Xəbərlərin siyahısı: Fevral 2025 illər » Səhifə 12 » ANS KANAL

Tramp avropalı lideri 10 dəqiqəlik görüş üçün qapısında 1,5 saat gözlətdi - Qalmaqal

ABŞ prezidenti Donald Tramp Polşa prezidenti Anjey Dudanı 10 dəqiqəlik görüş üçün 1,5 saat qapıda gözlədib.  

Bu iztirablı anlar Ağ Evin təhlükəsizlik kameralarına düşüb.

Prezident Dudanın 1,5 saat qapı arxasında dayanması Polşa ictimaiyyətinin gündəmində faciəvi hadisə kimi qiymətləndirilərək kəskin tənqidlərə səbəb olub.

Polşa cəmiyyətindən isə fərqli olaraq Ağ Evin X sosial media hesabında görüşün fotosu paylaşılıb. Tramp-Duda əlaqələri yaxın dost, ABŞ-Polşa münasibətləri isə yaxın müttəfiq kimi dəyərləndirilib.

Açıqlamada deyilir ki, Tramp görüşdə çıxışı zamanı Dudanı "böyük insan və böyük dost" kimi xarakterizə edib və onu Polşanın müdafiə xərclərini artırdığına görə tərifləyib.

<embed width="640" height="360" src="https://player.olke.az?v=39975&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>

  • Дата: 24-02-2025, 11:38
  • Автор: anskanal
Полная статья »

Beyləqan Mal bazarının rəhbəri Qəhrəman müəllim - 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan xalqının XX əsrdə üzləşdiyi ən dəhşətli faciə kimi yaddaşlara həkk olan və Azərbaycan tarixinin dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir. Separatçı ermənilər havadarlarının köməyi və dəstəyi ilə Xankəndi şəhərində yerləşmiş Sovet hərbi bazasının texnikasından istifadə edərək həmin gecə azərbaycanlılar yaşayan Xocalı şəhərini yerlə yeksan edərək insanlığa sığmayan vəhşilik törətdilər. Qocalara, uşaqlara, qadınlara və əliyalın insanlara məhəl qoymadan qarşılarına çıxan hər kəsi azərbaycanlı olduğuna görə məhv etdilər. Bu əsl soyqırım aktıdır və BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A(III) saylı qətnaməsinin tələblərinə tam uyğundur. Bu soyqırım nəticəsində rəsmi məlumata görə Xocalı şəhərinin 613 nəfər sakini öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. Həmin gecə 487 insan şikəst olub, 1275 nəfər əsir götürülüb, 150 nəfərin isə taleyindən hələ də xəbər yoxdur. 56 nəfər ermənilərə xas olan xüsusi amansızlıq və qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarnını süngü ilə yararaq öldürüblər. Bir çox ailələr tamam məhv olmuş, xeyli sayda uşaqlar bir və ya hər iki valideynini itirmişdir. Onu da qeyd etmək lazımdır ki, bu dəhşətli hadisənin törədilməsində əli olan ermənilər yazdıqları kitablarda bütün bu və digər faktları açıq-aydın göstərməklə soyqırım törətdiklərini etiraf edir və bununla fəxr etdiklərini bildirirlər.

Xocalı soyqırımının baş verməsindən bir neçə gün sonra dünyanın tanınmış mətbu orqanları – Krua ıEveneman jurnalı(Paris), “Sandi Tayms” (London), “İzvestiya”(Moskva) və digər xarici qəzet və jurnallar erməni vəhşiliklərini açıq şəkildə göstərərək bunların azərbaycanlıların təbliğatı deyil, reallıq olduğunu qeyd etmişlər.

Azərbaycan dövləti və xalqımız Xocalıda törədilən bu vəhşiliyi heç vaxt unutmur və onu bütün dünyaya tanıtmaq üçün daim geniş miqyaslı tədbirlər həyata keçirir. İlk öncə onu qeyd etmək lazımdır ki, “Bu soyqırımı eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” – deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmiş və Prezidentin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17:00-da ölkəmizin ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir.

Xocalı soyqırımının bütün dünyada tanıdılması üçün 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və müəllifliyi ilə “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına başlanmışdır. Bu kampaniya və həyata keçirilən digər tədbirlər nəticəsində 17-dən çox ölkənin qanunverici orqanları, habelə ABŞ-nin 20-dən çox ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Eyni zamanda 20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının(İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırım kimi tanıyan qətnamə qəbul edilmişdir. Hazırda bu istqamətdə tədbirlər davam etdirilir.

Ermənilərin bu vəhşiliklərinə baxmayaraq Azərbaycan xalqı respublikamızın ərazi bütövlüyünün və suverenliyinin bərpası üçün Ali Baş Komandan, Prezidenti İlham Əliyev cənablarının ətrafında sıx birləşərək 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük müharibədə və 2023-cü ilin noyabr ayında bir günlük antiterror əməliyyatında öz istəyinə nail oldu. Hazırda işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq işləri aparılır və bu bölgəyə Böyük qayıdış başlayıb. Xocalı şəhəri də yenidən qurulur və artıq onlarla ailə Azərbaycanımızın ən gözəl guşəsi olan bu şəhərdə məskunlaşmışdır və proses davam edir.

Çox obyektiv reallıqdır ki, Xocalı soyqırımının və xalqımıza qarşı törədilən bir çox cinayətlərin təşkilatçıları və rəhbərləri də “yaddan çıxmamış”, İlham Əliyev cənablarının apardığı çox uğurlu siyasət nəticəsində onlar həbs olunaraq Bakıya gətiriliblər. Hazırda bu insanlığa sığmayan vəhşilikləri törədənlərin məhkəməsi gedir və ümid edirik ki, onlar özlərinin layiqli cəzalarını alacaqlar. Eyni zamanda inanırıq ki, xalqımız öz Ali Baş komandanı və Prezidenti İlham Əliyevin rəhbərliyi altında Dəmir yumruğun həmişə yerində olduğunu daim nümayiş etdirəcək və xoş gələcəyimizə doğru inamla irəliləyəcəkdir.

  • Дата: 24-02-2025, 11:05
  • Автор: anskanal
Полная статья »

28b7ceef7285468a1204ebb9060674cc_3102952

Ağdam rayon İcra Hakimiyyətinin birinci müavini Allahverən Əliyev - Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı uzun illər ərzində həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətinin ən dəhşətli və qanlı səhifələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın silahlı qüvvələri və Xankəndidə yerləşən 366-cı motoatıcı alayın birbaşa dəstəyi ilə Xocalı şəhəri yerlə bir edilərək, azərbaycanlı dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıqla kütləvi qırğın törədildi.

Xocalının strateji əhəmiyyəti onun coğrafi mövqeyi ilə əlaqəli idi. Xankəndidən cəmi 10 kilometr məsafədə yerləşən bu şəhər Qarabağ bölgəsindəki yeganə hava limanının olduğu ərazi idi. Bu səbəbdən, Ermənistan hərbi və siyasi məqsədlərinə çatmaq üçün Xocalını əsas hədəfə çevirdi və şəhər sakinlərinə qarşı qeyri-insani vəhşiliklər həyata keçirdi. Dinc əhalinin çoxu, o cümlədən qadınlar, uşaqlar və qocalar xüsusi amansızlıqla qətlə yetirildi. Bəzi insanlar diri-diri yandırıldı, digərləri isə başlarının dərisi soyularaq işgəncələrə məruz qaldı. Bütün bunlar bəşəriyyətə qarşı ən ağır cinayətlər sırasında yer alır.

Xocalı faciəsi nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı insan amansızcasına qətlə yetirildi. 487 nəfər ağır yaralandı, 1275 nəfər girov götürüldü, 150 insan isə itkin düşdü. 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirdi. Bu faktlar sübut edir ki, Xocalı soyqırımı etnik mənsubiyyətə görə planlaşdırılmış və həyata keçirilmişdir. Bu qətliam bəşəriyyət əleyhinə ən ağır cinayətlərdən biri olmaqla, insanlığa qarşı törədilən bir vəhşilik nümunəsidir.

Ümummilli Lider Heydər Əliyev Xocalı soyqırımına siyasi və hüquqi qiymət verilməsini dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. 1994-cü ildə Azərbaycan parlamenti 26 fevral tarixini Xocalı soyqırımı günü elan etmişdir. Hər il bu tarixdə soyqırım qurbanlarının xatirəsi ehtiramla anılır. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə tanıdılması istiqamətində mühüm addımlar atılmışdır. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində tədbirlər təşkil olunmuş, faciə ilə bağlı məqalələr çap edilmiş, sənədli filmlər hazırlanmışdır.

Bu gün bir sıra ölkələrin parlamentləri, o cümlədən Meksika, Pakistan, Çexiya, Kolumbiya, Sudan, Honduras, Panama, Qvatemala və Cibuti Xocalı soyqırımını rəsmi şəkildə tanımışdır. İslam Əməkdaşlıq Təşkilatı da bu faciəni soyqırım kimi qiymətləndirmişdir. Azərbaycanın həyata keçirdiyi ardıcıl diplomatik fəaliyyət nəticəsində Xocalı qətliamı haqqında həqiqətlər getdikcə daha geniş coğrafiyada tanınmaqdadır. Həmçinin, müxtəlif beynəlxalq tribunalarda Xocalı soyqırımına hüquqi qiymət verilməsi istiqamətində səylər davam etdirilir.

Xocalı soyqırımı zamanı törədilmiş cinayətlər beynəlxalq hüquq normalarına tamamilə ziddir. BMT-nin “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması” haqqında Konvensiyası və digər beynəlxalq hüquq aktları bu cür cinayətləri qadağan edir. Ermənistanın Xocalıda törətdiyi vəhşiliklər müharibə cinayətləri, soyqırım və insanlıq əleyhinə cinayətlər kateqoriyasına daxildir və dünya birliyi bu hadisəyə lazımi hüquqi və siyasi qiymət verməlidir. Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq, Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək və beynəlxalq səviyyədə ədalətin bərqərar olunmasına nail olmaq üçün bütün mövcud hüquqi və diplomatik vasitələrdən istifadə olunur.

2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun keçirdiyi uğurlu lokal antiterror tədbirləri nəticəsində Xocalı şəhəri işğaldan tam azad edildi. Bu qələbə, yalnız torpaqlarımızın geri qaytarılması ilə məhdudlaşmadı, həm də illərdir qanlı faciənin acısını yaşayan xalqımız üçün ədalətin bərpası oldu.

Xocalının işğaldan azad olunması Azərbaycan xalqı üçün təkcə bir hərbi zəfər deyil, həm də mənəvi qələbə idi. Bu şəhidlərimizin qanının yerdə qalmadığını, uzun illər boyu haqsızlığa məruz qalan Xocalı qurbanlarının ruhunun nəhayət şad olduğunu göstərdi. Bu hadisə təkcə Azərbaycan üçün deyil, eyni zamanda beynəlxalq səviyyədə də ədalətin bərqərar olmasının bariz nümunəsidir.

Düşmənin onilliklər boyu işğal altında saxladığı bu qədim yurd, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda apardığı mübarizənin rəmzinə çevrildi. Azərbaycan əsgərinin rəşadəti və dövlətimizin qətiyyəti sayəsində Xocalı, Qarabağın digər əraziləri kimi öz doğma sakinlərini yenidən qucaqlamağa hazır oldu.

Azərbaycan Ordusunun bu şanlı zəfəri Xocalı qurbanlarının ruhunu sevindirdi. İllərlə düşmən tapdağı altında qalan bu torpaq nəhayət öz doğma xalqına qovuşdu. Xocalı şəhidlərinin ailələri və doğmaları üçün bu qələbə, qismən də olsa, bir təsəlli oldu. Onlar əmindirlər ki, Azərbaycan xalqı və dövləti şəhidlərinin qanını yerdə qoymadı və onların xatirəsini daim uca tutacaq. Bu tarixi an bütün şəhidlərimizin əziz xatirəsini bir daha anmaq və onların göstərdiyi şücaətin əbədiləşdirilməsi üçün əhəmiyyətli bir dönüş nöqtəsi oldu. Azərbaycan dövlətinin həyata keçirdiyi quruculuq işləri nəticəsində Xocalı yenidən abadlaşır, şəhərin əvvəlki görkəmi bərpa edilir və oraya həyat qayıdır.

  • Дата: 24-02-2025, 11:02
  • Автор: anskanal
Полная статья »

Eltun Süleymanov:"Prezident İlham Əliyev Xocalının Ballıca kəndinə köçən insanlarla görüşüb"

Müzəffər Ali baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizin bərpası sürətlə davam etdirilir. Ölkə Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərə müntəzəm səfərləri zamanı bərpa-quruculuq işləri ilə yerindəcə tanış olur, yeni yaşayış məntəqələrinin, vacib sosial və infrastruktur obyektlətinin təməlini qoyur. İndi mənfur düşmənin vaxtilə viran qoyduğu torpaqlarımızda həyat canlanır, qədim və əzəli yurd yerlərimiz tamamilə yenidən qurulur. Bir sözlə, dövlət başçısının qeyd etdiyi kimi, artıq Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir. Hazırda dövlət başçısının tapşırığına uyğun olaraq birləşdirilən kəndlər və əhalinin artımı nəzərə alınaraq Ağdam şəhəri bu gün müasir şəhərsalmanın ən son modeli əsasında yenidən dirçəlir. Şəhər 100 min nəfər əhali üçün tikilir. Şəhərin ərazisində Sənaye Parkının inşası uğurla davam etdirilir və artıq istehsal müəssisələrindən bir neçəsi işə salınıb. Ağdamın strateji coğrafi mövqeyi, insan resursları potensialı və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsinə zəmin yaradacaq. Artıq Bərdə-Ağdam dəmir yolunun və avtomobil yolunun tikintisi başa çatmaq üzrədir. Yaşayış məhəllələri ilə yanaşı, şəhərin mərkəzində həm də tarixi-mədəni ərazi salınacaq. Onu da qeyd edim ki, yaxın illər ərzində Ağdam rayonu üzrə 9690 evin və mənzilin tikilməsi, bu evlərə 42361 vətəndaşın köçürülməsi nəzərdə tutulur. Beləliklə, Ağdam tezliklə Azərbaycanın böyük sənaye və turizm şəhərlərindən biri olacaq.

Bu sözləri aia.az-a açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz deyib ki, cənab Prezidentin vaxtaşırı Qarabağa səfər etməsi, görülən işlərlə tanış olması, yerindəcə gərəkən tapşırıqlarını verməsi işin sürətini və keyfiyyətini daha da artırır. Bu isə ondan xəbər verir ki, Azərbaycanın iqtisadi qüdrəti bölgəni tamamilə müasir formada qurmağa imkan verir.  Fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olan dövlətimizin başçısı kəndə köçən bir qrup sakinlə də görüşüb. Cənab Prezident görüşdə çıxış edib. Bildirib ki, “İki aydır ki, Ballıca kəndində keçmiş köçkünlər yaşayır. Mən bu gün burada bir neçə keçmiş köçkünlə görüşmüşəm, ev şəraitinə baxmışam. Şadam ki, uzun fasilədən sonra Ballıca kəndinə də artıq həyat qayıdıb. Keçmiş köçkünlər indi demək olar ki, hər ay hissə-hissə, qrup-qrup öz dədə-baba torpaqlarına qayıdırlar. Böyük Qayıdış Proqramı icra edilir. Demək olar ki, vaxtilə işğal altında olan bütün torpaqlar bərpa edilir. Dünən Ağdam rayonunda gedən quruculuq-bərpa işləri ilə tanış olmuşam. Bu gün buradayam. Eyni zamanda, Xankəndidə də olmuşam, orada da gözəl işlər görülür, yeni iş yerləri, yeni müəssisələr yaradılır. Mənim Sərəncamımla Qarabağ Universiteti yaradılmışdır. Orada mindən çox tələbə oxuyur. Orta məktəblər, tibb məntəqələri inşa olunur. Yəni, həyat üçün nə lazımdırsa, hər şeyi edirik, həm şəhərləri, həm də kəndləri bərpa edirik”. Dövlətimizin başçısı onu da vurğulayıb ki, “Ballıca kəndinin də bərpası artıq son mərhələdədir. Mənə verilən məlumata görə, 137 ev artıq bərpa edilib və 60-a yaxın ev hələ bərpa olunacaq. Ballıcada artıq 460 keçmiş köçkün yerləşib. Evləri bərpa etmişik, kənd təsərrüfatı ilə məşğul olmaq üçün imkanlar yaxşıdır, torpaq münbitdir, hava da təmizdir. Bütün Qarabağ bölgəsi, Şərqi Zəngəzur bölgəsi dirçəlir və hər gün biz bunu əyani şəkildə görürük”. Ballıca kəndi bərpa etdiyimiz və keçmiş köçkünlərin qayıtdığı 10-cu yaşayış məntəqəsidir. Yəni, bu, Böyük Qayıdış Proqramının birinci mərhələsinə aiddir. Artıq burada, yenə də deyirəm, 500-ə yaxın insan yaşayır. Həm o vaxt bu bölgədə yaşayan vətəndaşlar, eyni zamanda, onların uşaqları, nəvələri, nəticələri qayıdıblar. Bu, bir daha onu göstərir ki, xalqımız öz torpağına nə qədər bağlıdır. Bu gün bölgəni, bu yerləri görməyən balaca uşaqlar, yaxud da ki, gənc insanlar həvəslə qayıdırlar, işləyirlər, qururlar, yaradırlar. Öz torpaqlarına qayıdan keçmiş köçkünlərlə çoxsaylı görüşlər əsnasında həmişə gənclərdən soruşuram ki, siz darıxmırsınız burada? Deyirlər, yox, darıxmırıq. Çünki doğma Vətən, doğma torpaq bizi çəkir və bu, bir daha xalqımızın nə qədər yüksək mənəvi keyfiyyətlərə malik olduğunu göstərir-Prezident İlham Əliyev deyib. Cənab Prezident yurda, dogma ocaqlarına qovuşduqları üçün yerli əhalini təbrik edib. Bir daha bildirib; artıq iki aydır ki, siz burada mərhələli yollarla məskunlaşırsınız, dekabrın 13-dən başlayaraq bu günə qədər. Hələ ki, proses davam edir. Hələ bərpa ediləsi evlər var, onları da bərpa edəcəyik. Burada insanlar rahat, təhlükəsiz və xoşbəxt yaşamalıdırlar. Bunun üçün Azərbaycan dövləti bundan sonra da hər şeyi edəcəkdir. Bir daha sizi təbrik edirəm. Qısa müddət ərzində Azərbaycan işğaldan azad edilən bölgələrdə çox böyük quruculuq işləri görüb və bu iş sürətlə davam etdirilir-deyə E. Süleymanov fikrini yekunlaşdırıb.

  • Дата: 24-02-2025, 10:54
  • Автор: anskanal
Полная статья »

Lavrovun Ankaraya təxirəsalınmaz səfəri: Bu məsələlər müzakirə olunacaq

Rusiyanın xarici işlər naziri Lavrov, xüsusilə Ukrayna-Rusiya müharibəsi və Suriyadakı hadisələrlə bağlı mühüm danışıqlar aparmaq üçün Ankaraya  səfər edib.

 Rusiya ilə Ukrayna arasında mümkün sülhdə aktiv rol oynamaq istəyən Türkiyə bu mövzuda təmaslarını davam etdirir.

Keçən həftə Ukrayna prezidenti Volodimir Zelenskini qəbul edən Ankara bu gün Rusiya xarici işlər naziri Sergey Lavrovu qəbul edəcək. 

Xarici işlər naziri Hakan Fidan ilə rusiyalı həmkarı arasında keçiriləcək görüşdə ikitərəfli əməkdaşlıq məsələləri, xüsusilə ticarət, enerji və turizm mövzuları hərtərəfli müzakirə olunacaq. Diplomatik səylərlə Ukraynadakı müharibənin ədalətli və dayanıqlı sülhlə sona çatması ilə bağlı fikir mübadiləsi aparılacaq, ABŞ və Rusiya arasında son təmaslar, Türkiyənin bu prosesə verə biləcəyi töhfələr qiymətləndiriləcək. 

2022-ci ilin martında Rusiya ilə Ukrayna arasında birbaşa danışıqlara ev sahibliyi edən Türkiyənin qarşıdakı dövrdə bu rolu öz üzərinə götürməyə hazır olduğu da vurğulanacaq.

Danışıqlar zamanı Suriyadakı son vəziyyət də gündəmdə olacaq. 

Xarici işlər naziri Fidanın Türkiyənin Suriyanı terror ünsürlərindən tamamilə təmizləmək əzmini vurğulaması, Suriyanın ərazi bütövlüyü və siyasi birliyinin qorunmasının vacib olduğunu vurğulaması və İsrailin təcavüzkar yanaşmasının qəbuledilməz olduğunu bəyan etməsi gözlənilir. 

İclasda Qəzza məsələsinin də qiymətləndiriləcəyi və bu çərçivədə nazir Fidanın Qəzzada atəşkəsin qalıcı hala salınması və Qəzzaya çatdırılan humanitar yardımların artırılması lazım olduğunu bildirməsi gözlənilir. 

  • Дата: 24-02-2025, 10:45
  • Автор: anskanal
Полная статья »

Bu yollarda sürət həddi bərpa edildi

Yolların buz bağlaması səbəbindən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın qeyd olunan yollarında (Heydər Əliyev prospekti istisna olmaqla) dünən axşam bir daha endirilən 10 km/saat sürət həddi yenidən artırılıb.

Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, mərkəzinin əməkdaşları tərəfindən hazırda mövcud  hava şəraiti ilə əlaqədar Zığ dairəsi- Hava limanı yolunda bəzi zolaqlar üzrə ümumilikdə sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti, əsas yolda 10 km/saat, Mərdəkan şosesi və Buzovna-Zağulba yolunda isə 20 km/saat endirilib.

Bununla yanaşı, bütün tablolarda “buzlu yol” işarəsi qoyulub. 

  • Дата: 24-02-2025, 10:40
  • Автор: anskanal
Полная статья »

Avropa Birliyinin "qara günləri" başladı: "Qoca qitə"də faşizm geri dönür, xaos qaçılmazdır

Avropa Birliyi süquta doğru istiqamət almağa başlayıb, Tramp adminstrasiyası liberal-qlobalistlərdən Baydenə verdikləri dəstəyin intiqamını alır... Digər tərəfdən, Avropa məkanında ultramillətçi siyasi cərəyanlar da dəstəklənərək gücləndirilir, onların hakimiyyət şansı artırılır, siyasi-iqtisadi böhran təhlükəsi ön plana keçir...
 "Yeni Müsavat xəbər verir ki, dünya yeni hərbi-siyasi mərhələyə keçid ərəfəsindədir. İkinci Dünya Müharibəsindən sonra qurumuş və indiyə qədər mövcud olan qlobal sistem artıq effektiv deyil. Daha doğrusu, son illərdə baş verən qlobal hadisələr və xüsusilə də, ABŞ-da Tramp adminstrasiyasının hakimiyyətə gəlişindən sonra cərəyan edən proseslər mövcud olan dünya düzəninin artıq dağılmaqda olduğunu göstərir. Və bu, yeni dünya düzəninin şərtləri barədə müəyyən narahatlıqları da ön plana keçirməyə başlayıb.

Onu da qeyd etmək lazımdır ki, mövcud dünya sisteminin əsas müəyyənedici faktorları sırasında Avropa Birliyi də xüsusi yer tutur. Ancaq son illərdə bu nəhəng beynəlxalq alyans özünün süqut dövrünə keçid etmiş kimi görünür. Üstəlik, hazırda Avropa Birliyi özünün ən yaxın qlobal müttəfiq-tərəfdaşı olan ABŞ-ın birbaşa hədəfindədir. Tramp adminstrasiyası bütün istiqamətlərdən Avropa Birliyinə siyasi-ideoloji hücumlara başlayıb. Və bu proses hətta təhdidkar məzmun almaq istiqamətə də yönəlmiş kimi görünür.

Məsələ ondadır ki, "qoca qitə" ölkələrinin siyasi-iqtisadi alyansı olan Avropa Birliyi daha çox demokratiya və insan hüquqları üzərindən ideoloji hegemonluq imperiyası qurmağa can atırdı. Yəni, Avropa Birliyinin siyasi-iqtisadi maraqlarına problem hesab olunan dünya dövlətləri dərhal avtoritarizmdə, demokratiya və insan hüquqlarını kobud şəkildə pozmaqda ittiham olunurdu. Və bununla da Avropa Birliyi "sözə baxmayan" dövləti şantaj edərək, sanksiyalarla hədələyirdi, "qoca qitə" ölkələrinin mənfəətlərinə həssas yanaşmaq məcburiyyətində buraxılırdı.

Artıq bu dövr də arxada qalmaq üzrədir. Çünki Tramp adminstrasiyası da Avropa Birliyinin demokratiya və insan hüquqları üzərindən manipulyasiyalar edərək, ideoloji hegemonluq etməsində maraqlı olmadığını biruzə verir. ABŞ-ın vitse-prezidenti Vens Avropa Birliyi təmsilçilərinin qarşısında çıxış edərkən, onları demokratik dəyərlərdən geri çəkilməkdə, avtoritarizmdə, siyasi rəqiblərinə qarşı təzyiqlərdə və həbslərdə ittiham etdi. Və bununla da, Avropa Birliyinin bütün dünyaya onilliklər boyu keçdiyi "demokratiya dərsi" sona çatmış oldu.

Belə anlaşılır ki, adətən, beynəlxalq rəqiblərini avtoritarizmdə suçlayan Avropa Birliyi ölkələrinin indi özləri "demokratiya imtahanı" verməlidir. Üstəlik, Tramp adminstrasiyasının Avropa Birliyinə qarşı avtoritarizm ittihamları da qətiyyən bir dəfə üçün nəzərdə tutulmuş xəbərdarlıq mesajı kimi görünmür. Çünki Ağ Evin Avropa ölkələrində ultramillətçi siyasi qüvvələri dəstəkləməyə başladığı barədə olduqca ciddi məlumatlar mövcuddur. Və bu, o deməkdir ki, Tramp adminstrasiyası yeni dünya düzənində avropalı liberal-qlobalistləri görmək istəmir.

Ona görə də, hesab etmək olar ki, ABŞ bu mərhələdə Avropa Birliyi məkanında hakimiyyət dəyişikliklərinə də dəstək verməkdən çəkinməyəcək. Üstəlik, bu prosesin artıq başlandığı və getdikcə daha intensiv xarakter aldığı da müşahidə olunur. Belə ki, bəzi Avropa ölkələrində artıq hakimiyyətlər dəyişir, Avstriyada olduğu kimi, digər ölkələrdə də liberal-qlobalistlər ultra millətçilərlə əvəzlənir.

Digər tərəfdən, Fransada son parlament seçkilərini uduzmuş Makron hakimiyyətinin öz səlahiyyət müddətinin sonuna qədər duruş gətirəcəyi artıq inandırıcı görünmür. Fransanın millətçi siyasi düşərgəsi ölkənin Avropa Birliyini, eləcə də, NATO-nu tərk etməsi tələbləri ilə kütləvi etiraz dalğasına start veriblər. Və bu baxımdan, Tramp adminstrasiyası ilə birbaşa təmasla yaxınlaşma imkanları axtaran "sürüşkən siyasət ustası" prezident Emmanuel Makronun ABŞ səfəri onun gələcək taleyini həll edə bilər.

Avropa Birliyinin digər avanqard ölkəsi olan Almaniyada da siyasi məkan qarışmağa başlayıb. Belə ki, Almaniya kansleri Olaf Şolts uzunmüddətli təzyiqlərdən sonra növbədənkənar parlament seçkiləri keçirmək məcburiyyətində qalıb. Üstəlik, bu seçkilərdə Almaniya ultramillətçiləri xüsusi fəallıq göstərirlər. Onların hakimiyyətə gəlmə ehtimalı şübhə ilə qarşılansa belə, istənilən halda, solçu liberalların siyasi mövqelərinə sarsıdıcı zərbələr vurulacağı qətiyyən istisna edilmir.

Belə anlaşılır ki, Avropa Birliyinin "qara günləri" artıq başlayıb. Macarıstanın Baş naziri Viktor Orban da bu reallığı açıq mətnlə vurğulayıb. Onun fikrincə, Avropa Birliyini olduqca çətin aylar gözləyir və Brüsseldəki bürokratlar üçün qarşıdan gələn mərhələ qətiyyən asan keçməyəcək. Və Macarıstan Avropa Birliyinin "qara günlər"ini digər daxili problemlərlə yanaşı, həm də Tramp adminstrasiyasının davranışları ilə arqumentləşdirir.

Baş nazir bildirib ki, ABŞ prezidenti Donald Tramp atdığı cəmisi bir neçə addımla bütün dünyanı alt-üst etdi. ABŞ-da "gender çılğınlığı" sona çatdı, milyarder Corc Sorosun qlobalist təşkilatlarına maliyyələşdirmə dayandırıldı, qeyri-qanuni miqrasiya prosesi bitdi, Rusiya-Ukrayna müharibəsinə dəstək də geri çəkildi. Başqa sözlə, son illərdə Brüssel bürokratlarının Avropa ölkələrinə zorla qəbul etdirməyə çalışdığı hər şey sona çatdı.

Macarıstan baş naziri onu da qeyd edib ki, Tramp adminstrasiyası hazırkı dünya ticarət qaydalarını ümumiyyətlə, poza bilər. Çünki Ağ Ev sahibi hətta Avropa Birliyinə zərbə vursa belə, yalnız ABŞ-ın maraqlarını müdafiə edən maliyyə-iqtisadi siyasət yürütmək niyyətindədir. Ona görə də, Avropa Birliyi istənilən halda, ABŞ ilə iqtisadi əlaqələri qorumaq üçün bir anlaşmaya nail olmaq məcburiyyətindədir. Və belə bir anlaşmanın isə yalnız ABŞ-ın maraqları çərçivəsində mümkün ola biləcəyi də qətiyyən şübhə doğurmur.

Bütün bunlardan belə anlaşılır ki, Avropa Birliyi süquta doğru istiqamət almağa başlayıb. Tramp adminstrasiyası liberal-qlobalistlərdən Baydenə dəstəyin intiqamını alır. Digər tərəfdən, Avropa məkanında ultramillətçi siyasi cərəyanlar dəstəklənərək, fəallaşdırılır. Nəticədə "qoca qitə"də faşizmə meydan açılaraq, irqçilik zəminində daxili toqquşmaların baş vermə ehtimalı artırılır. Və bütün bunların yaxın perspektivdə Avropa Birliyinin dağılmasına, eləcə də, "qoca qitə"də siyasi-iqtisadi xaosun başlamasına yol aça biləcəyi qətiyyən istisna deyil.

  • Дата: 24-02-2025, 09:22
  • Автор: anskanal
Полная статья »