Xəbərlərin siyahısı: Fevral 2025 illər » Səhifə 24 » ANS KANAL

Anonim yazıya imzalı cavab

Bilmirəm kimsən,  təxmin etməyə də çətinlik çəkirəm. Deyirlər ki, filankəsdir, inanmağım gəlmir,  amma sifətini yadıma salanda fikirləşirəm ki, bəlkə də elə sənsən. Alçaqlıq, şər, böhtan sifətinə hopub. İnsanın insandan narazılığı olar, ya üzünə deyər, ya da küsər danışdırmaz. Daha bu boyda sicilləmə, savadsız, səhvlərlə dolu qarışıq cümlələr uydurub, saytlara  qoymaz. Akademiyanı tənqid edən bir nəfər də də var idi. İmzasını qara, böyük hərflərlə yazırdı. Vallah,  səndən sonra ona hörmətim az da olsa yarandı. Çünki, sənin kimi əyninə kişi şalvarı geyib alçaq hərəkətlər etmirdi. Bəzən də əyrini əyri, hətta çaşıb düzü düz də yazırdı. Sənin yazdıqlarından  isə  bir şeyin qoxusu gəlir: alçaqlıq və qisas!
        Nəyin qisasını alirsan?!  Lap tutaq ki, uzun müddət vəzifədə qalanlarda nöqsan var. Yazdığın mənfilikilərə sahibdirlər, açıq yaz, nöqsanı göstər, imzanı qoy!  Bunu yazmağa... yoxdursa sus! Dilini bir yerə ...!  Samirə Əliyeva neçə illər idi ki, Həmkarlar  Komitəsinin sədri idi. Onda niyə danışmırdın, onda niyə susurdun? O direktor müavini keçəndən sonra dilin açıldi? Burda iki məsələ ola bilər, ya paxıllıq səni boğurdu, ya da o yerdə gözün var idi. Belə bir məqamda aydın məsələdir ki, şər, böhtan sınanmış metoddur. Baş mühasib – axşama qədər gününü rəqəmlərlə keçirən Leyla Cavadova haqqında yazdığın “köhnə fəaliyyətini davam etdirir” nə deməkdir? Açıq yaza bilirsən,  yaz,  imza da qoy,... yoxdursa, sus! Dilini bir yerə qoy!
      Gəlib çatdıq mənim haqqımda yazdıqlarına. Yeddi aydan sonra 73 yaşım tamam olacaq. Yaxşı qonaqlıq verəcəyəm, gələ bilsən gəl, gələ bilməsən şəkillər çəkib göndərərəm. Ömrüm boyu fiziki işlə, zehni əməyi paralel icra etmişəm. Müharibə keçmiş adamam. 46 ildir Əlyazmalar institutunda işləyirəm. Tərtib etdiyim lüğətlərlə birlikdə klassik irslə bağlı çap etdirdiyim əlliyə qədər kitabda imzam var. Dünyanın otuza qədər ölkəsində olmuşam. Həm Azərbaycanda, həm də xaricdə yüzdən çox məqalə çap etdirmişəm. İnsult dediyin də 1 il yox, 6 il bundan əvvəl olub. Maşın sürürəm, atadan qalma böyük bağım var. Bu bağda özüm həm ağayam, həm də nökər. Bugünki maaşımdan da razıyam, hələ bir pensiya da alıram. Elmi işlər üzrə direktor müavini keçməyim səni belə yandırır?! Yoxsa əlyazma oxuya bilməyən dostun, yoldaşın var bu vəzifəyə qoymaq istəyirsən?! Utanmırsan?! Məni gah Teymur Kərimlinin dostu kimi qələmə verirsən, gah da onun işlərinə nəzarətçi qoyulduğumu yazırsan. Bütün yazı boyu gah nala vurursan, gah da mıxa. Məni bir az da aşağılamaq üçün vaxtı ilə məhkəmələrdə plagiat iddiaları qaldırdığımı xatırladırsan. Sənə məsləhət görərdim ki, mənim bu mövzu ilə bağlı “Elmin hamar yolu – plagiat” kitabımı oxuyasan. Həmin kitabda qarşı tərəfin plagiat faktlarını bircə-bircə sadalamışam. Qonşu xalqdan olanın bir kitabın isə rus dilindən tərcümə edib öz adına nəşr etdirdiyini də qeyd etmişəm. Bizim üçün bir millət olaraq utancverici bu faktı sonradan çox açıb ağartmamışam. Buna qalmaqal deyirsən, ay ...?! Kimin mənə nə “tapşırdığını” elə “dəqiqliklə” deyirsən ki, sanki mənim bütün işlərimdə yanımda olub şam tutmusan. Ay yazıq! Hal-hazırda ailədə iki nəfərik, uşaqlar xaricdə yaşayır. Pulumuz özümüzə bəs edir. Heç kimin əlinə baxmırıq. Rüşvəti sən və sənin kimilər ala bilər. Mən heç bir dissertasiya işinin nə rəhbəri olmuşam, nə də opponenti. Rüşvəti mənə nəyə görə versinlər ki ?!
   Yazılı və şifahi sinxron tərcüməçi kimi hələ də fəaliyyət göstərib hər ay hardansa halal qonorarımı alıram. Heç olmasa, “Qanun” nəşriyyatında çap olunan tərcümə kitablarımı al, oxu, savadın az da olsa artsın. Bir də ki, arada qəsdən işlətdiyin bəzi ifadələr müxtəlif bölgələrə aid olsa da sənin kim olduğun gün kimi aydındır. İnsan kreslo üstündə mübarizəni də mərdi-mərdanə aparar, alçaq yollarla yox! Ayıb olsun! Rusların gözəl bir sözü var: «Какое твое собачее дело где я буду сидеть?!”
    Mən müavinliklə bərabər, həm də rəhbərlik etdiyim şöbənin müdiri olaraq qalıram. Və əsas yazı işlərimi öz köhnə yerimdə icra edəcəyəm. Sakitləş! Özünə gəl!
      Əlbəttə,  bütün dövlət müəssisələrində olduğu kimi, Əlyazmalar İnstitutunun da öz problemləri var. Və bütün kollektiv onların həlli istiqamətində mərhələli şəkildə çalışır. Müasir Azərbaycanda bir əlyazma almaq adı ilə yüz min manat pulu hesabdan silmək isə heç Süleyman Rüstəm küçəsinin də ağlına gəlməz. Ay dərviş, barıtı bir az azalt, bəlkə inandılar. Hələlik, bu qədər. Oxu, bunları həzm edə bilsən yenə yazaram.
   Əkrəm Bağırov                                              
Filologiya  üzrə fəlsəfə doktoru, dosent
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə dirketor müavini

P.S.  Bu yazını oxuyan bütün kənar oxuculardan yazdığım kəskin ifadələrə görə üzr istəyirəm. Burda da ruslar yaxşı deyib “Какой привет, такой и ответ”.

  • Дата: 18-02-2025, 19:46
  • Автор: anskanal
Полная статья »

Türkiyədə naməlum obyekt göründü: aeroportun fəaliyyəti dayandırıldı

Türkiyənin Qaziantep hava limanında naməlum işıq saçan obyektlə bağlı məlumatdan sonra uçuşlar dayandırılıb. 

Bu barədə "T24" qəzeti xəbər yayıb. Məlumata görə, söhbət pilotsuz uçuş aparatından (PUA) gedə bilər.

Hadisə fevralın 17-də baş verib. Təxminən yerli vaxtla saat 23:00-da pilotlar təxminən 10 min fut (3 min metrdən çox) hündürlükdə naməlum işıq saçan obyekt görüblər və bu barədə dispetçer qülləsinə məlumat veriblər. Obyekt radarlarda görünmədiyindən hava limanına eniş və qalxış qadağan edilib.

Hazırda obyektin dəqiq nə olduğu ilə bağlı məlumat yoxdur. Hava limanı yalnız obyektin kimliyi müəyyən edildikdən sonra fəaliyyətini bərpa edəcək.

  • Дата: 18-02-2025, 15:30
  • Автор: anskanal
Полная статья »

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) Səttar Mehbalıyevin 33 illik şahənşahlığına son qoyulduqdan sonra rəhbər dəyişikliyi baş verdi. Köhnə sədri əvəzləyən Sahib Məmmədova inam böyük idi. Əksəriyyət AHİK-dəki dəyişiklikdən sonra yeni tendensiyaların yaranacağına, islahatların apararaq yeniliklər edəcəyinə, uzun illərdir kreslolarına yapışmış şəxsləri uzaqlaşdıracağına böyük ümidlər bəsləyirdi. Hətta yeni kadrları gözləyənlər də az deyildi. Amma bunun əksi baş verməyə başladı. Sahib Məmmədovdan işçilərin hüququları ilə bağlı cəsarətli açıqlamalar verilməsi gözləntiləri də xəyal oldu. Halbuki o, təkcə bu məsələni deyil, illərlə həmkarlara pul ödəyib sanatoriyada müalicə və istirahət huquqndan məhrum olan vətəndaşların huquqi maarifləndirməsi yonündə seminarlar, görüşlər təşkil etməli idi. Lakin AHİK-də yenə əvvəlki ab-hava davam edir.


Kainat.tv saytının redaksiyasına göndərilən məqalədə qeyd olunur ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şirvan Şəhər Komitəsinin sədri Niyazi Nəcəfov müəllimlərdən çox məktəb rəhbərlərinə özünü yaxın hiss edir, sosial, iqtisadi məsələlər barədə qanunvericiliyə əməl olunmasını və aşkara çıxarılmış pozuntuların aradan qaldırılmasını tələb etməyə cürət etmir. Məqalədə bildirilir ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Şirvan şəhəri üzrə Təhsil sektorunun müdiri Varis Qasımlı ilə əlbir işləyən Niyazi Nəcəfov təhsil müəssisələri rəhbərlərinin öz işçiləri ilə müqavilələrin müddəalarını yerinə yetirməsə də, səsini çıxarmağa hünəri çatmır, çünki "gözükölgəlidir", həmişə istismar olunanların deyil, istismar edənlərin tərəfində olub: “Niyazi Nəcəfov həmkarlar təşkilatının xətti ilə maddi yardımı çox vaxt layiq olan, əsl ehtiyac duyan təhsil işçilərinə deyil, məhz özü istədiyi, ona “xüsusi minnətdarlıq etməyi bacaran” şəxslərə yazır. Belə qərarları sədr həmişə təkbaşına verir və nəyə əsaslandığı barədə hesabat verməyə özünü borclu saymır”.

Məqalədə o qeyd olunur ki, ilk təşkilat ideoloji təbliğatla bağlı tədbirlər keçirməyi ümumiyyətlə unudub, təşkil etdiyi bütün tədbirlər sədrin özünün maddi maraq güddüyü məsələlərlə bağlı olub: “Komitə Məclisi, Rəyasət Heyəti, komitənin nəzdindəki komissiyalar formal olaraq mövcuddur, bütün qərarları Niyazi Nəcəfov təkbaşına verir. Hesabat seçki konfransları da yalnız kağız üzərində keçirilir, nəticəsi də Niyazi müəllimin xeyirinə olur. Təşkilatda külli-ixtiyar Niyazi Nəcəfovun əlində olduğu üçün HİK-in müvafiq vəzifə daşıyıcılarının seçilməsi də formal xarakter daşıyıb. Təftiş komissiyası da kağız üzərində mövcud olduğundan, təhsil müəssisələrində işlərin gedişinə nəzarət, müəllimlərin təkliflərinə, ərizə və şikayətlərinə baxılması işi və HİK-nin büdcəsinin düzgün icrası, maliyyə, təsərrüfat fəaliyyətinin yoxlanılması yaddan çıxıb”.

Məqalədə birmənalı olaraq vurğulanır ki, Şirvan şəhər TİAHİ müəllimlərin sosial, hüquqi, mənəvi mənafelərinin müdafiəsini həyata keçirmək vəzifəsinin öhdəsindən gələ bilmir: “Əməkdaşların istirahətinin təmin olunması müstəvisində daim ayrı-seçkiliyə yol verilib. Təşkilat üzvlərinin istirahətlərinin təşkili, təhsil işçiləri üçün sanatoriyalara güzəştli yollayışların (“putyovka”) verilməsi məsələsi həmişə problemli, mübahisə doğuran məsələ olub. Heç kəsə sirr deyil ki, Niyazi Nəcəfov “putyovkaları” onların ümumi qiymətinin 15 faizinə deyil, iki dəfə artıq qiymətə satıb. Nəticədə bəzi imkanlı şəxslər hər il bu fürsətdən yararlandıqları halda, Niyazi Nəcəfovu “görə bilməyən”lərin çoxları illərlə istirahət hüququndan istifadə edə bilməyiblər. Ümumiyyətlə, təşkilatın fəaliyyət çevrəsinə aid olan bütün humanist addımlar; rüşvət qarşılığında həyata keçirilir”.

Qeyd edək ki, bütün bu məsələlərə aydınlıq gətirmək üçün Niyazi Nəcəfov ilə əlaqə saxlamağa cəhd etdik. Dövlət tərəfindən müəyyən edilmiş telefonlara günlərlə zəng etsək də, dəstəyi qaldıran olmadı. Sual olunur: Əgər dövlət tərəfindən təyin edilmiş bu telefon nömrələrinə cavab verən yoxdursa, nə üçün hər ay bu nömrələr üçün pul köçrülməlidir?
Ardı var...

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Paytaxt.org

  • Дата: 18-02-2025, 14:43
  • Автор: anskanal
Полная статья »

Peskov: Putin Zelenski ilə danışıqlara hazırdır

"Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlara hazırdır".

Bu sözləri Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

O qeyd edib ki, lakin onun legitimliyinin hüquqi aspektləri nəzərə alınmalıdır:

"Volodimir Zelenskinin 5 illik səlahiyyət müddəti 2024-cü il mayın 21-də başa çatıb və hərbi vəziyyət səbəbindən ölkədə prezident seçkiləri keçirilməyib".

  • Дата: 18-02-2025, 13:36
  • Автор: anskanal
Полная статья »


Prezident İlham Əliyev, Azərbaycan tarixinin ən mühüm liderlərindən biri olaraq, həm güclü siyasətçi, həm də Ali Baş Komandan olaraq ölkəsini və xalqını hər zaman ən yüksək səviyyədə müdafiə edib və inkişaf etdirib. Onun liderliyi altında Azərbaycan, müstəqilliyini möhkəmləndirərək, regional və beynəlxalq arenada söz sahibi olub. İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar, iqtisadi inkişaf və sosial rifah sahələrində əldə olunan nailiyyətlər, onun nə qədər güclü və uzaqgörən bir siyasətçi olduğunu bir daha sübut edir.

Güclü Siyasətçi və Azərbaycanın Uğurlu Yolu

İlham Əliyev, Azərbaycanın müstəqilliyini və suverenliyini qorumaq üçün həm daxili, həm də xarici siyasətdə effektiv və strateji addımlar atıb. Onun rəhbərliyi altında Azərbaycan, dünya birliyində mövqeyini möhkəmləndirib, beynəlxalq əlaqələrini inkişaf etdirərək, regionda güclü bir liderlik nümayiş etdirib. İlham Əliyev, siyasətdə hər zaman Azərbaycan xalqının maraqlarını ön planda tutaraq, ölkənin iqtisadi və sosial sahələrində müsbət dəyişikliklərə imza atıb.

Onun dövründə həyata keçirilən islahatlar və modernləşmə layihələri Azərbaycanın gələcəyini işıqlı edir. İqtisadiyyatın şaxələndirilməsi, sosial təminatın gücləndirilməsi və qeyri-neft sektorunun inkişafı, Prezident İlham Əliyevin vizyonunun nəticəsidir. Bu siyasətlər, Azərbaycanı dünya iqtisadiyyatında mühüm bir oyunçuya çevirib.

Ali Baş Komandan və Vətən Müharibəsində Qazanılan Qələbə

İlham Əliyev, yalnız siyasətçi deyil, həm də Ali Baş Komandan kimi xalqının müdafiəçisi olub. 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində onun rəhbərliyi altında Azərbaycan, ərazi bütövlüyünü bərpa etdi və Qarabağı azad etdi. İlham Əliyevin komandanlığı altında, Azərbaycan ordusu möhtəşəm bir qələbə qazandı və düşmənin işğal etdiyi torpaqlar geri alındı. Prezidentin güclü liderliyi, hərbi strategiya və xalqın birliyi nəticəsində Azərbaycan, uzun illərdən sonra öz ərazilərini azad etdi.

Vətən müharibəsində qazandığı bu qələbə, İlham Əliyevin xalqına olan xidmətinin ən böyük göstəricisidir. O, təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının qürur mənbəyinə çevrildi. Şəhidlərimizin xatirəsi əziz tutulur, qazilərə dəstək isə hər zaman dövlətin əsas prioritetlərindən biri olub.

Şəhidlərə və Qazilərə Dəstək

Prezident İlham Əliyev, şəhid ailələri və qazilərə göstərilən dəstəyi hər zaman ön planda tutub. Onun rəhbərliyi altında dövlət, Vətən uğrunda canını qurban verən şəhidlərimizin ailələrinə maddi və mənəvi dəstək göstərib, onların sosial rifahının təmin edilməsi üçün bir çox layihələr həyata keçirib. Eyni zamanda, müharibədə yaralanan qazilərimizin sağlamlığının bərpası və onlara xüsusi qayğı göstərilməsi istiqamətində ciddi addımlar atılıb.

İlham Əliyev, şəhidlərimizin və qazilərimizin döyüşdəki fədakarlıqlarını yüksək qiymətləndirərək, onların hər zaman yanlarında olduğunu vurğulayıb. Dövlət tərəfindən həyata keçirilən sosial proqramlar, şəhid ailələrinə evlərin verilməsi, tibbi xidmətlər, işlə təmin olunmaları və təhsil imkanlarının genişləndirilməsi bu dəstəyin göstəricisidir. Prezident, hər zaman xalqını, xüsusən də müharibə iştirakçılarını qürurlandıracaq addımlar atıb.

Qarabağda Əhalinin Yüksək Səviyyədə Köçürülməsi və Yaşama Şəraiti

Qarabağda Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra, Prezident İlham Əliyev ərazilərin bərpası və inkişafı sahəsində mühüm addımlar atdı. Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş ərazilərində insanların geri qayıtması və yeni həyat qurması üçün genişmiqyaslı layihələr həyata keçirilməyə başlandı. İlham Əliyevin rəhbərliyi ilə, orada infrastrukturların yenidən qurulması, yaşayış evləri, məktəblər, xəstəxanalar və digər vacib obyektlər tikildi.

Xüsusilə, Qarabağa qayıdan vətəndaşların yaşayış şəraiti yüksək səviyyədə təmin edilir. Prezident, hər bir vətəndaşın orada rahat və təhlükəsiz şəraitdə yaşamasını prioritet sayıb və bu məqsədlə yerli idarəetmə strukturlarına yönləndirmələr edib. “Ağıllı kənd” və “ağıllı şəhər” layihələri vasitəsilə Qarabağda yeni və müasir həyatın qurulması istiqamətində əhəmiyyətli addımlar atılıb.

Bununla yanaşı, əhalinin sosial təminatının artırılması və iş yerlərinin yaradılması məqsədilə dövlət dəstəyini davam etdirir. Qarabağda hər bir ailənin ev sahibi olması, işə qəbulu və gələcəkdə ərazilərin tam bərpası ilə bağlı genişmiqyaslı planlar mövcuddur.

Nəticə: İlham Əliyevin Xalqına Xidmət Edən Liderlik

İlham Əliyevin güclü siyasətçi və Ali Baş Komandan olaraq göstərdiyi xidmətlər, onun xalqına olan bağlılığını və sadiqliyini bir daha təsdiq edir. Onun rəhbərliyi ilə Azərbaycan, ərazi bütövlüyünü bərpa edib, müharibə şəhidlərinə və qazilərə yüksək diqqət göstərib, Qarabağda yeni həyatın qurulması istiqamətində böyük irəliləyişlər əldə edib. İlham Əliyev, yalnız Azərbaycan xalqı üçün deyil, bütün Türk dünyası üçün əvəzsiz bir liderdir. Onun rəhbərliyi altında Azərbaycan, güclü, müstəqil və irəliləyişdə olan bir dövlətə çevrilib.

  • Дата: 18-02-2025, 13:21
  • Автор: anskanal
Полная статья »