Xəbərlərin siyahısı: Fevral 2025 illər » Səhifə 15 » ANS KANAL

Bu gün avtobuslar saat 21:30-dək işləyəcək

“Kəskin hava şəraiti ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə bu gün Bakı şəhəri və Abşeron rayonu ərazisində avtobuslar saat 21:30-dək fəaliyyət göstərəcək”.

“Bu barədə Oxu.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib.

“Sərnişinlərdən səfərlərini planlayarkən bunu nəzərə almalarını xahiş edirik. Hərəkət iştirakçılarına ehtiyatlı olmaları, kəskin hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini tövsiyə edirik”, - deyə qurum rəsmisi əlavə edib.

  • Дата: 21-02-2025, 13:09
  • Автор: anskanal
Полная статья »

Lerikdə İrandan gətirilən 10 kq narkotik aşkarlandı

Lerikdə polisin keçirdiyi əməliyyatla 10 kiloqram narkotik aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin cənub regional qrupundan verilən məlumata görə, çətin relyef şəraitindən istifadə edərək qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik vasitənin Bakı şəhərində realizə olunmasının qarşısı polis əməkdaşları tərəfindən alınıb.
Qeyd edilən əməli törədən şəxslər - Zülfüqar Süleymanov və Məhəmməd Nağıyev Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb. Onlardan 10 kiloqram marixuana aşkarlanıb. Araşdırmalarla onların narkotik vasitəni şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri və maddi qazanc qarşılığında Bakı şəhərində deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

  • Дата: 21-02-2025, 12:48
  • Автор: anskanal
Полная статья »

Günahsız Xocalı qurbanlarının qisası döyüş meydanında alındı

Artıq 5 ildir ən dəhşətli soyqırımlarından biri olan Xocalı faciəsinin qisası döyüş meydanında alınıb. İnsanlar indi bu faciəyə fərqli formada yanaşır. Qisas qiyamətə qalmadı deyə bir təskinlik yaşayır. 2023-cü ilin 15 oktyabrında cənab Prezidentin tariximizə qızıl hərflərlə düşmüş səfərinin ardından Qarabağda yeni mərhələ başlanıb və nəinki Xocalı, eləcə də bütövlükdə Qarabağ son 100 illik tarixində heç olmadığı qədər azaddır, müstəqildir. 1992-ci ilin 25 fevraldan 26 fevrala keçən gecə ermənilər Xankəndidə yerləşən keçmiş SSRİ-nin 366 motoatıcı alayının iştirakı ilə Xocalıda elə bir dəhşətli soyqırımı aktı törətdilər ki, şahidləri, əsirləri dinlədikcə, əldə olan kadrlara baxdıqca insanın qanı donur. Xocalıdakı cinayətləri ilə ermənilər faktiki olaraq soyqırımı aktı törətdilər, çünki "Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması" haqqında konvensiyanın bütün tələbləri ermənilərin törətdikləri vəhşiliklərdə sırf azərbaycanlıları məhv etməyə yönəlik xüsusi qəsd amilinin olması; uşaqların, qadınların qəddarlıqla qətlə yetirilməsi adıçəkilən konvensiyanın sadəcə bir neçə maddəsini özündə ehtiva edir. Xüsusi qəsd amilinin olmasını dəstəkləyən digər önəmli faktlar isə budur ki, Xocalı hələ 1991-ci ilin oktyabr tarixindən etibarən mühasirəyə alınır, 1992-ci ilin 28 yanvar tarixində isə sonuncu helikopter Xocalıya eniş edə bilir. Bu tarixdən sonra Xocalının nəinki Azərbaycan, bütün dünya ilə əlaqəsi itir və ötən hər gün Xocalını yavaş-yavaş soyqırımına doğru aparır. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalının işğal etdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törətdilər. Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olundu, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirdi, 613 nəfər, o cümlədən 63 uşaq, 70 qoca, 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürüldü. Ermənistan tərəfindən Azərbaycana qarşı başlanan müharibənin səbəbləri və nəticələrinin ümumi qiymətləndirilməsi və Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub. Xocalıdakı mülki insanların məqsədyönlü qırğını sadəcə azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlmişdi. Bu gün Xocalıda tapılmış kütləvi məzarlıqlar da soyqırımın dəhşətini növbəti dəfə göstərir. İnsanları, qadınları, uşaqları əllləri-qolları bağlı öldürərək, basıdırblar. Hətta əsr kimi saxladıqları azərbaycanlıları da sonradan öldübürüb kütləvi məzarlıqlarda basıdrıblar. Azərbaycana qarşı davam edən təcavüz fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları, Soyqırım Cinayətinin Qarşısının alınması və Cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və Digər Qəddar, Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Davranış və Cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq Hüquqları haqqında Konvensiya və İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır. İşğalçı və soyqırımı siyasətinə münasibətdə Ermənistanı işğalçı dövlət olaraq tanıyan ilk beynəlxalq təşkilat İslam Əməkdaşlıq Təşkilatı oldu. Nəzərə almaq lazımdır ki, İƏT Azərbaycan Respublikasının üzv olduğu ilk beynəlxalq təşkilatdır və İƏT qəbul etdiyi qətnamələrində dünya ictimaiyyəti, xüsusilə də İƏT ölkələrinə həm işğal edilmiş torpaqlarımızla bağlı, həm də 1 milyona yaxın qaçqın problemi ilə bağlı zəruri çağırışlar etmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, İƏT Azərbaycanın Qarabağ həqiqətlərini dünya dövlətlərinin diqqətinə çatdırması üçün önəmli siyasi platforma rolunu oynamışdır. 32 ildən sonra cənab Prezidentin iştirakı ilə xocalıların Xocalıda bu qanlı soyqırımı anması, onların əziz xatirəsinə həsr edilən Memorial Kompleksin bünövrəsinin qoyulması olduqca önəmli bir tarixi an oldu. Çünki Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək bir qanlı aktdır. Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq. Sözsüz ki, Xocalıda olanlar Azərbaycan xalqının qan yaddaşından heç vaxt silinməyəcək. Məhz Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində təbliğ edilir. Çünki Xocalı soyqırımı cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir: “Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır. Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdilər ki, Xocalı soyqırımı ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın.” Nəticədə isə bu ədaləti ancaq Azərbaycanın özü təmin etdi. II Qarabağ müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Təbii ki, 2023-cü ilin 19-20 sentyabrına qədər bu ərazilərdə hələ də özünün mövcudluğunu saxlamağa çalışan separatçı rejim tarixin arxivinə göndərildi. Cənab Prezident də qeyd edib ki, Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik”. 2023-cü il oktyabrın 15-də Xocalıda Müzəffər Ali Baş Komandan tərəfindən şanlı üçrəngli bayrağımızın ucaldılması tarixi ədalətin təntəsəni oldu. Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Günahsız Xocalı qurbanlarının qisası döyüş meydanında alındı. Artıq Qarabağ və Şərqi Zəngəzurda böyük qayıdış konsepsiyasına uyğun olaraq sürətlə bərpa, quruculuq işləri icra edilir. Bu mənada 2023-cü ilin 20 sentyabrından sonra ilk növbədə, Xocalıda xocalılıların evləri bərpa edilməyə başlayıb. Qısa zamanda həyata keçirilən bərpa-quruculuq işləri keçmiş qaçqın və məcburi köçkünlərin öz tarixi ata-baba yurdlarına qayıdaraq, burada əbədi xoşbəxt, təhlükəsiz şəraitdə yaşayışı təmin olunacaq.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri

  • Дата: 21-02-2025, 12:14
  • Автор: anskanal
Полная статья »

Yol polisi hava şəraiti ilə bağlı piyadalara müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı piyadalara müraciət edib.

Bu barədə qurumdan məlumat verilib.

Bildirilib ki, hazırda ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti piyadalar üçün bir sıra çətinliklər yaradıb:

"Bununla yanaşı, yolların sürüşkənliyi və məhdudiyyətli görünmə səbəbindən piyadavurma hadisələrinin baş vermə ehtimalı artıb.

Lakin bəzən piyadaların qeyri-sabit hava şəraitini düzgün qiymətləndirməməsi, daha çox sürücülərin məsuliyyətinə güvənərək yolu nəzərdə tutulmayan yerlərdən keçməsi, səki olduğu halda, eləcə də qəflətən yolun hərəkət hissəsinə çıxması yol qəzalarının baş verməsinə real zəmin yaradır.

Nəzərə almaq lazımdır ki, sürüşkən yolda piyadanın anidən yola çıxması onsuzda çətinliklə hərəkət edən sürücünü kəskin tormozlamaya vadar edir ki, bu da piyadavurma, toqquşma, maneəyə vurma kimi ağır hadisələrə gətirib çıxarır.

Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkətinin ən müdafiəsiz iştirakçısı olan piyadalara müraciət edərək, bir daha onları əlverişsiz havalarda yola çıxarkən öz həyat və sağlamlıqlarına qarşı diqqətli olmağa, verilən tövsiyələrə laqeyd yanaşmamağa, hərəkəti qaydalarına istisnasız əməl etməyə çağırır".

  • Дата: 21-02-2025, 12:03
  • Автор: anskanal
Полная статья »

Səttar Möhbalıyev: “Bu gün Xocalıda dalğalanan Azərbaycan bayrağı bərpa olunmuş tarixi ədalətin təntənəsidir”

“1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən birinə çevrildi. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Azərbaycanın qədim tarixi məkanlarından olan Xocalı şəhəri işğalın nəticəsində xarabalığa çevrildi. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olundu, qəbiristanlıq vandallara xas üsullarla dağıdıldı. Xocalı qətliamına ilk dəfə hüquqi qiymət verən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bu dəhşətli faciə barədə demişdir: “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu.” Bu gün hələ də erməni şovinizmini qidalandırmaqda davam edən bəzi Qərb ölkələri isə, Xocalı qırğınını törədən cinayətkar rejimi dəstəkləməklə özlərini də ifşa etmiş olurlar.”

Bu fikirləri 26 fevral Xocalı soyqırımı günü ilə bağlı aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev səsləndirib.

Daha sonra deputat xüsusi olaraq qeyd edib ki, Azərbaycan ədaləti bərpa emək üçün heç bir xarici dəstəyə, heç bir kənar qüvvənin müdaxiləsinə ehtiyacı olmadığını və əli xalqımızın qanına bulaşmış istənilən cinayətkarı cəzalandırmaq gücündə olduğunu 2020-2023-cü illər ərzində bütün dünyaya nümayiş etdirdi: “İlk dəfə 1994-cü il fevralın 24-də Milli Məclis Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi və BMT-dən, dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Qəbul edilmiş qərara əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş qanlı Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Əslində Xocalı faciəsi kimi qətliamlar bütün dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar və əqdlər tərəfindən birmənalı olaraq pislənir, belə əməllərin yolverilməz olduğu açıq-aydın bildirilir. Lakin az öncə də qeyd etdiymiz kimi, müəyyən qüvvələrin səyləri nəticəsində ermənilərin Azərbaycana qarşı törətdiyi bu vəhşiliyə qarşı dünya ictimaiyyəti uzun müddət susqunluq göstərmişdir və əgər bu gün vəziyyət bizim xeyrimizə dəyişirsə, bu, birmənalı olaraq Xocalı qətliamı ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə düzgün təbliği və cinayətkarların layiqli cəzalandırılması istiqamətində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hücum diplomatiyasının və xarici siyasətin bariz nəticəsidir. Digər tərəfdən isə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci ildə apardığı Vətən müharibəsinin gedişində döyüş meydanında bütün şəhidlərimizin, o cümlədən Xocalı faciəsinin qurbanlarının qisasını düşməndən aldı. Bununla da Azərbaycan ədaləti bərpa etmək üçün əslində heç bir xarici qüvvənin müdaxiləsinə ehtiyacı olmadığını bütün dünyaya nümayiş etdirdi. Eynilə 2023-cü ildə ölkəmiz özünün ərazi bütövlüyünü və tam suverenliyini bərpa etdikdən sonra qolları qandallı Bakıya gətirdiyi qukasyanların, harutyunyanların və digər yanların, xüsusilə də Xocalının Meşəli kəndində dinc sakinlərimizə divan tutan xaçatryanın timsalında, Azərbaycan dövləti bütün dünyada olan anti-Azərbaycan qüvvələrə ən vacib mesajını göndərdi – ölkəmizə, xalqımıza qarşı törədilən heç bir cinayət cəzasız qalmayacaq! Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev keçən ilin oktyabr ayında separatçıların ölkəmizin ərazisində ilk və son iqamətgahlarına çevirdikləri Xankəndidə, Ağdərədə, Xocavənddə və əlbəttə ki, Xocalıda Azərbaycan Bayrağını şəxsən ucaldaraq tarixi ədalətin həmişəlik bərpa olunduğunu dünyaya bəyan etdi” – deyə, Səttar Möhbalıyev öz fikirlərini tamamlayıb.

  • Дата: 21-02-2025, 11:28
  • Автор: anskanal
Полная статья »

Yasin Əlquliyev, Nəsimi rayonunda Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 23 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olaraq uzun illər ərzində göstərdiyi peşəkar fəaliyyət və yüksək məsuliyyəti ilə seçilən bir rəhbərdir. Onun rəhbərliyi altında mənzil-kommunal sahəsində aparılan işlər daim keyfiyyət və operativlik prinsipləri əsasında qurulmuşdur.

İstismar sahəsinin səmərəli fəaliyyəti üçün müasir yanaşmaları tətbiq edərək, şəhər infrastrukturunun təmiz, abad və təhlükəsiz saxlanılmasına töhfə verən Yasin Əlquliyev, öz peşə borcuna vicdanla yanaşır. O, idarəçiliyi altında çalışan əməkdaşların iş şəraitinin yaxşılaşdırılmasına, vətəndaşların rahatlığı üçün operativ tədbirlərin həyata keçirilməsinə və mənzil-kommunal sahəsində innovativ həllərin tətbiqinə xüsusi önəm verir.

Bundan əlavə, Yasin Əlquliyev hər zaman şəhid ailələrinə və qazilərə xüsusi diqqət və qayğı ilə yanaşır. O, sosial məsuliyyət prinsipini rəhbər tutaraq, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq dəstək göstərir. Şəhid ailələrinin və qazilərin problemlərinin həlli üçün yorulmadan çalışan bu fədakar rəhbər, onların cəmiyyətə inteqrasiyası və rifah səviyyəsinin yüksəldilməsi üçün də müxtəlif təşəbbüslərlə çıxış edir.

Peşəkarlığı, humanistliyi və işinə yüksək sədaqəti ilə tanınan Yasin Əlquliyev, öz fəaliyyətini daim vətəndaşların rahatlığı və rifahı naminə yönəldir. O, həm təcrübəsi, həm də rəhbərlik etdiyi kollektivin birgə səyləri sayəsində, Nəsimi rayonunun abadlaşması və mənzil-kommunal təsərrüfatının inkişafında əhəmiyyətli rol oynayır.

Yasin Əlquliyevin rəhbərliyi ilə həyata keçirilən layihələr və abadlıq işləri təkcə bu gün üçün deyil, gələcək nəsillər üçün də sağlam və müasir şəhər mühitinin formalaşdırılmasına xidmət edir. Onun uğurlu idarəçilik fəaliyyəti, sosial məsuliyyəti və vətənpərvər mövqeyi, şübhəsiz ki, cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.

  • Дата: 21-02-2025, 10:46
  • Автор: anskanal
Полная статья »

Hazırda respublikanın avtomobil yollarında vəziyyət necədir?

Ötən gündən başlayaraq ölkə ərazisində şaxtalı və qarlı hava şəraiti hökm sürməkdədir.

Havanın temperaturunun ötən günlərlə müqayisədə xeyli enməsi nəticəsində gecə saatlarından etibarən Bakı şəhərində və respublikanın avtomobil yollarında müəyyən problemlər yaşanıb.

Hazırda respublikanın avtomobil yollarında vəziyyət necədir?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda vəziyyət normaldır.

O qeyd edib ki, axşam saatlarından etibarən müvafiq tədbirlər görülməyə başlanılıb və müəyyən ərazilərdə qəfil buzlaşma baş verib:

"Xüsusilə, Bakı Dairəvi yolunda avtomobil sıxlığı yaranıb və əraziyə texnika cəlb olunmasında çətinliklər yaşanıb. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birgə hərəkət tənzimləndikdən sonra texnikalar əraziyə cəlb olunub və təxminən bir saat sonra yoldakı problem aradan qaldırılıb", - deyə qurum rəsmisi bildirib.

A.Nəcəfli əlavə edib ki, digər ərazilərdə də qabaqlayıcı tədbirlər görülüb, yollara duz səpilib ki, səhər saatlarında vətəndaşlar rahat şəkildə yola çıxa bilsinlər:

"Hazırda Bakı şəhərinin giriş-çıxış yolları və əsas prospektlərdə hər hansı problem müşahidə olunmur. Respublikanın avtomobil yollarında da vəziyyət nəzarət altındadır, bəzi problemli ərazilərdə isə gecə boyunca işlər aparılıb və səhər də davam etdirilir. Hələ ki, ciddi problemlər yoxdur".

Qurum rəsmisi sürücülərə xəbərdarlıq edib ki, bu cür hava şəraitində yola çıxarkən hazırlıqlı olmalıdırlar:

"Yay təkərləri ilə buzlu yollarda hərəkət etmək təhlükəlidir. Yollara duz səpilsə də, yay təkərləri həm sürücülər, həm də digər nəqliyyat vasitələri üçün təhlükə yaradır və bu, texnikaların ərazilərə cəlb olunmasında çətinliklərə səbəb ola bilər", - deyə A. Nəcəfli vurğulayıb.

  • Дата: 21-02-2025, 10:42
  • Автор: anskanal
Полная статья »