Xəbərlərin siyahısı: Fevral 2025 illər » Səhifə 8 » ANS KANAL

Ukrayna müharibəsində sirlər açılır – ABŞ və Rusiyanın planı nə idi?

Ukrayna müharibəsinin üçüncü ilində ABŞ və Rusiyanın anlaşmaq istəyi üç il öncə bu savaşın niyə başlandığına yenidən diqqət çəkir. Nələr dəyişdi, həqiqətənmi, hər şey qeyri-ənənəvi Trampın Ağ Evə gəlişi ilə bağlıdır, yoxsa müharibə məhz mövcud şərtlərin hazırlanması və geosiyasi müstəvidə mövqelərin bölüşdürülməsi üçün lazım idi?!

Müharibənin Rusiyanın istədiyi kimi getmədiyi, Ukrayna xalqının dirənişinin nəinki Moskvada, Qərbin özündə də düzgün hesablanmadığı həqiqətdir. Lakin baş verənlərdə ənənəvi “Rusiya niyə hücuma keçdi” sualı yox, “Rusiya bütün üstünlüyünə rəğmən niyə hücuma keçdi” sualı açar nöqtələrin ən vaciblərindəndir fikrimcə.

Müharibədən öncə Rusiyanın ABŞ/NATO-ya təqdim etdiyi təhlükəsizlik təminatlarına dair sazişin qəbul edilməsi mümkünsüz idi. Vaşinqton bundan imtina etsə də, Paris və Berlin Moskvanın istədiyini verməyə hazır idilər, hətta Makron və Şolts Putinin ayağına qədər gəldi, çünki başlaya biləcək müharibənin əsas hədəflərindən birinin Avropa olduğunu bilirdilər.

- Ukraynanın NATO-ya girişinə icazə vermirlər;
- Donbasda separatçıları yüksək statusla təmin edirlər;
- Rusiyanın iştirakı ilə Avropanın yeni təhlükəsizlik arxitekturasını qururlar;

Bu, Rusiyanın tələblərinin qəbul edilməsi demək idi və Moskva razılaşsaydı:

- təhlükəsizlik təminatını tam olmasa belə, müəyyən mənada Avropadan alır,
- genişlənməsini təhlükə kimi gördüyü NATO-nu daxildən parçalayır,
- enerji resurslarını ixrac etdiyi Avropa bazarını itirmirdi.

Putinin ABŞ/NATO qarşısında əli zəif deyildi, lakin üstünlüyündən imtina edərək, Ukraynaya hücum etdi. Bu müharibədə Rusiyanın iki əsas hədəfi vardı:

Birincisi, SSRİ-nin dağılmasından sonra üzləşdiyi beynəlxalq şərtlərin bir gün xeyrinə dəyişəcəyi gözləntisi;
İkincisi, qlobal güc kimi qəbul olunması, təsir zonalarının tanınması;

2020-ci ildən etibarən dünyanın dəyişməyə başlayan siyasi səhnəsində baş verənlər Rusiyanın “qlobal güc” kimi qəbul edilməsk perspektivini sual altına saldı. Qərbdə Avropa güc mərkəzi olmaq yolunda irəliləyir, Şərqdə Çin yüksələn gücə çevrilirdi. Çinin dünyanın ikinci əsas qütbü olacağı qaçılmazdır. Pekinin genişlənməsi həm də Rusiya üçün coğrafi baxımdan da təhlükəli idi. “Soyuq müharibə”dən sonra yaranmış mövcud şərtlərin dəyişdiyi vaxt Rusiyanı Çin və Avropa arasında sıxılmış – Pekinin qurduğu nəqliyyat şəbəkəsindəki dəhlizlərdən biri kimi “regional güc” perspektivi gözləyirdi.

Və ən mühüm detal odur ki, Rusiyanı gözləyən təhlükə ABŞ üçün də risklər təşkil edirdi:

1. Avropa üzərində təsiri zəifləyir: NATO-ya qarşı alternativ təhlükəsizlik sisteminin qurulması önə çıxır;
2. Yüksələn Çin ABŞ-ın əsas güc olduğu təkqütblü geosiyasi şərtlərin dəyişməsi, iki və daha çox güc mərkəzinin olacağı reallığını yaradır;

ABŞ-a Avropanın güc mərkəzi olmasına imkan verməmək – qitə üzərində təsirini yenidən gücləndirmək, Çinin önünü kəsmək – əsas güc olduğu sistemi qorumaq, Rusiyaya “qlobal güc” kimi qəbul edilmək – bu perspektivə təhlükə olan Çini dayandırmaq, yaxud ən azı onunla hesablaşmağa məcbur etmək lazım idi. Ukrayna müharibəsinin təməlində məhz bu amillərin – geosiyasi mübarizənin dayandığını deyə bilərik.

Müharibə Rusiyanın hesabladığı kimi baş tutmasa da, hücumun başlandığı ilk vaxtdan günümüzə qədərki dövrə qədər siyasi nəticələr gözlənildiyi kimi oldu:

- Avropa Rusiya təhlükəsinə (Bu, həm də NATO-nun yaranma fəlsəfəsinin yenidən aktuallaşdırılması idi) qarşı ABŞ-ın çətiri altına qayıtdı – köhnə təhlükəsizlik sistemi saxlanıldı, Çinlə əməkdaşlıq xəttini inkişaf etdirərək, “güc mərkəzi”nə çevrilməsinin yolu tıxandı;
- Rusiya Qərbi, Çini və regional oyunçuları onunla hesablaşmağa məcbur etdi;

Burada iki məqam xüsusilə önəmlidir.

Birincisi, müharibəyə görə Çinin Avropa bazarına uzanan və onu Avrasiyada əsas gücə çevirəcək “bir kəmər bir yol” layihəsi problemlərlə üzləşdi, xüsusilə Qara dəniz habının dağılması fonunda: bununla Pekinin ikinci qütb kimi ABŞ-a alternativ güc olması ən azından müəyyən müddətə də olsa çətinləşib;

İkincisi, ABŞ üçün ikinci “qlobal güc”ün potensial təhlükə kimi gördüyü Çindən fərqli olaraq, daha zəif Rusiyanın olması sərfəlidir: Vaşinqton Moskvadan Pekinin genişlənməsi önündə sədd kimi də istifadə etmək niyyətindədir; müharibə boyunca “ABŞ Rusiyanı dağıtmağı planlaşdırır” yanaşmasının doğru olmadığı görünür, çünki dağılmış Rusiya Avropa və Asiyadakı ölkələr üzərində Çinin təsirini genişləndirəcək amildir, bu baxımdan, zəif və idarəolunan Rusiyanın mövcudluğu Vaşinqtona lazımdır;

Bütün bunların fonunda müharibənin daha dərin səbəblərinin olduğu – Ukraynanın geosiyasi mübarizədə meydan – poliqon kimi istifadə edildiyi görünür.

Üç il sonra Trampın Putinlə anlaşması da Ağ Evə qeyri-ənənəvi siyasətçinin gəlişindən daha çox, Ukrayna müharibəsində hədəflərin başa çatması – Avropa və Çinin qarşısının alınması, 2022-ci ildə Baydenin də dediyi “yeni dünya nizamında ABŞ-ın liderliyini qorumaq” planında ilk mərhələnin icra edilməsindən qaynaqlanır. Yeni mərhələdə qarşıdurma coğrafiyaları dəyişəcək. Bu kontekstdə Rusiyanın ABŞ üçün Ukrayna müharibəsindən sonra hansı xidməti göstəcəyi xüsusilə önəmlidir.

  • Дата: 26-02-2025, 09:14
  • Автор: anskanal
Полная статья »

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin qan yaddaşına yazılmış ən dəhşətli faciələrdən biridir. Bu tarix təkcə bir şəhərin məhv edilməsi deyil, eyni zamanda, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir.

Xocalı Soyqırımının Dəhşətli Gecəsi
1992-ci ilin qarlı fevral gecəsində Ermənistan silahlı qüvvələri keçmiş Sovet İttifaqının 366-cı motoatıcı alayının köməyi ilə Xocalıya hücum etdi. Şəhər tam mühasirəyə alındı və dinc əhalinin qaçıb canını qurtarması üçün heç bir yol buraxılmadı. Ağır artilleriya və hərbi texnikadan istifadə edərək şəhəri yerlə-yeksan edən erməni silahlıları qadın, uşaq, qoca demədən hər kəsi qətlə yetirdilər.

Rəsmi məlumata görə:

613 nəfər günahsız insan öldürüldü,
63 uşaq, 106 qadın, 70 qoca amansızcasına qətlə yetirildi,
8 ailə tamamilə məhv edildi,
25 uşaq hər iki valideynini itirdi, 130 uşaq isə bir valideynindən məhrum oldu,
487 nəfər ağır yaralandı,
1275 nəfər əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də naməlumdur.

Erməni silahlıları təkcə insanları qətlə yetirməklə kifayətlənmədilər, eyni zamanda, onların cəsədlərini də şiddətli işgəncələrə məruz qoydular, başlarını kəsdilər, gözlərini çıxardılar, hamilə qadınların qarınlarını yırtdılar. Soyqırım dəhşətlərindən qaçmağa çalışan insanlar isə meşələrdə, çöllərdə donaraq həyatlarını itirdilər.

Xocalı: Soyqırımı və İnsanlıq Cinayəti
Xocalı hadisəsi sadəcə bir müharibə cinayəti deyil. Bu, beynəlxalq hüquqa görə soyqırımı aktıdır. Azərbaycan Respublikası Milli Məclisi 1994-cü ildə Xocalı hadisələrini soyqırımı kimi tanıdı və hər il 26 fevral tarixini Xocalı Soyqırımı Anım Günü elan etdi. Lakin beynəlxalq ictimaiyyətin böyük hissəsi hələ də bu faciəni soyqırımı kimi tanımayıb.

Lakin "Xocalıya Ədalət" kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində bu faciə ilə bağlı həqiqətlər beynəlxalq təşkilatlara çatdırılır. Artıq Pakistan, Meksika, Kolumbiya, Çexiya, Sudan, İordaniya, Honduras və daha bir neçə ölkə Xocalı hadisələrini soyqırımı kimi tanıyıb. Azərbaycan dövləti və diaspor təşkilatları bu faciənin bütün dünya tərəfindən tanınması üçün mübarizəni davam etdirir.

Artıq Xocalı Azaddır! Şəhidlərimizin Qanı Yerdə Qalmadı!
1992-ci ildə baş verən bu soyqırımı zamanı Xocalı işğal altına düşdü və 30 il müddətində erməni separatçılarının nəzarətində qaldı. Lakin Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq Qarabağı azad etdi.

Bundan sonra, 2023-cü ilin sentyabr ayında keçirilən antiterror tədbirləri nəticəsində Xocalı tamamilə Azərbaycan Ordusunun nəzarətinə keçdi. Azərbaycanın suverenliyi tam bərpa olundu və Xocalı artıq öz doğma sahibinə – Azərbaycan xalqına qayıtdı!

Bu gün Xocalı şəhidlərinin ruhu şaddır! Çünki onların qisası alındı, qanları yerdə qalmadı! Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarix yazdı və Xocalı işğaldan azad edildi. Artıq Xocalıda Azərbaycan bayrağı dalğalanır və dövlətimiz bu şəhəri yenidən qurmağa başlayıb.

Xocalını Unutmayaq və Unutdurmayaq!
Bu gün bizim borcumuz Xocalı soyqırımını unutmaq deyil, əksinə, bütün dünyaya bu faciəni tanıtmaqdır. Hər bir azərbaycanlı, hər bir gənc Xocalı həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün əlindən gələni etməlidir.

Xocalını dünyaya tanıdaq!
Şəhidlərimizin xatirəsini daim yaşadaq!
Azərbaycanın güclənməsi və inkişafı üçün bir olaq!

Bu faciə bizi daha da gücləndirdi, bizi daha da birləşdirdi və düşmənə layiqli cavabımızı verdik. Şəhidlərimizin ruhu qarşısında baş əyirik və söz veririk ki, Xocalını unutmayacağıq!

Xocalı üçün ədalət! Qarabağ Azərbaycandır!

  • Дата: 26-02-2025, 09:00
  • Автор: anskanal
Полная статья »

Eltun Süleymanov :"Azərbaycanla Pakistan arasında münasibətlər tarixi sınaqlardan üzüağ çıxıb "

Azərbaycan-Pakistan münasibətləri dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Pakistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə dəstəkləyir.Məlum olduğu kimi, Azərbaycan və Pakistan arasında çoxşaxəli münasibətlər mövcuddur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Xatırladaq ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Diplomatik əlaqələrin əsası isə 1992-ci ilin iyununda qoyulub. Bakıda Pakistan səfirliyi 1993-cü ilin martında açılıb, Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqust ayında başlayıb. Azərbaycanın bu dost ölkə ilə əməkdaşlığında hərbi amil də hər zaman mühüm rol oynayıb. Bu cəhətdən Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında 2002-ci ildə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Bakıya səfəri Azərbaycan-Pakistan əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından olduqca əhəmiyyətli hadisədir. Baş nazirin Azərbaycanda yüksək səviyyədə qarşılanması, Prezident İlham Əliyevlə keçirdiyi görüş və verilən mühüm mesajlar iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Bu sözləri aia.az-a açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz deyib ki, iki dövlət arasında münasibətlər bir sıra çətin tarixi sınaqlardan üzüağ çıxıb. Bu səfər iki ölkə arasında mövcud olan bu dərin əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verəcək. Azərbaycanla Pakistanı tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri birləşdirir. İki qardaş ölkə hər zaman bütün beynəlxalq platformalarda bir-birini dəstəkləyib. Pakistan 44 günlük Vətən müharibəsinin başlandığı ilk andan Azərbaycana öz mənəvi və siyasi dəstəyini ifadə edən ölkələrdən biri oldu. Azərbaycan dövləti və xalqı Pakistanın ölkəmizin haqq işinə verdiyi dəstəyi daim böyük ehtiramla xatırlayır. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər. Cənab Prezident bəyanatında bildirib ki, “Cənab Baş nazir ötən il və 2023-cü ildə ölkəmizə səfər edib. Mən isə ötən il Pakistanda dövlət səfərində olmuşam. Bu gün əziz qardaşım Azərbaycana dövlət səfərinə gəlib. Bütövlükdə bu dinamika, əslində, ölkələrimiz arasında sıx münasibətləri əks etdirir. Bu gün biz ikitərəfli gündəliyə aid çox mühüm məsələləri müzakirə etdik və ölkələrimiz arasında sıx tərəfdaşlığın vacibliyini bir daha qeyd etdik, ölkələrimiz, xalqlarımız və təmsil etdiyimiz regionlar üçün əməkdaşlığımızın strateji əhəmiyyətini bir daha vurğuladıq. İki qardaş ölkə olaraq biz beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik”. Ticari və iqtisadi sektora gəldikdə isə dövlətimizin başçısı deyib ki, “Həmçinin bu gün əziz qardaşımla zəmanəmizin beynəlxalq gündəliyində duran çoxsaylı məsələləri müzakirə etdik. Beynəlxalq münasibətlərin cari gedişatı ilə bağlı mövqeyimiz və baxışlarımız tam üst-üstə düşür. Müzakirələrimizin nəzərəçarpan hissəsini ticari və iqtisadi sektorlara həsr etdik və birlikdə məyusluğumuzu ifadə etdik ki, ticarət dövriyyəmiz cəmi bir neçə on milyonla ölçülür. Bir sözlə, biz ticarət dövriyyəmizi artırmalıyıq və düşünürəm ki, bunu necə etməyi bilirik. Xüsusən də nəzərə alaq ki, ötən yay Pakistana dövlət səfərim zamanı bəyan etdiyim kimi, Azərbaycanın Pakistan iqtisadiyyatına iki milyard ABŞ dolları sərmayə yatırmaq planları var. Biz bir neçə ay əvvəl Pakistan tərəfindən konkret layihələri aldıq və Azərbaycan nümayəndələri onları hazırda qiymətləndirir”. Bu gün müzakirə etdiyimiz məsələlər arasında əsas hissə müdafiə, eləcə də müdafiə sənayesi sahələrində əməkdaşlığa həsr olunmuşdur. Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi avadanlığı artıq alıb və biz onun keyfiyyətindən çox razıyıq və birmənalı olaraq, bu işi davam etdirəcəyik. Eyni zamanda, biz müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanlarını müzakirə etdik və bu, əməkdaşlığımızın digər mühüm sektoru olacaq. Bilirik ki, Pakistanın çox inkişaf etmiş müdafiə sənayesi var. Azərbaycan da öz potensialını inkişaf etdirir. Biz müdafiə sənayesinin məhsullarını artıq 30-dan çox ölkəyə ixrac edirik. Düşünürəm ki, birgə istehsal ilə təchizatımız – ixracyönümlü təchizatımız daha da artacaq”-Prezident İlham Əliyev deyib. Azərbaycan da hər zaman bütün prinspial məsələlərdə, xüsusi ilə Cəmmu və Kəşmir məsələsində Pakistana öz qardaş dəstəyini nümayiş etdirib. Bu mövqe problemin beynəlxalq hüququn normaları, BMT-nin müvafiq qətnamələri və beynəlxalq humanitar hüquqa əsaslanır. Eyni zamanda Heydər Əliyev Fondu tərəfindən Pakistanda mütəmadi olaraq, geniş miqyaslı humanitar və təhsil layihələri həyata keçirilir. Bu layihələr Pakistan xalqı tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanır-deyə E. Süleymanov fikrini tamamlayıb.

  • Дата: 25-02-2025, 15:37
  • Автор: anskanal
Полная статья »

Yolların buz bağlaması bazarların işinə necə təsir edib?

Bir neçə gündür davam edən qarlı, şaxtalı hava bazarlara da təsirsiz ötüşməyib. Satan çox, alan isə əvvəlki həftələrlə müqayisədə azdır.

Xəzər TV xəbər verir ki, satıcıların bəziləri şaxtalı, çovğunlu havanın qiymətlərə az da olsa, təsir etdiyini bildirirlər. Kimisi məhsulu Bakı kəndlərindən, kimisi isə bölgələrdən gətirdiyini deyir.

Bazara, əsasən, bölgələrdən gətirilən ağartı məhsullarının qiyməti dəyişməyib. Onların sözlərinə görə, mövcud hava şəraiti ilə əlaqədar hazırda alıcı qıtlığı yaşandığından məhsulları elə piştaxtada qalıb.

"8-ci kilometr" bazarında Şəmkir və Gədəbəy kartofunun kiloqramı 1 manata satılır. Digər bölgələrdən gətirilən eyni məhsul 80-90 qəpikdən təklif olunur. Ağdam soğanının 1 kiloqramı 80 qəpik - 1 manat, badımcan 1 manat 70 qəpik, düyünün 1 kiloqramının qiyməti 2-5 manat arasında dəyişir. Kənd toyuğunun qiyməti 7-8 manatdır. Ətin qiyməti isə dəyişməyib.

Satıcılar havalar isinəndən sonra bazarlarda əvvəlki aktivliyin müşahidə olunacağını bildirirlər.

Ətraflı süjetdə:

<embed width="640" height="360" src="https://player.olke.az?v=40015&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>

  • Дата: 25-02-2025, 15:30
  • Автор: anskanal
Полная статья »

Milli Məclisin Hesablayıcı komissiyasının sədri, QDİƏTPM nümayəndə heyətimizin rəhbəri Eldar Quliyev Türkiyəyə səfər edəcək

Milli Məclisin Hesablayıcı komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏTPM) nümayəndə heyətimizin rəhbəri Eldar Quliyev bu qurumun Daimi komitəsinin xüsusi iclasında iştirak etmək üçün fevralın 26-da Türkiyə Respublikasının İstanbul şəhərinə səfər edəcək.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbir çərçivəsində “Tərəfdaşlıq münasibətlərinin gücü: mövcud əməkdaşlığın nəticələrinin qiymətləndirilməsi və gələcək imkanların nəzərdən keçirilməsi” mövzusunda müzakirələr aparılacaq, millət vəkili Eldar Quliyev mövzu ilə bağlı çıxış edəcək.

Səfər fevralın 28-də başa çatacaq.

  • Дата: 25-02-2025, 15:00
  • Автор: anskanal
Полная статья »

 

Gözəllik və sağlamlıq sahəsində mükəmməlliyə can atan, daim yeniliklərə açıq olan və öz peşəsinə sevgisini qataraq çalışan peşəkar kosmetoloq Dr. Gülər, bu sahədə illərlə qazandığı təcrübəsi, dərin biliyi və yüksək səviyyəli bacarığı ilə seçilir. O, yalnız estetik baxımdan gözəlliyin qorunmasına deyil, eyni zamanda dəri sağlamlığının bərpasına və qorunmasına da böyük önəm verir.

Dr. Gülər, kosmetologiya sahəsində ən son texnologiyalardan və müasir metodlardan istifadə edərək pasiyentlərinə yüksək keyfiyyətli xidmət göstərir. O, fərdi yanaşma, dəqiq diaqnostika və pasiyentin ehtiyaclarına uyğun prosedurlar tətbiq etməklə fərqlənir. Hər bir müştərisi üçün ideal həll yollarını taparaq onların gözəlliyini və təbii cazibəsini qoruyub saxlamağa kömək edir.

Dr. Güləri Fərqləndirən Cəhətlər:

Peşəkarlıq və Təcrübə – illərin təcrübəsi, daim yenilənən bilik və bacarıq;
Fərdi Yanaşma – hər bir pasiyentin dərisinə uyğun xüsusi müalicə və qulluq proqramları;
Təbii Gözəlliyin Qorunması – süni müdaxilələrdən çox, dəri sağlamlığının təbii yollarla qorunmasına önəm verən yanaşma;
Müasir Avadanlıqlar və Texnologiyalar – dünyada qəbul olunmuş, effektiv və təhlükəsiz prosedurların tətbiqi;
Pasiyent Məmnuniyyəti – müştərilərinin inamını qazanan, onları razı salmaq üçün daim öz üzərində çalışan mükəmməl mütəxəssis.

Dr. Gülər, kosmetoloji xidmətlər sahəsində yalnız gözəllik deyil, eyni zamanda sağlamlıq və özünəinam bəxş edən bir həkimdir. Onun yüksək səviyyəli xidməti və səmimi yanaşması sayəsində çoxsaylı pasiyentləri ona inanır və hər zaman məmnun qalır.

Gözəlliyinizə və sağlamlığınıza dəyər verən Dr. Gülər ilə parlaq və təravətli görünüşə sahib olun!

 

  • Дата: 25-02-2025, 13:49
  • Автор: anskanal
Полная статья »