərbaycan qadınlarının təkcə ölkəmizdə deyil, dünya miqyasında əldə etdikləri uğur və nailiyyətlərdən danışarkən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna fəaliyyəti xüsusi qeyd olunmalıdır: “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva özünün çoxşaxəli və effektiv fəaliyyəti ilə həm ölkəmizdə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin qorunması, xalqımızın zəngin irsininin dünyada təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması, gənc nəslin sağlam mühitdə böyüməsi və tərbiyə olunması, səhiyyənin, təhsilimizin, mədəniyyətimizin inkişafı sahəsində əvəzsiz xidmətləri yüksək ali ideallara, xalqın və dövlətin milli maraqlarına söykənir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır, Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir.”

Daha sonra millət vəkili bu gün Azərbaycanda qadın siyasətinin Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə özünün növbəti, daha yüksək səviyyəsində uğurla həyata keçirildiyini diqqət mərkəzinə çəkib: “Birmənalı olaraq deyə bilərik ki, dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı dünyanın lider ölkələri sırasına çıxarıb. Ölkəmizdə qadın problemləri daim dövlətin diqqət mərkəzindədir və gender proqramı ardıcıl surətdə uğurla həyata keçirilir. Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan vermişdir. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Ölkəmizdə gender siyasətinin daha da gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl olaraq məqsədyönlü tədbirlər görülür. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər. Təsadüfi deyil ki, cənab Prezident ölkəmizin inkişafında, xalqımızın və dövlətimizin qazandığı uğurlarda qadınların rolunu daim yüksək qiymətləndirir” – deyə, Səttar Möhbalıyev fikirlərini tamamlayıb.

  • Дата: 6-03-2025, 11:05
  • Автор: anskanal
Полная статья »

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Avronun məzənnəsi 1,73 % artaraq 1,8366 manat, 100 Rusiya rublunun məzənnəsi isə 0,61 % azalaraq 1,8826 manat təşkil edib.

Valyuta

Məzənnə

1 ABŞ dolları

1,7000

1 Avro

1,8366

100 Rusiya rublu

1,8826

1 Avstraliya dolları

1,0789

1 Belarus rublu

0,5301

1 Bolqarıstan levi

0,9389

1 BƏƏ dirhəmi

0,4629

100 Cənubi Korea vonu

0,1179

1 Çexiya kronu

0,0735

1 Çin yuanı

0,2347

1 Danimarka kronu

0,2462

1 Gürcü larisi

0,6111

1 Honq Konq dolları

0,2188

1 Hindisdtan rupisi

0,0195

1 İngilis funt sterlinqi

2,1931

100 000 İran rialı

0,0296

1 İsveç kronu

0,1671

1 İsveçrə frankı

1,9081

1 İsrail şekeli

0,4718

1 Kanada dolları

1,1866

1 Küveyt dinarı

5,5132

100 Qazaxıstan təngəsi

0,3422

1 Qətər rialı

0,4664

1 Qırğız somu

0,0194

100 Macarıstan forinti

0,4609

1 Moldova leyi

0,0923

1 Norveç kronu

0,1560

100 Özbək somu

0,0132

100 Pakistan rupisi

0,6077

1 Polşa zlotası

0,4418

1 Rumıniya leyi

0,3691

1 Serbiya dinarı

0,0157

1 Sinqapur dolları

1,2766

1 Səudiyyə Ərəbistanı rialı

0,4532

1 SDR (IMF-in xüsusi borcalma hüquqları)

2,2481

Türk lirəsi

0,0467

Türkmənistan manatı

0,4857

Ukrayna Qrivnası

0,0411

Yapon yeni

1,1395

Yeni Zelandiya dolları

0,9754

Qızıl

4959,0870

Gümüş

55,3971

Platin

1647,4020

Palladium

1610,6820


  • Дата: 6-03-2025, 10:54
  • Автор: anskanal
Полная статья »


Bakının Abşeron rayonunda qanunsuz tikililər sürətlə artır. Rəsmi qurumların bu məsələyə göz yumması cəmiyyət arasında suallar doğurur. Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bu proseslərə necə baxır? Maklerlər və inşaat sektorundakı şübhəli razılaşmalar hansı nəticələrə gətirib çıxarır? Araşdırmamızda bu suallara cavab tapmağa çalışacağıq.

Ətraflı tezliklə!

 

  • Дата: 6-03-2025, 10:33
  • Автор: anskanal
Полная статья »