
- Дата: 3-03-2025, 13:29
- Автор: anskanal
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilova ağır itki üz verib.
modern.az xəbər verir ki, icra başçısının qardaşı dünyasını dəyişib.
Mərhumun ölüm səbəbi məlum deyil.
İcra icraatı üzrə nağd ödəniş qadağan olunur, tələbi pozan məmurlar cərimələnəcək.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində, "İcra məmurları haqqında", "İcra haqqında", "İpoteka haqqında" və "Nağdsız hesablaşmalar haqqında" qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, "İcra məmurları haqqında" qanuna təklif olunan dəyişikliyə görə, icra xidmətinin icra məmurunun vəzifələri sırasına icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsini yalnız nağdsız qaydada həyata keçirmək daxil edilir.
Ətraflı
"İcra haqqında" qanuna icra xidmətinin depozit hesabına dair yeni - 81-1-ci maddə təklif olunur. Layihəyə əsasən, icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin icra məmuru tərəfindən qəbul edilməsi və ödənilməsi, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi yalnız nağdsız qaydada icra xidmətinin depozit hesabları vasitəsilə həyata keçiriləcək. İcra xidmətinin depozit hesabına və bu hesabdan köçürülmələrlə əlaqədar əməliyyat həyata keçirilərkən müvafiq icra işinin qeydiyyat nömrəsi göstərilməlidir. Belə nömrə göstərilmədən ödənişlərin həyata keçirilməsinə yol verilməyəcək. İcra xidmətinin depozit hesabından ödəniləcək vəsaitin köçürüləcəyi bank hesabı haqqında məlumatları tələbkar icra məmuruna təqdim edəcək. Tələbkar bu barədə icra məmuruna məlumat təqdim etmədikdə, ödəniləcək vəsait icra xidmətinin depozit hesabına daxil olduqdan sonra icra məmuru 3 iş günü müddətində tələbkarı bu barədə məlumatlandıracaq və həmin vəsaitin tələbkarın müraciəti əsasında onun xeyrinə məxaric edilməsi üçün banka sərəncam verəcək. Vəsaitin nağdlaşdırılması ilə bağlı xərclər tələbkar tərəfindən ödəniləcək. İcra xidmətinin depozit hesabına və bu hesabdan köçürülmələri təsdiq edən bank sənədləri icra məmuru tərəfindən icra icraatına əlavə ediləcək.
"Nağdsız hesablaşmalar haqqında" qanuna da müvafiq dəyişiklik olunur.
İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni - 528-2-ci maddəyə əsasən, icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin icra məmuru tərəfindən nağd qaydada qəbul edilməsinə, yaxud tələbkara və ya borcluya ödənilməli olan pul vəsaitlərinin ödənilməsinin icra məmuru tərəfindən nağd qaydada həyata keçirilməsinə görə vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.
Somali liderinin ardınca Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo da bu gün Azərbaycana səfər edib. Bu isə o deməkdir ki, çoxvektorlu siyasət yeridən Azərbaycan Afrika ölkələri ilə sıx əməkdaşlıq edir. Qarşılıqlı səfərlər, qəbul edilən birgə bəyanatlar və əməkdaşlıq göz önündədir. Qeyd etmək lazımdır ki, hazırda Azərbaycanla Afrika qitəsi ölkələri arasında iqtisadiyyat, neft-qaz, mədənçilik, müdafiə sənayesi, minatəmizləmə, təhsil sahələrində, eləcə də humanitar yardımların həyata keçirilməsi və "ASAN xidmət" modelinin Afrika ölkələrində tətbiqi istiqamətlərində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur.
Bu sözləri aia.az-a açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Müsahibimiz deyib ki, Azərbaycanın dövlət başçısı əmin olduğunu bildirib ki, tərəflər ümumi məxrəcə gəlib çıxacaqlar. Dövlət başçısı afrikalı həmkarının səfərini tarixi adlandırıb: "Bu, bizim sıx qardaşlıq münasibətlərimizin aydın təzahürüdür və onu göstərir ki, biz qardaş və dost kimi birgə işləyirik və bunu davam etdirəcəyik". Dövlət başçısının toxunduğu önəmli məqamlardan biri də odur ki, iki ölkə beynəlxalq təsisatlarda bir-birini dəstəkləyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo mətbuata bəyanatında bir sıra ciddi məsələlərdən danışılıb. Bununla yanaşı, cənab Prezident İlham Əliyev, Prezident Umaru Sisoku Embalonun Azərbaycana ikinci dəfə səfər etməsinin, ölkələr arasındakı yüksək səviyyəli siyasi əlaqələrin təzahürü olduğunu bildirdi. Bu cür səfərlərin, iki ölkə arasında güclü əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verdiyini qeyd etdi. Bəyanatda İqtisadi Əməkdaşlıq və Sərmayə İmkanlarından da bəhs edildi. Azərbaycan və Qvineya-Bisau arasında iqtisadi sahədə əməkdaşlığın genişlənməsi məsələsinə də xüsusi diqqət ayrıldı. Prezident İlham Əliyev, iki ölkənin iqtisadi sahədə konkret layihələr üzərində işləyəcəyini və sərmayə imkanlarını müzakirə edəcəklərini bildirdi. Bu əməkdaşlıq, xüsusilə enerji, infrastruktur və digər mühüm sahələrdə inkişaf etdiriləcək. Qvineya-Bisau ilə iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələsində hər iki tərəf həmfikirdir. Azərbaycan, artıq bir çox ölkələrə sərmayələr yatıraraq iqtisadi əlaqələrini möhkəmləndirir və bu münasibətləri Qvineya-Bisau ilə də genişləndirməyi qarşıya məqsəd qoyur. Azərbaycan hökuməti, bu ölkədəki investisiya imkanlarını nəzərdən keçirərək, qarşılıqlı faydalı layihələr üçün müvafiq şərait yaratmaq niyyətindədir. Bəyanatda bildirilir ki, Müdafiə və Müdafiə Sənayesi Sahəsində Əməkdaşlıq məsələsi də nəzərdə tutulub. Bundan əlavə, Azərbaycan və Qvineya-Bisau arasında müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlığın artırılması məsələsi müzakirə edilib. Prezident İlham Əliyev, Qvineya-Bisau Prezidentinin Azərbaycanın hərbi hissələrindən birində olacağını və ona müdafiə sənayesinin müxtəlif sahələrində təqdimatlar ediləcəyini qeyd edib. Bu sahədəki əməkdaşlıq, yalnız ikitərəfli əlaqələri gücləndirmək deyil, həm də hər iki ölkənin təhlükəsizlik sahəsində möhkəm tərəfdaşlıq qurmasına şərait yaradacaq. Bəyanatda siyasi əlaqələrin inkişafından da söz açılıb və bunun mühüm amil olduğu vurğulanıb. Bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyi bildirilib. Azərbaycan Prezidenti həmçinin, beynəlxalq məsələlərdə Qvineya-Bisau ilə daha yaxın əməkdaşlığını davam etdirəcəyini vurğulayıb. Bu, yalnız regional deyil, qlobal səviyyədə də Azərbaycan və Qvineya-Bisau arasındakı əlaqələrin inkişafına böyük töhfə verəcək. Prezident İlham Əliyev, həmçinin, cənab Umaru Sisoku Embalonun Azərbaycana gələcək səfərləri barədə ümidlərini ifadə edib. O, Qvineya-Bisau Prezidentini bir daha Azərbaycana dəvət edib və bu dialoqun davam etdirilməsi məqsədilə müsbət nəticələr əldə ediləcəyini bildirib. Son olaraq, iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin genişlənməsinin vacibliyini vurğulayan Prezident İlham Əliyev, qarşılıqlı əməkdaşlıq çərçivəsində konkret layihələrin icrasına başlanılmasının önəmini qeyd edib. Beləliklə, sadalanan faktlar onu deməyə əsas verir ki, Azərbaycanın əməkdaşlıq üçün yeni istiqamət olan Afrika ölkələri ilə əlaqələri gələcəkdə daha geniş sahələri əhatələyərək dinamik inkişaf edəcək-deyə E. Süleymanov fikrini yekunlaşdırıb.