Xəbərlərin siyahısı: Fevral 2025 illər » Səhifə 4 » ANS KANAL

Xudafərin Saray | RESTORAN & ŞADLIQ SARAYLARI QİYMƏTLƏRİ 2022, MENYU,  ÜNVAN, FOTO, VİDEO, ZAL TUTUMU & DIGƏR informasiyalar

XUDAFƏRİN SARAY1989-cu ildən bəri qonaqpərvərliyin, zövqün və mükəmməl təşkilatçılığın simvolu!

Əsrlər boyu toy və şənliklər Azərbaycan xalqının həyatında mühüm yer tutmuş, ailə və dostları bir araya gətirən, xoşbəxt anları ölümsüzləşdirən ən əziz tədbirlərdən biri olmuşdur. XUDAFƏRİN SARAY məhz bu gözəl ənənələri yaşatmaq və müasir tələblərə uyğun şəkildə təqdim etmək məqsədilə yaradılmışdır.

İllərin Təcrübəsi – Unudulmaz Ziyafətlər!

35 ildən artıq tarixi ilə XUDAFƏRİN SARAY Azərbaycanın ən nüfuzlu və möhtəşəm məkanlarından biri kimi tanınır. Zəngin keçmişimiz, bu illər ərzində qazandığımız böyük təcrübə və yüksək səviyyəli xidmət anlayışımız, bizi ölkənin ən etibarlı və seçilən məkanlarından birinə çevirmişdir.

Bu illər ərzində minlərlə toy, nişan, yubiley, korporativ tədbir və digər möhtəşəm mərasimlər təşkil etmişik. Hər bir tədbir bizim üçün bir sənət əsəri kimi dəyərlidir və biz hər tədbirdə qonaqlarımızın tam razı qalması üçün əlimizdən gələni edirik.

Unikal Dizayn – Zəriflik və Möhtəşəmlik!

XUDAFƏRİN SARAY, müasir dizayn elementləri və klassik memarlığın mükəmməl vəhdəti ilə seçilir.

Zalın interyeri zərif və eleqant üslubda tərtib olunmuşdur.
Müasir işıqlandırma sistemləri və xüsusi dekorasiya detalları məkanımıza valehedici gözəllik qatır.
Tədbirinizə uyğun xüsusi bəzədilmiş dəbdəbəli giriş və fotozonalarda unudulmaz xatirələr yarada bilərsiniz.

Zövqlə hazırlanmış lüks dekorasiya, geniş və rahat banket zalı, incə detalları ilə göz oxşayan servis sahəsiprofesional komandamız, toy və tədbirlərinizi həyatınızın ən unudulmaz anlarına çevirəcəkdir.

Ləzzətlərin Zirvəsi – Möhtəşəm Mətbəx!

Şənliklərdə təamların dadı və keyfiyyəti tədbirin uğurlu keçməsində ən vacib məqamlardan biridir. XUDAFƏRİN SARAY bu məsələyə xüsusi diqqət yetirərək, yerli və beynəlxalq mətbəxin ən ləziz nümunələrini təqdim edir.

👨‍🍳 Peşəkar aşpaz komandamız, ən təzə və yüksək keyfiyyətli məhsullardan istifadə edərək möhtəşəm menyular hazırlayır.
🥗 Ət yeməklərindən tutmuş, xüsusi hazırlanmış salatlar, qəlyanaltılar və şirniyyatlara qədər hər detal sevgi və ustalıqla hazırlanır.
🍷 Tədbirləriniz üçün eksklüziv içkilər və xüsusi menyular təklif olunur.

Bizim üçün dad və keyfiyyət qədər estetik görünüş də önəmlidir – təqdim etdiyimiz yeməklər həm zövqlə bəzədilir, həm də qonaqlarımız üçün əsl kulinariya sənətinə çevrilir.

Xidmət və Təşkilatçılıq – Mükəmməlliyə Aparan Yol!

XUDAFƏRİN SARAY yalnız məkan deyil, xəyallarınızı gerçəkləşdirən bir məkandır!

Fərdi yanaşma: Hər bir tədbirin konsepti xüsusi olaraq planlaşdırılır və sizin istəkləriniz nəzərə alınır.
Möhtəşəm musiqi və əyləncə proqramları: Canlı musiqi, DJ xidmətləri və möhtəşəm şou proqramlarla gecəniz unudulmaz olacaq.
Peşəkar komanda: Xidmət personalımız qonaqlarınızın rahatlığını təmin etmək üçün daim yanınızdadır.
İdeal yerləşmə: Şəhərin ən prestijli bölgələrindən birində yerləşən məkanımız, hər kəs üçün rahat gediş-gəliş imkanı yaradır.
Xüsusi təkliflər: Müxtəlif paketlər, fərqli tədbirlər üçün eksklüziv imkanlar və xüsusi endirimlər təklif edirik.

Xəyal Etdiyiniz Toy – Bizimlə Gerçək Olur!

Hər bir insanın xəyallarında ideal bir toy məkanı varXUDAFƏRİN SARAY bu xəyalların gerçəyə çevrildiyi yerdir. Biz sizin üçün yalnız bir tədbir deyil, həyatınızın ən xoşbəxt anını unudulmaz bir nağıla çeviririk!

Lüks, komfort və fərqli dizaynı ilə seçilən zalımız
Dəbli və zərif dekorasiya
Ən dadlı və keyfiyyətli yeməklər
Gülərüz və peşəkar xidmət
Gecənizi möhtəşəm edən şou və musiqi proqramları

Sizə həyatınızın ən gözəl və yaddaqalan gününü yaşatmaq üçün buradayıq! XUDAFƏRİN SARAY – toy, nişan, ad günü və bütün əlamətdar günləriniz üçün ən doğru seçim!

🎉 Sizi möhtəşəm və unudulmaz anlar yaşamağa dəvət edirik! 🎉

Yüksək xidmət

Bizim üçün müştərilərimizin hər birinin razı qalması çox vacibdir. Buna görə də sarayımızda xidmət səviyyəsini hər zaman ən yüksəkdə saxlayırıq.

Keyfiyyətli Ərzaq

İnsanların hər zaman keyfiyyətli ərzaqlarla qidalanması bizə çox vacib şərtdir. Sarayımızdakı bütün ərzaqlar xüsusi yoxlanışdan keçir və hər zaman ən yaxşı ərzaqlar istifadə edilir.

Dadlı təamlar

Qonaqlar üçün ən dadlı təamların hazırlanması üçün bizim mətbəximizdə peşəkar aşpaz kollektivimiz çalışır. Süfrədə zaman ən dadlı yeməklər olmalıdır!

Parkinq xidməti

Qonaqlar üçün iki mərtəbəli, geniş yeraltı parkinqlə yanaşı sarayımızın həyətində də avtomobillərini saxlamaq üçün kifayət qədər yer var.

  • Дата: 27-02-2025, 13:56
  • Автор: anskanal
Полная статья »

Ədalət Hacıyev: Qürur mənbəyimiz

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev - Xocalı soyqırımı bəşəriyyət tarixinin insanlıq əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərdən biri olan, Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi etnik zəmində soyqırımı siyasətini sübut edən cinayətdir. 1992-ci ilin 26 fevral tarixində erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Bu soyqırımı erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir. Xocalı soyqırımı ilə ermənilər Xocalının yer üzündən silinməsini və məhv olmasını reallaşdırdılar. Xocalı bir gecənin içərisində yerlə-yeksan olundu. Erməni terrorçularından yayınıb meşələrə və dağlara qaçan insanların çoxu soyuqdan və şaxtadan məhv oldular. Xocalı şəhəri isə yer üzündən silindi. Xocalı soyqırımının nəticələri çox dəhşətli idi. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində, 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi.

Əhəd Qəribov: “Xocalı azaddır, şəhidlərimizin qisası alındı!”


Məlumdur ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, bu cinayət əməlinə hüquqi və siyasi qiymətin verilməsi məqsədilə davamlı olaraq "Xocalıya ədalət" kampaniyası həyata kecirildi. Kampaniya çərçivəsində həyata keçirilən fəaliyyət nəticəsində ondan artıq dövlətin qanunvericilik orqanı, ABŞ-ın 24 ştatı, eləcə də İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı tərəfindən bu qəddar qətliam pislənilmiş, soyqırımı kimi qiymətləndirilib, bununla bağlı müvafiq qərar və qətnamələr qəbul olunub. Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış "Xocalıya ədalət!" kampaniyası çərçivəsində dünyanın müxtəlif yerlərində bir çox tədbirlər, təqdimatlar həyata keçirilmişdir, kitablar, məqalələr dərc edilmişdir, sərgilər təşkil olunmuşdur. Prezidentin vurğuladığı kimi, biz haqlı olaraq dünyadan ədalət tələb edirdik. Çünki Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir.
İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən, imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq Xocalı şəhəri Rusiya Sülhməramlı kontingentinin nəzarəti altında olub. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev elə həmin ilin oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Azərbaycan tarixi ədaləti bərpa edib və günahsız Xocalı qurbanlarının qisası döyüş meydanında alınıb. Artıq bu gün Xocalının qapısı üzümüzə açıqdır. Azərbaycan əzəli torpaqlarına sahibdir.
Artıq Xocalıda ədalətin təntənəsi yaşanılır, yeni bir dövrün başlanğıcı. Ərazi bütövlüyünü, suverenliyini təmin etmiş bir dövlətin müstəqillik tarixində ərazi bütövlüyü çərçivəsində baş tutmuş Zəfər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi tariximizə əbədi həkk olundu ve əzəli yurd yerlərimizə sahib olduq. Xocalı yenidən qurulur. Bildiyimiz kimi ötən ilin fevralın 26-da Xocalı soyqırımı günü Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoymuşdu. Xocalı Soyqırımı Memorialı bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsində əhəmiyyətlidir. Cənab Prezident bildirib ki, Xocalı soyqırımı abidəsinin, Memorial Kompleksinin yaradılması ilə bağlı uzun illər məsələlər müzakirə edilirdi, hətta "Ana fəryadı" abidəsinin yanında yer də seçilmişdi, layihə də hazırlanmışdı: "Ancaq hər il mən son təsdiqimi vermirdim. Çünki ürəyimdə saxlayırdım ki, bu Memorial Kompleks Xocalıda yaradılmalıdır və belə də oldu. Həmin o layihəni biz gətirdik və fevralın 26-da Xocalıda xocalılılarla bərabər Xocalı Memorial Kompleksinin təməli qoyuldu və burada inşa ediləcək. Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir. Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir. Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi - o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın."
Bu gün Xocalı yenidən qurulur. Artıq Xocalının gələcək inkişafı ilə bağlı Baş planı da hazırlanıb. Baş Plana əsasən, ilk mərhələdə 12 min nəfərlik şəhər planlaşdırılır. Eyni zamanda, ehtiyat üçün də ərazilər saxlanılır. Xocalı bir regional mərkəz kimi davamlı surətdə inkişaf etməlidir. Burada həm bütün zəruri sosial, inzibati xidmətlər, mədəni mühit yaradılacaq, ticarət, ictimai iaşə fəaliyyətləri üçün geniş imkanlar, təbiətlə daim təmasa imkan verən rekreasiya əraziləri demək olar ki, bütün şəhər boyu, yaşıl məkanlarla əlaqələndirilmiş komfortlu yaşayış əraziləri nəzərdə tutulub. Şəhər mühitini canlandıran yeni nəqliyyat qovşağı vacib rol oynayacaq, mobilliyi artıracaq. Bu, həmçinin şəhərdə iqtisadiyyatın, sahibkarlığın inkişafına da xüsusi təkan verəcək. Bütün bunlar dinamik inkişafı təmin edən iqtisadi şaxələndirməyə imkan verəcək. Xocalının Baş planını hazırlayarkən ilk növbədə, onun regiondakı mövqe də nəzərə alınıb. Bura strateji mövqeyə malikdir. Beynəlxalq hava limanı, respublika əhəmiyyətli avtomobil yolu, hazırda layihələndirilən, tezliklə çəkiləcək dəmir yolu və s. bütün bunlar Xocalının gələcəyini artıq bir qovşaq kimi, nəqliyyat qovşağı və logistika mərkəzi kimi şərtləndirir.
Bu gün Xocalı niskilli deyil, bayram əhvali-ruhiyyəsindədir. Bəli, xocalılılar şəhərə qayıdırlar. Artıq Xocalıda ədalətin təntənəsi yaşanılır, yeni bir dövrün başlanğıcıdır.

  • Дата: 27-02-2025, 12:19
  • Автор: anskanal
Полная статья »

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.

 "Report xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilir.

Xatırladaq ki, ötən proses prokurorlar ittiham aktının elanını başa çatdırıb.

Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • Дата: 27-02-2025, 12:09
  • Автор: anskanal
Полная статья »

Səttar Möhbalıyev: “Pakistanla münasibətlərin inkişafı Azərbaycanın həm Şərqdə, həm də qlobal miqyasda mövqeyini daha da möhkəmləndirir”

“Azərbaycanın yüksək səviyyədə əlaqələrinin olduğu ölkələrdən biri də Pakistan İslam Respublikasıdır. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan, onunla diplomatik əlaqələr yaradan və Azərbaycanda səfirliyini açan ilk müsəlman dövlətlərindən biridir. Pakistan və Azərbaycan arasındakı əlaqələr siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələri əhatə edir. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq xalqlar arasında ənənəvi dostluq və qarşılıqlı etimadın təzahürüdür. Müstəqilliyin ilk dövrlərində Azərbaycanın Pakistanla münasibətlərini yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev bildirirdi ki, Pakistan dövləti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü daim pisləyib. Ermənistanı bir təcavüzkar kimi ittiham edib. BMT-nin Təhlükəsizlik Şurasında bu məsələ müzakirə edilərkən Pakistanın nümayəndəsi Azərbaycana çox ədalətli münasibət göstərib və yardım edib. Qeyd olunmalıdır ki, İkinci Qarabağ müharibəsində Pakistanın Azərbaycana göstərdiyi siyasi-mənəvi yardım xalqımız tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanır.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən deputat bildirib ki, fevralın 23-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri də ölkələrimiz arasındakı dostluq, qardaşlıq münasibətlərinə söykənir: “Hər iki ölkənin rəhbərlərinin mütəmadi qarşılıqlı səfərləri Azərbaycan-Pakistan münasibətlərinin inkişafında müstəsna rola malikdir. Cənab Prezident İlham Əliyevin Pakistan İslam Respublikası ilə əlaqələrə xüsusi diqqət verməsi, bu ölkə ilə əlaqələrin strateji önəmindən xəbər verir. Ölkəmizə növbəti rəsmi səfərini həyata keçirən Pakistan Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif yüksək səviyyədə qarşılanmış, qardaş ölkəyə gəlişindən məmnunluğunu ifadə etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 24-də mətbuata bəyanatlarla çıxış ediblər. Ölkəmizin başçısı ali qonağı salamlayaraq Azərbaycan ilə Pakistanın münasibətlərinin iki qardaş ölkə arasında olan münasibətlər səviyyəsində olmasından məmnunluğunu ifadə edib. Cənab Prezident qeyd edib ki, iki qardaş ölkə olaraq Azərbaycan və Pakistan beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birinə dəstəyi davam etdirəcəklər: “Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik.” Ölkəmizin başçısı bildirib ki, cənab Baş nazirin bu səfərində Azərbaycan ilə Pakistan arasında 10 saziş imzalanıb ki, həmin sazişlər də gələcək əməkdaşlıq üçün yaxşı bünövrə yaradacaq.

Daha sonra millət vəkili iki ölkə arasında iqtisadi münasibətlərin yüksək səviyyədə inkişaf etdirilməsi üçün göstərilən səylərin əhəmiyyətini vurğulayıb: “Hər iki ölkənin liderləri tərəfindən göstərilən səylər, indiki şəraitdə əlaqələrin çərçivəsini genişləndirmək, müxtəlif sahələrdə əməkdaşlığın perspektivlərini nəzərdən keçirmək qərarı gələcəkdə hər iki dövlətin qarşılıqlı investisiya yatırmaq imkanlarını daha da yaxşılaşdıracaqdır. Bununla yanaşı, bağlantı və daşımalar sahəsində aparılan müzakirələr də kifayət qədər diqqəti cəlb edir. Cənab Prezident İlham Əliyev bu xüsusda demişdir: “Beynəlxalq daşımalar dəhlizlərinin ayrılmaz hissəsi olan Azərbaycanın daşımalar infrastrukturunun imkanlarının artırılması məqsədilə mən cənab Baş nazirə planlarımız, müqavilələr və imzaladığımız razılaşmalar barədə məlumat verdim - istər Şimal-Cənub və ya Şərq-Qərb. Azərbaycan hər ikisində iştirak edir. Əlbəttə ki, bu, bağlantı və daşımaların, iqtisadi inkişafın, o cümlədən siyasi sabitliyin mühüm elementidir. Bir-birinə yaxın yerləşən ölkələr bu cür çoxtərəfli əməkdaşlıq formatında iştirak etdiyi zaman vəziyyət bizim regionlarda daha proqnozlaşdırılan olur. Bu, həmçinin regional sabitliyin mühüm meyarıdır.” Qardaş və dost ölkə olan Pakistanla münasibətlərin bu səviyyədə inkişafı Azərbaycanın həm Şərqdə, həm də qlobal miqyasda mövqeyini möhkəmləndirməklə yanaşı, müdafiə sahəsində, eləcə də iqtisadi əlaqələrdə etibarlı tərəfdaş qazanmasına səbəb olur. Hər iki xalqın, iki qardaş dövlətin birlikdə addımlaması, vahid mövqedən çıxış etməsi müasir dünyada inkişaf və tərəqqi yolunda vacib şərtlərdən biri sayıla bilər” – deyə, Səttar Möhbalıyev fikirlərini tamamlayıb.

  • Дата: 27-02-2025, 11:31
  • Автор: anskanal
Полная статья »