Xəbərlərin siyahısı: Mart 2025 illər » Səhifə 10 » ANS KANAL

Gizli hesabat: Türkiyə və İran 10 illik müharibəyə hazırlaşır

Türkiyə və İran yaxın dövrdə yeni bir geosiyasi mübarizəyə başlayacaq.

 Publika.az xəbər verir ki, bu barədə “Nəşnl İnterest” (Nİ) nəşri yazıb.

Nəşrin milli təhlükəsizlik üzrə departamentinin redaktoru, ABŞ hökumətinin müxtəlif qurumlarına xarici siyasətlə bağlı tövsiyələr verən Brandon Vayxert Konqresdəki respublikaçılar arasında Türkiyə-İran qarşıdurması ilə bağlı iddiaların müzakirə edildiyini qeyd edib.

İddiaya görə, respublikaçı konqresmenlərin bəziləri Türkiyə və İran arasında yaxın dövrdə İraqda qarşıdurma başlayacağını düşünürlər. Amerikalı siyasətçilər hesab edirlər ki, Türkiyə İraqda İranın təsir zonasını kəşfiyyat bacarıqları ilə azaldacaq və bu, qarşıdakı 10 il ərzində Yaxın Şərqin şimalını yeni toqquşma meydanına çevirə bilər. ABŞ-da bu mübarizənin qalibinin Türkiyə olacağı proqnozlaşdırılır.

Konqres kulislərindəki müzakirələr Türkyənin Suriya və İraqda İranın əsas geostrateji rəqibinə çevrildiyi yönündədir.

“Türkiyə son günlər Suriya hakimiyyətinin də dəstəyi ilə şimaldakı kürdləri (PYD/YPG terrorçuları-red) sıxışdırmağa çalışır, bu istiqamətdə hərbi əməliyyatları intensivləşdirib. İran bölgədəki kürd qruplaşmalarına dəstək vermir, çünki özü də kürd problemi ilə üz-üzədir. Lakin Tehran Türkiyənin bölgədəki hərbi əməliyyatlarının kürd qruplaşmalarla məhdudlaşmayacağını, İraqda İranın dəstəklədiyi şiə milis qruplarının da hədəfə çevriləcəyini anlayır”, - nəşr yazır.

Nəşr mənbələrinə istinadən qeyd edir ki, İraq Türkiyənin dəstəklədiyi qruplarla İranın dəstəklədiyi qruplar arasında qaynar münaqişə ocağına çevrilmək üzrədir.

Konqres üzvərini hazırladığı hesabatlarda bir məqama xüsusilə diqqət çəkilir: “Son 20 ildə MİT İran masasını tamamilə dəyişdirdi. İran və Türkiyə arasında əməkdaşlıq bəyanatlarına baxmayaraq, arxa fonda geosiyasi rəqabət var. Türkiyə İraqdakı gücünü genişləndirməklə Tehranı 1979-2003-cü illəri əhatə edən “ölkə sərhədlərindən kənara çıxmamaq” konseptinə qayıtmağa məcbur etmək istəyir. Lakin Türkiyə və İran arasındakı qarşıdurma Yaxın Şərqdə hələ heç kimin qalib olmadığı İraqda şiddətlənərsə, Ankara qalib olacaq. Türkiyə İran daxilindəki müxalifləri belə dəstəkləyərək, Tehran rejimini çökdürməyə çalışacaq. Qarşıdakı 10 il ərzində Yaxın Şərqin şimalında geosiyasi tarazlığı Türkiyə-İran qarşıdurması müəyyən edəcək”.

  • Дата: 4-03-2025, 09:00
  • Автор: anskanal
Полная статья »

Səttar Möhbalıyev Kəngərli rayonunda seçicilərlə səyyar görüş keçirib -Fotolar

Martın 3-də Milli Məclisin deputatı Səttar Möhbalıyev Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda seçicilərin səyyar görüş-qəbulunu keçirib.

aia.az xəbər verir ki, deputat görüşlərdən öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

Daha sonra tədbirin gedişində seçicilərin müraciətləri dinlənilib, onların problemlərinin həll yollarına dair müzakirələr aparılıb. Qaldırılan məsələlərin bir çoxu verilən operativ qərarlar nəticəsində yerindəcə öz həllini tapıb. Həllini tapmayan məsələlər Səttar Möhbalıyev tərəfindən qeydə alınıb, deputat onların həlli üçün müvafiq tədbirlərin görüləcəyini bildirib.

Deputat Səttar Möhbalıyevin martın 3-də Kəngərli rayonunda keçirdiyi qəbulda iştirak edən seçicilər görüşdən məmnunluqlarını ifadə edib, onlara və ümumilikdə Naxçıvanın inkişafına göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını bildiriblər.

  • Дата: 3-03-2025, 17:39
  • Автор: anskanal
Полная статья »

AHİK-də “Caspian Energy Club”un nümayəndələri ilə görüş olub -Fotolar

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) “Caspian Energy Club”un nümayəndələri ilə görüş keçirilib.

Özəl sektorla əməkdaşlıq çərçivəsində keçirilən görüşdə Konfederasiya sədri Sahib Məmmədov həmkarlar ittifaqları sistemində aparılan islahatlar, üzvlərin əmək hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili istiqamətində tətbiq olunan yeniliklər, həyata keçirilən layihələr barədə danışıb.

Bildirilib ki, yeni layihələrdən olan “AHİK Könüllüləri” uğurla davam etdirilir, yollayışların vahid məkandan verildiyi “Kurort” Turizm İnformasiya Mərkəzi yaradılıb, yollayışların verilməsi prosesi sadələşdirilib. Yaxın vaxtlarda “Layiqli Əmək Səfirləri” layihəsinə də start veriləcək. Görüşdə həmçinin ittifaq üzvləri üçün xüsusi endirimlər və bonuslar təqdim edəcək "AHİK Plus" proqramı barədə də məlumat verilib.
Vurğulanıb ki, Konfederasiya özəl sektorla əməkdaşlığa xüsusi önəm verir, bu sahədə çalışanların həmkarlar ittifaqlarında birləşməsini, hər bir işçinin layiqli əmək şəraiti ilə təmin olunmasını dəstəkləyir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev son zamanlar Konfederasiya tərəfindən görülən işləri xüsusi olaraq qeyd edib, AHİK-in özəl sektorla əməkdaşlığının vacibliyini vurğulayıb. Vüsal Şıxəliyev Ətraf Mühit, Sosial və Korporativ İdarəetmə (ESG) prinsiplərindən, o cümlədən sosial təşəbbüslərin, işçilərin sağlamlığının və təhlükəsizliyinin qorunmasının önəmindən danışıb, sahibkarların sosial layihələrdə iştirakının əhəmiyyətini bildirib.
“Caspian Energy Club”un baş icraçı direktoru Telman Əliyev klubun və üzv şirkətlərin fəaliyyətindən danışıb, ölkəmizdə yaradılmış əlverişli biznes mühitinin əhəmiyyətini qeyd edib.

Konfederasiya tərəfindən sanatoriyaların, istirahət mərkəzlərinin bərpası və yenidən qurulması istiqamətində görülən işləri yüksək qiymətləndirən Telman Əliyev “AHİK Plus” proqramı çərçivəsində əməkdaşlığın kluba daxil olan şirkətlər üçün də maraqlı olduğunu diqqətə çatdırıb.
Görüşdə şirkət nümayəndələrinin təklifləri dinlənilib, sualları cavablandırılıb, əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Konfederasiya sədri Sahib Məmmədova klubun fəxri üzvlük sertifikatı təqdim olunub.

Sonra “Caspian Energy Club”un nümayəndələri “Kurort” Turizm İnformasiya Mərkəzində yollayışların verilməsi prosesində tətbiq edilən yeniliklərlə də tanış olublar.

  • Дата: 3-03-2025, 13:56
  • Автор: anskanal
Полная статья »

Makron Ukraynada Avropanın sülh planını açıqlayıb

Ukraynada ABŞ və Rusiya arasında razılaşdırıla biləcək atəşkəsin effektivliyinə inanmaq mümkün deyil.

Belə bir bəyanatla Fransa prezidenti Emmanuel Makron çıxış edib.

Bununla belə Makron bildirib ki, Fransa və Böyük Britaniya münaqişənin həlli üçün alternativ plan hazırlayıb.
Fransa-Britaniya planı iki mərhələdən ibarətdir:

1. Havada və dənizdə atəşkəs, həmçinin enerji obyektlərinə hücumlara moratoriumun tətbiqi. Birinci mərhələ bir ay davam etməlidir;
2. Ukrayna ərazisinə sülhməramlıların göndərilməsi.

Fransa prezidenti hesab edir ki, bir neçə gün ərzində Ukrayna münaqişəsinin həlli “ölü nöqtədən” çıxa bilər. “Məsələ ondan ibarətdir ki, biz bu vaxtdan məqbul atəşkəsə nail olmaq üçün necə istifadə edəcəyik, danışıqlar bir neçə həftə çəkəcək və sülh imzalanandan sonra qoşunların yeridilməsi...”, - Makron bildirib. O bildirib ki, atəşkəs rejiminə əməl edilib-edilmədiyini yoxlamaq çox çətin olacaq.

Makron eyni zamanda ABŞ-la Ukrayna arasında dialoqun bərpasının vacib olduğunu bəyan edib. 

  • Дата: 3-03-2025, 13:48
  • Автор: anskanal
Полная статья »