Xəbərlərin siyahısı: Fevral 2025 illər » Səhifə 5 » ANS KANAL

Qarlı hava bu tarixədək davam edəcək

Milli Hidrometeorologiya Xidmətinin  fevralın 27-si saat 08:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində, eyni zamanda  Bakıda və Abşeron yarımadasında qar yağır. 

Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, qar örtüyünün hündürlüyü  Qaxda (Sarıbaş) 59, Altıağac, Şəkidə 31,  Qəbələdə 28, Qubada 25,  Xaltanda 20, Zaqatalada 18, Şahdağda 17, Şahbuz və  Oğuzda 16, Daşkəsəndə 15, Qobustan,  Qusarda 10,   Kəlbəcər, Mingəçevir, Şabran və Gədəbəydə  8, Laçın, Qubadlı,  Şuşa və Balakəndə  7, Xankəndı, Füzuli, Xocalı, Göyçay, Yevlax, Tərtər,  Naftalan, Kürdəmir, Sabirabad, Neftçala, Bərdədə 5,  Bakıda və Abşeron yarımadasında isə 12 sm-dir.

Havanın minimal  temperaturu Bakıda və Abşeron yarımadasında  3,  Aran rayonlarında 2, Naxçıvan MR-da 11, dağlıq rayonlarda 19 dərəcəyədək şaxta qeydə alınıb.

Yağıntılar fevralın 27-si gündüz saatlarından tədricən kəsiləcək.

  • Дата: 27-02-2025, 10:33
  • Автор: anskanal
Полная статья »

Prezident İlham Əliyev Ərdoğanı təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib. 

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Türkiyə Respublikasının ictimai-siyasi həyatında və dövlət idarəçiliyində artıq 25 ilə yaxın bir dövr ərzində müstəsna yer tutan, daim yenilənməkdə, inkişafda və yüksəlişdə olan Ədalət və İnkişaf Partiyasının Böyük Qurultayında partiyanın Sədri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi və bütün partiyadaşlarınızı səmimi-qəlbdən təbrik edirəm.

Qurucusu olduğunuz partiyanın üzvlərinin Sizə layiq olduğunuz böyük etimadı təkrarən nümayiş etdirməsi uzun illər boyu ölkənizin rifahı və tərəqqisi, qardaş Türkiyə xalqının firavanlığı, eləcə də bütün Türk dünyasının yüksəlişi naminə yorulmaq bilmədən həyata keçirdiyiniz fədakar fəaliyyətə qədirbilənliklə verilən yüksək qiymətdir.

Bu xüsusda, Ədalət və İnkişaf Partiyasının Böyük Qurultayında müəyyən olunmuş yeni hədəflərin və qəbul edilmiş əhəmiyyətli qərarların qardaş Türkiyə xalqı üçün xeyirli və uğurlu olacağına, Türkiyəni daha da irəli aparacağına əminliyimi ifadə etmək istərdim.

Danılmaz faktdır ki, ötən illər ərzində rəhbərliyinizlə Ədalət və İnkişaf Partiyasının öz prinsip və amallarına daim sadiq qalaraq atdığı addımlar sayəsində ölkənizin dövlətçiliyi daha da möhkəmlənmiş, sarsılmaz xalq-iqtidar birliyi formalaşmış, eləcə də Türkiyə qlobal güc mərkəzinə – dünyanın ən aparıcı və qüdrətli dövlətlərindən birinə çevrilmişdir. Təsadüfi deyil ki, Siz bütün Türk dünyasında öz Vətənini, xalqını sevən müdrik və qətiyyətli lider kimi tanınır və sevilirsiniz. Dost və qardaş Azərbaycanda da Sizin uğurlarınız böyük fərəh hissi ilə qarşılanır və daim təqdir olunur.

Bu gün ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən və xalqlarımızın mətin iradəsindən qaynaqlanan Azərbaycan–Türkiyə qardaşlığı, birliyi və strateji müttəfiqliyi unikal xarakter daşımaqla hərtərəfli inkişaf edir, bölgədə sabitliyin və təhlükəsizliyin bərqərar olmasına töhfələr verir. Əminəm ki, bu sarsılmaz bağlar birgə səylərimizlə “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq bundan sonra da daim möhkəmlənəcəkdir.

Əziz Qardaşım,

Bir daha Sizə, eləcə də Ədalət və İnkişaf Partiyasının hər bir üzvünə ən səmimi salamlarımı və təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı, partiyanın işinə böyük uğurlar, qardaş Türkiyə xalqına sülh və firavanlıq arzulayıram".

  • Дата: 27-02-2025, 10:27
  • Автор: anskanal
Полная статья »

Bakının məşhur mağazasında partlayış: yaralananlar var

Bu gün səhər saat 06:45 radələrində “OBA” marketlər şəbəkəsinin “Binə 3” filialında partlayış baş verib.

Bu barədə “OBA” məlumat yayıb.

İlkin ehtimala görə, partlayışın qaz sızmasından baş verdiyi bildirilir. Hadisə nəticəsində “OBA”nın qeyd olunan mağazasında çalışan iki əməkdaşı xəsarət alıb.

Hazırda hadisənin təfərrüatları araşdırılır

  • Дата: 27-02-2025, 09:19
  • Автор: anskanal
Полная статья »

Joze Mourinyonun alacağı cəza BƏLLİ OLDU

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo "Qalatasaray" futbolçularının ünvanına işlətdiyi "meymun kimi tullanırdılar" ifadəsinə görə cəza ala bilər.

 Oxu.Az xəbər verir ki, UEFA İntizam Məcəlləsinin 14-cü maddəsinə əsasən, idman yarışlarında kiməsə meymun demək irqçilik sayılır.

Buna görə təcrübəli çalışdırıcı 10 matçlıq cəza ala bilər.

Qeyd edək ki, PFDK-da (Peşəkar Futbol İntizam Komitəsi) futbolun nüfuzuna xələl gətirən açıqlamalara görə "Qalatasaray"ın baş məşqçisi Okan Burukun da işinə baxılacaq.

Bu səbəblə türkiyəli məşqçinin bir oyundan üç oyuna qədər soyunub-geyinmə otağına və əvəzedicilər skamyasına daxil olması qadağan edilə və ya 30 gündən 60 günə qədər diskvalifikasiya oluna bilər.

Qeyd edək ki, "Qalatasaray" Joze Mourinyonun dediklərinə görə bəyanat yayaraq prokurorluğa, UEFA və FİFA-ya şikayət ünvanlayıb.

  • Дата: 27-02-2025, 09:13
  • Автор: anskanal
Полная статья »

Bakıda valideynlə müəllim arasında mübahisə ÖLÜMLƏ BİTDİ: Dəhşətli hadisənin TƏFƏRRÜATI

Bakıda müəllimlə valideyn arasında mübahisə ölümlə nəticələnib.

oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə bir neçə gün öncə 25 nömrəli məktəbdə baş verib.

Belə ki, təhsil müəssisəsinin Azərbaycan dili müəllimi Xeyransa Karakovanın mübahisə zamanı halı pisləşib və komaya düşüb.

O, 2 gün komada qalıb. Ötən gün 55 yaşı olmuş müəllim bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

  • Дата: 27-02-2025, 09:03
  • Автор: anskanal
Полная статья »

Salih Müslim: Öcalanın çağırışına tabe olacağıq

“Xalqın gözü və qulağı Öcalanın ağzından çıxacaq sözlərə dikilib. Onun çağırışına əməl edəcəyik”.

Ölkə.Az xəbər verir ki, bunu terror təşkilatı PKK/PYD/YPG/SDG liderlərindən olan Salih Müslüm PKK lideri Abdullah Öcalanın edəcəyi gözlənilən çağırışı ilə bağlı mövqeyini açıqlayarkən deyib.

"Öcalan xalqın xeyrinə çağırış edəcək. Bu çağırışla Yaxın Şərqdə yeni bir proses başlayacaq", - o qeyd edib. 

S.Müslüm əlavə edib ki, indiyədək nə etdiksə, cənab Öcalanın paradiqması çərçivəsində etdik: “Bundan sonra da etməyə davam edəcəyik. Xalqın gözü və qulağı Öcalanın ağzından çıxacaq sözlərə dikilib. Öcalanın nə deyəcəyini bilmirik, amma xalqın xeyrinə nəsə deyəcəyinə əminik. Kürd xalqı nə deyilsə, ona əməl edəcək". 

  • Дата: 27-02-2025, 09:00
  • Автор: anskanal
Полная статья »